Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-690/2021 29.01.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi, Ərizəçi Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “iş stajı faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “iş stajı faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 1955-ci il təvəllüdlü Ərizəçi, 1970-ci ilin oktyabr ayından 1973-cü ilin oktyabr kimi Ermənistan Respublikasının Razdan rayonun Ankavan sovxozunda fəhlə işləməyi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 1970-ci ilin oktyabr ayından 1973-cü ilin oktyabr ayına kimi Ermənistan Respublikasının Razdan rayonunun Təkəli kəndində maldarlıqla məşğul olan “Ankavan” sovxozunda fəhlə işləmişdir. Lakin həmin dövrlərdə o, həddi buluğ yaşına çatmayan olduğu üçün adına əmək kitabçası olmayıb. 18 yaşının tamam olması ilə əlaqədar hərbi xidmətə göndərilmiş və hərbi xidmətdən qayıtdıqdan sonra yenə də həmin sovxozda fərdi əməklə məşğul olmuş, bu barədə də əmək kitabçasında müvafiq qeydiyyatlar aparılıb. O, qanunun tələblərinə riayət edərək aidiyyəti üzrə dövlət sosial müdafiə fonduna müraciət etmişdir. Oradan isə müraciətinə cavab olaraq bildirilib ki, onun əmək kitabçasına əsasən göstərilən iş stajı tələb olunan 25 illik iş stajından azdır, yəni 22 il 5 aydır. Onun Ermənistan Respublikasının Razdan rayonunun Təkəli kəndində maldarlıqla məşğul olan “Ankavan” sovxozunda fəhlə işlədiyi üç illik dövr isə ona pensiya təyin olunması üçün tələb olunan 25 illik iş stajın artıqlaması ilə yetərli olmasını təmin edir. O isə o faktın müəyyən olunmasını istəyir ki, həmin faktı təsdiq edə biləcək yalnız şahid ifadələri var. Belə ki, onun "Ankavan" sovxozunda fəhlə işlədiyi dövrdə onun eyni sovxozda mexanizator vəzifəsində çalışmış X6 ərizəçinin işlədiyini təsdiq edə bilir. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə sosial müdafiə orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün sosial müdafiə orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda qeyd olunan ərizənin məzmununa uyğun eyni məzmunlu izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 ərizəyə etiraz edərək, iddianın əsassız olduğunu bildirdi və təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid X7 ifadə verərək bildirmişdir ki, Ərizəçi ilə həmkəndlidir. Kənddə onun emalatxanası olub. Ərizəçi isə onun tərəfindən dəvət əsasında həmin emalatxanada çalışmışdır. İşlədiyi dövrdə azyaşlı olduğu üçün onun adına əmək kitabçası açmaq və iş stajı barədə qeyd aparmaq mümkün olmamışdır. Kənddə bütün fəhlə briqadaları ərizəçini tanıyırdılar. Ona qazanc əldə edilməsində köməklik göstərmək məqsədilə, kənddə olan bütün fəhlə briqadaları onu işləməyə dəvət edirdilər. Ərizəçinin hərbi xidmətə getməmişdən əvvəl olan dövrdə işlədiyi zaman əmək kitabçası açmaq mümkün olmayıb. Ona dəstək vermək məqsədilə, yəni qazanc əldə etməsi üçün işə çağırırdı. Məhkəmə iclasında şahid Ərizəçi ilə həmkəndlidir. Ərizəçi ilə birgə maldarlıq sovxozunda işləmişdir. Həmin dövrdə ərizəçinin 13 və 14 yaşı var idi. Ona maddi dəstək vermək məqsədilə, onu iş ilə təmin etmişdir. Ümumilikdə kənddə iş olduğu zaman, ərizəçi V.Hüseynov həmin işə dəvət edilirdi. Həmin dövrdə ərizəçi azyaşlı olduğu üçün onun adına əmək kitabçası açmaq və kitabçaya qeyd aparmaq mümkün olmamışdır. İş stajı faktının müəyyən edilməsi faktı Ərizəçi pensiya almaq üçün lazımdır. Ərizəçi ilə birgə işlədiyi dövrün hansı illərə təsadüf etdiyi dəqiq yadında deyil, lakin həmin dövrdə onun 13 və ya 14 yaşı var idi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin olunmamalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 23-cü maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. 1992-ci ilin yanvarın 1dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların 3.4-cü bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahid ifadələrinə əsasən müəyyən edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi “Ankavan” sovxozunda fəhlə kimi işləməsi faktını təsdiq edə biləcək hər hansı mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Ərizəçi tərəfindən məhkəməyə dəvət edilmiş, şahid X4 məxsus xx.xx.1964-cü il tarixli əmək kitabçasına baxış keçirilmiş və həmin əmək kitabçasında xx.xx.1970-ci il tarixli, xx.xx.1970-ci il tarixli, xx.xx.1975-ci il tarixli qeydlər edilməsi, lakin “Ankavan” sovxozunda işləməsi ilə bağlı qeydlər mövcud deyil. Bundan başqa ərizəçi tərəfindən dəvət edilmiş digər şahid X5 isə ümumiyyətlə həmin dövrdə Ermənistan Respublikasının Razdan rayonunda yerləşən “Ankavan” sovxozunda hər hansı bir əmək fəaliyyəti ilə məşğul olmasını təsdiq edən sənədi mövcud deyil. Bu səbəbdən məhkəmə ərizəçi tərəfindən dəvət edilmiş, şahidlər X5 və X2 ifadələrini mötəbər hesab etmir və şahid ifadələrini sübut olaraq qəbul etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 13.4-cü bəndinə əsasən “əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir”. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “iş stajı faktının müəyyən edilməsi”nə dair ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “iş stajı faktının müəyyən edilməsi”nə dair ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-690/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-690/2021
29.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver