Məhkəmə qərarları › İş №2(012)-3541/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3541/2025

07.11.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3541/2025 07.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rəcəbova Samirə Məmməd qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Abşeron Rayon 1 saylı Dövlət Notariat Kontoru, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh10, Cavabdeh9, Cavabdeh2, Cavabdeh1, X9, (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi və "xxxx" QSC) qarşı “etibarnamə, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi” tələbinə dair mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Abşeron Rayon 1 saylı Dövlət Notariat Kontoru, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh10, Cavabdeh9, Cavabdeh2, Cavabdeh1, X9, (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi və "xxxx" QSC) qarşı “etibarnamə, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, 38 saylı Dövlət Notariat Kontorunda 2374 № ilə qeydə alınmış, xx.xx.2005-ci il tarixdə X18 adından Cavabdeh5 verilmiş etibarnamənin, həmin etibarnamə əsasında Ağcabədi rayon notarusunda Cavabdeh6 Zumrəddin oğlunun adına Cavabdeh5 tərəfindən verilmiş 7E- 6583 reyestr nömrəsi ilə qeydə alınan, AR-İ № 353692 saylı, xx.xx.2014-cü il tarixli etibarnamənin etibarsız hesab olunması; 7E-6583 reyestr nömrəsi ilə qeydə alınan AR-İ № 353692 saylı, xx.xx.2014-cü il tarixli etibarnamə əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadarstrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən X18 adına verilmiş xx.xx.2014-cü il tarixli, qeydiyyat nömrəsi ********** olan, **********02 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi; həmin çıxarış əsasında X28 ilə (7E-6583 reyestr nömrəsi ilə qeydə alınan, AR-İ № 353692 saylı xx.xx.2014-cü il tarixli etibarnamə əsasında) Cavabdeh7 arasında Abşeron rayon Fatmayı kəndində qeydiyyata alınmış 1.00 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Abşeron rayon 1 saylı dövlət notariat kontorunda həyata keçirilmiş xx.xx.2014-cü il tarixdə, 4Ə-5434 reyestrdə təsdiq edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2014-cü il tarixdə 4Ə-5434 reyestrdə təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadarstrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Cavabdeh7 adına verilmiş xx.xx.2014-cü il tarixli, qeydiyyat nömrəsi ********** olan, **********02 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1997-ci ildə Azərbaycan Respublikasının vətəndaşı X28 ilə ailə həyatı qurmuş, birgə nikahlarından iki övladları doğulmuşdur. Həyat yoldaşı xx.xx.2006-cı il tarixdə uzun sürən xəstəlikdən vaxtsız dünyasını dəyişmişdir. Həyat yoldaşı Azərbaycan Respublikasının vətəndaşı olduğundan sağlığında onun adına torpaq sahələri almışdır. Abşeron rayonu, Fatmayı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 17 saylı qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 1,00 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X6, həmin torpaq sahəsi xx.xx.2005-ci il tarixdə dövlət aktı qeydiyyatı kitabında 8739 nömrə ilə qeydiyyata alınmaqla ona torpağa mülkiyyət hüququna dair JN- 0084, 30803018 kod üzrə dövlət aktı verilmişdir. X28 vəfat etdikdən sonra həyat yoldaşı olaraq onun mülkiyyətində olan əmlakları vərəsəlik qaydasında qəbul etmək niyyəti ilə xx.xx.2022-ci il tarixli Abşeron rayon 1 saylı notariat kontoruna Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron rayon şöbəsindən əmlakın yüklü olub-olmamasına dair 1 saylı arayış əldə etmək istədikdə şöbənin əməkdaşı tərəfindən şifahi şəkildə bildirilmişdir ki, sözügedən torpaq sahəsi 2014-cü ildə tarixdə Cavabdeh6 adlı şəxs tərəfindən dövlət aktının dublikatı əldə edilməklə Cavabdeh7 adlı şəxsə satılmışdır. Bildirmək istəyir ki, adları qeyd edilən şəxslər arasında mülkiyyətlərinə dair aparılmış alqı-satqı müqaviləsi onların iradə ifadəsini əks etdirməmiş və bu şəxsləri heç bir zaman tanımadıqları üçün torpaq üzərində həyata keçirilmiş alqı-satqını etibarsız və qanunsuz hesab etməkdədir. Belə ki, torpağa dair bu məsələ ilə bağlı tərəflərindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadarstrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə verilmiş sorğuya həmin idarənin xx.xx.2022-ci il tarixli, **********35 saylı cavab məktubundan görünür ki, Cavabdeh4 X18 adından hüquqlarını təmsil etmək məqsədilə Cavabdeh6 7E- 6583 reyestr nömrəli etibarnamə təsdiq edilmişdir. Bundan sonra, bu məlumatlar üzrə tərəflərindən Ağcabədi ravon dövlət notariat kontoruna 7E-6583 reyestr nömrəli etibarnamənin kim tərəfindən və hansı əsaslarla verilməsi barədə sorğu göndərilmiş, Ağcabədi Regional “Asan Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisindən 03 noyabr 2022-ci il tarixli, 1043 saylı məktubla E-6583 reyestr nömrəli etibarnamənin Bakı səhəri, 38 saylı Dövlət Notariat kontorunda 2374 № ilə qeydə alınmış, xx.xx.2005-ci il tarixdə X19 adından Cavabdeh5 verilmiş etibarnamə əsasında verildiyi bildirilmişdir. Bundan sonra, bu məlumatlar üzrə tərəfindən Abşeron rayon 1 saylı dövlət notariat kontoruna sorğu göndərilməklə torpaq sahəsi üzrə sonrakı aparılmış hərəkətlər barəsində məlumat tələb edilmiş, həmin notariat kontorunun 4950 saylı xx.xx.2022-ci il tarixli cavab məktubu ilə X18 adından etibarnamə üzrə guya nümayəndəsi olmuş Cavabdeh6 tərəfindən Abşeron rayon Fatmayı kəndində qeydiyyata alınmış 1.00 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında vətəndaş Cavabdeh7 özgəninkiləşdirilməsi bildirilmişdir. Bundan sonra, bu məlumatlar üzrə tərəflərindən Bakı səhər, 38 saylı Dövlət notariat kontoruna xx.xx.2022-ci il tarixli, 33/1595 saylı vəkil sorğusu göndərilərək Bakı səhəri, 38 saylı Dövlət Notariat Kontorunda 2374 № ilə qeydə alınmış, xx.xx.2005-ci il tarixdə X18 adından Cavabdeh5 verilmiş etibarnamənin surətinin və həmin etibarnamənin qeydiyyat kitabından çıxarışın verilməsi tələb edilmişdir. Bakı səhəri, 38 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş sorğuya xx.xx.2023-cü il tarixli X-71/2023 saylı məktubla cavab olaraq X28 tərəfindən verilmiş etibarnamənin notariat ofisinin arxiv sənədlərində aşkar olunmadığı, eyni zamanda 2005-ci ilin iyun ayında mövcud olan qanunverciliyə əsasən verilən etibarnamələrin saxlanılma müddəti etibarnamənin müddəti bitdiyi vaxtdan 3 il müddətində notariat ofisində saxlandıqdan sonra məhv edildiyi bildirilmişdir. Bundan əlavə, tərəflərindən şifahi şəkildə sözügedən notariusdan əldə edilmiş məlumata ,əsasən, 2005-ci il tarixli etibarnamələrin qeydiyyat kitabları Notariat arxiv idarəsinə saxlanılması üçün təhvil verildiyi bildirilmişdir. Bundan sonra, bu məlumatlar üzrə tərəflərindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinə sorğu göndərilərək, Bakı səhəri, 38 saylı Dövlət Notariat Kontorunda 2374 ilə qeydə alınmış, xx.xx.2005-ci il tarixdə X18 adından Cavabdeh5 verilmiş etibarnamənin qeydiyyat kitabından məlumatın verilməsi tələb edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivi 3-16-5\6- 14-2211\23 saylı xx.xx.2023 - cü il tarixli məktubla Bakı şəhəri, 38 saylı Dövlət Notariat Kontorunda 2005-ci ildə təsdiq edilmiş etibarnamələrin qeydə alındığı 7E indeksli reyestr kitabında 2374 reyestr nömrəli notariat hərəkətinin xx.xx.2005-ci il tarixdə qeydiyyatı aparıldığı və həmin notariat hərəkəti digər şəxs barəsində rəsmiləşdirilməsi, eyni zamanda həmin reyestr kitabında xx.xx.2005-ci il tarixdə X28 tərəfindən etibarnamənin verilməsi barədə qeydiyyatın aparılmadığı müəyyən edilməsi bildirilməklə bu səbəbdən də reyestrdən çıxarışın verilməsi onların imkanı xaricində olduğu qeyd edilmişdir. Qeyd etmək istəyir ki. əldə etdiyi sübutlarla tam müəyyən olunmuşdur ki. Cavabdeh4 notariusu bir neçə şəxslə (Cavabdeh6, Cavabdeh5 və Cavabdeh7) qabaqcadan əlbir olmaqla cinayət əlaqəsinə girərək saxta etibarnamə düzəltməklə həyat yoldaşı X18 mülkiyyətində olan dövlət aktı qeydiyyat kitabında 8739 nömrə ilə qeydiyyata alınmaqla ona torpağa mülkiyyət hüququna dair JN-0084, 30803018 kod üzrə dövlət aktı Abşeron rayon Fatmayı kəndində qeydiyyata alınmış 1.00 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qanunsuz olaraq ələ keçirmiş, bundan sonra X18 adından etibarnamə üzrə guya nümayəndəsi olmuş Cavabdeh6 tərəfindən Abşeron rayon Fatmayı kəndində qeydiyyata alınmış 1.00 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında vətəndaş Cavabdeh7 satmaqla qanunsuz əməllərini davam etdirmişdir. Hazırda cinayət yolu ilə ələ keçirilmiş onlara məxsus əmlak sonuncunun mülkiyyətindədir. Cavabdehlərin qanunsuz əməlləri ilə bağlı müvafiq orqanlara müraciət edilmişdir. Abşeron rayon Polis İdarəsinin cinayət işi üzrə «sübutların qiymətləndirilməsi və hissəvi xitam verilməsi barədə» xx.xx.2024 - cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.3.2 və 320.1-ci maddələri ilə başlanmış olan ********* nömrəli cinayət işinin icraatının 320.1-ci hissəsinə hissəvi xitam verilmişdir. Qərarla eyni zamanda iş üzrə İddiaçı torpaq sahəsinə dair mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İbtidai istintaq araşdırması zamanı aparılmış xx.xx.2024-cü il tarixli 4/38 saylı xətşünasılıq ekspertizasının rəyinə əsasən Cavabdeh5 tərəfindən Cavabdeh6 verilmiş 7E-6583 reyestr nömrəsi ilə qeydə alınan, AR-İ № 353692 saylı, xx.xx.2014-cü il tarixli etibarnamədəki imza Cavabdeh5 məxsus olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə, 26-cı maddəsinin İİ hissəsinə, 29-cu maddəsinə, 71-si maddəsinin İ və İİ hissələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddələrinə əsasən iddianın təmin edilməsi xahiş edilir. Məhkəmə baxışı dövründə iddiaçı tərəf ərizə ilə müraciət edərək Cavabdeh9, Bakı şəhəri, 26 saylı dövlət notariat kontoru, X10 və Bakı şəhəri, 14 saylı dövlət notariat kontorunun iş üzrə əlavə cavabdeh qismində cəlb edilməsi xahiş edilmişdir. Həmçinin məhkəmə baxışı dövründə iddiaçı tərəf iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək əvvəlki tələbləri ilə yanaşı əlavə olaraq Cavabdeh7 ilə Cavabdeh9 arasında Abşeron rayon Fatmayı kəndində qeydiyyata alınmış 1.00 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Bakı şəhəri, 26 saylı dövlət notariat kontorunda həyata keçirilmiş xx.xx.2023-cü il tarixli 4Ə-669 saylı reyestrdə təsdiq edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2023-cü il tarixli 4Ə-669 saylı reyestrdə təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Cavabdeh9 adına verilmiş xx.xx.2023-cü il tarixli, qeydiyyat nömrəsi ********** olan **********02 reyestr nömrəsi ilə qeydə alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Cavabdeh9 ilə X10 arasında Abşeron rayon Fatmayı kəndində qeydiyyata alınmış 1.00 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Bakı şəhəri, 14 saylı dövlət notariat kontorunda həyata keçirilmiş xx.xx.2024-cü il tarixli 4G-808 saylı reyestrdə təsdiq edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2024-cü il tarixli 4Ə-808 saylı reyestrdə təsdiq edilmiş alqısatqı müqaviləsi əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən X5 adına verilmiş xx.xx.2024-cü il tarixli, qeydiyyat nömrəsi ********** olan **********02 reyestr nömrəsi ilə qeydə alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin həcminin artırılmasına dair ərizə onunla əsaslandırılmışdır ki, mülki işə baxılan zaman müəyyən edilmişdir ki, Cavabdeh7 mübahisəli torpaq sahəsini Bakı şəhəri, 26 saylı dövlət notariat kontorunda xx.xx.2023-cü il tarixdə Cavabdeh9 alqı-satqı etmiş, sonuncu öz növbəsində sözügedən alqı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Cavabdeh9 adına verilmiş xx.xx.2023-cü il tarixli, qeydiyyat nömrəsi ********** olan **********02 reyestr nömrəsi ilə qeydə alınmış və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı əldə etmişdir. Bundan əlavə, Cavabdeh9 öz növbəsində sözügedən torpaq sahəsini Bakı şəhəri, 14 saylı dövlət notariat kontorunda xx.xx.2024-cü il tarixdə X8 alqı-satqı müqaviləsi əsasında satmış, sonuncu da bu alqı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, qeydiyyat nömrəsi ********** olan **********02 reyestr nömrəsi ilə qeydə alınmış və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı əldə etmişdir. Hesab edir ki, işin hazırkı mərhələsində Cavabdeh9, Bakı şəhəri, 26 saylı dövlət notariat kontoru, X10 və Bakı şəhəri, 14 saylı dövlət notariat kontorunun iş üzrə əlavə cavabdeh qismində cəlb edilməklə iddia tələbi həmçinin həmin şəxslərə qarşı da yönəldilməli və tələbin həcmi artırılmalıdır. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələblərini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Cavabdeh9 və X10 iddianı qəbul etməyərək ayrılıqda alqı-satqı müqavilələrinin qanuni olmasını bildirmişlər. Digər cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X28 xx.xx.2006-cı ildə vəfat etmişdir. - Torpağa mülkiyyət hüququna dair JN-0084, 30803018 kod üzrə dövlət aktından görünür ki, Abşeron rayonu, Fatmayı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 17 saylı qərar ıilə cizgidə göstərilən sərhəd daxilində 1,00 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X6, həmin torpaq sahəsi xx.xx.2005-ci il tarixdə dövlət aktı qeydiyyatı kitabında 8739 nömrə ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, ləğv edilmiş DTXK tərəfindən idarəyə təqdim edilmiş DBF elektron baza məlumatlarında X18 mülkiyyətində Abşeron rayonu, Fatmayı kəndi ərazisində yerləşən JN-0084 nömrəli, xx.xx.2005-ci il tarixli Dövlət Aktında qeyd olunan 1.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması qeyd edilmişdir. (Abşeron rayonu Fatmayı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 17 nömrəli qərarına əsasən) Bundan sonra, həmin torpaq sahəsinə (Abşeron Rayon Polis Şöbəsi tərəfindən verilmiş, JN-0084 nömrəli dövlət aktının itirilməsi barədə xx.xx.2014-cü il tarixli, 16285 nömrəli arayışa əsasən) X18 adına (Ağcabədi rayon notariat kontorunda təsdiq edilmiş xx.xx.2014-cü il tarixli, 7E-6583 reyestr nömrəli etibarnaməyə əsasən hüquqlarını Cavabdeh6 təmsil etmişdir.) xx.xx.2014-cü il tarixdə **********02 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış (Dublikat) verilmiş, lakin Abşeron rayonu 1 saylı notariat kontorunda təsdiq edilmiş 26.11,2014-cü il tarixli alqı-satqı müqaviləsinə (X18 etibarnamə üzrə nümayəndəsi Cavabdeh6 tərəfindən bağlanmışdır.) əsasən Cavabdeh7 özgəninkiləşdirilmişdir. Həmin torpaq sahəsi üzərində Cavabdeh7 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixində **********02 (qeydiyyat nömrəsi: 161404,1057) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hal-hazırda mülkiyyətindədir. Nəzərə çatdırılır ki, həmin torpaq sahəsi "xxxx" QSC- nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. -Ağcabədi Regional “Asan Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinin 03 noyabr 2022-ci il tarixli, 1043 saylı cavab məktubundan görünür ki, X18 (mülkiyyətçi) Cavabdeh5 (etibaredən) etibarnamə üzrə verdiyi səlahiyyətlər, sonuncu tərəfindən 03 sentyabr 2014-cü il tarixdə Cavabdeh6 7E- 5583 reyestr nömrəli etibarnamə ilə ötürülmüşdür. Etibarnamənin surəti əlavə edilir. - Ağcabədi rayon notariat kontorunun xüsusi notariusu X24 təsdiq etdiyi 03 sentyabr 2014-cü il tarixli 7E-5583 reyestr nömrəli etibarnamədən görünür ki, Bakı şəhəri, Atatürk pr-ti ev 37. m.63-də qeydiyyatda olan X18 adından Bakı şəhəri, 38 saylı Dövlət Notariat Kontorunda 2374 № ilə qeydə alınmış, xx.xx.2005-ci il tarixli etibarnaməyə əsasən həmin etibarnamə üzrə səlahiyyətlər xx.xx.2020-ci il tarixə kimi (5 il 9 ay 22 gün) Cavabdeh6 ötürülmüşdür. - Bakı səhəri, 38 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli X- 71/2023 saylı cavab məktubundan görünür ki, X28 tərəfindən verilmiş etibarnamənin notariat ofisinin arxiv sənədlərində aşkar olunmadığı, eyni zamanda 2005-ci ilin iyun ayında mövcud olan qanunvericiliyə əsasən verilən etibarnamələrin saxlanılma müddəti etibarnamənin müddəti bitdiyi vaxtdan 3 il müddətində notariat ofisində saxlandıqdan sonra məhv edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivi 3- 16-5\6-14- 2211\23 saylı xx.xx.2023 - cü il tarixli cavab məktubundan görünür ki, Bakı səhəri, 38 saylı Dövlət Notariat Kontorunda dövlət notariat ofisində 2005-ci ildə təsdiq edilmiş etibarnamələrin qeydə alındığı 7E indeksli reyestr kitabında 2374 reyestr nömrəli notariat hərəkətinin xx.xx.2005-ci il tarixdə qeydiyyatı aparılmış və həmin notariat hərəkəti digər şəxs barəsində rəsmiləşdirilmişdir. Eyni zamanda bildirilmişdir ki, həmin reyestr kitabında xx.xx.2005-ci il tarixdə X28 tərəfindən etibarnamənin verilməsi barədə qeydiyyatın aparılmadığı müəyyən edilmişdir. Bu səbəbdən reyestrdən çıxarışın verilməsi imkan xaricindədir. - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»dan görünr ki, Abşeron rayon Fatmayı kəndində qeydiyyata alınmış 1.00 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X18 adına xx.xx.2014-cü il tarixli, qeydiyyat nömrəsi ********** olan, **********02 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmışdır. - Abşeron rayon 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2014-cü il tarixdə, 4Ə-5434 reyestrdə təsdiq edilmiş alqı-satqı müqaviləsinin surətindən görünür ki, X28 ilə (onun adından 7E-6583 reyestr nömrəsi ilə qeydə alınan, AR-İ № 353692 saylı xx.xx.2014-cü il tarixli etibarnamə əsasında Cavabdeh6) Abşeron rayon Fatmeyi kəndində qeydiyyata alınmış 1.00 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 39000 manata Cavabdeh7 satmışdır. - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»dan görünür ki, Abşeron rayon Fatmayı kəndində qeydiyyata alınmış 1.00 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh7 adına xx.xx.2014-cü il tarixli, qeydiyyat nömrəsi ********** olan, **********02 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmışdır. - Bakı şəhəri, 26 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 4Ə-669 saylı reyestrdə təsdiq edilmiş alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh7 ilə Cavabdeh9 arasında Abşeron rayon Fatmayı kəndində qeydiyyata alınmış 1.00 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısı həyata keçirilmiş, əmlak 200000 manata satılmışdır. - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»dan görünür ki, Abşeron rayon Fatmayı kəndində qeydiyyata alınmış 1.00 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh9 adına xx.xx.2023-cü il tarixli, qeydiyyat nömrəsi ********** olan, **********02 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmışdır. - Bakı şəhəri, 14 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 4Ə-808 saylı reyestrdə təsdiq edilmiş alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh9 ilə X10 arasında Abşeron rayon Fatmayı kəndində qeydiyyata alınmış 1.00 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısı həyata keçirilmiş, əmlak 160000 manata satılmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Abşeron rayon Fatmayı kəndində qeydiyyata alınmış 1.00 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5 adına xx.xx.2024-cü il tarixli, qeydiyyat nömrəsi ********** olan, **********02 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmışdır. - Abşeron rayon Polis İdarəsinin cinayət işi üzrə sübutların qiymətləndirilməsi və hissəvi xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.3.2 və 320.1-ci maddələri ilə başlanmış olan ********* nömrəli cinayət işinin icraatının 320.1-ci hissəsinə hissəvi xitam verilmiş, İddiaçı torpaq sahəsinə dair mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin qərardan görünür ki, cinayət işi 05 mart 2024-cü il tarixdə DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin ağır cinayətlərin İstintaq Şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, polis polkovnik-leytenantı Osman Məmmədov tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2 və 320.1-ci maddələri ilə başlanaraq icraata qəbul edilmişdir. Cinayət işinin başlanmasına səbəb İddiaçı Müzeffer oğlunun müraciəti əsasında toplanmış sənədlər, əsas isə şəxsiyyəti istintaq orqanına məlum olmayan şəxs və ya şəxslərin vətəndaş X18 vəfat etməsindən istifadə edərək sonuncunun xüsusi mülkiyyətində olan Abşeron rayonu, Fatmayı qəsəbəsində yerləşən 1 hektar torpaq sahəsini ələ keçirmək məqsədi ilə Zərifə Quliyevanın adından naməlum şəraitdə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etmək, əmlakı üzərində sərəncam vermək və digər səlahiyyətlərin Cavabdeh5 verilməsinə dair xx.xx.2005-ci il tarixli saxta etibarnamə hazırlamış, daha sonra həmin saxta etibarnamə əsasında Ağcabədi rayon notariat kontorunda Cavabdeh5 adından harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etmək, əmlakı üzərində sərəncam vermək və digər səlahiyyətlərin Cavabdeh6 verilməsinə dair 3 sentyabr 2014-cü il tarixli 353692 saylı saxta etibarnamə tərtib etdirərək xx.xx.2014-cü il tarixdə həmin saxta etibarnamələr əsasında da qeyd olunan torpaq sahəsinin özgəninkiləşdirilməsinə nail olmaqla Zərifə Quliyevanın xüsusi mülkiyyətində olan 250000 manat dəyərində əmlakı ələ keçirilməsi faktı olmuşdur. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı Müzeffer oğlunun qərarda əks edilmiş ifadəsində göstərilənlər hazırkı iddia ərizəsinin məzmununda sadalanan hallar olmaqla sonda o, Cavabdeh4 notariusu ilə qabaqcadan cinayət əlaqəsinə girməklə qanunsuz olaraq ələ keçirmiş Cavabdeh6, Cavabdeh5 və Cavabdeh7 məsuliyyətə cəlb edilməklə onların əməllərinə hüquqi qiymət verilməsini xahiş etmişdir. Qərardan görünür ki, iş üzrə şahid qismində dindirilmiş Cavabdeh6 ifadəsində göstərmişdir ki, Cavabdeh5 20 ildir ki tanımış, sonuncu 264 nömrəli avtobus şirkətinin sahibi olmuş və təxminən 4 il olar ki, Zayəddin ölmüşdür. X4 nümayəndəsi kimi iştirak etməyi üçün ona etibarnamə verməsini xatırlamır. Alqı-satqı müqaviləsi ona təqdim olunmuş, müqavilədə olan imza, soyadın Fətullayev və qarşısında almış 055 ***-**-** nömrəsi onun öz xətti ilə yazılıb imza edilmişdir. Yazılan yazı ona məxsus olsa da müqavilədə adları olan şəxsləri tanımamış, onlarla hər hansı bir alqı-satqısı olmamışdır. Həmin sənədə imzası hansı şəraitdə və necə icra olunması, eyni zamanda müqavilədən məlumatı yoxdur və müqavilədə adları çəkilən Zərifə Quliyevanı, Mürsəl Abbasovu ümumiyyətlə tanımamışdır. Həmin qanunsuz əməllərin mərhum dostu Cavabdeh5 tanışı X21 etməsini fikirləşmiş, belə ki, Zayəddinin iki ayağı olmaya-olmaya Bakı şəhərindən Ağcabədi rayonuna gedərək ona məhz Agcabədidə etibarnamə verməsi inandırıcı deyildir. 03 sentyabr 2014-cü il tarixdə Ağcabədi rayon notariat kontorunda notarius X24 iştirakı ilə Cavabdeh5 tərəfindən X18 nümayəndəsi qismində iştirak etməyi üçün ona etibarnamə verilmiş, lakin ümumiyyətlə X22 tanımamışdır. 2013-cü ildə tanışı Cavabdeh5 işlədiyi 264 nömrəli avtobus xəttinə yeni marşurut avtobusları alıb buraxmaq üçün ona 100000 manat pul lazım olduğunu və bu işə şərik axtardığını bildirmişdir. Bu barədə tanışı, iş adamı Camaləddinə məlumat verəcəyini Zayəddinə demişdir. Bundan bir neçə gün sonra tanışı Cavabdeh8 Zayəddinin təklifi barədə məlumat vermiş, o, da Zayəddinlə görüşmək istədiyini demiş və sonuncu ilə Camaləddini görüşdürmüşdür. Görüş zamanı Zayəddin Camaləddinə əldə olunan gəliri yarı böləcəyini bildirmişdir. Camaləddin də Zayədinin təklifi ilə razılaşmışdır. Camaləddin də 100000 manat pul verərək həmin pulu Zayəddinə çatdırmağını xahiş etmişdir. Həmin gün Camaləddindən 100000 manat pulu alıb Zayəddinə vermişdir. Pulu verməyinə baxmayaraq Zayəddin şirkətə hər hansı bir avtobus almamışdır. Bu zaman Camaləddin də pulu tələb etmişdir. Zayəddindən 100000 manat pulu nə etdiyini soruşmuş, sonuncu isə 100000 manat pulu alıb avtobus almaq əvəzinə torpaq almaq üçün X25 verdiyini, sonuncunun isə həmin 100000 manat pulun müqabilində Zayəddinə Bakı şəhərində iki yerdə torpaq sahəsi verdiyini demişdir. Kamil tərəfindən Zayəddinə verilmiş torpaq sənədlərinin biri İ qrup əlil Eldəniz Qasımovun adına olsa da əslində Zayəddinə məxsus torpaq sənədinin, digəri isə onun adına olmuşdur. Sonradan onlara məlum olmuşdur ki, Kamilin Zayəddinə verdiyi hər iki torpaq sahəsinin sənədi saxtadır. Camaləddin pulu onlardan tələb etməyə başladıqda Zayəddin Kamildən aldığı Fatmayı qəsəbəsində yerləşən 1 hektar torpaq sahəsinin sənədini Camaləddinə vermək üçün notarial qaydada ona vermişdir. O da 26 noyabr 2014-cü ildə Abşeron rayonunda yerləşən 1 saylı notariat kontorunda həmin torpaq sahəsini Camaləddinin xahişi ilə qohumu Cavabdeh7 adına alqı-satqı etmişdir. Həmin torpaq sahəsi 39000 manat hesablanmış, yerdə qalan 61000 manat əvəzində isə Zayəddin Xətai rayonunda yerləşən öz adına olan 4 sot torpaq sahəsini idarə etmək üçün baş etibarnamə vermişdir ki, həmin torpaq sahəsini satıb Camaləddinin pulunu vermişdir. Həmin torpaq sahəsini satmaq istəyən ərəfələrdə məlum olmuşdur ki, verilmiş etibarnamə Zayəddin öldükdən sonra arvadı Səidə tərəfindən ləğv edilərək satılmışdır. Beləliklə də Camaləddinə 61000 manat borclu qalmışlar. Camaləddin bu barədə onlardan Xətai Rayon Polis İdarəsinə şikayət etmişdir. Cavabdeh5 2018-ci ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişmişdir. Cavabdeh5 Xətai rayonu ərazisində yerləşən torpaq sahəsini etibarnamə ilə versə də qeyri-rəsmi olaraq Camaləddinə torpağı hələlik verməməyini, belə ki, Kamilin ona verəcəyi başqa torpaq sahəsini Camaləddinə verəcəyini bildirmişdir. X27 verdiyi iki ədəd saxta torpaq sahəsinin sənədi ondadır və həmin sənədləri könüllü olaraq istintaq orqanına təqdim etmişdir. Qərardan görünür ki, iş üzrə şahid qismində dindirilmiş Cavabdeh9 ifadəsində göstərmişdir ki, 2022-ci ildə "xxxx" ASC-nin müşahidə şurasının sədri X1 4 milyon 200 min manat pul götürərək əvəzində öz mülkiyyətində olan bir sıra əmlakları və Abşeron rayonu, Fatmayı kəndi ərazisində yerləşən 1 ha torpaq sahəsini girov kimi Azfınansa yüklü olaraq qoymuş, arada olan razılaşmaya görə həmin torpaq sahəsi satışa çıxarılmış, 21 iyul 2023cü il tarixdə isə 200000 manat verib həmin torpaq sahəsini Camələddinin tanışı mülkiyyətçi Cavabdeh7 alıb öz adına sənədləşdirmiş və ******* saylı alqı-satqı müqaviləsi ilə torpaq onun mülkiyyətinə keçmişdir. Torpağa alqı-satqıdan sonra gedib baxmış və torpağın tək yarıdan bölünməsi onu şübhələndirmişdir. İlk dəfə Cavabdeh7 21 iyul 2023-cü ildə alqı-satqı zamanı notariat kontorunda görmüş, başqa vaxt sonuncu ilə heç bir əlaqəsi olmamışdır. Qərardan görünür ki, iş üzrə şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, «AZESTEET COMPANY” ASC-in müşahidə şurasının sədridir və 18 faiz səhmə malikdir. 2011-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində katenka sexini işlədərkən özünü müharibə veteranı kimi təqdim edən Oktay adlı şəxs yaxınlaşaraq sexdə nəzarətçi kimi onu işə götürməyini xahiş etmişdir. Oktayın şikəst olduğunu, yəni bir ayağının olmadığını görüb sonuncunu sexdə gecə növbəsinə nəzarətçi kimi işə götürmüşdür. Oktay iki il rəhbərlik etdiyi sexdə nəzarətçi işlədikdən sonra yaxınlaşaraq işinin çətin olduğunu bu səbəbdən də 264 nömrəli avtobusda nəzarətçi kimi işləmək istədiyini bildirmişdir. Etiraz etməmiş və bundan sonra da Oktay çıxıb getmişdir. Təxminən 7 ay sonra Oktay yanına gəlmişdir. Oktay 264 nömrəli avtobusların sayını artırıb, sonra satmaqla yaxşı gəlir əldə edəcəklərini bildirmiş və əldə edilən gəlirin 3/1-ni qazanc kimi verəcəyini bildirmişdir. Oktayla birlikdə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinə gedərək orada olan 264 nömrəli avtobuslara baxmış və həmin gün Oktay 264 nömrəli avtobus şirkətinin sahibi Zayəddinlə görüşdürmüşdür. Söhbət zamanı Zayəddin də Oktayın dediklərini təkrar etmiş və 100000 manat bu işə pul yatırmağın əlverişli olduğunu demişdir. Arvadının qardaşı Əlimürsəldən 30000 ABŞ dollar borca pul alaraq yerdə qalan pulun üzərində düzəldərək nağd şəkildə Oktaya Binəqədi rayonun ərazisində 100000 manat pul vermişdir. Oktaya pul verərkən tək olmuş, yanında heç kəs olmamışdır. 4-5 ay sonra 264 nömrəli avtobus şirkətinin bağlandığını eşitmiş və Oktaydan pulunu tələb etmişdir. Oktay da marşurutların dövlət tərəfindən alındığını, bu səbəbdən də işlərinin dayandığını bildirmişdir. Oktaydan pulunu tələb etməyə başlamışdır. Oktay da aldığı 100000 manat pulu Zayəddinə verdiyini bildirmişdir. Oktaydan pulu tələb edən ərəfələrdə sonuncu pulun əvəzində Fatmayı qəsəbəsində 1 ha torpaq sahəsi verməyi təklif etmişdir. Oktayla torpağa baxdıqda torpağın kənd təsərrüfat təyinatlı olduğunu bilmiş və torpağın verilməsinə narazılığını bildirmiş, Oktay təkidlə torpağı əldən çıxarmamağını, belə Zayəddinin çox şəxsə borcu olduğunu, almasa torpağın da əldən çıxacağını demişdir. Oktay həmçinin torpağın Zayəddinə məxsus olduğunu, lakin sənəddə torpağın mülkiyyətçisi kimi onun adı qeyd olunduğunu bildirmiş və həmçinin qeyd etmişdir ki, Zayəddin 100000 manat pulun əvəzində həmin torpaq sahəsini verir. Qohumu Əlimürsəldən borca 30000 ABŞ dollar pul aldığı üçün torpağı Oktayın adından Əlimürsəlin adına keçirmişdir. Son zamanlar “Azfinansdan” 4 milyon 200 min manat kredit götürmüş və bir sıra əmlaklarını girov kimi “Azfinansa” qoymuşdur. Əmlakları içərisində qeyd olunan torpaq sahəsini “Azfınansın” işçiləri 350000 manat dəyərləndirərək girov kimi qəbul etmişlər. 21 iyul 2023-cü ildə qeyd olunan torpaq sahəsini 200000 manata Cavabdeh9 satmış, amma sənəddə Əlimürsəlin adı qeyd olunduğu üçün sonuncunun adından torpaq Nəvahidin adına sənədləşmişdir. Həmin günü 200000 manat pulu notariat kontorundan təhvil alıb Nəvahidin özünə də vermişdir. Qərardan görünür ki, iş üzrə şahid qismində dindirilmiş Cavabdeh7 ifadəsində göstərmişdir ki, 2013-cü il tarixdə bacısının əri Cavabdeh8 borca 30000 ABŞ dollar pul almış və borcunu qaytara bilməmişdir. 2014-cü ildə Camaləddin aldığı borcun əvəzində tanışı Cavabdeh6 vasitəsi ilə Bakı şəhəri, Fatmayı qəsəbəsində 1 hektar boş torpaq sahəsi vermişdir. Sənədləşmədə Abşeron rayon 1 saylı notariat kontorunda olmuş, belə ki, Cavabdeh6 öz mülkiyyətində olan 1 hektar torpaq sahəsini adına sənədləşdirmişdir. Alqısatqı müqaviləsində pul ödəmədiyinə baxmayaraq 39000 manat qeyd olunmuşdur. 21 iyul 2023-cü ildə Camaləddinə pul lazım olduğu üçün sonuncu Fatmayı qəsəbəsində ona məxsus olan 1 hektar torpaq sahəsini razılığı ilə 200000 manata Cavabdeh9 satmışdır. Həmin alqı-satqıda o, satıcı Nəvahid isə alıcı qismində iştirak etmişdir. Alqı-satqıdan sonra Camaləddin bir manat da olsun pul verməmişdir. Camaləddin 200000 manat pulu Hacıqabul rayonu, Nəvai qəsəbəsində yerləşən inşa etdiyi zavodda yatırmışdır. Torpaq sahəsinə sonuncu dəfə torpağı alarkən baxmış, sonradan pulu olmadığı üçün həmin torpaq sahəsində hər hansı bir iş görə bilməmişdir. Qərardan görünür ki, iş üzrə şahid qismində dindirilmiş X30 ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-in 320.1 və 320.2-ci maddələri ilə məhkum olunmuşdur. Cavabdeh5 2013-cü ildən tanımış, belə ki, aralarında dostluq münasibəti olmuşdur. Zayəddindən borc almamış, sonuncu camaata borclu olduğu üçün Zayəddin borclu olduğu şəxslərə göstərmək məqsədi ilə onunla borc müqaviləsi bağlamış və sonradan da Zayəddin öldükdən sonra arvadı onu məhkəməyə vermiş, bununla bağlı Xəzər Rayon Məhkəməsinin qətnaməsi çıxmış, hazırda isə həmin borcla bağlı işləri Xəzər rayon İcra Şöbəsindədir. Zərifə Quliyevanı ümumiyyətlə tanımamışdır. Zərifə Quliyeva tərəfindən Cavabdeh5 hər hansı bir etibarnamə verilməsi barədə məlumatı yoxdur. Ağcabədi rayonu notariat kontorunun notariusu vəzifəsində işləmiş X29 ümumiyyətlə tanımamışdır. Cavabdeh6 tanımış, belə ki, sonuncu ilə 2013-cü ildə Zayəddin vasitəsi ilə tanış olmuşdur. Cavabdeh8 tanımamışdır. Ümumiyyətlə Cavabdeh8 tanımamış, qeyd olunan torpaq sahələrinin şəhadətnamələrini də Cavabdeh6 və Eldəniz Qasımova verməmiş, ümumiyyətlə pul almamışdır. Qərardan görünür ki, iş üzrə şahid qismində dindirilmiş Cavabdeh10 ifadəsində göstərmişdir ki, 1993-cü ildə ailə həyatı qurmuş, birgə nikahdan üç övladı Mirməsud, Mahir və Mircamal dünyaya gəlmişdir. 25 oktyabr 2018-ci ildə əri Cavabdeh5 xroniki böyrək xəstəliyindən ölmüşdür. Mərhum Zayəddin İ qrup əlil olmuş və uzun müddət nəqliyyat sektorunda çalışmışdır. Onların ümumiyyətlə Abşeron rayonu, Fatmayı qəsəbəsində torpaq sahəsi olmamışdır. Əri Zayəddinin hansı səbəbdən qeyd edilən torpaq sahəsini Oktaya verdiyini bilməmişdir. Ümumiyyətlə Zərifə adlı qadını tanımamışdır, Uzun müddət keçdiyi üçün tarixini xatırlamadığı gün Kamil Şükürov mərhum əri Zayəddinə 26000 manat dəyərində torpaq sahələri verməli olmuş, lakin hansı səbəbdən, razılaşmalarının alınmadığını bilməmiş və nəticədə pulunun qayıtmadığını görən əri Zayəddin Kamillə xx.xx.2016-cı ildə borc müqaviləsi bağlamağa məcbur olmuşdur. Abşeron rayonu, Fatmayi qəsəbəsindən 1 hektar torpaq sahəsini əri Cavabdeh5 Kamil Şükürovun verməsindən məlumatı yoxdur. Camaləddini cəmi iki dəfə görmüş və sonuncu əri Zayəddin sağ olarkən onun və Oktayın yanında verdiyi 100000 manat pulu əri Zayəddindən istəmiş, sonuncu ondan 100000 manat pulu torpaq alması üçün X25 verdiyini irmişdir. Kamil Şükürovdan bütün inistansiyalara şikayət etsə də nəticəsi olmamış, sonda məcbur qalıb mülki qaydada Xəzər rayon məhkəməsinə müraciət etmişdir. Qərardan görünür ki, iş üzrə şahid qismində dindirilmiş X31 ifadəsində göstərmişdir ki, 1992-ci ildən 2016-cı ilədək isə Ağcabədi rayon Notariat kontorunda notarius vəzifəsində işləmişdir. Notariusa təqdim olunan etibarnamələrin həqiqiliyini Ədliyyə Nazirdiyi tərəfindən verilmiş sistem vasitəsi ilə yoxlamış, yəni bu imkanı olmuşdur. İş materiallarına əlavə olunmuş 353692 nömrəli etibarnaməni notarius kimi o, vermişdir. xx.xx.2014-cü il tarixli 353692 saylı etibarnaməni verməmişdən əvvəl Bakı şəhəri, 38 saylı notariat kontorunda X18 adından Cavabdeh5 2005-ci il tarixli vermiş olduğu etibarnamənin həqiqiliyini yoxlamasını uzun müddət keçdiyi üçün xatırlamamışdır. 1992-ci ildən 2016-cı ilədək notarius işlədiyi ərəfədə yanına ümumiyyətlə iki ayağı amputasiya edilmiş Bakı şəhər sakini və ya hər hansı rayon sakini gəlməmişdir. Hər iki ayağı amputasiya edilmiş Bakı şəhər sakini Cavabdeh5 heç vaxt görməmiş və sonuncu yanında olmamışdır. Hər iki ayağı amputasiya edilmiş Bakı şəhəri sakini Cavabdeh5 heç vaxt görmədiyi halda etibarnamədə sonuncunun yerinə kim imza etməsini xatırlamamışdır. X30 və Cavabdeh6 tanımamışdır. Qərardan daha sonra görünür ki, Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil tələbnamə sənədinə əsasən X30 Azərbaycan Respublikası CM- 178.2.2 və 320.2-ci maddələri ilə məhkum olunmamışdır. Həmçinin yərardan görünür ki, iş üzrə təyin edilmiş məhkəmə xətşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli rəyinə əsasən ekspertizaya təqdim olunmuş Cavabdeh5 adından olan AR-İ 353692 nömrəli xx.xx.2014-cü il tarixli etibarnamənin kserosurətində (“İmza: qratasmdakı imza — Cavabdeh5 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş Cavabdeh5 adından olan AR-İ 353692 nömrəli xx.xx.2014-cü il tarixli etibarnamənin kserosurətində “İmza:” qrafasındakı imzanın X30 tərəfindən, X32 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunubolunmamasını rəyin tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəbə görə müəyyən etmək mümkün olmadı. Qeyd edilən qərarda daha sonra göstərilmişdir ki, Göbəklioğlu X12 Oktay Zümrəddin oğlu, Cavabdeh5, Cavabdeh7, X32 və X26 tanımamış, görməmiş, aralarında hər hansı bir formada danışıqlar olmamış, həmin şəxslər İddiaçı Müzeffer oğluna hər hansı bir vəd verməmiş, lakin nəticədə sonuncunun mərhum arvadı X20 məxsus torpaq sahəsi etibardan sui-istifadə edilərək saxta sənəd, yəni etibarnamə əsasında dələduzluq yolu ilə ələ keçirilmiş, torpaq sahəsi 25 iyun 2005-ci il tarixli saxta etibarnamə əsasında alqı-satqı olunaraq özgəninkiləşdirilmiş, həmin etibarnamə notariat ofisində Zərifə Quliyevanın adından özü olmadan və onun tərəfindən imza edilmədən qanunsuz olaraq hazırlanmış, həmin etibarnamə alqı-satqıda bilə-bilə istifadə olunmuş və etibarnaməyə əsasən torpaq sahəsi başqa şəxsə satılmışdır. Etibarnamənin hazırlanmasında niyyət torpaq sahəsini ələ keçirməyə, yəni dələduzluğa yönəlmişdir. Azərbaycan Respublikasının CM-nin 320.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikasının CM-nin 75.1.1-ci maddəsinin dispozisiyasında göstərilmişdir ki, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Ona görə də qeyd edilənlərə əsasən Azərbaycan Respublikasının CM-nin 178.3.2 və 320.1-ci maddəsi ilə başlanmış olan ********* saylı cinayət işi üzrə CM-nin 320.1-ci hissəsində cinayətin törədildiyi vaxtdan iki ildən artıq, yəni cəlb etmə müddəti keçdiyinə görə cinayət işinin icraatına 320.1-ci hissəsində hissəvi xitam verilməli, İddiaçı torpaq sahəsinə dair mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Abşeron rayonu, Fatmayı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 17 saylı qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 1,00 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X6, həmin torpaq sahəsi xx.xx.2005-ci il tarixdə dövlət aktı qeydiyyatı kitabında 8739 nömrə ilə qeydiyyata alınmaqla ona torpağa mülkiyyət hüququna dair JN-0084, 30803018 kod üzrə dövlət aktı verilmişdir. İddiaçı ilə X28 ilə 1997-ci ildə ailə həyatı qurmuş, sonuncu xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra iddiaçı mərhumənin mülkiyyətində olan əmlakları vərəsəlik qaydasında qəbul etmək niyyəti ilə xx.xx.2022-ci il tarixli Abşeron rayon 1 saylı notariat kontoruna müraciəti zamanı sözügedən torpaq sahəsinin 2014-cü ildə tarixdə Cavabdeh6 adlı şəxs tərəfindən dövlət aktının dublikatı əldə edilməklə Cavabdeh7 adlı şəxsə satılması barədə məlumat almışdır. İşin materiallarından görünür ki, Bakı səhəri, 38 saylı Dövlət Notariat kontorunda 2374 № ilə qeydə alınmış, xx.xx.2005-ci il tarixdə X19 adından Cavabdeh5 etibarnamə verilmiş, daha sonra Cavabdeh4 X18 adından hüquqlarını təmsil etmək məqsədilə Cavabdeh6 adına AR-İ № 353692 saylı, xx.xx.2014-cü il tarixli, 7E-6583 reyestr nömrəli etibarnamə təsdiq edilmişdir. Göstərilən etibarnamə əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadarstrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən X18 adına verilmiş xx.xx.2014-cü il tarixli, qeydiyyat nömrəsi ********** olan, **********02 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alınmış, Həmin çıxarış əsasında X28 ilə Cavabdeh7 arasında Abşeron rayon Fatmayı kəndində qeydiyyata alınmış 1.00 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Abşeron rayon 1 saylı dövlət notariat kontorunda həyata keçirilmiş xx.xx.2014-cü il tarixdə, 4Ə-5434 reyestrdə təsdiq edilmiş alqı-satqı müqaviləsi təsdiq edilmişdir. X18 adından 7E-6583 reyestr nömrəsi ilə qeydə alınan, AR-İ № 353692 saylı xx.xx.2014-cü il tarixli etibarnamə əsasında Cavabdeh6 imza etmişdir. Beləliklə də müəyyən edilmişdir ki, göstərilən xx.xx.2005-ci il tarixdə X19 adından Cavabdeh5 etibarnamə təsdiq edilməsi onun sağlığında baş vermiş, Cavabdeh5 isə Cavabdeh4 X18 adından hüquqlarını təmsil etmək məqsədilə Cavabdeh6 adına xx.xx.2014-cü il tarixdə etibarnamə təsdiq edilməsi isə onun 2006-cı ildə ölümündən 8 il sonraya təsadüf etmişdir. Abşeron rayon Polis İdarəsinin cinayət işi üzrə «sübutların qiymətləndirilməsi və hissəvi xitam verilməsi barədə» xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh5 1997-ci ildə vəfat etmişdir. Qeyd edilən qərardan daha sonra görünür ki, araşdırma zamanı təyin edilərək keçirilmiş xx.xx.2024-cü il tarixli 4/38 şaylı xətşünaşılıq ekspertizasının rəyinə əsasən Cavabdeh5 tərəfindən Cavabdeh6 verilmiş 7E-6583 reyestr nömrəsi ilə qeydə alınan, AR-İ № 353692 saylı, xx.xx.2014-cü il tarixli etibarnamədəki imza Cavabdeh5 məxsus olmamışdır. Həmçinin araşdırma zamanı sözügedən etibarnaməni təsdiq etmiş 1992-ci ildən 2016-cı ilədək isə Ağcabədi rayon Notariat kontorunda notarius vəzifəsində işləmiş X31 ifadəsində həmin etibarnaməni onun tərəfində təsdiq edilməsini, təqdim olunan etibarnamənin X18 adından Cavabdeh5 2005-ci il tarixli vermiş olduğu etibarnamənin həqiqiliyini Ədliyyə Nazirliyi tərəfindən verilmiş sistem vasitəsi ilə yoxlamasını xatırlamadığını, hər iki ayağı amputasiya edilmiş Bakı şəhəri sakini Cavabdeh5 heç vaxt görmədiyi halda etibarnamədə sonuncunun yerinə kim imza etməsini xatırlamadığını göstərmişdir. İşin materiallarından görünür ki, mərhumənin sağlığında Cavabdeh5 adına verilmiş etibarnamə və X18 Cavabdeh5 (etibar edən) etibarnamə üzrə verdiyi səlahiyyətlər, sonuncu tərəfindən 03 sentyabr 2014-cü il tarixdə Cavabdeh6 7E-5583 reyestr nömrəli etibarnamə ilə ötürülməsindən sonra, onun tərəfindən X18 mülkiyyətində Abşeron rayonu, Fatmayı kəndi ərazisində yerləşən JN-0084 nömrəli, xx.xx.2005-ci il tarixli Dövlət Aktında qeyd olunan 1.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aid JN-0084 nömrəli dövlət aktının itirilməsi ilə bağlı Abşeron Rayon Polis Şöbəsinə müraciət edilmiş, həmin idarənin sözügedən dövlət aktının itirilməsi barədə xx.xx.2014-cü il tarixli, 16285 nömrəli arayışa əsasən X18 adına xx.xx.2014-cü il tarixdə **********02 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış (Dublikat) verilmişdir. Göründüyü kimi, X18 adına mübahisəli torpaq sahəsi ilə bağlı çıxarışı alınarkən onu Ağcabədi rayon notariat kontorunda təsdiq edilmiş xx.xx.2014-cü il tarixli, 7E-6583 reyestr nömrəli etibarnaməyə əsasən hüquqlarını Cavabdeh6 təmsil etmişdir. Halbuki, həmin vaxtı X28 artıq 8 il idi ki vəfat etmişdir. Cavabdeh6 X3 nümayəndəsi kimi həmin etibarnamə əsasında da Abşeron rayonu, 1 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə mübahisəli torpaq sahəsini Cavabdeh7 adına özgəninkiləşdirilmiş və sonuncunun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixində qeydiyyata alınmışdır. Daha sonra iş materiallarından görünür ki, Cavabdeh7 tərəfindən Abşeron rayon Fatmayı kəndində qeydiyyata alınmış 1.00 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Bakı şəhəri, 26 saylı dövlət notariat kontorunda həyata keçirilmiş xx.xx.2023-cü il tarixli 4Ə-669 saylı reyestrdə təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Cavabdeh9, sonuncu isə Bakı şəhəri, 14 saylı dövlət notariat kontorunda həyata keçirilmiş xx.xx.2024cü il tarixli 4Ə-808 saylı reyestrdə təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən X2 və hazırda sözügedən torpaq sahəsi sonuncunun mülkiyyətindədir. İşin materiallarından həmçinin görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən həmin torpaq sahəsi "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Polisdə olan araşdırma zamanı Cavabdeh6, Cavabdeh5, Cavabdeh7, X32 və X21 hərəkətlərində iddiaçının mərhum arvadı X20 məxsus torpaq sahəsi etibardan sui-istifadə edilərək saxta sənəd, yəni etibarnamə əsasında dələduzluq yolu ilə ələ keçirilməsi, torpaq sahəsinin 25 iyun 2005-ci il tarixli saxta etibarnamə əsasında alqı-satqı olunaraq özgəninkiləşdirilməsi, həmin etibarnamə notariat ofisində Zərifə Quliyevanın adından özü olmadan və onun tərəfindən imza edilmədən qanunsuz olaraq hazırlanması, həmin etibarnamə alqı-satqıda bilə-bilə istifadə olunması və etibarnaməyə əsasən torpaq sahəsi başqa şəxsə satılması, etibarnamənin hazırlanmasında niyyətin torpaq sahəsini ələ keçirməsi, yəni dələduzluğa yönəlməsi təsdiqini tapsa da, Azərbaycan Respublikasının CM-nin 178.3.2 və 320.1-ci maddəsi ilə başlanmış olan ********* saylı cinayət işi üzrə CMnin 320.1-ci hissəsində cinayətin törədildiyi vaxtdan iki ildən artıq, yəni cəlb etmə müddəti keçdiyinə görə cinayət işinin icraatına 320.1-ci hissəsində hissəvi xitam verilmiş, İddiaçı torpaq sahəsinə dair mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçı xx.xx.2005-ci il tarixdə X18 adından Cavabdeh5 etibarnamə verilməsinin mümkünlüyünü təsdiq etməyərək bunu həmin şəxsin nə özünün, nə də mərhumənin sağlığında ikən tanımadığını, adları qeyd edilən şəxslər arasında mülkiyyətlərinə dair aparılmış alqı-satqı müqaviləsinin onların iradə ifadəsini əks etdirməməsini və bu şəxsləri heç bir zaman tanımadıqları üçün torpaq üzərində həyata keçirilmiş alqı-satqıları etibarsız və onların hüquqi nəticələrini qanunsuz hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdeh X10 və Cavabdeh9 da iddiaçını və onun mərhumə həyat yoldaşını tanımadıqlarını bildirmişlər. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. (Maddə 337.1.) - Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.( Maddə 337.2.) Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.( Maddə 337.3) Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.(Maddə 337.5) Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.( Maddə 340.2.) Mülki Məcəllənin 324.1 və 389.1-ci maddələrinin dispozisiyasından aydın olur ki, müqavilənin bağlana bilməsi, hüquqi nəticələr doğurması üçün bəzi ünsürlərin (elementlərin) mövcud olması tələb edilir. Bu ünsürlər əsasən, müqavilənin tərəfləri, birbirinə uyğun və qarşılıqlı iradə ifadələridir. Bu baxımdan müqavilənin bağlanması üçün tərəflərin müqavilənin mühüm şərtləri barədə lazımı formada razılığa gəlmələri tələb edilir. Belə ki, alqı-satqı müqavilələri üzrə satılan əşyalar (alqı-satqı müqavilələrinin predmetləri) fərdi-müəyyən əşyalardır. Bu mənada alqı-satqı müqavilələrinin obyektlərinin hər hansı digər əşyadan yalnız özlərinə xas əlamətlərə görə ayrılması və müəyyənləşdirilə bilən olması tələb edilir (MM, maddə 135.7). Müqavilənin bağlanması üçün tərəflərin forma şərtinə əməl etməsi ilə yanaşı həm də müqavilənin predmeti barəsində razılığa gəlmiş olması lazımdır (MM, maddə. 405.1) Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli qərarına görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03 mart 2023-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə... qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhz bu səbəbdən, məsələn, əqdin hər iki tərəfi aldatma yolu ilə hərəkət etdikdə onlardan heç biri aldadıldığına istinad edərək əqdi mübahisələndirmək hüququna malik deyil (Mülki Məcəllənin 339.3-cü maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarında göstərilib ki, xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Göstərilənlərlə yanaşı, məhkəmə qeyd edir ki, əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli 02/2022 nömrəli qərardadında qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edildiyi kimi etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın aşağıdakı fərqli növlərini meydana gətirir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Məhkəmə həmçinin də qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 365.1 və 365.1.7-ci maddələri ilə etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması ilə etibarnamənin qüvvəsinə xitam verilir. Qeyd olunduğu kimi iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 337.1, 340.2ci maddəsi nəzərdə tutula bilər. Yəni, həmin maddələrdə nəzərdə tutulan əsaslarla əqd mübahisələndirilə bilər. Ancaq iddia tələbinin faktiki əsası (faktiki hallar) da həmin maddənin şərtlərinə uyğun olmalı, yəni dispozisiya əlamətləri ilə uzlaşmalıdır. Məhkəmə hesab edir ki, hazırki iddia üzrə iddia tələbinin faktiki əsası qanuni əsasının şərtlərinə uyğun gəlsə də, başqa sözlə, mübahisələndirilən əqdlər qeyd olunan normaların tələbləri pozulmaqla bağlanması işin araşdırılmış halları ilə təsdiq olunsa da hazırki mövcud vəziyyətdə bu iddianın təmin ediməsi üçün hüquqi əsas olmamışdır. Belə ki, məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsini Cavabdeh8 alarkən bu əmlakın ilk olaraq X20 aid olmasını, onun sağlığında adından Cavabdeh5 adına etibarnamə təsdiq edilməsini, onun da həmin etibarnamə üzrə səlahiyyətlərin Cavabdeh6 ötürülməsini bilməmiş və bilə də bilməzdi. İşin materiallarından görünür ki, Cavabdeh8 mübahisəli torpaq sahəsini qohumu Əlimürsəldən borca aldığı 30000 ABŞ dollar pul və həmin məbləğin üstünü düzəldərək Oktay adlı şəxsin vasitəsilə Zayəddin adlı şəxsə Binəqədi rayonun ərazisində verdiyi 100000 manat pul ilə bağlı məsələlər fonunda torpağı Oktayın adından qohumu Əlimürsəlin adına keçirmiş, özünün izahatına və polisdə verdiyi ifadəsinə əsasən “Azfinansdan” götürdüyü 4 milyon 200 min manat kreditlə bağlı bir sıra əmlaklarını girov kimi “Azfinansa” qoymuş, daha sonra torpaq onun adına sənədləşdirilmidir. Göstərilən xüsusatları Cavabdeh9 da təsdiq etmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh8 ilə Cavabdeh9 X20 məxsus torpaq sahəsinin etibardan sui-istifadə edilərək saxta sənəd, yəni etibarnamə əsasında dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı qeyd edilən qərarda bu işin həyata keçirmək niyyəti olan şəxslər sırasında göstərilməmişlər. Məhkəmə qəbul edir ki, mübahisəli torpaq sahəsi ilə bağlı Zərifə Quliyevanın adından naməlum şəraitdə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etmək, əmlakı üzərində sərəncam vermək və digər səlahiyyətlərin Cavabdeh5 verilməsinə dair xx.xx.2005-ci il tarixli saxta etibarnamə hazırlaması faktı olmuş və bunun da hüquqi nəticələri olaraq 2006-cı ildə onun ölümündən sonra Cavabdeh6, Cavabdeh5, Cavabdeh7, X32 tərəfindən yuxarıda qeyd edilən əməliyyatlar aparılmışdır. Lakin işin araşdırılmış hallarından da görünür ki, Zərifə Quliyevanın 2006-cı ildə ölümündən sonra iddiaçı özünün aldığını iddia etdiyi, lakin arvadının adına rəsmiləşdirdiyi torpaq sahəsi ilə bağlı ilk dəfə 2022-ci ildə vərəsəlik işlərini rəsmiləşdirilməyə başlamasını etiraf etmişdir. Bu isə həmin müddət ərzində onun tərəfindən sözügedən torpaq sahəsi ilə birbaşa əlaqəsinin olmamasının təsdiqidir. Belə ki, əmlak Cavabdeh8 ilə Cavabdeh9 adlarına rəsmiləşdirilərkən o artıq 2014-cü ildən Cavabdeh7 xüsusi mülkiyyətində idi və alınarkən faktiki olaraq iddiaçı və ya hər hansı 3-cü şəxs tərəfindən istifadə edilmirdi. Təqdim edilən qərardan da aydın görünür ki, əmlak qərarda adları qeyd edilən şəxslər tərəfindən idarə olunurdu. Məhkəmə hesab edir ki, qeyd edilən məsələnin bu qədər uzanması və torpaq sahəsinin adları qeyd edilən şəxslər arasında alqı-satqı müqaviləsinin predmeti olması iddiaçının sözügedən sahədən ya ümumiyyətlə istifadə etməməsi, ya da uzun müddət istifadə etməmələrinə, başqa sözlə, sahiblik və istifadə hüquqlarından yararlanmamasının nəticəsidir. Məhkəmə bu qənaətə gələrkən iddiaçı tərəfin yuxarıda qeyd edildiyi kimi torpaq sahəsi üzrə çıxarışların qanuniliyini mübahisələndirməməsini nəzərə alır və sonuncu mülkiyyətçinin mübahisəli torpaq sahəsi üzərində bu mülkiyyət hüquqlarını hansı formada almasına baxmayaraq, faktiki sahibliyində və mülkiyyətində olmasına rəğmən hesab edir ki, o bu torpaq sahəsini almaq istəyərkən daşınmaz əmlakın dövlət reyestrinin həqiqiliyi və tamamlığı prezumpsiyasını əsas götürmüşdür və işin araşdırılmış halları da onun vicdanlı alıcı olmasına dəlalət edir. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Məhkəmə qeyd edir ki, əmlak üzərində mülkiyyət və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əmlakla bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyridəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir. Yəni, Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddələrində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapıb. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə sayılır. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı əmlakı əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab olunur. Digər tərəfdən, dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilib. Bu prezumpsiyaya görə, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əmlak üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Yaddan çıxarmaq olmaz ki, Mülki Məcəllənin 152-ci maddəsinə görə, əmlak üzərində sərəncam vermək hüququ müstəsna hüquq kimi yalnız mülkiyyətçiyə aiddir, yəni əmlakın hüquqi taleyini yalnız mülkiyyətçi həll edir. O, bu hüqüqunu şəxsən özü və yaxud səlahiyyətli nümayəndəsi vasitəsi ilə həyata keçirə bilər. Lakin, məhkəmə təcrübəsində əmlakın səlahiyyəti olmayan şəxs tərəfindən özgəninkiləşdirilməsi hallarına da təsadüf olunur. Qanunsuz özgəninkiləşdirilmiş əmlak mülkiyyətçi tərəfindən geri tələb edildikdə əmlakı əldə edənin vicdanlı əldə edən olub-olmaması məsələsi meydana çıxır və bundan asılı olaraq əldə edilmiş əmlakın mülkiyyətçiyə qaytarılıb-qaytarılmaması məsələsi işin halları nəzərə alınmaqla həll olunur. İstənilən əmlaka münasibətdə vicdanlı əldə etmə üçün ümumi şərtlər, habelə əmlakın daşınmaz və yaxud daşınar olmasından asılı olaraq xüsusi şərtlər fəqləndirilir. Vicdanlı əldə etmə üçün ümumi şərtlərə - əmlakın müqavilə üzrə əldə olunması və əldə etmənin əvəzli xarakter daşıması aiddir. Əmlakı əldə edən şəxsin vicdanlı əldə edən kimi tanınması üçün hər bir halda o, sübut etməlidir ki, əmlakı özgəninkiləşdirənin buna səlahiyyətli olub-olmadığını müəyyən etmək üçün bütün ağlabatan tədbirləri görüb: məsələn, özgəninkiləşdirənin əmlakın mülkiyyətçisi olmasına dair hüquqmüəyyənedici sənədləri tələb edib onları nəzərdən keçirib; səlahiyyətli orqandan əmlakın üzərində hər hansı məhdudiyyətin, yüklülüyün olubolmamasına dair müvafiq arayış alınıb və sair. Lakin, bütün bunlara baxmayaraq o, özgəninkiləşdirənin səlahiyyətsiz şəxs olduğunu müəyyən etməyib. Əgər əldə edilən əmlak barədə üçüncü şəxslərin iddiası olmuşsa və bu hal əmlakı əldə edənə məlum idisə, vicdanlı əldə edən istisna olunur. Əmlakı əldə edən şəxsin vicdanlı əldə edən olması, əmlakın ondan geri alınmasını məhdudlaşdırır və belə olan halda əmlakın mülkiyyətçisinin ona zərər vuran şəxslərə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ əmələ gəlmiş olur. Vicdanlı əldə etmə, reyestrin tamlığı və həqiqiliyi prezumpsiyası məsələləri ilə bağlı hüquqi hallara Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında aydınlıq gətirilmişdir. Həmin qərarlarda ifadə edilmiş hüquqi mövqelərə müvafiq olaraq mübahisəli əmlakla bağlı əvəzli əqdin bağlanması anına qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddiaları belə şəxsə bəlli olduqda və bu iddialar sonradan müvafiq qaydada hüquqa zidd hesab edilmədikdə, o, vicdanlı sahib kimi qəbul olunmur. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərar). Mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyri-qanuni itirilməsi riski mövcud olardı... Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyrimüəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarardı (“H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli Qərar). Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir ("xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə AR Ali Məhkəməsinin İİK-ın 18/10/17 il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2018-ci il tarixli Qərar). Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqelərindən göründüyü kimi, daşınmaz əmlakı əldə edən şəxsin vicdanlı əldə edən olaraq qəbul edilməsi və tam vindikasiyanın istisna edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqi və tam olması, həmin məzmunla bağlı hər hansı etirazın qeydə alınmaması ilə yanaşı, əldə olunan əmlakla bağlı üçüncü şəxslərin iddialarının və ya reyestrdəki qeydin qeyri-dəqiq olmasının əldə edənə bəlli olmadığı, əldə edənin müqavilə bağlayarkən xoş niyyət, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməsi, müqavilənin etibarsızlığını bilməməsi və ya bilməli olmaması şərtləri də mövcud olmalıdır. Belə şərtlərin olmadığı və ya mübahisə doğurduğu vəziyyət əldə edənin vicdanlı olmadığı barədə qənaət üçün əsas ola bilər. Məhkəmə qeyd edir ki, alıcının təkcə əmlakın legitimsizliyini bilməsi deyil, həm də legitimsizliyinə dair şübhə və ya gümanın olması onun vicdanlı əldə edən hesab edilməsini istisna edir. Beləliklə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında formalaşmış mövqeyə ümumilikdə belə qiymət verilmişdir ki, alıcı o halda vicdanlı olmayan sayılır ki, o, əşyanın qanuni yolla əldə edilmədiyini, qanunsuz yoldan başqa digər yolla əldə edilməsinin mümkünsüz olduğunu bilir, yəni əmlakın hansısa cinayət hadisəsindən və ya mülki hüquq pozuntusundan əldə edilməsinə yəqinliklə əmindir, buna inanır və satıcının hüquqi əsas (qanuni əsas) olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etməsini (əsassız varlanmasını) ən azından şübhə, yaxud güman edir. Məhkəmə hesab edir ki, mübahisəli əmlaka dair alqı-satqı müqavilələri bağlanılarkən məhz dövlət tərəfindən verilmiş həmin əmlakla bağlı verilmiş çıxarışa etimad və güvən əsasında bağlanmışdır. Beləliklə də, məhkəmə göstərilənlərə əsasən hazırkı mülkiyyətçi X5 vicdanlı əldə edən olması baxımından iddianın təmin edilməsini mümkün saymır. Məhkəmə bununla yanaşı iddiaçının Abşeron rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli qərarında barəsində hissəvi xitam verilmiş şəxslərə qarşı arvadı ilə birgə nikah dövründə əldə edilmiş əmlakının (mübahisəli torpaq sahəsinin) qanunsuz yolla sənədləşdirilməsi ilə əlaqədar vurulmuş ziyanla bağlı müvafiq iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar