Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-706/2025 17.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 cəlb edilməklə "əmək müqaviləsinin etibarsız hesab edilməsi və müvafiq məlumatın “Əmək və Məşğulluq” alt sisteminə daxil edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə həvalə edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 cəlb edilməklə "əmək müqaviləsinin etibarsız hesab edilməsi və müvafiq məlumatın “Əmək və Məşğulluq” alt sisteminə daxil edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə cavabdeh Nərimanov Rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyi arasında xx.xx.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinin (567BT7B000200 saylı elektron əmək müqaviləsi bildirişi) etibarsız hesab edilməsi və müvafiq məlumatın “Əmək və Məşğulluq” alt sisteminə daxil edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə həvalə edilməsi, 100,40 (bir yüz.40) manat məbləğində ödənilmiş dövlət rüsumunun və mediasiya üçün ödənilmiş 60 (altmış) manat xərcin cavabdeh Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Nərimanov Rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyi (bundan sonra “Nərimanov Rayon MKTB” adlandırılacaq) tərəfindən məlumatının və razılığının olmadan tamamilə iradəsinə zidd olaraq xx.xx.2016-cı il tarixdə “Rayon ərazisində abadlıq-quruculuq, yaşıllaşdırma və təmizlik işlərində fəhlə" vəzifəsi üzrə əmək müqaviləsi rəsmiləşdirilmişdir. Daha sonra, xx.xx.2016-cı il tarixində birtərəfli qaydada əmək müqaviləsinə xitam verilmişdir. Bu barədə məlumatı yalnız 2024-cü ilin iyun ayında təsadüfən aşkar etmişdir. Məhz, onun adına rəsmiləşdirilmiş əmək müqaviləsi, işə qəbul və işdən çıxma haqqında ərizələrinin surətlərini əldə etmək məqsədilə xx.xx.2024-cü il tarixdə Nərimanov Rayon MKTB-nin rəhbərliyi ilə görüşdə olmuş, lakin bu sənədlər ona təqdim edilməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinə (bundan sonra “Əmək Müfəttişliyi" adlandırılacaq) mübahisə predmeti üzrə rəsmi məktubla müraciət etmiş, lakin Nərimanov Rayon MKTBnə Əmək Müfəttişliyi tərəfindən istənilmiş sənədlər, eləcə də cavab məktubu Nərimanov Rayon MKTB tərəfindən verilmədiyinə görə onun müraciəti ilə bağlı araşdırmanın başa çatdırılmasının mümkün olmamasına və bununla bağlı müvafiq məhkəməyə müraciətin edilməsinə dair Əmək Müfəttişliyi tərəfindən 08 avqust 2024-cü il tarixli, 3/17-5/2-5- 53044/2024 saylı cavab məktubu ilə bildilmişdir. Bununla da, qeyd olunan mübahisənin başqa üsullara həlli mümkün olmadığından məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Əvvəlki məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 cavabdehin idarədə 2016cı ildə cəmi 2 ay ərzində işlədiyini bildirdi və iddia tələbinin əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin “Əmək və Məşğulluq” alt sisteminə daxil edilməsi öhdəliyinin ARƏƏSMN yanında X3 həvalə edilməsi hissəsində təmin edilməsinə etiraz etmədiklərini bildirdi. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verilməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Bakı 20 saylı Mediasiya Şurasının xx.xx.2024-cü il tarixli, MŞB/20/2024-00405 saylı arayışından görünür ki, tərəflər arasında hazırkı mübahisənin həlli üçün mediatora müraciət edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-5/2-5- 53044/2024 saylı məktubunda qeyd olunur ki: Sizin Cavabdehndə əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığınız müraciətinizə Nazirlik yanında X4 Xidmətinin Bakı şəhər idarəsində baxılmışdır Müraciətinizlə bağlı ətraflı məlumat verməyiniz məqsədilə Bakı şəhəri, ünvan 2 ünvanınıza 3-17-5/2-S-44741/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktub göndərilmiş, lakin müvafiq formada izahatınız araşdırmaya təqdim edilməmişdir. Müraciətinizlə bağlı Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsi, ev 22 və Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 90-da yerləşən ünvanına 3-17-5/2-44740/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktub göndərilmiş və araşdırmaya dair sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuşdur. Göndərilən məktublar müəssisəyə çatdırılmasına baxmayaraq tələb edilən sənədlər təqdim olunmadığından müraciətinizin araşdırılmasını başa çatdırmaq tərəfimizdən mümkün olmamışdır. Bildiririk ki, tərəfimizdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sisteminin “Əmək və məşğulluq” altsisteminə tərəfimizdən baxış keçirilən zaman sizinlə Cavabdeh arasında xx.xx.2016-cı il tarixli əmək müqaviləsinin bağlanmasına dair bildirişinizə xx.xx.2016-cı il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a" bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verildiyi müəyyən edilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Bildirirlər ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq” alt sisteminə daxil edilməsi X4 Xidmətinin səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı “Əmək və Məşğulluq” alt sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökümət" portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindər istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökümət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən əmək müqaviləsi bildirişinin ləğv edilməsi üçün əsaslandırlmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X4 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsi məhkəmə tərəfindən ləğv olunmuş hesab edilməli və “Əmək və Məşğulluq” alt sisteminə daxil edilməsi hüququ X4 Xidmətinə həvalə edilməlidir. İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki,iddiaçının Cavabdehndə əmək fəaliyyəti ilə məşğul olması barədə qeyd kitabçada mövcud deyil. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış fərdi əmək mübahisəsi aşağıda qeyd olunan qanunvericilik normalarının tətbiq olunması əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 5-1 -ci maddəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1- ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının X1 sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır; 7.2-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 7.2-1 -ci maddəsinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır; 9-cu maddəsinin "o” bəndinə əsasən elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını, habelə iş yerindən elektron qaydada arayışı real vaxt rejimində əldə etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir; 12-ci maddəsinin 1 -ci bəndinin "h” yarımbəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir; 42-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 46-cı maddəsinin 1-ci hissəsinə əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. 49-cu maddəsinin l-ci hissəsinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir; 49-cu maddəsinin 1-2-ci hissəsinə əsasən "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir; 49-cu maddəsinin 2-ci hissəsinə əsasən Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 (bir) iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir; 49-cu maddəsinin 2-2-ci hissəsinə bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 (bir) iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən eldiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir; 49.4-cü maddəsinin tələbinə əsasən əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə işəgötürən Nərimanov Rayon MKTB arasında əmək müqaviləsi bağlanmadan, onlar arasında əmək münasibətləri mövcud olmadan elektron sistemdə sanki tərəflər arasında əmək müqaviləsi bağlanması ilə əlaqədar bildiriş qeydə alınmışdır, lakin iddiaçının bildirdiyi kimi bu barədə məlumatı olmamışdır. O, bu məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə müraciət etmiş, qeyd edilən qurum isə işəgötürən müəssisəyə müraciət etsə də, müraciətləri cavabsız qalmışdır. Məhkəmə qeyd edir ki, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi ilə bağlı Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda Əmək Məcəlləsində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək müqaviləsinə xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş “Əmək müqaviləsi bildirişi”nin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Lakin işin faktiki hallarından müəyyən edildiyi kimi iddiaçı ilə cavabdeh arasında həqiqi əmək münasibətləri mövcud deyildir, lakin işçinin sanki cavabdeh müəssisədə əmək münasibətlərinin mövcud olması ilə bağlı elektron bildiriş isə qüvvədədir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən tərtib edilmiş xx.xx.2016-cı il tarixli, xxxxxxx000200 saylı əmək müqaviləsi bildirişi etibarsız hesab edilməli və onun silinməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə həvalə edilməli, iddia tələbi digər hissədə təmin edilməməlidir. Məhkəmə xüsusi qərardadın çıxarılması ilə bağlı məsələyə münasibət bildirərək qeyd edir ki, məhkəmə qeyd edir ki, AR MPM-nin 265.40-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Hazırki işin hallarında xüsusi qərardadın çıxarılmasını zəruri edən hər hansı hal aşkar edilməmişdir. Məhkəmə həmçinin iddianın 100,40 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı “əmək münasibətlərindən” irəli gələn tələblə məhkəməyə müraciət etdiyindən, “Dövlət rüsumu” haqqında Qanunun 9.1.1-ci maddəsinə əsasən dövlət rüsumu ödəməkdən azad olduğu halda, 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Belə olan təqdirdə məhkəmə hesab eir ki, məhkəmə xərcləri barədə məsələ həll edilməli, və iddiaçının ödədiyi 100 manat məbləğində pul dövlət büdcəsindən ona qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən tərtib edilmiş xx.xx.2016-cı il tarixli, xxxxxxx000200 saylı əmək müqaviləsi bildirişi etibarsız hesab edilsin. Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən tərtib edilmiş xx.xx.2016-cı il tarixli, xxxxxxx000200 saylı əmək müqaviləsi bildirişinin etibarsız hesab edilməsi ilə əlaqədar məlumatın “X1” sisteminə daxil edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X4 Xidmətinə həvalə edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100,40 manat məbləğində rüsum dövlət büdcəsindən İddiaçı qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdənişdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-706/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-706/2025
17.01.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver