Məhkəmə qərarları › İş №2(005)-7/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-7/2025

12.08.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-7/2025 12.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yaninda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: müqavilənin etibarsızlığı) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Cavabdeh2 vümayəndəsi və vəkili Vəkil4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yaninda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin faktiki halları: AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmo sovxozu ərazisində yerləşən 0.0414 hektar torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir. Bu ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixində qeydiyyata alınmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli,1(101)-1064/21 saylı hökmdən görünür ki, X34 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi,ona 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi,X16 10 aprel 2019-cu il tarixdən 01 avqust 2019-cu il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 21 (iyirmi bir) gün ona təyin olunmuş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılması və üzərində qəti olaraq 05 (beş) il 08 (səkkiz) ay 09 (doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılması,X34 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınması,X16 cəzaçəkmə müddətinin əvvəli hökm elan olunduğu gündən, yəni 08 oktyabr 2021-ci il tarixdən hesablanması,X34 ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması və İlqar Rzayevə məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə sovxozunda xüsusi mülkiyyətdə olan 0.0414 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin (dəyəri ümumilikdə 55320 manat) zərərçəkmiş şəxs X8 verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 may 2022-ci il tarixli,1(103)- 159/2022 saylı hökmə əsasən, məhkum X34 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət edərək,iddianın təmin edilməsi,Bakı şəhəri, Xəzər rayonu,Binə qəsəbəsi, Donuzkökəlmə sovxozu ərazisində yerləşən 0,0414 ha torpaq sahəsinə dair cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 İləsən qızı arasında bağlanmış əqdin etibarısız sayılması və həmin əqdin əsasında Cavabdeh1 adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş **********12 reyestr nömrəli çıxarışın ləğv-edilməsi və torpaq sahəsinə dair çıxarışın X22 adına bərpa edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101 )-1064/2021 saylı 08 oktyabr 2021-ci il tarixli hökmü əri X39 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 06(altı) il müddətə azdlıqdan məhrum edilmişdir.Ona görə təqsirli bilinib məhkum edilmişdir ki, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X35, X26, X40, İran İslam Respublikasının vətəndaşı X5 və Miri-zadə Zaur Rəfail oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında X8, sonuncunun oğlu Cavabdeh2 99 illik istifadəsində olan kənd təsərüffatı təyinatlı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmo sovxozu ərazisində yerləşən 2 hektar torpaq sahəsinə Bakı şəhər Xəzər rayon İcra Hakimiyyətindən ilkin olaraq torpağın təyinatının dəyişdirilməsi üçün sərancam aldıqdan sonra keçmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alıb verəcəyi barədə yalandan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 17 mart 2015-ci il tarixdə saat 12 radələrində ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Notariat kontorunda 85000 (səksən beş min) manat, 08 sentyabr 2015-ci il tarixdə saat 14 radələrində ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 35 saylı Notariat kontorunda 29.500 (iyirmi doqquz min beş yüz) manat, 15 oktyabr 2015-ci il tarixdə saat 14 radələrində ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Notariat kontorunda həmin dövrdəki məzənnə ilə 64.907,8 manat təşkil edən 62.000 (altmış iki min) ABŞ dolları və 29 oktyabr 2015-ci il tarixdə saat 15 radələrində ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Notariat kontorunda həmin dövrdəki məzənnə ilə 31,488 manat təkil edən 30.000 (otuz min) ABŞ dollarını ələ keçirib zərərçəkmiş şəxs Sultanəli Qurbanova ümumilikdə 210895,8 manat məbləğində, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.Həmin hökmdən X39 apellyasiya şikayəti verərək barəsində bəraət hökmü çıxarılmasını tələb etmişdir.İşin faktiki halları ondan ibarət olmuşdur ki, 2-ci cavabdeh ərim X28 müraciət edərək Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmo sovxozu ərazisində yerləşən 2 hektar torpaq sahəsinə Bakı şəhər Xəzər rayon İcra Hakimiyyətindən ilin olaraq torpağın ləyinatınm dəyişdirilməsi üçün sərancam aldıqdan sonra keçmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almaq istəmiş bunun müqabilində notariat qaydasında 180.000 manat pul vermişdir. X41 da bu işin düzəlməsindən ötrü öz növbəsində həmin pulu ona sərancam və çıxarış alınmasını söz vermiş X35 adlı şəxsə vermiş,X35 da başqa şəxslərlə əlbir olaraq pulları mənimsəmişdir.Hazırki iddia tələbi isə ondan ibarətdir ki,bu pulun ərini aldadaraq mənimsənilməsi nəticəsində ərinə edilən təzyiqlər nəticəsində X6 Nəsib Sultanəli oğluna pulların qaytarılması müddətinədək girov qismində müvəqqəti olaraq müvafiq etibarnamə vermişdir.Cinayət işinin materialları ilə əri X41 2021-ci ilin may ayında, İddiaçı isə hökm çıxarıldıqdan sonra 2021-ci ilin oktyabr ayında məlumatlanmışdılar ki,X39 ilə birgə nikah dövrü əldə etdiyi X22 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi,Donuzkökəlmə sovxozu ərazisində yerləşən 0,0414 ha torpaq sahəsi saxta yollar ilə onun razılığı olmadan və X22 iradəsinə zidd olaraq birinci Cavabdeh1 adına mülkiyyət hüquqları keçirilərək adma çıxarış alınmışdır.Cavabdeh1 iləsən qızı isə Cavabdeh2 anasıdır.Hansı əqd formasında torpaq sahəsinin keçirilməsi barədə hələlik məlumatı yoxdur, lakin vəkili vasitəsi ilə daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müvafiq sorğu verilərək Cavabdeh1 adma mübahisəli torpaq sahəsinin keçirilməsinə və ilkin özəlləşdirilməsinə əsas olmuş sənədlər tələb edilmişdir. Həmin sənədlər 26 noyabr 2021-ci il tarixdə onlara təqdim ediləcəkdir.Həmin əmlak birgə nikah dövründə əldə edildiyindən tərəfindən hazırkı iddia tələbi ilə çıxış etmək hüququ vardır. Cavabdehlərin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh2 vümayəndəsi və vəkili Vəkil3 etiraz ərizəsi təqdim edərək, bildirmişdir ki, İddiaçı əri X39 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci il maddəsi ilə təqsirli bilinərək 06{aİtı) il müddətə azadlıqdan məhrum edilmişdir. İddia ərizəsində bildirdiyi kimi, X39 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X35, X26, X42, İran İslam Respublikasının vətəndaşı Kərimi Kamil Əbdüİrəsul Firuz oğlu və Miri-zadə Zaur Rəfail oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında X8, sonuncunun oğlu Cavabdeh2 99 illik istifadəsində olan kənd təsərüffatı təyinatlı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzkökoltmə sovxozu ərazisində yerləşən 2 hektar torpaq sahəsinə Bakı şəhər Xəzər rayon İcra Hakimiyyətindən ilkin olaraq torpağın təyinatının dəyişdirilməsi üçün sərancam aldıqdan sonra keçmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alıb verəcəyi barədə yalandan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 17 mart 2015-ci il tarixdə saat 12 radələrində ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Notariat kontorunda 85000 (səksən beş min) manat, 08 sentyabr 2015-ci İl tarixdə saat 14 radələrində ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 35 saylı Notariat kontorunda 29.500 (iyirmi doqquz min beş yüz) manat, 15 oktyabr 2015-ci il tarixdə saat 14 radələrində ünvan 3 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Notariat kontorunda həmin dövrdəki məzənnə ilə 64.907,8 manat təşkil edən 62.000 (altmış iki min) ABŞ dolları və 29 oktyabr 2015-ci il tarixdə saat 15 radələrində ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Notariat kontorunda həmin dövrdəki məzənnə ilə 31,488 manat təşkil edən 30,000 (otuz min) ABŞ dollara» ələ keçirib zərarçəkmiş şəxs Sultanəli Qurbanova ümumilikdə 210895,8 manat məbləğində, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İşin faktiki halları ondan ibarət otmuşdur ki, X1 İlqar Baləli oğluna müraciət edərək Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə sovxozu ərazisindəyerləşən 2 hektar torpaq sahəsinə Bakı şəhər Xəzər rayon İcra Hakimiyyətindən ilkin olaraq İddiaçı tərəfindən verilmiş əqdin etibarsız hesab edilməsinə dair iddia əsassız olduğuna görə rədd olunmalıdır. İddiaçı əri X39 tərəfindən Cavabdeh2 verilmiş torpaq sahəsi girov olaraq verilməmişdir. Rzayev İlqarın borcu olduğuna və borcu qarşılığında etibarnamə ilə istifadəsinə verilən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəlmə sovxozu ərazisində yerləşən 0,0414 ha torpaq sahəsini Cavabdeh2 dəymiş ziyanın bir hissəsi olaraq vermişdir. İddiaçı iddia etdiyi kimi guya onun bu torpaq sahəsinin Cavabdeh2 verilməsindən məlumatlı olmaması cəfəngiyyatdır. Nəzərə alınmalıdır ki, Rzayev İlqar və əlbir olduqları şəxslər tərəfindən Cavabdeh2 atası Qurbanov Sultanəliyə vurulan külli miqdarda ziyan qarşılığında ərinin yüngülləşdirici hal olaraq dəymiş ziyanın bir hissəsinin ödəməsini bilməsi qaçınılmazdır. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin (101)-1064/2021saylı, 08 oktyabr 2021-ci il tarixli, torpağın təyinatının dəyişdirilməsi üçün sərancam aldıqdan sonra keçmiş Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almaq istəmiş və bunun müqabilində notariat qaydasında 210895,8 manat pul vermişdir. Hazırkı iddia tələbinə münasibətdə bildirilir ki, bu geri tələb olunan əmlak İddiaçı əri Rzayev İlqarın aldadılaraq əlindən alınmamışdır. X39 cinayət işi materiallarında da ifadəsində də qeyd olunmuşdur ki, könüllü olaraq belə bir əmlakın olduğunu, lakin əmlakın onun adına olmadığını, etibarnamə ilə müvəqqəti istifadəsində olduğunu, həmin əmlakın X3 Nəsibin adına dəymiş ziyanın qarşılığında keçirilməsi barədə etibarnamə vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09 fevral 2021-ci il tarixli 24 nömrəli rəyindən görünür ki,Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə sovxozu ərazisində 0,0414 ha torpaq sahəsinin bazar qiyməti 18320 AZN, üzərində yerləşən fərdi yaşayış evinin bazar dəyəri 37000 AZN müəyyən edilmişdir. X9 tərəfindən İlqar Rzayevə verilmiş, 210.895,8 AZN pulun 30.000 manat hissəsi zərərçəkmişin oğlu Cavabdeh2 tərəfindən Rzayev İlqara çatdırılmış. İlqar Rzayev isə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzkökoltmə sovxozu ərazisində yerləşən 2 hektar torpaq sahəsinə Bakı şəhər Xəzər rayon İcra Hakimiyyətində ilkin olaraq torpağın təyinatının dəyişdirilməsi üçün sərancam aldıqdan sonra keçmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alıb verəcəyi barədə yalandan vəd verib aldadaraq Sultanəli Qurbanova aid pulu mənimsəmişdir. Hal-hazırda da İlqar Rzayevin həyat yoldaşı belə iddia verməklə, dəymiş ziyan müqabilində təqdim olunan əmlaka münasibətdə aşağı həddə cəza almış əri Rzayev İlqarla bağlı cinayət işinin yekunlaşdığını düşünərək əmlakı geri tələb etməklə əslində əvvəldən də əri tərəfindən dələduzluq niyyəti olaraq başqasının pul vəsaitinin ələ keçirilməsindən məlumatlı olduğunu, həmin planlama ilə də hal –hazırda yenidən əmlakı digər bəhanəylə geri tələb etdiyini təsdiqləmiş olur. Belə görünür ki, əri Rzayev İlqar əmlakı təqdim edərək, dəymiş ziyanın ödənilməsiylə bağlı yüngülləşdirici halların olmasına görə aşağı cəza almaqla, daha sonra isə verilən əmlakı müxtəlif bəhanəylə geri tələb etməklə yenidən hazır əmlak sahibi olmaq planı əvvəlcədən qurulmuşdur. Lakin, iddia ərizəsində də həmin əmlakın sadəcə etibarnamə ilə İlqar Rzayevin istifadəsinə verildiyini, əmlakın İlqarın mülkiyyətində olmadığı özləri tərəfindən etiraf və təsdiq olunmuşdur. Belə ki,Mülki dövriyyənin predmeti olmayan əmlakın digər şəxsin mülkiyyətinə keçirilməsi üçün arvadın etibarnaməyə münasibətdə razılığı tələb olunmur. Eyni zamanda ərinin zərərçəkmişə dəymiş ziyanın müqabilində təqdim etdiyi əmlaka münasibətdə bundan arvadının məlumatlı olmaması real deyil və açıq aydın özündə butun bunların qurulmuş plan üzrə həyata keçirildiyini təsdiq edir. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vümayəndəsi və vəkili Vəkil4 iddia tələbini qəbul etmədiklərini bildirmiş və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bildirdi ki, mübahisələndirilən əqd ümumiyyətlə mövcud deyil. İddiaçının subyektiv hüququnun olmadığını hesab edir. İddiaçı tərəfindən hüquqmüəyyənedici sənədlərin təqdim edilməyib. Digər tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbələrin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki işin materialları - AZ-İ 651578 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X34 və X10 xx.xx.2011-ci il tarixində nikah bağlamış, bu barədə 121 nömrəsi ilə qeyd aparılmışdır. - xx.xx.2019-cu il tarixli Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivi tərəfindən Cavabdeh1 göndərilən məktuba əsasən,27 nömrəli ƏMR-ə əsasən Azərbaycan Respublikası Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521№-li qərarına əsasən sovxoz həmkarlar komitəsi ilə kollektivi şurasının birgə ümumi iclasının 12 mart 1994-cü il tarixli 23№-li qərarı ilə sovxoz fəhlələrinə (Cavabdeh1) 0,08 ha həyətyanı torpaq sahəsi verilməsi əmri verilmişdri. - AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmo sovxozu ərazisində yerləşən 0.0414 hektar torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir. Bu ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixində qeydiyyata alınmışdır. - Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli,1(101)-1064/21 saylı hökmdən görünür ki, X34 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi, ona 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi,X16 10 aprel 2019-cu il tarixdən 01 avqust 2019-cu il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 21 (iyirmi bir) gün ona təyin olunmuş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılması və üzərində qəti olaraq 05 (beş) il 08 (səkkiz) ay 09 (doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılması,X34 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin vo o, dərhal məhkəmə iclas zalından həbsə alınması,X16 cəzaçəkmo müddətinin əvvəli hökm elan olunduğu gündən, yəni 08 oktyabr 2021-ci il tarixdən hesablanması,X34 ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, X26 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi, ona 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, X26 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək və o, dərhal məhkəmə iclas zalından həbsə alınması,X13 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması,Məhərrəmov Əİi Muxtar oğlu, ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli hökm elan olunduğu gündən, yəni 08 oktyabr 2021-ci il tarixdən hesablansın.X35 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi, ona 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi,X17 12 aprel 2019-cu il tarixdən 13 aprel 2019-cu il tarixədək həbsdə saxlanıldığı 01 (bir) gün ona təyin olunmuş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılması və üzərində qəli olaraq 04 (dörd) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla X23 təyin olunmuş cəza 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilməsi, X17 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, X17 davranışına nəzarət yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə olunması, üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulması, X17 barəsində sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi, ona 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla X4 təyin olunmuş cəza 01 (bir) il sınaq müddəti ilə şərli hesab edilməsi, X2 barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, X2 davranışına nəzarət yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə olunması, üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulması, X2 barəsində sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, Mirzə-zadə Zaur Rəfail oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmədiyindən ona həmin maddələrlə bəraət verilməsi, Mirzə-zadə Zaur Rəfail oğlunun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməsi, iş üzrə ziyanın ödənilməsinə yönəldilmiş, İlqar Rzayevə məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə sovxozunda xüsusi mülkiyyətdə olan 0.0414 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin (dəyəri ümumilikdə 55320 manat) zərərçəkmiş şəxs X8 verilməsi nəzərə alınması,İbtidai istintaq zamanı X5 tərəfindən ziyänın ödənilməsi məqsədi ilə Azərbaycan Respublikası DİN-nin VÖEN ********** Maliyyə plan idarəsinin depozitinə qoyulmuş 10.000 (on min) manat məbləğində pul zərərçəkmiş şəxs X8 verilməsi hökm edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Abşeron rayon Donuzkökəltmə sovxozu üzrə 27 saylı xx.xx.1998-ci il tarixli əmrdən çıxarışa,Abşeron rayon Dövlət Arxivinin F-1003 nömrəli xx.xx.2019-cu il tarixli arxiv çıxarışına, Cavabdeh1 torpaq sahəsinin azalmasına etiraz edilməməsi ilə bağlı ərizəsinə əsasən Bakı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə sovxozu ərazisində yerləşən 0.0414 hektar torpaq sahəsi Cavabdeh1 adına ilkin qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. - 31 saylı notariat ofisinin xüsusi notariusu X29 tərəfindən təsdiq edilmiş Cavabdeh1 ərizəsindən görünür ki,ona məxsus olan Abşeron rayon Donuzkökəltmə Sovxozu ərazisində yerləşən 0.08 ha torpaq sahəsinin 0.0386 ha hissəsindən imtina edir və faktiki qalan 0.0414 ha torpaq sahəsinin özəlləşdirilməsinə və reyestrdən Çıxarış verilməsinə etiraz etmir. - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 may 2022-ci il tarixli, 1(103)-159/2022 saylı hökmün surətindən görünür ki, apellyasiya şikayətləri təmi edilməmiş, apellyasiya protestinin təmin edilməsi, məhkumlar X16, X13, X17, X2 və Mirzəzadə Zaur Rəfail oğlunun Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli hökmünün məhkum Mirzə-zadə Zaur Rəfail oğluna aid hissədə ləğv edilməsi, Mirzə-zadə Zaur Rəfail oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Mirzə-zadə Zaur Rəfail oğlunun 18 mart 2021-ci il tarixdən 20 mart 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla, üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılması, məhkum Mirzə-zadə Zaur Rəfail oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi,cəzasının əvvəli 17 may 2022-ci il tarixdən hesablanması, məhkum Mirzə-zadə Zaur Rəfail oğU məhkəmə iclas zalından dərhal həbs edilməsi, məhkum Mirzə-zadə Zaur Rəfail oğlu cəzaçəkmə müəssisəsinə etap olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilməsi,məhkum Mirzə-zadə Zaur Rəfail oğluna göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X24 məhkəmədə iştirak edərək müdafiə üçün sərf etdiyi hər iş saatına 6 AZN hesab edilməklə 65 (altmış beş) saat üçün 390 (üç yüz doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından X19 işlədiyi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməsi hökm edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli 1(102)-1657/2022 saylı qərarının surətindən görünür ki, məhkum X16 müdafiəçisi Vəkil1 tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməməsi,zərərçəkmiş şəxs X7 nümayəndəsi X11 tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməməsi.məhkum Mirzə-zadə Zaur Rəfail oğlunun müdafiəçisi X36 tərəfindən verilmiş kassasiya şikayəti qisnən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli hökmü məhkum Mirzə-zadə Zaur Rəfail oğluna aid hissədə Mirzə-zadə Zaur Rəfail oğlunun həbsə alinmasına dair müddəalar istisna olmaqla ləğv edilməsi və cinayət işi həmin hissədə yeni apellyasiya baxışına təyin edilməsi məhkum X13 müdafiəçisi X30 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməsi,Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli hökmü X20 aid hissədə dəyişdirilməsi,Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli hökmü ilə X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən 04 (dörd) il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunması,Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən təyin olunmuş sınaq müddəti ərzində məhkum X13 davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək barədə vəzifələr qoyulması,qərarın icrası X13 yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilməsi, X26 məhkəmə iclas zalından dərhal azad olunması qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 15 mart 2023-cü il tarixli,1(103)-601/2023 saylı qərarın surətindən görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X15 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməsi,məhkumlar X25, X13, X17 və X2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəs ilə məhkum edilmələrinə və Mirzə-zadə Zaur Rəfail oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2021 -ci il tarixli, 1(101 )-1064/2021 saylı hökmü məhkum Mirzə-zadə Zaur Rəfail oğluna münasibətdə dəyişdirilmədən saxlanılması,məhkum Mirzə-zadə Zaur Rəfail oçlu məhkəmə iclas zalından dərhal azad olunması qərara alınmışdır. - Ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 120 manat dövlət rüsumu ödəmişdir. Mülki işə tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. İlk olaraq, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır ("Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli Qərar). Mülki Məcəllənin 148.2-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Maddə 339.2 Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3 Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir və əhəmiyyətsizdir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Məhkəmə qeyd edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqa zidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu çür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Məhkəmənin qənaətinə görə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən bağışlama müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə xx.xx.2004-cü il və T.Qasımovanın şikayəti üzrə xx.xx.2020-ci il tarixli Qərarları). Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmə hesab edir ki, müqavilənin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə yə onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquqi münasibətlərini yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia ərizəsindən görünür ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 0,414 ha torpaq sahəsinin onunla cavabdeh X22 birgə nikah dövründə əldə edildiyini, Əmlakın saxta yollarla, iddiaçının razılığı alınmadan Cavabdeh1 adına qeydiyyatdan keçirildiyini bildirir və Cavabdeh2 ilə anası Cavabdeh1 arasında bağlanmış müqavilənin etibarsız sayılmasını və həmin əqd əsasında Cavabdeh1 adına rəsmiləşdirilmiş çıxarışın ləğv edilməsini xahiş edir. Lakin mülki işin materiallarından görünür ki, Abşeron Rayon Donuzkökəltmə Sovxozu üzrə 29 aprel 1998-ci il tarixli, 27 saylı əmrlə Cavabdeh1 adına 0,08 ha həyətyanı torpaq sahəsi ayrılmışdır.16 oktyabr 2019-cu il tarixdə Cavabdeh1 Bakı şəhəri 31 saylı Notariat ofisində sözügedən torpaq sahəsinin 0,0386 ha hissəsindən imtina etdiyini və fakiki qalan 0,0414 ha torpaq sahəsinin özəlləşdirilməsinə və reyestrdən çıxarış verilməsinə etiraz etmədiyini bildirən ərizə imzalamışdır. Bundan sonra, xx.xx.2019-cu il tarixdə Cavabdeh1 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ünvanında yerləşən 0,0414 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmış, bu barədə **********12 reyestr nömrəli çxarış tərtib edilmişdir. Göründüyü kimi, cavabdelər Cavabdeh2 və Cavabdeh1 arasında mübahisəli torpaq sahəsi ilə əlaqədar hər hansı əqdin bağlanması öz təsdiqini tapmır. İddiaçının özünün istinad etdiyi, o cümlədən də məhkəmənin sorğusu əsasında təqdim edilmiş məhkəmə hökm və qərarlarından görünür ki, cavabdeh X39 Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə nəərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində 5 il 8 ay 9 gün azadlıqdan məhrm edilmə cəzası təbiq edilmişdir . Onun ifadəsindən də görünür ki, o Cavabdeh2 istifadəsində olan torpaq sahəsini özəlləşdirmək məqsədilə sonuncudan pul vəsaitlərini almışdır. Beləliklə, iddiaçının dəlilləri mülki işin materialları ilə təkzib edilir. Mübahisəli torpaq sahəsinin nə vaxtsa Rzayev İlqara məxsus oması, həmin torpaq sahəsinin birgə nikah dövründə əldə edilməsi, sonradan aldatma nəticəsində cavabdehin mülkiyyətinə keçirməsi ilə bağlı mülki işin materiallarında heç bir sübut yoxdur. Eyni zamanda mübahisələndirilən əqd də ümumiyyətlə mövcud deyil. Belə olan təqdirdə məhkəmə hesab edir ki iddia tələbi rədd edilməlidir. İddia tələbinin digər hissələri – çıxarışın ləğvi və əmlakın mülkiyyətə qaytarılması ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi ilkin hissədə rədd edildiyindən digər törəmə tələblər də təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin: - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi və s. tələbinə dair iddia ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar