Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-693/2023 12.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı Hacıyeva Zülfiyyə Əvəz nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh MTK-nın (vəkili) X2 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi və müqavilə bəndlərinin dəyişdirilməsi” tələbinə barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi və müqavilə bəndlərinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi icraata götürülərək, müvafiq prosessual hərəkətlər edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəməyə yazılı vəsatət təqdim edərək cavabdehlə aralarında barışıq sazişi bağlandığı üçün hazırki mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) X3 tərəflər arasında barışıq sazişi bağlandığından iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mülki iş üzrə başlanmış icraata xitam verilməlidir. Belə ki, mülki işin materiallarında olan iddiaçının nümayəndəsi (vəkili) Vəkil ilə cavabdehin nümayəndəsi (vəkili) X3 arasında xx.xx.2023-cü il tarixli Barışıq sazişinin 1-ci bəndi aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır: 1.Hazırki barışıq sazişi İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı iddia tələbi üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin icraatında olan 2(005)-693/2023 saylı mülki işin Tərəflərin barışığa gəlməsi ilə bitməsi məqsədini daşıyır. 2.İddiaçı Cavabdeh MTK-ya 2.000 manat məbləğində pul ödəməyi öhdəsinə götürür. 3.Cavabdeh MTK onun tərəfindən inşa edilmiş və xx.xx.2020-ci il tarixli, 103-13D/18 saylı müqavilə üzrə İddiaçı qızma verilmiş 1-ci binanın 2-ci girişinin 6-cı mərtəbəsində ümumi sahəsi 81,8 kv/m olan və 1-ci binanın 1-ci girişinin 10-cu mərtəbəsində ümumi sahəsi 58,87 kv/m olan təmirsiz mənzillərin ümumi sahəsinə görə gələcəkdə sazişin 2-ci bəndində göstərilən puldan əlavə məbləğ tələb etməməyi öhdəsinə götürür. 4.İddiaçı bu barışıq sazişinin 3-cü bəndinin icra ediləcəyi təqdirdə İddiaçı ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 103- 13D/18 saylı müqavilə üzrə cavabdeh tərəfindən müqavilə şərtlərinə əməl edilməsi, müqavilənin 1.3-cü bəndində “1-ci binanın 2-ci girişinin 6-cı mərtəbəsində ümumi sahəsi 81.8 kv/m olan təmirsiz ışənzili” sözlərinin “1-ci binanın 2-ci girişinin 6-cı mərtəbəsində ümumi sahəsi 74 kv/m olan təmirsiz mənzili” sözləri ilə, “1-ci binanın 1-ci girişinin 10-cu mərtəbəsində ümumi sahəsi 58,87 kv/m olan təmirsiz mənzili” sözlərinin “1-ci binanın 1-ci girişinin 10-cu mərtəbəsində ümumi sahəsi 51 kv/m olan təmirsiz mənzil” sözləri ilə əvəz edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və artıq ödənilmiş 1900 (bir min doqquz yüz) manat pulun alınaraq iddiaçıya verilməsi iddia tələbindən imtina edir. 5.Cavabdeh MTK sözü gedən mənzillərə dair müqaviləni, maliyyə arayışını və kassa mədaxil orderini iddiaçıya verməyi və həmin sənədlərin iddiaçı tərəfindən mənzillərə çıxarış alınması ilə bağlı aidiyyatı orqanlara müraciət edilməsi üçün hər hansı bir maneə yaratmayacaq. 6.Sazişin imzalanması sadəcə bu sazişlə əhatə olunan məsələlərə aiddir və tərəflər arasında digər irad və tələblərə aid edilmir.
7. Əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, tam imzalandığı gündən 10 təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır.
8. Tərəflər sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə, o cümlədən, sazişin könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla, qarşı tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar.
9. Məhkəməyə müraciət edən tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir.
10. Tərəflər razılığa gəlmişdirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.
11. Tərəflər razılığa gəlmişdirlər ki, bu saziş məhkəmə qaydasında təsdiq edildikdən sonra məcburi qüvvəyə malik olur.
12. Tərəflər bu sazişlə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə sazişin bağlanmasından sonra yaranmış, tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu sazişin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir.
13. Sazişin 12-ci bəndində göstərilən səbəblərdən sazişin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır.
14. Fors-major hallarının təsirinə məruz qalan tərəf digər tərəfi belə halların baş verdiyi gündən 3 təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməlidir.
15. Fors-major hallarının baş verməsi barədə xəbərdar etməyən və ya vaxtında xəbərdar etməyən tərəf saziş üzrə öhdəliklərini icra edə bilmədikdə fors-major hallarına istinad etmək hüququnu itirir. Fors-major hallarının baş verməsinə istinad etmək hüququnu itirmiş tərəf tətbiq edilən qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.
16. Fors-major hallarının mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır.
17. Saziş tam imzalandığı tarixdən qüvvəyə minir və tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir.
18. Bu saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 3 nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 nüsxə olmaqla məhkəmədə və digər nüsxələri tərəflərdə saxlanılır (tərəflərin tələbi ilə müvafiq orqanlara təqdim etmək üçün əlavə nüsxələrdə hazırlana bilər)
19. Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin şərtləri tərəflərə aydındır. Tərəflərin barışıq sazişinin şərtləri AR MPM-nin 191-ci maddəsinin tələblərinə uyğun tərtib edildi, tərəflərin imzası ilə təsdiq olundu və məhkəməyə təqdim edildi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 5.4-cü (bundan sonra MPM) maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. 6-cı maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2016-cı il tarixli Qərarında qeyd edilmişdir: Dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. Barışıq sazişinin bağlanması, çıxarılmış məhkəmə aktı ilə razılaşılması və ya ondan şikayət verilməsi hər iki tərəfin iradəsi əsasında müəyyən olunur. İddianın etiraf edilməsi (qəbul edilib-edilməməsi), habelə iddia müddətinin tətbiq olunub-olunmaması isə cavabdehin mövqeyindən asılıdır. Tərəflər öz hüquqlarının müdafiəsi üsullarını müstəqil şəkildə özləri seçə bilərlər, məhkəmə isə mülki məhkəmə icraatının prinsiplərini, maddi və prosessual hüquq normalarını rəhbər tutaraq yalnız ədalət mühakiməsi funksiyasını həyata keçirir. Qeyd edilən hüquq normalarından aydın olur ki, mülki iş üzrə tərəflər qanunvericiliyin tələblərinə zidd olmayan barışıq sazişi bağlamaq hüququ vardır və ədalət mühakiməsi həyata keçirən məhkəmələr bu hüquqların həyata keçirilməsinə yardım etmək vəzifəsinin daşıyıcılarıdır. Mülki iş üzrə tərəflər arasında barışıq sazişi bağlandığı və məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 122.3-cü maddəsinə əsasən, tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 manat ekspertiza xərcinin 50 manat hissəsi İddiaçı və 50 manat hissəsi Cavabdeh MTK-dan tutulmalı və Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi və müqavilə bəndlərinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlər daxilində təsdiq edilsin:
Barışıq sazişi:
Biz aşağıda imza edənlər İddiaçı nümayəndəsi (vəkili) Vəkil ilə cavabdeh "xxxx" MTK-nın nümayəndəsi (vəkili) X3 bu Barışıq sazişini aşağıdakı şərtlərlə bağlayırıq: 1.Hazırki barışıq sazişi İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı iddia tələbi üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin icraatında olan 2(005)-693/2023 saylı mülki işin Tərəflərin barışığa gəlməsi ilə bitməsi məqsədini daşıyır. 2.İddiaçı Cavabdeh MTK-ya 2.000 manat məbləğində pul ödəməyi öhdəsinə götürür. 3.Cavabdeh MTK onun tərəfindən inşa edilmiş və xx.xx.2020-ci il tarixli, 103-13D/18 saylı müqavilə üzrə İddiaçı qızma verilmiş 1-ci binanın 2-ci girişinin 6-cı mərtəbəsində ümumi sahəsi 81,8 kv/m olan və 1-ci binanın 1-ci girişinin 10-cu mərtəbəsində ümumi sahəsi 58,87 kv/m olan təmirsiz mənzillərin ümumi sahəsinə görə gələcəkdə sazişin 2-ci bəndində göstərilən puldan əlavə məbləğ tələb etməməyi öhdəsinə götürür. 4.İddiaçı bu barışıq sazişinin 3-cü bəndinin icra ediləcəyi təqdirdə İddiaçı ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 103- 13D/18 saylı müqavilə üzrə cavabdeh tərəfindən müqavilə şərtlərinə əməl edilməsi, müqavilənin 1.3-cü bəndində “1-ci binanın 2-ci girişinin 6-cı mərtəbəsində ümumi sahəsi 81.8 kv/m olan təmirsiz ışənzili” sözlərinin “1-ci binanın 2-ci girişinin 6-cı mərtəbəsində ümumi sahəsi 74 kv/m olan təmirsiz mənzili” sözləri ilə, “1-ci binanın 1-ci girişinin 10-cu mərtəbəsində ümumi sahəsi 58,87 kv/m olan təmirsiz mənzili” sözlərinin “1-ci binanın 1-ci girişinin 10-cu mərtəbəsində ümumi sahəsi 51 kv/m olan təmirsiz mənzil” sözləri ilə əvəz edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və artıq ödənilmiş 1900 (bir min doqquz yüz) manat pulun alınaraq iddiaçıya verilməsi iddia tələbindən imtina edir. 5.Cavabdeh MTK sözü gedən mənzillərə dair müqaviləni, maliyyə arayışını və kassa mədaxil orderini iddiaçıya verməyi və həmin sənədlərin iddiaçı tərəfindən mənzillərə çıxarış alınması ilə bağlı aidiyyatı orqanlara müraciət edilməsi üçün hər hansı bir maneə yaratmayacaq. 6.Sazişin imzalanması sadəcə bu sazişlə əhatə olunan məsələlərə aiddir və tərəflər arasında digər irad və tələblərə aid edilmir.
7. Əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, tam imzalandığı gündən 10 təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır.
8. Tərəflər sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə, o cümlədən, sazişin könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla, qarşı tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar.
9. Məhkəməyə müraciət edən tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir.
10. Tərəflər razılığa gəlmişdirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.
11. Tərəflər razılığa gəlmişdirlər ki, bu saziş məhkəmə qaydasında təsdiq edildikdən sonra məcburi qüvvəyə malik olur.
12. Tərəflər bu sazişlə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə sazişin bağlanmasından sonra yaranmış, tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu sazişin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir.
13. Sazişin 12-ci bəndində göstərilən səbəblərdən sazişin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır.
14. Fors-major hallarının təsirinə məruz qalan tərəf digər tərəfi belə halların baş verdiyi gündən 3 təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməlidir.
15. Fors-major hallarının baş verməsi barədə xəbərdar etməyən və ya vaxtında xəbərdar etməyən tərəf saziş üzrə öhdəliklərini icra edə bilmədikdə fors-major hallarına istinad etmək hüququnu itirir. Fors-major hallarının baş verməsinə istinad etmək hüququnu itirmiş tərəf tətbiq edilən qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.
16. Fors-major hallarının mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır.
17. Saziş tam imzalandığı tarixdən qüvvəyə minir və tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir.
18. Bu saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 3 nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 nüsxə olmaqla məhkəmədə və digər nüsxələri tərəflərdə saxlanılır (tərəflərin tələbi ilə müvafiq orqanlara təqdim etmək üçün əlavə nüsxələrdə hazırlana bilər).
19. Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin şərtləri tərəflərə aydındır.
İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi və müqavilə bəndlərinin dəyişdirilməsi” tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçı tərəfindən "xxxx" ASC vasitəsi ilə dövlət büdcəsinə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 manat ekspertiza xərcinin 50 manat hissəsi İddiaçı və 50 manat hissəsi Cavabdeh MTK-dan tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Solmaz Ədilova