Məhkəmə qərarları › İş №2(3-8)-547/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-547/2026

23.06.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-547/2026 23.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər Abşeron rayonu Qobu Bələdiyyəsinə, DƏDKR Publik Hüquqi Şəxsi * saylı Abşeron rayon Ərazi İdarəsinə, cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı mülki iş üzrə (Açar söz: qərarın, alqı-satqı və sair sənədlərin etibarsız hesab edilməsi və torpaq sahəsinin boşaldılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İddiaçı, cavabdehlər cavabdeh3 və cavabdeh1 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Qobu Bələdiyyəsi şurasının cavabdeh5 adına verilmiş ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarı, Abşeron rayon Qobu Bələdiyyəsi şurasının cavabdeh6 adına verilmiş ## ###### 2007-ci il tarixli ** nömrəli qərarı, cavabdeh5 adına olan ##.##.2014-cü il tarixli ************ saylı reyestr nömrəli, cavabdeh6 adına olan ##.##.2014-cü il tarixli, ************ saylı reyestr nömrəli çıxarışların etibarsız hesab edilməsi, ## ###### 2014-cü il tarixli **/* saylı qərarı ilə bələdiyyə ərazisində 0,10 ha torpaq sahəsi qeydiyyata alınmadan satıldığı üçün qeyd edilən aktın etibarsız hesab edilməsi, torpaq sahəsinin cavabdeh cavabdeh5 və cavabdeh6 hesabına boşaldılması və aparılmış tikililərin onların hesabına sökülməsi, habelə məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh cavabdeh5 və cavabdeh6 alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Qobu Bələdiyyəsinin ## ### 2007-ci il tarixli ** saylı qərarı ilə ona (alqı-satqı qaydasında) bələdiyyə ərazisində 0,08 ha torpaq sahəsi ayrılmışdır. Bələdiyyənin ## ###### 2007-ci il tarixli ** saylı qərarı ilə ona (alqı-satqı qaydasında) bələdiyyə ərazisində 0,10 ha torpaq sahəsi ayrılmışdır. Abşeron rayonu Qobu Bələdiyyəsinin ## ###### 2014-ci il tarixli **/* saylı qərarı ilə ona bələdiyyə ərazisində 0,10 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahələrinə dair Qobu Bələdiyyəsi sədri cavabdeh4 ona sistemdə kod açmış və bələdiyyə vergisinə cəlb etmişdir. Hazırda həmin kod aktivdir və onun tərəfəindən bir neçə dəfə ödənişlər edilmişdir. Bundan başqa, bələdiyyənin qeydiyyat kitablarında iddiaçı İddiaçı adı qeyd edilmiş və bu barədə əvvəllər şifahi məlumatlar olmuşdur. Torpaq sahələri ayrılan vaxtdan onun daimi istifadəsində olmuş, müvafiq olaraq orada hasarlama və müəyyən tikinti işləri aparılmış, bundan başqa həmin mübahisəli ərazidə ona məxsus bir çox tikinti materialları olmuş, lakin iş üzrə cavabdehlər tərəfindən istifadə edilmişdir. X9 və cavabdeh5 adlı şəxslərə həmin ərazidə heç bir əmlak olmamış və həmin torpaq sahələri heç vaxt onlara aid olmamışdır. Tikinti hasarlanma işlərini aparan şəxslər X4 və X3 olmuş, onlar bunu öz aralarında akt şəklində tərtib edərək imzalamışlar. Torpaq sahəsinə dair lazımi sənədləşmə işləri görülmüş, lakin dövlət reyestrindən çıxarış alınmamışdır. 2021-ci ilin sonunda ona məlum olmuşdur ki, bir qrup şəxs və ya şəxslər ona məxsus olan torpaq sahələrini köhnə tarixlərlə sənədlər hazırlayaraq öz adlarına keçirmiş və müvafiq surətdə sənədlər əldə edərək torpaqlar üzərində qeyri-qanuni mülkiyyət hüququ əldə etmişlər. Onların iddiaçıya məxsus torpaq sahələri üzərində hüquq əldə etməsi tamamilə qanunsuzdur. ƏMDX * saylı Abşeron Ərazi İdarəsinin ##.##.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində 0,1 ha torpaq sahəsi üzrərində cavabdeh5 mülkiyyət hüququ qeydə alınmışdır. (##.##.2014-cü il tarixli, qeydə alma nömrəsi ************ reyestr nömrəsi, Abşeron rayon Qobu bələdiyyəsi şurasının ## ###### 2007, ** nömrəli qərarı, DT və XK ##.##.2013-cü il tarixli ****/** nömrəli torpaqların alqı-saqtısına dair akt). Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində 0.08 ha torpaq sahəsi üzrərində cavabdeh6 mülkiyyət hüququ qeydə alınmışdır. (##.##.2014-cü il tarixli, qeydə alma nömrəsi ************ reyestr nömrəsi, Abşeron rayon Qobu bələdiyyəsi şurasının ## ###### 2007, ** nömrəli qərarı, DT və XK ##.##.2013-cü il tarixli ****/** nömrəli torpaqların alqı-saqtısına dair akt, DT və XK -nin ##.##.2014-cü il tarixli ***** nömrəli torpaq sahəsinin plan-ölçüsü əsasında qeydiyyata alınmışdır). * saylı Abşeron ərazi idarəsinin ##.##.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, ## ###### 2014-ci il tarixli **/* saylı qərarı ilə ona bələdiyyə ərazisində 0,10 ha torpaq sahəsi qeydiyyata alınmadan satılmışdır. Iddiaçıya məxsus olan 3 torpaq sahəsi ayrı-ayrılıqda qanunsuz şəkildə satılmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.

3. Məhkəmə prossesi zamanı iddiaçı İddiaçı cavabdeh3, cavabdeh2 və cavabdeh1 cavabdehlər qismində işə cəlb edilmələrini xahiş etmiş, məhkəmə tərəfindən cavabdeh3, cavabdeh2 və cavabdeh1 cavabdehlər qismində işə cəlb edilmişlər.

4. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.

5. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə iddia tələbinin Abşeron rayon Qobu Bələdiyyəsinin qərarlarının, həmin qərarlar əsasında verilmiş çıxarışların və aktın etibarsız hesab edilməsi hissəsində iş üzrə icraata məhkəmədə baxılmalı olmadığından xitam verilmişdir.

6. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddia tələbi təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Hazırki halda iddiaçı məhkəmə iclasında cavabdehlərin onun hansı hüquqlarını pozmasını sübuta yetirə bilməmişdir. Hazırki iş üzrə iddiaçının hüququ cavabdehlər tərəfindən pozulmadığından o, hazırki tələblə bağlı iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. Başqa sözlə, iddiaçının hüququ pozulmadığından onun müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin, iddia tələbi torpaq sahəsinin cavabdehlərin hesabına boşaldılması və aparılmış tikililərin onların hesabına sökülməsi hissəsində sübuta yetirilməmişdir.

8. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 60, Mülki Məcəllənin 27.2, 140, 152.1, 157.2, 157.4, 164.1, 165.1ci maddələrinə, “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ## #### 2008-ci il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, etibarsızlıq barədə iddialara mülki icraat qaydasında rayon və ya şəhər məhkələrində baxılır və müvafiq qətnamələr qəbul edilir. Məhkəmə qətnaməsi və qərardadı tamamilə əsassıdır ona görədə birinci instansiya məhkəməsinin gəldiyi nəticələr ləğv edilməklə işə mülki icraat qaydasında baxılmaqla yeni qətnamə qəbul edilməlidir. İlk öncə qeyd edir ki, iş materilları, ekpsert rəyləri ilə müəyyən edilmişdir, hazırki cavabdehlər torpaq sahələrini qanunsuz hasarlamış və zəbt etmişdirlər. Cavabdehlərin torpaq sahələri tamamilə iddia edilən torpaq sahəsindən uzaq məsafələrdə yerləşir buna dair iş materillarında xəritələr və həmin yerlərin dəqiq göstəriciləri qeyd edilmişdir. Bundan başqa iş materilları ilə müəyyən edilmişdir ki, Ələkbərova Reyhan və cavabdeh6 məxsus torpaqlar tamamilə kənar ərazilərdə yerləşir, buna dair rəy və sxemlər məhkəməyə təqdim edilmişdir. İş materiallarında bunları aydın görmək mümkündür. Bundan başqa Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış ##.##.2024-cü il tarixli *-**-**/*-**/**** saylı və ##.##.2025-ci il tarixl *-**-**/*-**/****/**** saylı rəylərdə qeyd olunan reyestr nömrələrindən məlum olur ki, onun işində cavabdehlər olan cavabdeh5, cavabdeh6, cavabdeh3, cavabdeh2 və çoxlu sayda çıxarışları olan X2 adlarına Abşeron rayon Qobu Bələdiyyəsinin indiki sədri cavabdeh4, keçmiş sədri X5 verdikləri saxta sənədlər əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Abşeron Ərazi İdarəsindən aldıqları çıxarışların hamısının reyestr nömrələri tam fərqlidir. Nömrələrin tamamilə fərqli olmaları onu göstərir ki, çıxarışlar saxtadır. Məsələn, ************ saylı çıxarış ##.##.2014-cü ildə verilib, ************ saylı çıxarış ##.##.2021-ci ildə verilib. Abşeron rayonu Qobu bələdiyyəsinin ## ### 2007-ci il tarixli ** saylı qərarı ilə ona (alqı-satqı qaydasında) bələdiyyə ərazisində 0.08 ha torpaq sahəsi ayrılmışdır. Bələdiyyənin ## ###### 2007-ci il tarixli ** saylı qərarı ilə ona (alqı-satqı qaydasında) bələdiyyə ərazisində 0.10 ha torpaq sahəsi ayrılmışdır. Abşeron rayonu Qobu bələdiyyəsinin ## ###### 2014-ci il tarixli, **/* saylı qərarı ilə ona bələdiyyə ərazisində 0.10 ha torpaq sahəsi ayrılmışdır. Bu qədər sübutların təqdim edilməsinə baxmayaraq məhkəmənin MPM 77-ci maddəsinə istinad etməsi tamamilə əsassızdır. Bütün sübutlar onun tərəfindən təqdim edilmiş, məhkəmə həmin sübutları düzgün qiymətləndirməmiş, maddi hüquq normalarını pozmuşdur. Təqdim edilmiş sübutlar düzgün qiymətləndirilməmişdir. Bundan başqa ekspertiza mərkəzi də sübutların qiymətləndirilməsini tam və hər tərəfli etməmişdir. Belə ki ##.##.2025-ci il tarixli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, Abşeron rayonu Qobu Bələdiyyəsinin ## ### 2007-ci il tarixli ** saylı, Bələdiyyənin ## ###### 2007ci il tarixli ** saylı və Bələdiyyənin ## ###### 2014-cü il tarixli **/* saylı qərarlarında və “Abşeron Rayonu X17 Planından Çıxarış”larda 0,08 ha, 0,10 ha və 0,10 ha torpaq sahələrinin döngə nöqtələrinin koordinatları qeyd olunmadığından müqayisəli tədqiqat aparılmaqla həmin torpaq sahələrinin Şirinovlara məxsus torpaq sahələri ilə kəsişibkəsişməməsinin müəyyən edilməsi mümkün olmamışdır. Bu tamamilə qanunsuz yanaşmadır, iş materiallarında döngə nöqtələrini müəyyən edən koordinantlar təqdim edilmişdir və iş materiallarında əksini tapır. İş materialları ilə sübut edilmişdir ki, torpaq sahələri bələdiyyə qərarları ilə ilk öncə iddiaçıya ayrılmışdır. Bundan başqa birinci instansiya məhkəməsinin gedişi zamanı rəylər arasında müvafiq ziddiyyətlər olmuş ancaq bunlar da nəzərə alınmamışdır. Ümumiyyətlə məhkəmə tamamilə hüquqdan kənar işə baxmışdır. Dəfələrlə edilmiş etirazlara məhəl qoyulmamış, qarşı tərəflərin maraqlarına xidmət edilərək əsassız qətnamə qəbul edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, torpaq sahəsini bələdiyyədən almış, çıxarış veriləcəyini bildirsələr də bu günədək çıxarış əldə edə bilməmişdir. Torpaq sahəsinə daş, beton tökdürmüş, xeyli iş görmüşdür. Torpaq sahəsini alanda bildirdilər ki, pay torpaqlarıdır istənilən vətəndaş ümumi qaydada torpaq sahəsini ala bilər. 2019-cu ilin yayında Ələkbərovlar torpaq sahəsinin onlara məxsus olduğunu bildirmişlər. Sənədlərini tələb etmiş, lakin ona heç bir sənəd göstərilməmişdir. 2021-ci ildə isə ona məlum olmuşdur ki, torpaq sahəsi cavabdeh cavabdeh1 satılıb. Bələdiyyə onunla alqı-satqı etməsinə baxmayaraq torpaq sahəsini Ələkbərovlara satmış, onlar isə Şirinovlarla alqı-satqı etmişlər. Bu məsələ ilə bağlı müxtəlif qurumlara şikayətlər ünvanlamış, son olaraq mülki qaydada məhkəməyə müraciət etmişdir. Bələdiyyə ilə alqı-satqı aktı olmasına baxmayaraq bələdiyyə eyni torpaq sahəsini Ələkbərova satmışdır. Üç sənədə əsasən onun ümumi 28 sot torpaq sahəsi var. Cavabdehlərdə ümumi 56 sot torpaq sahəsi var. cavabdeh6 satılması iddia olunan torpaq sahəsi kvadrat, çıxıntısız torpaq sahəsidir, lakin ona satılmış isə çıxıntılıdır. Sənədləri var, torpaq sahəsinin koordinatları mövcuddur, alqı-satqı aktı bələdiyyənin bazasında qeydə alınıb. İnzibati məhkəməyə hələ müraciət etməmişdir. Mütəmadi olataq torpaq sahəsinə baş çəkmiş, lakin ona cavabdeh cavabdeh1 nömrəsi verilməmişdir.

13. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh1 apellyasiya şikayətinə etiraz olaraq bildirdi ki, 2020-ci ildə elanda torpaq sahəsinin satıldığını görmüş, alqı-satqı vasitəçisi ilə əlaqə saxlamış, onunla gedib torpaq sahəsinə baxış keçirmişdir. Özünə və ailə üzvlərinə torpaq sahəsi almaq istəmişdir, 5 yer axtarırdı, satılan torpaq sahəsi istədiyi kimi olmuş və bəyənmişdir. Buldozerlə yol açılmış, 5 torpaq sahəsinə gediş-gəliş üçün şərait qurulmuş, heç bir narazılıq, etirazla qarşılaşmamışdır. Bundan sonra torpaq sahəsini almış, lakin 2 yer qalmış, aldığı sahəyə hasar çəkdirmişdir. Növbəti illərdə qalan 2 yeri də almışdır. Həmin torpaq sahəsinin başqa şəxsə məxsus olduğunu ona deyən olmamışdır. 5 il müddətində iddiaçı etirazını bildirməmiş, torpaq sahəsinə gəlməmişdir. O, torpaq sahəsini alanda hasara alınmamış, bünövrə qoyulmamışdı. Mübahisəli ərazidə 7 torpaq sahəsi var, onlardan 5-i 10 sot, 1-i 6 sotdur. Həmin 6 sotu da iki yerə bölmüşdür. Sadaladığı sahələrdən biri ( 10 sot) arvadının, biri (10 sot) oğlunun, qalanları isə onun adınadır. cavabdeh6lə heç bir qohumluq əlaqəsi yoxdur, 2020-ci ildə qəzetdəki elanda torpaq sahəsinin satıldığını öyrənmişdir.

14. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh3 apellyasiya şikayətinə etiraz olaraq bildirdi ki, torpaq sahəsinin problemli olduğunu bilsə idilər almazdılar.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi ilə lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, iş üzrə cavabdehlər Abşeron rayonu Qobu Bələdiyyəsinin və DƏDKR Publik Hüquqi Şəxsi * saylı Abşeron rayon Ərazi İdarəsininin nümayəndələri, cavabdeh6, cavabdeh5, cavabdeh4 və cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

16. xxxx Publik Hüquqi Şəxsi * saylı Abşeron Ərazi İdarəsi tərəfindən Bakı şəhəri * saylı Vəkil Bürosuna ünvanlanan ##.##.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Abşeron rayonu, Qobu qəsəbə ərazisində yerləşən 0,01 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində cavabdeh5 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2014-cü il tarixdə ************ reyestr nömrəsi ilə qeydiyyata (Abşeron rayonu Qobu Bələdiyyə şurasının ## ###### 2007-ci il tarixli ** nömrəli qərarı, DT və XK-nin ##.##.2013-cü il tarixli ****/** nömrəli torpaqların alqı-satqısına dair aktı, DT və XK-nin ##.##.2014-cü il tarixli ***** nömrəli torpaq sahəsinin planı və ölçüsü əsasında) alınmışdır. Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0,08 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində cavabdeh6 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2014-cü il tarixdə ************ reyestr nömrəsi ilə qeydiyyata (Abşeron rayonu Qobu Bələdiyyə şurasının ## ###### 2007-ci il tarixli ** nömrəli qərarı, DT və XK-nin ##.##.2013-cü il tarixli, ****/** nömrəli torpaqların alqısatqısına dair aktı, DT və XK-nin ##.##.2014-cü il tarixli, ***** nömrəli torpaq sahəsinin planı və ölçüsü əsasında) alınmışdır.

17. xxxx Publik Hüquqi Şəxsi * saylı Abşeron Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanan ##.##.2021-ci il tarixli müraciətə baxılması barədə cavab məktubundan görünür ki, Abşeron rayonu, Qobu qəsəbə ərazisində yerləşən 0,01 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ## ###### 2022-ci il tarixli müraciətə xxxx Publik Hüquqi Şəxsi * saylı Abşeron Ərazi İdarəsində baxılmışdır. Aparılan araşdırma zamanı Qobu Bələdiyyəsi tərəfindən ## ###### 2014-cü il tarixdə, **/* nömrəli qərara münasibətdə 0,10 ha torpaq sahəsinin bilavasitə, bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan satıldığı aşkar edilmişdir. Göründüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmiş, torpaq sahəsi hərrac və ya müsabiqə vasitəsilə satılmalı olduğu halda bilavasitə satılmışdır. Bundan başqa sözügedən qərar əsasında ayrılmış torpaq sahəsinin alqı-satqı aktının və sözügedən sənədlərin arxiv arayışının hazırkı ərizəyə əlavə olunmadığı aşkar edilmişdir. Həmçinin müraciət üzrə əlavə edilmiş Abşeron rayonu, X17 planından çıxarışının qanunamüvafiq qaydada (Abşeron rayonu Qobu bələdiyyəsinin, ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiqlənmədiyi müəyyən edilmişdir. Əlavə olaraq bildirilir ki, faktiki torpaq sahəsinin başqa şəxslərin mülkiyyətində olan sənəd üzrə torpaq sahələri ilə üst-üstə düşdüyü, həmçinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid olması müəyyən edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir.

18. Abşeron Rayon Qobu Bələdiyyə Şurasının ##.##.2014-cü il tarixli, **/* saylı qərarından görünür ki, Azərvaycan Respublikasının Torpaq Məcəlləsinə, "Torpaq islahalı haqqında və "Torpaq bazarı haqqında" Azərbavcan Respublikasının Qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il ## ###### fərmanı ilə təsdiq edilmiş "Torpaqların alqı-satqı qaydalarına və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## #### 1998-ci il tarixli, *** saylı qərarına müvafiq olaraq vətəndaş bələdiyyənin perspektiv alqı-satqı predmeti olan torpaq sahəsindən fərdi İddiaçı 0,10 ha torpaq sahəsi satılması barədəki 2007-ci il tarixli ərizəsinə, bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin hazırladığı rəy və digər sənədlər əsas tutularaq, Abşeron rayonu Qobu bələdiyyəsi perspektiv inkişaf fondunun alqı satqı predmeti olun torpaq sahəsindən alqı-satqı qaydasında vətəndaş İddiaçı fərdi mənzil tikmək məqsədli 10 ha torpaq sahəsinin satılması barədə X7 komitəsinin Abşeron rayon şöbəsi tərəfindən hazırlanmış sənədlər nəzərə alınması, vətəndaş İddiaçı perspektiv inkişaf fondunun alqısatqı predmeti olan torpaq sahəsindən fərdi mənzil tikintisi məqsədi ilə torpaq sahəsinin satılması, İddiaçı sahəsinin normativ qivmətindən az olmamaq şərtilə torpağın nəzərdə tutulmuş satış qiymətinə görə 800 manat dəyərini Qobu bələdiyyəsinin bankdakı xüsusi hesabına ödənilməsi və məhkəmə qəbzi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron ravon şöbəsinə təqdim edilməsi, Torpaq Xəritəşəkmə Komitəsinin Abşeron rayon şöbəsindən xahiş edilsin ki, satılan torpağın dəyəri ödənildikdən sonra nümunəsi "Torpaqların alqı-satqı qaydaları "na əlavədə göstərilən nümunədə Torpaqların alqısatqısına dair üç nüsxədən ibarət Akt tərtib edilməsi və onun qeydiyyata alınması, İddiaçı torpaq sahəsinə mülkiyyət hüququna dair müvafiq hüquqi sənəd hazırlanıb verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən xahiş edilməsi, torpaqda tikinti işləri aparılarkən nəzərdə tutulmuş tikinti işlərindən əvvəl tikintinin layihəsinin tərtib edilməsi və memarlıq xidmətindən icazə alınması, tikinti aparılacaq sahədə kommunikasiya, qaz, su, neft kabel, elektrik, telefon xəttlərinin mühafizə zonasının qorunması, qərarın icrasına nəzarətin bələdiyyə icra aparatına həvalə edilməsi qərara alınmışdır.

19. Abşeron Rayon Qobu Bələdiyyə Şurasının ##.##.2007-ci il tarixli, ** saylı qərarından görünür ki, Azərvaycan Respublikasının Torpaq Məcəlləsinə, "Torpaq islahalı haqqında və "Torpaq bazarı haqqında" Azərbavcan Respublikasının Qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il ## ###### fərmanı ilə təsdiq edilmiş "Torpaqların alqı-satqı qaydalarına və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## #### 1998-ci il tarixli, *** saylı qərarına müvafiq olaraq vətəndaş bələdiyyənin perspektiv alqı-satqı predmeti olan torpaq sahəsindən fərdi İddiaçı 0,10 ha torpaq sahəsi satılması barədəki 2007-ci il tarixli ərizəsinə, bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin hazırladığı rəy və digər sənədlər əsas tutularaq, Abşeron rayonu Qobu bələdiyyəsi perspektiv inkişaf fondunun alqı satqı predmeti olun torpaq sahəsindən alqı-satqı qaydasında vətəndaş İddiaçı fərdi mənzil tikmək məqsədli 10 ha torpaq sahəsinin satılması barədə X7 komitəsinin Abşeron rayon şöbəsi tərəfindən hazırlanmış sənədlər nəzərə alınması, vətəndaş İddiaçı perspektiv inkişaf fondunun alqısatqı predmeti olan torpaq sahəsindən fərdi mənzil tikintisi məqsədi ilə torpaq sahəsinin satılması, İddiaçı sahəsinin normativ qivmətindən az olmamaq şərtilə torpağın nəzərdə tutulmuş satış qiymətinə görə 800 manat dəyərini Qobu bələdiyyəsinin bankdakı xüsusi hesabına ödənilməsi və məhkəmə qəbzi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron ravon şöbəsinə təqdim edilməsi, Torpaq Xəritəşəkmə Komitəsinin Abşeron rayon şöbəsindən xahiş edilsin ki, satılan torpağın dəyəri ödənildikdən sonra nümunəsi "Torpaqların alqı-satqı qaydaları"na əlavədə göstərilən nümunədə Torpaqların alqısatqısına dair üç nüsxədən ibarət Akt tərtib edilməsi və onun qeydiyyata alınması, İddiaçı torpaq sahəsinə mülkiyyət hüququna dair müvafiq hüquqi sənəd hazırlanıb verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən xahiş edilməsi, torpaqda tikinti işləri aparılarkən nəzərdə tutulmuş tikinti işlərindən əvvəl tikintinin layihəsinin tərtib edilməsi və memarlıq xidmətindən icazə alınması, tikinti aparılacaq sahədə kommunikasiya, qaz, su, neft kabel, elektrik, telefon xəttlərinin mühafizə zonasının qorunması, qərarın icrasına nəzarətin bələdiyyə icra aparatına həvalə edilməsi qərara alınmışdır.

20. Abşeron Rayon Qobu Bələdiyyə Şurasının ##.##.2007-ci il tarixli, ** saylı qərarından görünür ki, Azərvaycan Respublikasının Torpaq Məcəlləsinə, "Torpaq islahalı haqqında və "Torpaq bazarı haqqında" Azərbavcan Respublikasının Qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il ## ###### fərmanı ilə təsdiq edilmiş "Torpaqların alqı-satqı qaydalarına və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## #### 1998-ci il tarixli, *** saylı qərarına müvafiq olaraq vətəndaş bələdiyyənin perspektiv alqı-satqı predmeti olan torpaq sahəsindən fərdi İddiaçı 0,10 ha torpaq sahəsi satılması barədəki 2007-ci il tarixli ərizəsinə, bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin hazırladığı rəy və digər sənədlər əsas tutularaq, Abşeron rayonu Qobu bələdiyyəsi perspektiv inkişaf fondunun alqı satqı predmeti olun torpaq sahəsindən alqı-satqı qaydasında vətəndaş İddiaçı fərdi mənzil tikmək məqsədli 10 ha torpaq sahəsinin satılması barədə X7 komitəsinin Abşeron rayon şöbəsi tərəfindən hazırlanmış sənədlər nəzərə alınması, vətəndaş İddiaçı perspektiv inkişaf fondunun alqısatqı predmeti olan torpaq sahəsindən fərdi mənzil tikintisi məqsədi ilə torpaq sahəsinin satılması, İddiaçı sahəsinin normativ qivmətindən az olmamaq şərtilə torpağın nəzərdə tutulmuş satış qiymətinə görə 800 manat dəyərini Qobu bələdiyyəsinin bankdakı xüsusi hesabına ödənilməsi və məhkəmə qəbzi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron ravon şöbəsinə təqdim edilməsi, Torpaq Xəritəşəkmə Komitəsinin Abşeron rayon şöbəsindən xahiş edilsin ki, satılan torpağın dəyəri ödənildikdən sonra nümunəsi "Torpaqların alqı-satqı qaydaları "na əlavədə göstərilən nümunədə Torpaqların alqısatqısına dair üç nüsxədən ibarət Akt tərtib edilməsi və onun qeydiyyata alınması, İddiaçı torpaq sahəsinə mülkiyyət hüququna dair müvafiq hüquqi sənəd hazırlanıb verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən xahiş edilməsi, torpaqda tikinti işləri aparılarkən nəzərdə tutulmuş tikinti işlərindən əvvəl tikintinin layihəsinin tərtib edilməsi və memarlıq xidmətindən icazə alınması, tikinti aparılacaq sahədə kommunikasiya, qaz, su, neft kabel, elektrik, telefon xəttlərinin mühafizə zonasının qorunması, qərarın icrasına nəzarətin bələdiyyə icra aparatına həvalə edilməsi qərara alınmışdır.

21. Torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, İddiaçı rayon şəhər bələdiyyə orqanına 2007-ci il tarixdə torpaq sahəsi almaq barədə müraciət etmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Abşeron rayonu Qobu bələdiyyəsi ərazisindən 0,08 ha torpaq sahəsinin satılması barədə ## ### 2007-ci il tarixli ** saylı qərarla qəbul edilmişdir. Bunun müqabilndə İddiaçı tərəfindən Qobu bələdiyyəsinin Abşeron rayon filialındakı xüsusi hesabına 800 manat haqq ödənilməsi vətəndaşa həvalə edilmişdir. Aktın düzgünlüyünü imzaları ilə təsdiqləmişlər. Akt Abşeron şöbəsində ##.##.2014-cü il tarixdə 1959/14 nömrə ilə qeydiyyata alınmışdır.

22. cavabdeh8 tərəfindən verilmiş ##.##.2014-cü il tarixli, *** saylı arayışın surətindən görünür ki, İddiaçı verilmiş həyətyanı 0,08 ha torpaq sahəsinə görə “Texnika bank”ın Abşeron rayon filialına Qobu bələdiyyəsinin bank hesabına 2012-ci ildə 800 manat məbləğində vəsait ödənilmişdir.

23. cavabdeh8 tərəfindən verilmiş ##.##.2014-cü il tarixli, *** saylı arayışın surətindən görünür ki, İddiaçı verilmiş həyətyanı 0,10 ha torpaq sahəsinə görə “Texnika bank”ın Abşeron rayon filialına Qobu bələdiyyəsinin bank hesabına 2012-ci ildə 1000 manat məbləğində vəsait ödənilmişdir.

24. ** saylı qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən “xxxx” ASC Abşeron filialına, Qobu bələdiyyəsinin hesabına 1000 manat ##.##.2012-ci il tarixdə ödəniş edilmişdir.

25. ** saylı qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən “xxxx” ASC Abşeron filialına, Qobu bələdiyyəsinin hesabına 800 manat ##.##.2012-ci il tarixdə ödəniş edilmişdir.

26. cavabdeh8 tərəfindən verilmiş ##.##.2017-ci il tarixli, *** saylı arayışın surətindən görünür ki, İddiaçı Qobu bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** nömrəli qərarı ilə verilmiş həyətyanı 0,08 ha torpaq sahəsinə görə torpaqayırma qərarının 5-ci bəndində İdarənin adı texniki səhv nəticəsində düzgün yazılmamış, əslində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi kimi yazılmalıdı idi. Həmçinin həmin 0,08 ha torpaq sahəsinə DTXKnin Abşeron rayon şöbəsi tərəfindən ümumi rəy deyil, ##.##.2014-cü il tarixli **** nömrəli qısa rəy məktubu verilmişdir. Həmçinin bələdiyyənin torpaqayırma sənədləri rayon Arxiv İdarəsinə bələdiyyə tərəfindən verilməmiş, yaxın günlərdə təhvil verilməsi həyata keçiriləcək. Ona görə də bələdiyyənin ##.##.2007-ci il tarixli ** nömrəli qərarında edilmiş düzəlişi, qısa rəyi və bələdiyyə sənədlərinin indiyə qədər rayon arxiv idarəsinə təhvil verilməməsini nəzərə alaraq vətəndaşın 0,08 ha torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsi xahiş edilmişdir.

27. cavabdeh8 tərəfindən verilmiş ##.##.2017-ci il tarixli, *** saylı arayışın surətindən görünür ki, İddiaçı Qobu bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** nömrəli qərarı ilə verilmiş həyətyanı 0,10 ha torpaq sahəsinə görə torpaqayırma qərarının 5-ci bəndində İdarənin adı texniki səhv nəticəsində düzgün yazılmamış, əslində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi kimi yazılmalıdı idi. Həmçinin həmin 0,10 ha torpaq sahəsinə DTXKnin Abşeron rayon şöbəsi tərəfindən ümumi rəy deyil, ##.##.2014-cü il tarixli **** nömrəli qısa rəy məktubu verilmişdir. Həmçinin bələdiyyənin torpaqayırma sənədləri rayon Arxiv İdarəsinə bələdiyyə tərəfindən verilməmiş, yaxın günlərdə təhvil verilməsi həyata keçiriləcək. Ona görə də bələdiyyənin ##.##.2007-ci il tarixli ** nömrəli qərarında edilmiş düzəlişi, qısa rəyi və bələdiyyə sənədlərinin indiyə qədər rayon arxiv idarəsinə təhvil verilməməsini nəzərə alaraq vətəndaşın 0,08 ha torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsi xahiş edilmişdir.

28. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsi tərəfindən verilmiş ##.##.2014-cü il tarixli, **** saylı rəyin surətindən görünür ki, Qobu bələdiyyəsinin ## ###### 2007-ci il tarixli ** saylı qərarı ilə İddiaçı 1000 kv.m olmaqla fərdi ev tikmək məqsədilə satılmış torpaq sahəsi qanunamüvafiqdir və DT və XK-nin Abşeron rayonu şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verməsinə etiraz etmir.

29. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,1 ha olan qeyriyaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında cavabdeh1 adına ##.##.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının * nömrəli vərəqində ********** saylı nömrə ilə qeydiyyata alınmışdır.

30. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Digah qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,05 ha olan qeyriyaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında cavabdeh1 adına ##.##.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində ********** saylı nömrə ilə qeydiyyata alınmışdır.

31. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,024 ha olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında cavabdeh1 adına ##.##.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində **** nömrəli reyestr kitabının ** nömrəli vərəqində ********** saylı nömrə ilə qeydiyyata alınmışdır.

32. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,10 ha olan qeyriyaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında cavabdeh2 adına ##.##.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində ********** saylı nömrə ilə qeydiyyata alınmışdır.

33. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı № ******* saylı Çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,08 ha olan qeyri-yaşayış sahəsi (həyətyanı) xüsusi mülkiyyət hüququ əsasında cavabdeh6 adına ##.##.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində ********** saylı nömrə ilə qeydiyyata alınmışdır.

34. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı № ******* saylı Çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,10 ha olan qeyri-yaşayış sahəsi (həyətyanı) xüsusi mülkiyyət hüququ əsasında cavabdeh5 adına ##.##.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində ********** saylı nömrə ilə qeydiyyata alınmışdır.

35. xxxx Publik Hüquqi Şəxsi * saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, mütəxəssis qarşısında qoyulmuş suallar elektron GPS aləti vasitəsi ilə yerölçmə işləri aparılmış və sözügedən torpaq sahələri barədə məlumatlar idarənin elektron baza məlumatları əsasında araşdırılmışdır. Aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, məhkəmə tərəfindən təqdim edilmiş Abşeron rayonu X17 planından çıxarışlarda göstərilən koordinatlar daxilində yerləşən torpaq sahələri sxemdə göstərilmişdir. ************ reyestr nömrəli çıxarışla cavabdeh5 sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi sxemdə göstərilmişdir. ************ reyestr nömrəli çıxarışla cavabdeh6 sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi mübahisəli torpaq sahəsindən 6591,4 metr məsafədə yerləşir. Yuxarıda göstərilən torpaq sahələri bir-biri ilə kəsişmir. Sxemdə göstərilmişdir. İddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsi digər şəxslərin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşür.

36. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, **/**** saylı ekspert rəyidən görünür ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsin * saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyinin məlumatlarına əsasən aşağıdakılar müəyyən olunur: məhkəmə tərəfindən təqdim edilmiş Abşeron rayonu X17 planından çıxarışlarda göstərilən koordinatlar daxilində yerləşən torpaq sahələri sxemdə göstərilmişdir. ************ reyestr nömrəli çıxarışla cavabdeh5 sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi sxemdə göstərilmişdir. ************ reyestr nömrəli çıxarışla cavabdeh6 sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi mübahisəli torpaq sahəsindən 6591,4 m məsafədə yerləşir. Yuxarıda göstərilən torpaq sahələri bir-biri ilə kəsişmir. Sxemdə göstərilmişdir. İddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsi digər şəxslərin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşür. Ekspertiza xərci 100 manat təşkil edir.

37. xxxx Publik Hüquqi Şəxsi * saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, sorğuda qeyd olunan şəxslərin mülkiyyətində torpaq sahəsinin olub-olmaması barədə məlumatların, olduğu təqdirdə bu barədə sənədlərin təqdim edilməsi barədə müraciətə cavabdeh7 Publik hüquqi şəxsin * saylı Abşeron Ərazi idarəsində baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildirilir ki, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,1 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində cavabdeh3 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2021-ci il tarixində ************ reyestr nömrəsi ilə qeydiyyat alınmışdır. Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,1 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində cavabdeh2 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2021-ci il tarixində ************ reyestr nömrəsi ilə qeydiyyat alınmışdır. Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,1 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində cavabdeh1 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2021-ci il tarixində ************ reyestr nömrəsi ilə qeydiyyat alınmışdır. Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,0360 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində cavabdeh1 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2021-ci il tarixində ************ reyestr nömrəsi ilə qeydiyyat alınmışdır. Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,1 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində cavabdeh1 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2022-ci il tarixində ************ reyestr nömrəsi ilə qeydiyyat alınmışdır. Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 0,05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində cavabdeh1 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2023-cü il tarixində ************ reyestr nömrəsi ilə qeydiyyat alınmışdır. Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,1 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində cavabdeh1 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2023-cü il tarixində ************ reyestr nömrəsi ilə qeydiyyat alınmışdır. Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,024 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində cavabdeh1 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2023-cü il tarixində ************ reyestr nömrəsi ilə qeydiyyat alınmışdır.

38. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, **/**** saylı ekspert rəyindən görünür ki, mülki iş materialalrında olan Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsin * saylı Abşeron Ərazi idarəsi tərəfindən mübahisə predmeti olan torpaq sahələrinə dair tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü" sənədlərində qeyd olunan döngə nöqtələrinin koordinatlarına əsasən ************ reyestr nömrəli Çıxarışla cavabdeh3 mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsindəki 0,1 ha torpaq sahəsinin, ************ reyestr nömrəli X6 mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsindəki 0,1 ha torpaq sahəsinin, ************ reyestr nömrəli, ************ reyestr nömrəli, ************ reyestr nömrəli, ************ reyestr nömrəli, ************ reyestr nömrəli və ************ reyestr nömrəli Çıxarışlarla X2 mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsindəki 0,1 ha, 0,036 ha, 0,1 ha, 0,05 ha, 0,1 ha, 0,024 ha torpaq sahələrinin sənəd üzrə yerləşmə vəziyyətlərini əks etdirən izahlı sxemlər rəyə əlavə edilmişdir. Mülki iş materiallarında olan (səh.15,17,22,23,28,31,33) Abşeron rayonu Qobu Bələdiyyəsinin ## ### 2007-ci il tarixli ** saylı, Bələdiyyənin ## ###### 2007ci il tarixli ** saylı və Bələdiyyənin ## ###### 2014-cü il tarixli **/* saylı qərarlarında və “Abşeron Rayonu X17 Planından Çıxarış”larda 0,08 ha, 0,10 ha və 0,10 ha torpaq sahələrinin döngə nöqtələrinin koordinatları qeyd olunmadığından müqayisəli tədqiqat aparılmaqla həmin torpaq sahələrinin Şirinovlara məxsus torpaq sahələri ilə kəsişib kəsişməməsinin müəyyən edilməsi mümkün olmamışdır. Ekspertiza xərci 100 manat təşkil edir.

39. xxxx Publik Hüquqi şəxsi * saylı Abşeron Ərazi İdarəsi ## ###### 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, elektron məlumat bazasına əsasən, müayinə olunan torpaq sahəsi ************ reyestr nömrəli (cavabdeh3) torpaq sahəsinin plan və ölçüsü sənədinin yerləşməsi ilə uyğunluq təşkil edir. Elektron məlumat bazasına əsasən, müayinə olunan torpaq sahəsi ************ reyestr nömrəli (cavabdeh2ı) torpaq sahəsinin plan və ölçüsü sənədinin yerləşməsi ilə uyğunluq təşkil edir. Eleketron məlumat bazasına əsasən, ##.##.2021-ci il tarixli, ************ reyestr nömrəli, ##.##.2021-ci il tarixli, ************ reyestr nömrəli, ##.##.2022-ci il traxili, ************ reyestr nömrəli, ##.##.2023-cü il tarixli, ************ reyestr nömrəli, ##.##.2023cü il tarxili, ************ reyestr nömrəli və ##.##.2023-cü il tarixli, ************ reyestr nömrəli reyestrdən çıxarışlara əsasən cavabdeh1 xüsusi mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsindəki 0.1 ha, 0.0360 ha, 0.1 ha, 0.05 ha, 0.1 ha və 0.024 ha sənəd üzrə torpaq sahələri müayinə olunan torpaq sahələrinin daxilində yerləşir Abşeron rayonu Qobu bələdiyyəsinin ## ### 2007-ci il tarixli, ** saylı qərarı ilə İddiaçı ayrılmış 0.08 ha torpaq sahəsinə, bələdiyyənin ## ###### 2007-ci il tarixli ** saylı qərarı ilə ayrılmış 0.10 ha torpaq sahəsinə və bələdiyyənin ## ###### 2014-cü il tarixli **/* saylı qərarı ilə ayrılmış 0.10 ha torpaq sahəsinə dair yerquruluşu planından çıxarışda torpaq sahəsinə dair döngə nöqtələri qeyd edilmədiyindən (torpaq sahəsinin koordinatları) sualların cavablandırılması mümkün olmamışdır.

Tətbiq edilən hüquq

40. Azərbaycan Respublikası Mülki Məcəlləsi

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2.Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

41. Mülki Prosessual Məcəllə

14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

42. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı Abşeron rayonu Qobu Bələdiyyəsinin ## ### 2007-ci il tarixli, ** saylı, ## ###### 2007-ci il tarixli, ** saylı və ## ###### 2014-ci il tarixli, **/* saylı qərarı ilə müvafiq olaraq ona 0,08 ha, 0,1 ha və 0,1 ha torpaq sahəsinin ayrıldığını, cavabdehlərin ona məxsus torpaq sahəsinin zəbt etdiyini və həmin ərazidə tikinti işlərinin aparıldığını iddia edərək, cavabdehlərin həmin torpaq sahəsindən çıxarılmasını və aparılmış tikililərin onların hesabına sökülməsini tələb etsə də mülkiyyət hüququnun qeydə alınmasından imtinaya dair iddiaçıya ünvanlanmış xxxx Publik Hüquqi Şəxsi * saylı Abşeron Ərazi İdarəsinin ##.##.2023-cü il tarixli məktubunda torpaq sahəsi üzərində cavabdeh5 və cavabdeh6 mülkiyyət hüququnun qeydə alındığı bildirilmişdir. Həmçinin iş üzrə əldə edilmiş xxxx Publik Hüquqi Şəxsi * saylı Abşeron Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli mütəxəssis rəyində iddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsinin digər şəxslərin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahələri ilə üstüstə düşməsi müəyyən edilmişdir. Bundan başqa xxxx Publik Hüquqi şəxsi * saylı Abşeron Ərazi İdarəsinin ## ###### 2025-ci il tarixli mütəxəssis rəyi ilə müayinə olunan torpaq sahəsinin ************ reyestr nömrəli (cavabdeh3) torpaq sahəsinin plan və ölçüsü sənədinin və ************ reyestr nömrəli (cavabdeh2ı) torpaq sahəsinin plan və ölçüsü sənədinin yerləşməsi ilə uyğunluq təşkil etməsi, eleketron məlumat bazasına əsasən, ##.##.2021-ci il tarixli, ************ reyestr nömrəli, ##.##.2021-ci il tarixli, ************ reyestr nömrəli, ##.##.2022-ci il traxili, ************ reyestr nömrəli, ##.##.2023-cü il tarixli, ************ reyestr nömrəli, ##.##.2023cü il tarxili, ************ reyestr nömrəli və ##.##.2023-cü il tarixli, ************ reyestr nömrəli reyestrdən çıxarışlara əsasən cavabdeh1 xüsusi mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsindəki 0.1 ha, 0.0360 ha, 0.1 ha, 0.05 ha, 0.1 ha və 0.024 ha torpaq sahəsinin sənəd üzrə torpaq sahələrinin müayinə olunan torpaq sahələrinin daxilində yerləşməsi müəyyən edilməkdədir. Həmçinin, yerquruluşu planından çıxarışda Abşeron rayonu Qobu bələdiyyəsinin ## ### 2007-ci il traxili ** saylı qərarı ilə İddiaçı ayrılmış 0.08 ha torpaq sahəsi, ## ###### 2007-ci il tarixli ** saylı qərarı ilə ayrılmış 0.10 ha torpaq sahəsi və ## ###### 2014-cü il tarxili **/* saylı qərarı ilə ayrılmış 0.10 ha torpaq sahəsinin döngə nöqtələri qeyd edilmədiyindən (torpaq sahəsinin koordinatları) həmin torpaq sahəsinin cavabdehlərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşübdüşməməsini müəyyən edilməsinin qeyri-mümkünlüyünə dair rəy verilmişdir.

45. Göründüyü kimi iddiaçı bələdiyyə sənədlərinə əsasən müvafiq torpaq sahələrinin ona məxsus olduğunu iddia etsə də əldə edilmiş mütəxəssis rəyi, o cümlədən daşınmaz əmlakın dövlət reyestri orqanının, iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtinasından da göründüyü kimi iddiaçıya məxsus torpaq sahələrinin naturada yerləşmə koordinatları olmadığından ona məxsus torpaq sahələrinin naturada harada yerləşməsi naməlum olmalqa, rəylərdən və imtinalardan aydın olduğu kimi isə iddiaçı tərəfindən naturada tanıdılan torpaq sahələri üzərində isə cavabdehlərin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması müəyyən edilməkdədir.

46. İddiaçı cavabdehlərin mülkiyyətində olan torpaq sahələrinin bələdiyyə sənədlərinə əsasən ona məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyünü iddia etməklə, həmin torpaq sahələrinə dair ilkin hüquqmüəyyənedici sənədlər qismində Abşeron rayon Qobu Bələdiyyəsinin qərarlarının, həmin qərarlar əsasında verilmiş çıxarışların və aktın etibarsız hesab edilməsi tələbinə dair iddia qaldırsa da həmin hissədə iş üzrə icraata mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmişdir. Həmçinin, cavabdehlərə məxsus alqı-satqı müqavilələri və mülkiyyət hüququna dair qeydlər isə mübahisələndirilməməklə, daşınmaz əmlakın reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmuşdur ki, bununla da birinci instansiya məhkəməsinin iddianın rədd edilməli olması ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

47. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı və qanuni olmuşdur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 220, 384.0.1, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar