Məhkəmə qərarları › İş №2(102)-2134/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2134/2025

25.08.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2134/2025 25.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “protokolun və müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 (103)-1832/2025 nömrəli, 19 mart 2025-ci il tarixli qətnaməsindən İddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 25 avqust 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Mərkəz” filialı ilə İddiaçı arasında bağlanmış 163/18 saylı, 18 iyul 2018-ci il tarixli kredit müqaviləsinə əsasən, "xxxx" ASC-nin “Mərkəz” filialı İddiaçı ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın alınması üçün, illik faiz dərəcəsi 7% olmaqla, 211 ay müddətinə, aylıq 825,19 manat ödəmək şərti ilə 100.000 (bir yüz min) manat məbləğində kredit vermişdir.

2. Kredit müqaviləsinin təminatı olaraq tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 18 saylı evin, 1 saylı mənzili ipotekaya götürülmüş və bununla bağlı xx.xx.2018-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. İpoteka ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin 2898 nömrəli reyestr kitabının 270362 nömrəli vərəqində (reyestr nömrəsi **********5-05301-093018, qeydiyyat nömrəsi **********) xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır.

3. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 3 evin, 1 saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyata alınmışdır.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-454/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəs indən görünür ki, cavabdeh İddiaçı Cavabdeh1 ASC-nin xeyrinə 163/18 saylı, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə yaranmış 89.656,39 manat əsas borc, 3.382,11 manat faiz borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 370 manat, ipoteka haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumu, cəmi 93.453,5 manat məbləğində pulun tutulması, həmin tutmanın cavabdeh İddiaçı mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş ünvan 3 evin 1 nömrəli mənzilinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin 340.000 manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin müvafiq olaraq ipoteka qoyan İddiaçı qaytarılması qət edilmişdir. 5. 281 /23 nömrəli xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, İddiaçı ünvan 3 evin, 1 saylı mənzilinə dair 30 noyabr 2023-cü il tarixdə saat 11:00-da Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şössesi 27 ünvanında hərracın keçiriləcəyi barədə məlumat göndərilmişdir. Həmin bildirişinin göndərilməsi barədə 104339 №-li qəbzin üzərində aparılmış qeydlərdən görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı ünvan 3 evin, 1 saylı ünvanına göndərilmiş bildiriş “qapı bağlı olduğundan” iddiaçıya təqdim olunmamışdır. 6. 281/23 nömrəli xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, İddiaçı ünvan 3 evin, 1 saylı mənzilinə dair 19 dekabr 2023-cü il tarixdə saat 11:00-da Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şössesi 27 ünvanında hərracın keçiriləcəyi barədə məlumat göndərilmişdir. Həmin bildirişinin göndərilməsi barədə 105909 №-li qəbzin üzərində aparılmış qeydlərdən görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı ünvan 3 evin, 1 saylı ünvanına göndərilmiş bildiriş iddiaçı “köçdüyündən” ona təqdim olunmamışdır. 7. ünvan 3 evin, 1 saylı mənzilinə dair hərracların keçirlənməsi barədə “Market” qəzetində elanlar verilmişdir. 8. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 281/23 saylı protokola və xx.xx.2024-cü il tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqaviləyə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)454/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsi və Səbail rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli sifariş məktubu əsasında, İddiaçı məxsus ünvan 3 evin, 1 saylı mənzi lin 216.750 manata “İpoteka Haqqında” Azərbaycan Respublikası 43.7-ci maddəsinə əsasən Cavabdeh1 ASC-yə satılmışdır. 9. "xxxx" MMC-nin tarix qeyd olunmamış arayışına əsasən, ünvan 4 ünvanında yerləşən, əla təmirli mənzillərin 1 kv.m.-nin bazar dəyəri mənzillərin mərtəbəliliyindən, təmirliliyindən və təchizatından asılı olaraq xx.xx.2024-cü il tarixə: 3.500-4.000 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

10. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra cavabdehlər, yaxud Bank, Hərrac Mərkəzi) qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 3 evin, 1 saylı mənzilinin ipot eka saxlayan cavabdeh Banka satılmasına dair cavabdeh Hərrac Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 281/23 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokolun və tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqavilənin etibarsız hesab edilməsi və bunun nəticəsində cavabdeh Bankın adına “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 1 saylı Bakı şəhər Ərazi İdarəsində mülkiyyət hüquqlarına dair aparılan reyestr qeydlərinin ləğv edilməsi və daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə on unla əsaslandırılmışdır ki, “Kreditor-İpoteka saxlayan” qismində Bank ilə “Alıcı-İpoteka qoyan” qismində o, və “Satıcı” qismində X2 arasında bağlanılmış xx.xx.2018-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsinə əsasən, “Satıcı” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı onun mülkiyyətinə vermiş, daşınmaz əmlakın satış qiyməti 160.000 manat təşkil etmiş və o, mənzilin dəyərinin 60.000 manat məbləğində olan hissəsini özü ödəmiş, 100.000 manat məbləğində olan hissəsini isə “Kreditor-İpoteka saxlayan” tərəfindən xx.xx.2018-ci il tarixli, 163/18 saylı kredit müqaviləsinə əsasən verilmiş kredit vəsaiti hesabına ödənilmişdir. Sonra aralarında bağlanmış xx.xx.2018-ci il tarixli, 163/18 saylı kredit müqaviləsinin təminatı kimi o mülk iyyətində olan ünvan 3 evin 1 nömrəli mənzili ipoteka ilə yüklü etmişdir. Maddi sıxıntıları olduğundan, banka olan kredit borcunu bir neçə ay ödəyə bilməmişdir. Lakin, sonradan tərəfindən ödəniş edilməsinə baxmayaraq, bank həmin ödənişi faizə silərək onu məhkəməyə vermişdir. Belə ki, iddiaçı Bank ona qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və açıq hərracdan satılması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, ondan Bankın xeyrinə 89.656,39 manat əsas, 3.382,11 manat faiz, cəmi 93.038,5 manat pulun, iddia ərizəsinə görə ödənilmiş 370 manat dövlət rüsumunun və bildirişin ƏMDK yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsi qeydiyyatı ilə bağlı 45 manat ödənişin tutulması, ipoteka predmeti olan ona məxsus Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 18 saylı evin, 1 saylı mənzilinin ilkin satış qiymətinin müəyyən edilməsi, tutmanın Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 18 saylı evin, 1 saylı mənzilinə yönəldilməsi, ipoteka predmetinin açıq hərrac vasitəsi ilə satılması və bankın kredit tələbi satılmış əmlakın hesabına ödənilməsi, Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 18 saylı evin, 1 saylı mənzilinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və digər şəxslər 1 ay ərzində həmin evi tərk etmədikləri halda onların məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)1034/2022 nömrəli, 3 iyun 2022-ci il tarixli qətnaməsi ilə, iddianın qismən təmin edilməsi, cavabdeh kimi ondan iddiaçı Bankın xeyrinə 163/18 say lı, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə yaranmış 89.656,39 manat əsas borcun, 3.382,11 manat faiz borcunun, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 370 manatın, ipoteka haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun, cəmi 93.453,5 manat məbləğində pulun tutulması, həmin tutmanın cavabdeh kimi onun mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş ünvan 3 evin 1 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin (likvid dəyəri) 215.000 manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin müvafiq olaraq ipoteka qoyan kimi ona qaytarılması, ipoteka predmeti olan əmlak açıq hərracdan satıldıqdan so nra 1 ay ərzində boşaldılması, cavabdeh kimi onun həmin mənzilindən çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-454/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1034/2022 nömrəli, 3 iyun 2022-ci il tarixli qətnaməsinin cavabdehin apellyasiya şikayətinə əsasən, ipoteka predmetinin ilkin satış qiymətinin 215.000 manat məbləğində müəyyən edilməsi hissədə dəyişdirilmiş, ipoteka predmeti olan, ünvan 3 evin, 1 saylı mənzilinin likvid dəyəri 340.000 manat həddində müəyyən edilmiş, qətnamənin cavabdeh kimi onun apellyasiya şikayətinə əsasən qalan hissədə dəy işdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən kassasiya şikayəti versə də, Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarına əsasən kassasiya şikayəti təmin edilməmişdir. Bundan sonra mənzili barəsində aparılan hərəkətlərdən məlumatsız olmuşdur. Bu yaxınlarda ona məlum olmuşdur ki, onun mənzili cavabdeh Hərrac Mərkəzi tərəfindən hərraca çıxarılmış və alıcı olmadığından, həmin mənzil 25% aşağı qiymətlə tələbkara təklif edilmişdir. Bank həmin mənzili qəbul etmiş və buna dair cavabdehlə onun arasında ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 281/23 saylı xx.xx.2024-cü il tarixli protokol və müqavilə tərtib edilmişdir. Aparılmış hərrac qanunsuz olmuş və bu hərracın keçirilməsinə dair ona heç bir məlumat verilməmişdir. Mənzilin Banka keçməsinə dair məlumat ı aldıqdan dərhal sonra o, cavabdehə müraciət etmişdir və əməkdaşlarından soruşmuşdur ki, “hansı əsaslarla ona hərracın keçirilməsi barəsində məlumatı verməmişlər.” Onlar isə bildirmişlər ki, bu barədə məlumat onlar tərəfindən onun ünvanına göndərilmiş, lakin ona çatdırılmamışdır. Cavabdehin təqdim etdiyi sənədlərə baxdığı zaman, ona məlum olmuşdur ki, cavabdeh ona xx.xx.2023-cü il tarixində “MPS” surətli poçtla 104339 saylı bildirişlə nə isə göndərmiş və bildirişdə 06.11.23 göstərməklə qeyd olunmuşdur ki, “qapı bağlıdır”. Cavabdehin təqdim etdiyi “MPS” 105909 saylı bildirişdə isə 03.12.23 tarix göstərilməklə guya ona yenə nə isə göndərmiş və bildirişdə 06.11.23 göstərməklə qeyd olunmuşdur ki, “köçüb”. Cavabdehin təqdim etdiyi bu bildirişlərdən də görünür ki, cavabdeh “MPS” şirkətinin əmək daşları ilə hansısa sövdələşmənin nəticəsində bu bildirişləri onlardan götürmüşdür. Belə ki, bildirişlərdən də göründüyü kimi, cavabdeh reallıqda ona heç bir sənəd-bildiriş göndərməmişdir. Bildirişlərə nəzər yetirdikdə həmin “MPS” şirkətinin verdiyi bildirişlərdə məktubun qəbul edilmə və geri qaytarılma tarixləri göstərilsə də, həmin bildirişlərdə saatlar qeyd olunmamışdır. Digər tərəfdən bildirişlərdə hansı sənədin ümumiyyətlə nəyin göndərilməsi də öz əksini tapmır. Halbuki, hamı surətli poçtla kifayət qədər çoxsaylı sənədlər göndərmiş və göndərməyə dair bildirişlərdə mütləq şəkildə hansı sənədin göndərilməsi və göndərmə tarixi ilə yanaşı sənədin göndəricidən qəbul edilməsinə dair saat da göstərilməli olduğunu bilir. Göründüyü kimi, bu bildirişlər formal olaraq cavabdeh tərəfindən özünün iş materiallarına əlavə edilmişdir. Başqa sözlə, təqdim olunan bildirişlərin surətlərindən görünür ki, hərracın təşkilatçısı hərracların keçirilməsi barədə onu məlumatlandırmamış və məlumatlandırmaq niyyətində də olmamışdır. Qeyd olunduğu kimi, o, ipoteka predmeti olan həmin əmlakın açıq hərracdan satışı ilə bağlı heç bir məlumat əldə edə bilməmiş, nə icra qurumu, nə də hərrac təşkilatı ona bu barədə rəsmi və s. qaydada məlumatlandırmamışdır. Halbuki, həmin mənzilin açıq hərracdan satışı ilə bağlı keçirilən hərraclar barədə məlumatı olsaydı mülkiyyətindəki ipoteka predmeti olan mənzilin açıq hərracdan özü alıcı qismində iştirak edərək əldə edəcəkdi və belə olan halda icra sənədi üzrə ilkin satış qiyməti 340.000 manat müəyyən edilmiş mənzilin tələbkar tərəfindən hətta likvid qiymətindən də xeyli aşağı qiymətə - 216.750 manata eldə edilməsi üçün şərait yaranmayacaqdı. Hərracın formal olması və reallıqda heç bir hərracın keçirilməməsi onunla da sübuta yetirilir ki, ona məxsus olan mənzil 4 otaqdan ibarət olmaqla, “İçəri şəhər” metrostansiyasının yanında yerləşir və çıxarışda mənzilinin ümumi sahəsi 155,1 kv.m. göstərilsə də, texniki pasportuna uyğun olaraq faktiki sahəsi 178 kv.m.dən ibarətdir. Mənzil tam yüksək şəkildə təmir olunmuş və maraqlıdır ki, belə bir mənzilin, mənzil bazarında olan iki otaqlı mənzilin satış qiymətinə uyğun qiymətə satıldığı təqdirdə onun alıcısı olmamışdır. Halbuki, həmin ərazidə yeni tikilmiş eyni binada ümumi sahəsi 7080 kv.m. olan 2 otaqlı mənzilin qiyməti 300.000 manatdan artıqdır. Cavabdeh Bank cavabdeh Hərrac Mərkəzi ilə əlbir olaraq onun mən zilinə sahiblənmək istəmişdir ki, buna da nail olmuşdur.

12. Bakı şəhəri Nəsimi Rayon Məhkəsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-2(006)-1958/2024 nömrəli, 23 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) iddia tələbi təmin edilməmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qətnamədə göstərmişdir ki, ünvan 3 evin, 1 saylı mənzili ilə bağlı keçirilən hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərracın ondan xəbərsiz keçirilməsi öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında olan poçt qəbzlərinə əsasən cavabdeh Hərrac Mərkəzi tərəfindən iddiaçılara pasport qeydiyyatı üzrə ünvana hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunv ericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər göndərilmiş, hərrac barədə qəzetdə elanlar verilmişdir.

14. Məhkəmə həmçinin qeyd etmişdir ki, hərrac təşkilatı tərəfindən ipoteka qoyana bildirişlərin göndərildiyi halda onun həmin ünvanda olmaması və ya bildirişin şəxsən onun tərəfindən alınmaması halı hərrac təşkilatının məsuliyyətini yarada bilməz.

15. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı ipoteka predmeti olan mənzilə tutma yönəldilməsi barədə hələ 2022-ci ildə müvafiq məhkəmə qətnaməsinin çıxarılmasından, həmin qətnamənin 2023-cü ildə apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız ipoteka predmetinin ilkin satış qiymətinin dəyişdirilərək, qalan hissədə isə qüvvədə saxlanılmasından, kassasiya instansiyası məhkəməsi tərəfindən isə qüvvədə saxlanılmasından məl umatlı olsa da, Banka olan borcun ödənilməsi və mənzilə tutma yönəldilməməsi istiqamətində heç bir addım atmamışlar. Halbuki, o, hərracın nəticələri ilə maraqlanmaq barədə subyektiv öhdəlik daşımışdır.

16. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının ünvan 3 evin, 1 saylı mənzilinin ipoteka saxlayan cavabdeh Banka satılmasına dair cavabdeh Hərrac Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 281/23 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokolun və tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqavilənin etibarsız hesab edilməsi tələbi rədd edildiyindən, iddianın Bankın adına “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 1 saylı Bakı şəhə r Ərazi İdarəsində mülkiyyət hüquqlarına dair aparılan reyestr qeydlərinin ləğv edilməsi və daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüquqlarının bərpa edilməsi” tələbləri ilk tələblə birbaşa bağlı olduğundan prosessual qənaət prinsipini nəzərə almaqla rədd edilməlidirlər.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 414, 415, 416-cı, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53, 62-ci, Azərbaycan Respublikasının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41, 42, 43-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

18. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsin in qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti iddia tələbində göstərilənlərə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, Bank ona məxsus olan mənzili hərrac təşkilatının əli ilə bazar qiymətindən 4 dəfə aşağı qiymətə əldə etməklə onu əmlaksız və vəsaitsiz qoymaq niyətində olub. Tərəfindən məhkəməyə yaşadığı binanı inşa edən və binaya xidmət edən şirkətin verdiyi rəsmi arayışı təqdim etsə də, məhkəmə həmin sənədi nəzərə almamışdır. Halbuki, həmin arayışdan da göstərildiyi kimi, binaya görüş xüsusi nəsarət altında həyata keçirildiyindən, onun mənzilinə hər-hansı şəxs tərəfindən bildirişin gətirilməsini müşahidə etməmişlər. Göründüyü kimi, hərrac təşkilatının formal olaraq əlavə e tdiyi bildirişlərin heç bir qüvvəsi yoxdur və bu bildirişlər hərracın keçirilməsi barədə məlumatın verilməsinə dair sənəd kimi məhkəmə tərəfindən qəbul edilə bilməzdir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-1832/2025 nömrəli, 19 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Vahid Sadıqov) apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə və iş materiallarına istinadən qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanununun müvafiq müddəalarında hərracın təşkili və keçirilmə qayd ası dəqiq müəyyən edilmiş, habelə Konstitusiya məhkəməsinin plenum qərarında bununla bağlı aidiyyəti məsələlərə aydınlıq gətirilmişdir. Bu sahəni tənzimləyən qanunvericilkdə mediada və hərrac təşkilatının rəsmi internet saytında məlumatın dərc edilməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildirişin göndərilməsi, hərracın sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilməsi, birinci elan və bildirişin hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilməsi, birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərracın keçirilməsi, habelə elanda və bildirişdə hərrac barədə əks olunmalı məlumatların dairəsi imperativ qaydada müəyyən edilmişdir.

22. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, qanunvericil iyin tələblərinə uyğun olaraq hərracın keçirilməsi təşkil edilmiş və hərracların keçirilməsi ilə bağlı elanlar “Market” qəzetində dərc olunmuş və sifariş olunan əmlaka dair hərracların keçirilməsinin bildirişləri hərracın sifarişçisinə, icra sənədi üzrə tərəflərə poçt vasitəsilə göndərilmişdir. Nəticədə hərraca çıxarılmış mənzil qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Banka satılmışdır. Belə olan halda hərraca çıxarılmış əmlak “İpoteka haqqında”, “İcra haqqında” Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə özgəninkiləşdirilmişdir.

23. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı mübahisə üzrə isə cavabdeh Hərrac Mərkəzinin xx.xx.2024-cü il tarixli, 28 1/23 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokolun etibarlılığını şübhə altına alan hal müəyyən edilməmişdir. Hərrac Mərkəzinin ünvan 3 evin, 1 saylı mənzilinə dair keçirdiyi hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir.

24. İddiaçının apellyasiya şikayətdə irəli sürdüyü dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, ipoteka predmeti olan ünvan 3 evin, 1 saylı mənzilinin qiymətləndirilməsinə dair birinci instansiya məhkəməsinin gəlmiş olduğu mövqeyi ilə razılaşır təkrar qiymətləndirmə keçirilməsinə hər hansı bir zərurət görmür. O cümlədən, işdən göründüyü kimi, qanunvericiliyin tələ bləri pozulmamaqla hərrac həyata keçirilmiş, vaxtları və yerləri barədə icra işi üzrə tərəflərə məlumatlar verilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə hər hansı əsas vermir.

26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 319.5, 415.1, 415.2, 415.4, 416.1, 416.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 41.1, 41.2, 41.3, 41.5, 42.1, 42.8, 43.1, 43.2, 43.4, 43.5, 43.7, 43.7-1, 43.8, 44, 46.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.1, 217.3, 217.4, 384.0.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şik ayətinin dəlilləri:

27. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

28. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin bir sıra dəlilləri ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi həqiqətin müəyyən edilməsində iştirak etməkdən çəkinmiş, faktiki olaraq ədalət mühakiməsini həyata keçirməmişdir. Halbuki, tərəfindən mümkün sübutlar təqdim edilmişdir. Məhkəmə isə səs yazılarını, təqdim edilmiş aktı nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçının və nümayəndəsinin iştirakı olmadan işə birtərəfli qaydada baxaraq, birinci instansiya məhkəməsinin qətna məsində olanları təkrarlayaraq, iddiaçının hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Bank iddiaçıya məxsus olan mənzili hərrac təşkilatının əli ilə bazar qiymətindən 4 dəfə aşağı qiymətə əldə etməklə iddiaçını əmlaksız və vəsaitsiz qoymaq niyyətində olmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

29. Maddə 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.

30. Maddə 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.

31. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forma sı, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

32. Maddə 415.4. Hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir.

33. Maddə 416.1. Mülki Məcəllədə müəyyənləşd irilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

34. Maddə 416.2. Yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu.

35. Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

36. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərə n ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.

37. Maddə 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.

38. Maddə 41.5. Hərrac açıq auksion formasında keçirilir.

39. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildi riş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

40. Maddə 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur.

41. Maddə 43.1. Hərraca iki nəfərdən az alıcı gəldikdə və ya hərracın iştirakçısı olmadıqda hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir.

42. Maddə 43.2. Bu Qanunun 43.1.1-43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir.

43. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.

44. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

45. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac di gər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

46. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.

47. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

48. Maddə

44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

49. Maddə 46.1. İpoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alğısatqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alğı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalananadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu.

50. Maddə 53.2. Borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Dəyəri 500 manatdan artıq olmayan daşınar əmlak icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satıla bilər.

51. Maddə 53.3. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya dig ər orqana qaytarılır.

52. Maddə 61.1. Borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir.

53. Maddə 61.2. İxtisaslaşdırılmış müəssisələr hərracı məhkəmə icraçının sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qayd ada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

56. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

59. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

60. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardad da ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

62. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

63. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

64. Maddə 418.3. Prosessua l hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

65. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

66. Hazırkı kassasiya şikayətində qətn amə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

68. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegi yası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

69. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hal ların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

70. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

71. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və proses sual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

72. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

73. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1832/2025 nömrəli, 19 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar