Məhkəmə qərarları › İş №2(005)-67/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-67/2023

31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-67/2023 31.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “borcun olmaması barədə maliyyə arayışının verilməsi tələbinə” dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “borcun olmaması barədə maliyyə arayışının verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, faktiki sahibliyində olan ünvan 1 ünvanında olan hündürmərtəbəli 6 saylı yaşayış evinin 1-ci blokunun 6-cı mərtəbəsində yerləşən sahəsi 67,2 kv.m olan 1 otaqlı 46-cı mənzilinə dair borcun olmaması barədə maliyyə arayışının verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında olan mübahisəni məhkəmədənkənar qaydada həll etdiklərindən iddiadan imtina etdiyini, iddia ərizəsini və əlavə olunmuş sənədlərin əsillərini geri qaytarılmasını və iddiadan imtina etdiyini nəzərə alaraq hazırki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddiadan imtinası qəbul edilərək iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən mənafeyi naminə iş başlanmış şəxs tələbdən imtina etdikdə məhkəmə iş üzrə icraata xitam verir. Beləliklə məhkəmə yuxarıda göstərilən halları və iddiaçının sərbəst iradə ifadəsini nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “borcun olmaması barədə maliyyə arayışının verilməsi tələbinə” dair mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “borcun olmaması barədə maliyyə arayışının verilməsi tələbinə” dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar