Məhkəmə qərarları › İş №2(005)-702/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-702/2021

06.04.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-702/2021 06.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “kompensasiya məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “kompensasiya məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.300 (bir min üç yüz) manat məbləğində kompensasiyanın Cavabdehndən onun xeyrinə tutulması və ilməkçi sertifikatının ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1982-ci il tarixdə anadan olmuş, Cavabdehndə işlə təmin olunmuş, cavabdeh təşkilat xx xxxxxx 2019-cu il tarixdə onunla əmək müqaviləsi bağlamış və xx xxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Xüsusi olaraq qeyd edilməlidir ki, onun tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən heç bir ərizə ilə əmək müqaviləsimin xitamı ilə bağlı cavabdehə müraciəti olmamışdır və buna görə də hesab edir ki, cavabdehin bu kimi niyyətinin olması əmək qanunvericiliyində göstərildiyi qaydada, yəni əmək fəaliyyətimə xitam verilməmişdən əvvəl ona xəbərdarlıq edilməli idi ki, onun yeni iş tapa bilməyi üçün vaxtı olardı, ən azı bunun üçün cavabdeh tərəfindən bir şərait yaradılmalı idi. Belə ki, onun himayəsində azyaşlı övladının olması belə nəzərə alınmamışdır. Bununla belə işlədiyi müddət ərzində məzuniyyətə çıxmamış, bunun üçün də hec bir kompensasiya almamışdır, işdən çıxarkən isə xx xxxxxxx 2020-ci il tarixədək işlədiyi üçün oktyabr ayının işlədiyi günlərin pulu olaraq 180 (bir yüz səksən) manat, həmçinin 75 (yetmiş beş) manat məbləğində son haqq-hesab vermişdilər. Həmçinin, bir hal da qeyd edilməlidir ki, xx xxxxxx 2019-cu il tarixdə bağlanmış əmək müqaviləsində əmək haqqı 220 (iki yüz iyirmi) manat məbləğində olsa da, sonradan əmək müqaviləsinə bir sıra dəyişikliklər edilmiş, son dəyişikliyə əsasən onun əmək haqqı 350 (üç yüz əlli) manat məbləğində olmuşdur. Bununla belə hər ay qeyri-rəsmi 150 (bir yüz əlli)-300 (üç yüz) manat məbləğində əmək haqqına əlavə almışdır. Ona görə də, hesab edir ki, cavabdeh təşkilat son haqq-hesab olaraq ona 1.300 (bir min üç yüz) manat məbləğində kompensasiya verməlidir. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh təşkilatda işlədiyi müddətdə ilməkçi peşəsi üzrə təlimlərdə iştirak etmiş, lakin həmin təlimin sertifikatı da olan verilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2021-ci il tarixli 2(005)-702/2021 nömrəli qərardadı ilə müvafiq iddia ərizəsi “ilməkçi sertifikatının ona təhvil verilməsi” hissəsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun şəkildə izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X4 iddia tələbini qəbul etməyib iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, İddiaçı özü işdən çıxma barədə ərizəsini yazmışdır və ona son haqq-hesab verilmişdir. İlməkçi sertifikatının ona təhvil verilməsi ilə bağlı mübahisənin olmamasını, sertifikatın müraciət edib götürə bilməsini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən “1.300 (bir min üç yüz) manat məbləğində kompensasiyanın Cavabdehndən iddiaçı şəxsin xeyrinə tutulması” tələbinə dair iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxxx 2019-cu il tarixdən Cavabdehnə usta vəzifəsinə qəbul edilmiş, xx xxxxxxx 2020-ci il tarixli KŞ-240 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verilmişdir; xx xxxxxx 2019-cu il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən və məzmunundan görünür ki, İddiaçı xx xxxxxx 2019-cu il tarixdən Cavabdehnə usta vəzifəsinə qəbul edilmiş, əmək müqaviləsi müddətsiz bağlanmış, əməyin ödənilmə forması vaxtamuzd və əmək haqqı kimi kimi 220 (iki yüz iyirmi) manat məbləğində qeyd edilmişdir; İddiaçı Cavabdeh direktoruna ünvanladığı xx xxxxxx 2020-ci il tarixli ərizənin surətindən və məzmunundan görünür ki, o, 2019-2020-ci iş illəri üzrə əsas məzuniyyət günləri hesabına xx xxxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək 21 (iyirmi bir) təqvim günü müddətinə əmək məzuniyyətinə çıxmağına icazə verilməsini xahiş etmişdir; Cavabdeh xx xxxxxx 2020-ci il tarixli KŞ-030 nömrəli məzuniyyət haqqında əmrin surətindən və məzmunundan görünür ki, Cavabdeh fəhləsi olan İddiaçı 2019-2020-ci iş ili üzrə əsas 21 (iyirmi bir) məzuniyyət günləri hesabına xx xxxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək 21 (iyirmi bir) təqvim günü müddətinə əmək məzuniyyətinə buraxılması əmr edilmiş, xx xxxx 2020-ci il tarixdən öz əmək funksiyasının icrasına başlaması tapşırılmışdır; əmək məzniyyət cədvəlinin surətindən və məzmunundan görünür ki, 2020-ci ilin fevral ayı üçün İddiaçı hesabına 289,02 (iki yüz səksən doqquz manat iki qəpik) manat məbləğində əmək haqqı ödənilmişdir; İddiaçı Cavabdeh direktoruna ünvanladığı xx xxxxxxx 2020-ci il tarixli ərizənin surətindən və məzmunundan görünür ki, o, xx xxxxxxx 2020-ci il tarixdən öz xahişi ilə tutduğu vəzifədən azad edilməsi ilə bağlı müraciət etmişdir; Cavabdeh xx xxxxxxx 2020-ci il tarixli KŞ-240 nömrəli əmrinin surətindən və məzmunundan görünür ki, Cavabdeh ilməkçisi olan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx xxxxxxx 2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən öz xahişi ilə xitam verilmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144.2-ci maddəsinə əsasən 2020-2021-ci iş illəri üzrə istifadə olunmamış məzuniyyət günləri (14 təqvim günü) üçün kompensasiya ödənilməsi və işçi ilə son haqq-hesab edilməsi əmr edilmişdir. Əsas kimi İddiaçı ərizəsi qeyd edilmişdir; xx xxxxxxx 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən və məzmunundan görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli əmək müqaviləsinə xx xxxxxxx 2020-ci il tarixli KŞ-240 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verilmişdir; İddiaçı məxsus əmək kitabçasının üz qabığının surətindən görünür ki, müvafiq əmək kitabçasını iddiaçı şəxs öz imzası ilə qəbul etmişdir; Cavabdeh xx xxxxxxx 2020-ci il tarixli kassa məxaric orderinin surətindən və məzmunundan görünür ki, 280 (iki yüz səksən) manat məbləğində əmək haqqı cəmiyyətin ilməkçisi İddiaçı hesabına köçürülmüşdür; Cavabdeh xx xxxxxxx 2020-ci il tarixli kassa məxaric orderinin surətindən və məzmunundan görünür ki, 75 (yetmiş beş) manat məbləğində məzuniyyət pulu cəmiyyətin ilməkçisi İddiaçı hesabına köçürülmüşdür; “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xx xxxxxx 2020-ci il tarixli çıxarışın surətindən görünür ki, xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək olan müddət ərzində 2.700,45 (iki min yeddi yüz manat qırx beş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı kart hesabına köçürülmüşdür; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı xx xxxxxx 2019-cu il tarixdən Cavabdehnə usta vəzifəsinə qəbul edilmiş, xx xxxxxxx 2020-ci il tarixli KŞ-240 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) onunla bağlanmış müvafiq əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı Cavabdehnə qarşı “kompensasiya məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.300 (bir min üç yüz) manat məbləğində kompensasiyanın Cavabdehndən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən: Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 68.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; 140.1-ci maddəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 (on iki) təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir; 140.2-ci maddəsinə əsasən 12 (on iki) təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır; 140.3-cü maddəsinə əsasən məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 (on iki) təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur; 140.4-cü maddəsinə əsasən bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir; 140.5-ci maddəsinə əsasən işçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 (üç) gün qalmış ödənilir; 140.6-cı maddəsinə əsasən əmək müqaviləsində, kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, məzuniyyət vaxtı üçün orta əmək haqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilmişdirsə, işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı əmək haqqının faktik olaraq verildiyi gündən hesablanıla bilər; 140.7-ci maddəsinə əsasən məzuniyyət vaxtı üçün hesablanmış orta əmək haqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilməlidir. 143.1-ci maddəsinə əsasən müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin “a” və “ç” bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir; 143.2-ci maddəsinə əsasən işçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir; 144.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir; 144.4-cü maddəsinə əsasən müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər; Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdehnə xx xxxxxx 2020-ci il tarixdə ərizə yazaraq onun 2019-2020-ci iş illəri üzrə əsas məzuniyyət günləri hesabına xx xxxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək 21 (iyirmi bir) təqvim günü müddətinə əmək məzuniyyətinə çıxmağına icazə verilməsini xahiş etmiş, Cavabdeh xx xxxxxx 2020-ci il tarixli KŞ- 030 nömrəli məzuniyyət haqqında əmri ilə İddiaçı 2019-2020-ci iş ili üzrə əsas 21 (iyirmi bir) məzuniyyət günləri hesabına xx xxxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək 21 (iyirmi bir) təqvim günü müddətinə əmək məzuniyyətinə buraxılması əmr edilmiş, xx xxxx 2020-ci il tarixdən öz əmək funksiyasının icrasına başlaması tapşırılmışdır. Həmin müddətdə “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xx xxxxxx 2020-ci il tarixli çıxarışına əsasən ona məzuniyyət haqqı ödənilmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdehnə qarşı “kompensasiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “kompensasiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar