Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-684/2023 03.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə “nikahın qeyd edilmə faktının tanınması” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə “nikahın qeyd edilmə faktının tanınması” barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə Əliyeva (Qurbanova) Tamara Məhərrəm qızının nikah akt qeydinin bərpası barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Ərizəçi xx.xx.1956-cı ildə Ermənistan SSR, Quqark rayonunda doğulmuşdur. Ərizəçi 24 aprel 1978-ci ildə Əliyeva (Qurbanova) Tamara Məhərrəm qızı ilə nikaha daxil olmuşdur. Nikah Quqark rayonu Arçul kəndi icra nümayəndəliyi tərəfindən qeydə alınmışdır. İddiaçı Ərizəçi arvadı Tamara Əliyeva nikahdan sonra Əliyeva soyadını qəbul etmişdir. Həmin nikahdan onların 3 uşaqları doğulmuşdur. O, 1988-ci ildə məlum hadisələrdən sonra ailəsi ilə birlikdə Ermənistandan Azərbaycana köçüb, Bakı şəhəri, Nərimanov rayonu ərazisində məskunlaşmışdır. Ərizəçi nikah haqqında şəhadətnaməni naməlum şəraitdə itirmişdir. Hazırda Ərizəçi mülkiyyətində olan əmlakı arvadı Tamara Əliyevaya bağışlamaq niyyətindədir. Bağışlama müqaviləsinin rəsmiləşdirilməsi üçün nikah haqqında şəhadətnamə tələb edilir. Ərizəçi nikah haqqında şəhadətnaməni itirdiyi üçün nikah haqqında akt qeydi bərpa edilməlidir. Ərizəçi buna görə ilk öncə Ədliyyə Nazirliyi Nərimanov rayon Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin, Şöbənin 25.1 1.2022-ci il tarixli 169 saylı məktubunda qeyd olunur ki nikah haqqında akt qeydi Ermənistanda ecildiyi üçün onun bərpa edilməsi məhkəmə qaydasında mümkündür. Ərizəçi həqiqətən nikahda olmalarının sübutu kimi uşaqlarının doğum haqqında şəhadətnamələri mövcuddur. Həmin şəhadətnamələrdən göründüyü kimi uşaqların valideynləri barədə məlumatlar qrafasında atası kimi Ərizəçi, anası kimi X3 qeyd olunmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsi məktubla məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X5 ifadə verərək bildirdi ki, o Ərizəçi və X1 övladıdır. X3 həmişə onlarla birlikdə yaşamışdır və Ərizəçi ilə rəsmi nikahda olmuşdur. Məhkəmə iclasında şahid X4 ifadə verərək bildirdi ki, o Ərizəçi orta məktəbdə sinif yoldaşı olmuş və eyni kənddə yaşamışlar. Ərizəçi X3 ilə rəsümi nikahda olmuş, bu nikdan 3 övladları olmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan; AZE seriyalı 0xxxxxxx8 FİN nömrəli şəxsiyyət vəsiqəsinin və AZE seriyalı 19168391 FİN nömrəli şəxsiyyət vəsiqəsinin surətindən surətindən görünür ki, Ərizəçi və X3 hər ikisi Ermənistan, quqark rayonunda doğulmuşlar və evli olmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən verimiş xx.xx.2022-ci il tarixli, 169 nömrəli məktubdan müəyyən olunur ki, nikah akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət edilməsi edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli Plenum Qərarından görünür ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Ərizəçi X3 ilə rəsmi nkaha daxil olmuş və birgə nikahlarından övladları olmuşdur. Birgə təsərrüfat aparmış, birlikdə yaşamışlar. Nikah haqqında şəhadətnamənin naməlum şəraitdə itməsi və zəruri sənədlərin Ermənistan SSR-də qalması səbəbindən nikah akt qeydinin bərpa olunması mümkün olmamışdır. Ərizəçi haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən Ərizəçi ilə X2rasında bağlanmış xx.xx.1978-ci il tarixli nikahın qeyd edilmə faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Əliyeva (Qurbanova) Tamara Məhərrəm qızı arasında xx.xx.1978-ci ildə Ermənistan Respublikasının Quqark rayonu Arçut kənd icra nümayəndəliyi tərəfindən nikahın qeydə alınması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-684/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-684/2023
03.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver