Məhkəmə qərarları › İş №2(005)-670/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-670/2021

12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-670/2021 12.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı, İddiaçı Cavabdehnə qarşı «sair öhdəliklər üzrə mübahisələr» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı «sair öhdəliklər üzrə mübahisələr» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən alınmış “Samsung Smart” televizorunda yaranmış qüsura görə köhnə televizorun yenisi ilə əvəz olunması (zəmanət daxilində) öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması və yaranmış problemin məhkəmə mübahisəsi bitənə qədər kredit müqaviləsinə hesablanan aylıq ödənişlər, faiz və cərimələrin dondurulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən mənzildə pasport qeydiyyatındadır, lakin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni Y/M ünvanında yerləşən mənzildə faktiki olaraq ailə üzvləri ilə birlikdə yaşayır. Kəlbəcər şəhərindən məcburi köçkündür. 29.07.2019-cu il tarixində "xxxx" MMC-nin Yasamal filialında yerləşən mağazasından “Samsung Smart” televizorunu 1249 (min iki yüz qırx doqquz) manat qiymətinə almışdır. Televizora 12 ay zəmanət müddəti verilmişdir. 2020-ci ilin mart ayında televizorun ekranında problem yaranmağa başladı. Bu barədə "xxxx" MMC-nin servis mərkəzinə bildirmiş və televizoru onlara təhvil vermişdir. "xxxx" MMC-nin servis mərkəzindən televizor haqda heç bir xəbər çıxmadığı halda, bir ay yarımdan sonra televizoru “Samsung” - un servis mərkəzində olduğunu aşkar etmişdir. “Samsung”-un servis mərkəzi ona qüsurun kənar təsir nəticəsində yarandığını bildirmiş və televizorun təmirə yararsızlığı haqqında BT00614 saylı 01.05.2020- il tarixli Akt vermişdir. Həmin akta etiraz edərək, qeydlərin onun televizoruna aid olmadığını, ümumiyyətlə aktda olan qeydlərdən də göründüyü kimi hansısa bir telefon cihazına aid olduğunu bildirmişdir. Bunu hazırki iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etdiyi sözügedən aktım surəti ilə təsdiq edir. Servisin işçisi qüsurun mexaniki zədədən yarandığını bildirsə də, həmin mexaniki zədənin və ya hər hansı bir cızığın göstərilməsini tələb etmiş, lakin bunu göstərmək mümkün olmadı. Beləliklə, bu qüsurun zəmanətə daxil olmadığını və bunun aradan qaldırılması üçün ödəniş etməyini bildirmişlər. Artıq altı aydır ki, televizorda qüsur yarandığından zəmanət daxilində hər hansı tədbir görülmür. Bununla da məni get-gələ salaraq əlavə xərclərinin olmasına zəmin yaradırlar. Həmçinin yaranmış problemlə əlaqədar Cavabdeh MMC-nin rəhbərliyinə pretenziya qaydasında ərizə ilə müraciət etmişdir. Həmin ərizə adı çəkilən MMC tərəfindən 30.09.2020-ci il tarixində qəbul edilsə də, bugünədək heç bir irəliləyiş olmamışdır. Bundan əlavə qeyd edilən qüsur aktında olan “texniki səhvliyə” görə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidmətinə zəng vasitəsi ilə və həm də ərizə formasında müraciət etmişdir. Bundan sonra isə, qeyd etdiyi aktda olan qüsurlar düzəldilmiş lakin yenə də, problem tam həllini tapmamışdır. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan həmin malı lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının icraçının (satıcının, istehsalçının) hesabına aradan qaldırılmasım və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini, həmin mala uyğun digər modelli (markalı, tipli və i.a.) mal ilə əvəz edilməsini, müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan mah geri götürməyə və istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur, istehlakçı malın qüsurunun əvəzsiz olaraq aradan qaldırılmasını tələb edərsə, qüsur 14 gün ərzində və ya tərəflərin razılığı ilə başqa müddətdə aradan qaldırılmalıdır. İrşad Elektroniks mağazası tərəfindən verilmiş 062453 saylı zəmanət talonuna əsasən, "Samsung" markalı smart televizoruna 29.07.2019-cu il tarixdən 29.07.2020-ci il tarixə kimi zəmanət müddəti müəyyən edilmişdir. "Yurd Servis” MMC tərəfindən verilmiş 01.05.2020ci il tarixli Akta əsasən, Televizora düzgün və reallığa əsaslanan diaqnostika və yoxlama aparılmamışdır, aktda edilmiş qeydlərdən də göründüyü kimi televizora heç bir aidiyyatı olmamışdır. Beləliklə, televizorda yaranmış bu qüsur istehsal qüsurudur və zəmanət daxilində aradan qaldırılmalıdır. Yaranmış problemin həllini məhkəmədən kənar həll olunmasına çalışsa da, buna nail ola bilməmiş, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əvvəlki məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh tərəfə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan; 23.10.2020-ci il tarixli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “müraciətə baxılmasının nəticəsi haqqında” məktubdan görünür ki, müraciətlə əlaqədar aparılmış araşdırma zamanı Cavabdeh MMC tərəfindən Dövlət Xidmətinə ünvanlanmış məktubda malın müayinə edilməsi məqsədi ilə servis mərkəzi tərəfindən televizora baxış keçirildiyi, qüsurun müxaniki zədə nəticəsində yarandığı müəyyən edildiyindən tələbinin təmin edilməsindən imtina olunduğu bildirilmiş və texniki rəyin surəti Dövlət Xidmətinə təqdim edilmişdir. "xxxx" MMC tərəfindən təqdim olunmuş 01.05.2020-ci il tarixli, “cihazın təmirə yararsızlığı haqqında” BT00614 nömrəli aktdan görünür ki, “Samsung” markalı televizorun qüsuru – ekranın sınması, qüsurun səbəbi – cihazda mexaniki zədə izləri aşkar edilməsi, nəticə - təqdim olunmuş aparatında yaranmış nasazlıq istifadəçinin təqsiri üzündən yaranması qeyd edilmişdir. Məişət zəmanət talonundan görünür ki, İddiaçı "xxxx" MMC tərədindən 29.07.2019-cu il tarixdə Samsung Smart 49N5500 markalı televizor satmış və 12 ay müddətinə zəmanət vermişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24.02.2021-ci il tarixli 2(005)-670 saylı qərardadından görünür ki, iş üzrə məhkəmə kompüter-texniki ekspertizası təyin edilməsi qərara alınmışdır. 04.06.2021-ci il tarixli, 3/628 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Samsung Smart markalı 49N5500 model nömrəli televizorun üzərində fiziki qüvvənin təsir nəticəsində yarana bilən hər hansı bir trasoloji zədə aşkar edilməmişdir. Buna görə ekranın alt səthində olan kristal təbəqəsindəki çatların hansı səbəbdən yaranmasını trasoloji tədqiqatla müəyyən etmək mümkün olmamışdır. Müvafiq elmi metodika olmadığından televizorda yaranan problem hansı tarixdən yaranmasını müəyyən etmək mümkün deyildir. Məhkəmə araşdırması zamanı aydın olmuşdur ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, iddiaçıya hissə-hissə ödəmək şərti ilə Samsung markalı televizor satılmış və həmin televizora 12 ay müddətinə istehsalçının günahından baş vermiş qüsurlara qarşı zəmanət verilmişdir. 04.06.2021-ci il tarixli, 3/628 nömrəli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş Samsung Smart markalı 49N5500 model nömrəli televizorun üzərində fiziki qüvvənin təsir nəticəsində yarana bilən hər hansı bir trasoloji zədə aşkar edilməmişdir. Bununla da iddiaçının alınan mala zədə yetirməsi halı sübut olunmamışdır. İddiaçı üzərinə düşən öhdəliyi icra etmiş, lakin cavabdeh tərəf üzərinə düşən öhdəliyi lazımı qaydada icra etməkdən boyun qaçırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 581.2-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Həmin Məcəllənin 582.1-ci maddəsinə görə satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan həmin malı lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının icraçının (satıcının, istehsalçının) hesabına aradan qaldırılmasım və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini, həmin mala uyğun digər modelli (markalı, tipli və i.a.) mal ilə əvəz edilməsini, müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan mah geri götürməyə və istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur, istehlakçı malın qüsurunun əvəzsiz olaraq aradan qaldırılmasını tələb edərsə, qüsur 14 gün ərzində və ya tərəflərin razılığı ilə başqa müddətdə aradan qaldırılmalıdır. 04.06.2021-ci il tarixli, 3/628 nömrəli ekspert rəyindən göründüyü kimi tədqiqata təqdim edilmiş Samsung Smart markalı 49N5500 model nömrəli televizorun üzərində fiziki qüvvənin təsir nəticəsində yarana bilən hər hansı bir trasoloji zədə aşkar edilməmişdir. Bununla da da məhkəmə mübahisə predmeti olan Samsung Smart markalı 49N5500 model nömrəli televizorda iddiaçının təqsiri üzündən nasazlığın yaranması halı aşkar edilmədiyi qənətinə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində öhdəliklərin yerinə yetirilməsi ilə bağlı tələblər pozulduğundan iddia tələbi yeni əşyanın verilməsi hissəsində təmin edilməlidir. Həmçinin iddianın “ödənişlərəin dayandırılması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 441.1-ci maddəsinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Həmin Məcəllənin 441.2-ci maddəsinə əsasən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 441.3-cü maddəsinə əsasən əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Həmin Məcəllənin 441.4-cü maddəsinə əsasən əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Həmin Məcəllənin 441.5-ci maddəsinə əsasən bu Məcəllənin 441.2-441.4-cü maddələrində nəzərdə tutulan qaydalar müqavilədə ayrı qayda nəzərdə tutulmadıqda tətbiq edilir. İddiaçı yaranmış problemin məhkəmə mübahisəsi bitənə qədər kredit müqaviləsinə hesablanan aylıq ödənişlərin, faiz və cərimələrin dondurulmasını xahiş etsə də, qanunvericiliyin tələbindən görünür ki, Mülki Məcəllənin 441.5-ci maddəsinə əsasən bu Məcəllənin 441.2-441.4-cü maddələrində nəzərdə tutulan qaydalar müqavilədə ayrı qayda nəzərdə tutulmadıqda tətbiq edilir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarın Çex Respublikasına qarşı” işi üzrə 03 mart 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh MMC-dən alınmış “Samsung Smart” televizorunda yaranmış qüsura görə köhnə televizorun yenisi ilə əvəz olunması (zəmanət daxilində) öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulmalı, aparılmış ekspertiza tədqiqatlarının dəyəri Cavabdeh MMC-dən tutularaq, 65 (altmış beş) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC tərəfindən İddiaçı 29.07.2019-cu il tarixdə satılmış “Samsung Smart” 49N5500 markalı televizorda yaranmış qüsura görə həmin televizorun yenisi ilə əvəz olunaraq İddiaçı (zəmanət daxilində) verilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri Cavabdeh MMC-dən tutularaq, 65 (altmış beş) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar