Məhkəmə qərarları › İş №2(005)-709/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-709/2021

03.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-709/2021 03.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələblərini onunla əsaslandırmışdır ki, cavabdehlərin qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən 1 nömrəli mənzili AN - İ ******* nömrəli, xx xxxxxxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında satıcı Cavabdeh1 almışdır. Daha sonra həmin mənzilə onun adına mülkiyyət hüququnu təsdiq edən RX seriyalı ******* nömrəli.xx.xx.2016-cı il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da verilmişdir. Qeyd olunan alqı-satqı müqaviləsinin 13-cu bəndinə əsasən cavabdeh (satıcı) Cavabdeh1 özünün və həmin mənzildə qeydiyyatda olan digər ailə üzvlərinin xx.xx.2016-cı il tarixədək qeydiyyatdan çıxacaqlarını öhdəsinə götürmüş, qısa bir müddətdə qeydiyyatdan çıxacaqlarına söz vermişdir. Cavabdehlərin bu günədək mənzildə qeydiyyatda qalmasından xəbəri olmamışdır. Elə bilmişdir ki, müqavilədə göstərilən sonuncu tarixdə onlar avtomatik qeydiyyatdan çıxacaqlar. Cavabdehlərin özləri də bu barədə ona məlumat verməmişlər. Bu yaxınlarda kommunal xərclərlə bağlı borc bildirişi aldıqda hələ də onların qeydiyyatda qaldıqlarından xəbərdar olmuşdur. Bu da ələbəttə ki, ona bundan əlavə mənzilində cavabdeh X2 və və ailə üzvlərinin qeydiyyatda qalması adambaşına kommunal xərclər və haqlar hesablanarkən onun ziyanına artıq məsrəflərə gətirib çıxarır. Cavabdeh5 yetkinlik yaşına çatmamış uşaqları da xx.xx.2003-cü il il təvəllüdlü X5 və xx.xx.2007-ci il təvəllüdlü X6 da mənzilində qeydiyyatda qalmışdır. Lakin 4 ildən artıq müddətin keçməsinə baxmayaraq cavabdehlər bu günə kimi mənzilə qeydiyyatdan çıxmamışlar. Cavabdehlərin faktiki olaraq harada yaşaması ona məlum deyil. Beləliklə, cavabdehlərlə heç bir əlaqəsi olmadığına, mənzildə yaşamadıqlarına baxmayaraq, əsassız olaraq pasport qeydiyyatından bu günə kimi çıxmamışlar. Bu bir mülkiyyətçi kimi onun bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Şifahi olaraq müraciət etdiyi ərazi polis orqanları məhkəmənin müvafiq aktı olmadan həmin şəxslərin qeydiyyatdan çıxarılmasının mümkünsüz olduğunu bildirir, bunun üçün istifadə huquqıınun məhkəmə qaydasında xitam olunmasının zəruri olduğunu söyləyirlər. Ümumiyyətlə, cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda qalması onu narahat edir, mənzildə formal qeydiyyata son vermək üçün hesab edir ki, məhkəmə qaydasında həmin mənzilə cavabdehlərin istifadə hüququ itirilmiş hesab edilməlidir. Qeyd edilənləri nəzərə alaraq, Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış əsasında iddiaçının adına qeydiyyata alınmış, xüsusi mülkiyyətində olan ünvan 1, mənzil 1 ünvanında yerləşən yaşayış sahəsi ilə bağlı cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 və onun yetkinlik yaşına çatmamış uşaqları xx.xx.2003-cü il təvəllüdlü X5 və xx.xx.2007-ci il təvəllüdlü X6 ilə birlikdə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlərə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin RX seriyalı ******* nömrəli çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Cahangir Zeynalov küçəsi, 12 nömrəli evin, 1 saylı mənzil xüsusi mülkiyyət kimi xx.xx.2016-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan AN-İ ******* nömrəli xx.xx.2016-cı il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı və İpoteka Müqaviləsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, satıcı Cavabdeh1 ilə alıcı İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Cahangir Zeynalov küçəsi, 12 nömrəli evin, 1 saylı mənzili İddiaçı mülkiyyətinə keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, cavabdehlər Cavabdeh1 oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5, X5, X6 Bakı şəhəri, Nərimanov rayonu, Cahangir Zeynalov küçəsi, 12 nömrəli evin, 1 saylı mənzildə ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». "Broniovski Polşaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materiallarında olan sənədlər cavabdehlərin qeyd olunan mənzilə qeydiyyatının formal xarakter daşıdığını sübut edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən-öz hüquqlarını həyata keçirərək və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Beləliklə, iddiaçı müqavilənin predmeti olan mənzilə qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam qaydada yerinə yetirməmişdir. Belə ki, cavabdeh mənzildə yaşamadığı üçün həmin mənzilə istifadə hüquqlarını itirmiş və onlar həmin mənzilə formal olaraq qeydiyyatda qalmışdır. Bu səbəbdən iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və onun yetkinlik yaşına çatmamış uşaqları X5 və X3, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Cahangir Zeynalov küçəsi, 12 nömrəli evin, 1 saylı mənzilindən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar