Məhkəmə qərarları › İş №2(005)-731/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-731/2021

04.03.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-731/2021 04.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, Cavabdehlər BOKT “xxxx” ASC-nin nümayəndəsi X3 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdehlər BOKT “xxxx” MMC-yə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı “müavinətin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı qızının cavabdehlər BOKT “xxxx” MMC-nin nümayəndəsi X3 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “müavinətin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci il iyunun 08-dən iyulın 06-dək əmək qabiliyyəti olmamaq vərəqəsinə əsasən müalicədə olduğu dövrdə buraxılan ümumilikdə 28 günün 14 təqvim iş günü üçün hesablanmış 1.231 manat müavinatm və 3.777,20 manat faizin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən, həmçinin 14 təqvim iş günü üçün hesablanmış 1.500 manat müavinatın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən tutularaq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı ilə əvəz olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 54-cü maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Bundan sonra ərizə icraata qəbul edilərək, məhkəmə tərəfindən müvafiq prosessual hərəkətlər edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə onunla cavabdeh "xxxx" MMC arasında əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinə əsasən o baş ofisin regional icra mütəxəssiz vəzifəsini icra edirdi. Aylıq əmək haqqı 1.022 manat təşkil edirdi. xx.xx.2020-ci il tarixdə onun ilə cavabdeh arasında bağlanmış xx.xx.2020- ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir. Qeyd etmək istərdi ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Qaracuxur qəsəbəsi, Yusif Eyvazov küçəsində yolda gedən zaman ayağı burxulub yıxılmışdı sol ayağının baldır hissəsi əzilmişdir. Hadisə iş vaxtı baş verməmişdir. Bununla bağlı olaraq cavabdeh xxxx MMC-də izahatda vermişdir . xx.xx.2020-ci il tarixdə 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının poliklinika şöbəsinə müraciət etmişdir. 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının poliklinika şöbəsi tərəfindən ona əmək qabiliyyətinin olmaması barədə vərəqə verilmişdir. Belə ki, həmin vərəqədə açıq-aydın xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinə kimi onun əmək qabiliyyətinin olmamağımı təsdiq edir. Buna görə o, həm cavabdeh xxxx MMC və digər cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət edərək əmək qabiliyyəti olmamaq vərəqəsinə əsasən müalicədə olduğu dövrdə buraxılan 28 təqvim iş günü üçün hesablanmış 2.731 manat müavinatın ona ödənilməsini xahiş etmişdi. Belə ki, 14 təqdim iş günün 1.231 manat müavinatı xxxx MMC, 14 təqdim iş günün 1.500 manat müavinatı isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ödəməlidir. 4 aydan artıq vaxtın keçməsinə baxmayaraq ona cavabdehlər tərəfindən heç bir müavinat ödənilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə bununla bağlı rəsmi qaydada şikayət ərizə ilə müraciət etdi, onlar isə onun məsələsinin araşdırılmasını Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyini tabelində Dövlət Sosial Müdafiə Fondunun Sosial Siğorta və Fərdi uçot üzrə Mərkəzi Filialına göndərmişdir. Lakin onlarda əsassız olaraq müavinatı ödəməkdən imtina etmişlər. Faktiki olaraq həm cavabdeh xxxx MMC və digər cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi onun hüquqlarını kobud surətdə pozmaqla süründürməçiliyə yol verərək, ona qanunvericiliyin tələblərinə əsasən ödənilməli olan əmək qabiliyyəti olmamaq vərəqəsinə əsasən müalicədə olduğu dövrdə buraxılan müddətlər üçün müavinatı ödənilməli olduqları halda, ödənişi etməkdən yayımaqla ödəmək niyyətində deyillər. Bununla bağlı olaraq qeyd etmək istərdi ki, o işdən azad olunduğu zaman cavabdeh xxxx MMC tərəfindən ona 14 təqdim iş günü üçün ödənilməli olan 1.231 manat müavinat ödənilməmişdir. Bununla bağlı olaraq qeyd etmək istərdi ki, müavinatın ödənilməsindən 4 ay müddət keçibdir. 2,731 manatın ödənilməmiş 4 ayının 120 gününün X 1% hesabladığı zaman 3.777,20 manat təşkil edir. Hesab edir ki, həmin məbləğdə cavabdeh xxxx MMC-dən ona ödənilməlidir. cavabdeh xxxx MMC həmin sənədləri digər cavabdehə göndərmişdir. Lakin, 14 təqdim iş günün 1.500 manat müavinatını cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ona ödəməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək, iddia tələbinə yazılı etiraz təqdim etdi. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Bank olmayan kredit təşkilatı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə (xx.xx.2020-ci il tarixindən Açıq Səhmdar Cəmiyyəti kimi fəaliyyətini davam etdirir) (bundan sonra - “müəssisə”) qarşı qaldırdığı 1.231 manat müavinat, 3.777,20 manat isə faiz ödənilməsi haqqında iddiasını əsassız sayırlar. Belə ki, iddiaçının təqdim etdiyi **********9 nömrəli xəstəlik vərəqəsində onun xarici burununun deformasiyası diaqnozu ilə müalicə olunduğu göstərilib. Xəstəlik vərəqəsində işdən azad olunduğu tarixin başlanğıcı xx.xx.2020-ci il, sonu isə xx.xx.2020-ci il göstərilib. Müəssisə həmin vərəqəni qəbul etdikdən dərhal sonra, qanunvericiliyə uyğun olaraq, vərəqədə qeyd olunan məlumatları https://www.e-gov.az/az internet saytı vasitəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X1 Sistemi”nə daxil etmişdir. xx.xx.2020-ci il tarixində https://www.e-gov.az/az internet saytı vasitəsi ilə müəssisəyə Məcburi Dövlət Sosial Sığorta ödəmələri üzrə Komissiyası iclasının 7 №-li Protokolu və Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı Haqq - Hesab vərəqəsi daxil olmuşdur. Həmin protokola əsasən, iddiaçıya 14 təqvim gününə görə 577.32 AZN məbləğində müavinat müəssisə tərəfindən, 14 təqvim günündən sonrakı dövrə düşən 494.84 AZN məbləğində müavinət isə DSMF tərəfindən ödənilməli idi. Müəssisə öhdəsinə düşən 577.32 AZN məbləğindən iddiaçının müüəssisəyə olan borcunu (xx.xx.2020-ci il tarixli ərizəsinə əsasən ona verilmiş avans məbləğini) və qanunvericiliyə uyğun hesablanan vergini çıxdıqdan sonra, qalan 376.31 AZN ona ödəmişdir. İddiaçının ikinci dəfə təqdim etdiyi **********5 nömrəli xəstəlik vərəqəsində onun sol baldır ayağının əzilməsi, hemartroz diaqnozu ilə müalicə olunduğu göstərilib. Xəstəlik vərəqəsində işdən azad olunduğu tarixin başlanğıcı xx.xx.2020-ci il, sonu isə xx.xx.2020-ci il göstərilib. İkinci xəstəlik vərəqəsi qəbul etdikdən dərhal sonra vərəqədə qeyd olunan məlumatlar https://www.e-gov.az/az internet saytı vasitəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X1 Sistemf’nə daxil edilmişdir. Məlumatlar sistemə daxil edilərkən heç bir kənar müdaxilə olmadan sistem avtomatik olaraq 2-ci xəstəlik vərəqəsini 1-ci xəstəlik vərəqəsinin davamı kimi qeydə almışdır. İddiaçı ilə müəssisə arasında olan əmək müqaviləsinə iddiaçının ərizəsinə əsasən, xx.xx.2020-ci il tarixində xitam verilmişdir. Bundan sonra, xx.xx.2020-ci il tarixində https://www.e-gov.az/az internet saytı vasitəsi ilə müəssisəyə Məcburi Dövlət Sosial Sığorta ödəmələri üzrə Komissiyası iclasının xx.xx.2020-ci il tarixli 8 №-li Protokolu və Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı Haqq — Hesab vərəqəsi daxil olmuşdur. Həmin sənədlərə əsasən müəssisə hesabından 14 təqvim gününə düşən hesablanmış məbləğ 0.00 AZN, DSMF hesabından 14 təqvim günündən sonrakı dövrə düşən məbləğ isə 1524.48 AZN göstərilmişdir. Beləliklə, ikinci xəstəlik vərəqəsi üzrə müəssisənin iddiaçıya müavinət ödəmək öhdəliyi yaranmamışdır. Ona görə də iddiaçı DSMF-ə yönləndirilmişdir. Lakin xx.xx.2020-ci il tarixində DSMF Xəstəlik vərəqələrinin fasiləsiz olmaması və zədənin məişətdə və ya istehsalatda baş verməsinə dair müvafiq sənədin olmamasını səbəb göstərərək iddiaçıya müavinət ödəməkdən imtina etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixində hadisə ilə bağlı yazdığı izahatda xx.xx.2020-ci il tarixində yol gedərkən ayağını burxub yıxıldığını, sol ayağının baldır hissəsinin əzildiyini qeyd etmişdir. 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının təqdim etdiyi xx.xx.2020-ci il tarixli arayışda da iddiaçının iş yerindən kənarda və qeyri iş vaxtında zədələndiyi göstərilib. Beləliklə, müəssisə iddiaçının xx.xx.2020-ci il tarixində zədələndiyi, lakin xəstəlik vərəqəsində işdən azad olunduğu müddətin başlanğıcının xx.xx.2020-ci il tarix göstərildiyi qənaətinə gəlmiş, bu barədə aktı tərtib edərək DSMF-ə təqdim etmişdir. Buna baxmayaraq, xx.xx.2020-ci il tarixində DSMF iddiaçıya müavinət ödəməkdən imtina etmişdir. Məsələ ilə əlaqədar DSMF ilə bir neçə dəfə şifahi müzakirələri oldu. Lakin şifahi müzakirələrdən əsaslı cavab ala bilmədikləri üçün DSMF-ə rəsmi qaydada müraciət etdilər. İşin hallarını dəqiqləşdirmək üçün cari vəziyyətlə əlaqədar DSMF-ə sorğu göndərdilər. Sorğuda DSMF-ə aşağıdakı sual ünvanlanmışdır: Əgər Xəstəlik vərəqələri fasiləsiz deyildisə, nə üçün sistem həmin vərəqəni fasiləsiz olaraq qeydə almış və müəssisə üçün 14 təqvim gününə 0.00 AZN hesablamışdır? DSMF-nin xx.xx.2020-ci tarixli **********2 №-li (məktubun BOKT “xxxx” MMC-yə daxil olma tarixi xx.xx.2020-ci il) cavab məktubunda qeyd olunmuşdur ki, haqqhesab cədvəlləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 №- li “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə uyğun tərtib edilməmişdir. Eyni zamanda qeyd olunmuşdur ki, xəstəlik vərəqəsi davamlı olmadığı üçün ilk 14 gün müəssisə tərəfindən ödənilməli və bunun üçün uyğunsuzluqlar aradan qaldırılaraq sistemə müvafiq haqq-hesab cədvəlləri daxil edilməlidir. Halbuki, tərəflərindən “X1 Sistemi”nin Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı alt sisteminə bütün məlumatlar heç bir təhrif və səhv olmadan daxil edilmişdir. DSMF-nin bu barədə göstərdikləri tamamilə əsassızdır. DSMF-dən fərqli olaraq, müəssisə hesab edir ki, iddiaçının təqdim etdiyi xəstəlik vərəqələri fasiləsiz sayılmalıdır. Çünki İddiaçı xx.xx.2020-ci il tarixində zədələnmişdir. Həmin tarixdə iddiaçı xəstəlik məzuniyyətində olub. İddiaçının 1ci xəstəlik məzuniyyəti xx.xx.2020-ci il tarixində bitdiyinə və xx.xx.2020-ci il tarixi qeyri-iş günü olduğuna görə iddiaçının 2-ci xəstəlik vərəqəsində işdən azad edildiyi müddətin başlanğıc tarixi bazarertəsi, xx.xx.2020-ci il göstərilmişdir. Beləliklə, xəstəlik vərəqəsinin yuxarıda qeyd olunan səbəblərə görə xx.xx.2020-ci il tarixində açılması xəstəlik vərəqəsinin fasiləli olması üçün əsas deyildir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək, iddia tələbinə yazılı etiraz təqdim etdi. Etiraz onunla əsaslandırılmışdır ki, məhkəmənin icraatında olan 2(005)-4286/2020 nömrəli işlə əlaqədar qeyd edirlər ki, İddiaçı cavabdeh “xxxx” MMC və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Bundan sonra -Nazirlik) qarşı iddia ərizəsi ilə Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət edərək xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək əmək qabiliyyətli olmama vərəqəsinə əsasən müalicədə olduğu dövrdə buraxılan ümumilikdə 28 təqvim gününün ilk 14 təqvim günü üçün hesablanmış 1231,00 manat müavinətin və 3777,20 manat faizin cavabdeh “xxxx” MMC- dən, qalan günlər üçün hesablanmış 1503 manat müavinətin Nazirlikdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sığortaolunanlara məcburi dövlət sosial sığorta haqqı hesabına ödənilən sosial sığorta ödəmələrinin düzgün hesablanıb ödənilməsini təmin etmək Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının (Bundan sonra -Filial) fəaliyyət istiqamətlərinə aid olduğuna görə hazırki işdə cavabdeh kimi Filial cəlb edilməlidir. Filial iddia tələbinin ona qarşı irəli sürülmüş hissəsini əsassız hesab edir və bununla bağlı təqdim olunan sübutların araşdırılaraq düzgün hüquqi qiymət verilməsini vacib sayır. Məlumat üçün bildirilir ki, sığortaedən “xxxx” MMC (VÖEN: **********) tərəfindən İddiaçı (SSN: **********490) “əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə” müavinətin ödənilməsi ilə bağlı elektron qaydada göndərilmiş SN 00006 842779 nömrəli xəstəlik vərəqəsi üzrə xx.xx.2020-xx.xx.2020-ci ilə aid dövrləri əhatə edən haqq-hesab cədvəli 2020-ci ilin 13 iyul tarixində qeyd edilmiş rekvizitlər üzrə ödənişə göndərilmiş,14 təqvim gününə düşən 577,32 manat “xxxx” MMC tərəfindən (Qeyd: İddiaçı əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verilmişdir.işçinin xx.xx.2020-ci il tarixli ərizəsinə əsasən vergi və avans məbləği çıxıldıqda sonra 376,31 manat ), 14 təqvim günündən sonrakı dövrə düşən 494,84 manat isə Filial tərəfindən ödənilmişdir. "X1 Sistemi"nin “Sığorta" (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edilmiş sığortaolunan İddiaçı aid SN 00006 seriyalı 797115 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək olan dövrü əhatə edən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı ********************93944, ********************39119 nömrəli haqq-hesab cədvəlləri Fonda göndərilmiş, (daxilolma tarixi xx.xx.2020-ci il, geri qaytarılma tarixi xx.xx.2020-ci il; daxilolma tarixi xx.xx.2020-ci il, geri qaytarılma tarixi xx.xx.2020-ci il) lakin aşağıdakı səbəblər qeyd edilməklə geri qaytarılmışdır: xəstəlik vərəqəsi davamlı olmadığı üçün ilk 14 gün müəssisə tərəfindən ödənilməlidir; zədənin məişətdə və ya istehsalatda baş verməsi barədə müvafiq sənəd sistemə daxil edilməlidir. Birinci səbəb ilə əlaqədar bildirilir ki, SN 00006 seriyalı 842779 nömrəli və SN 00006 seriyalı 797115 nömrəli xəstəlik vərəqələrindəndə aydın olur ki, ilk xəstəlik vərəqəsi üzrə əmək qabiliyyətinin itirildiyi dövr xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixi, növbəti xəstəlik vərəqəsi üzrə əmək qabiliyyətinin itirildiyi dövr isə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixləri əhatə edir və xəstəlik vərəqəsi davamlı deyil, fasilə verilərək tərtib edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabnetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"nin 6-cı maddəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasiləsiz olaraq ardıcıl davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olmayaraq, yalnız bir dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasilələrlə davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olaraq, hər dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Həmin Əsasnamənin 28-ci maddəsinə əsasən müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır. Sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayında əmək fəaliyyəti olmamışdırsa onda bir iş gününə düşən orta gündəlik qazancı müavinətin hesablanması əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə qanunvericiliklə müəyyən edilmiş minimum aylıq əmək haqqının qüvvədə olan məbləğinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydakı iş günlərinin sayına bölünməsi ilə tapılır. Digər səbəb ilə əlaqədar bildirirlər ki, zədənin məişətdə və ya istehsalatda baş verməsi barədə müvafiq sənəd sistemə daxil edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 114-2-ci maddəsinə əsasən araşdırma zamanı Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun şəhər (rayon) şöbələrinin sıqortaedəndən əlavə məlumatlar almaq hüququ vardır. Tərəfimizdən təhqiqat aktı barədə məlumat istənilməsinə baxmayaraq “xxxx" MMC həkim tərəfindən tərtib edilən arayışı haqq hesab cədvəlinə əlavə etmişdir. Qeyd olunan səbəblər aradan qaldırıldıqdan və haqq-hesab cədvəlləri sığortaedən tərəfindən “X2 Sistemi”nin “Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə müvafiq düzəlişlər edilib daxil edildikdən sonra müavinətlə bağlı sənədlərə yenidən baxılacaqdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə X5 Əli Azad oğluna ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Sizin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığınız müraciətinizə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialında (daxilolma tarixi: xx.xx.2020: daxilolma nömrəsi **********5) baxılmışdır. Məlumat üçün bildiririk ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC (SUN: **********3: VÖFN: **********) tərəfindən daxil olmuş, sığorteolunan İddiaçı aid (SSN: **********490) xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək oian dövrü əhatə edən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı ********************93944. ********************39119 nömrəli haqq-hesab cədvəlləri F onda göndərilmiş (daxilolma tarixi xx.xx.2020-ci il, geri qaytarılma tarixi xx.xx.2020-ci il; daxilolma tarixi xx.xx.2020-ci il, geri qaytarılma tarixi xx.xx.2020-ci il), lakin haqq-hesab cədvəlləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş '‘Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçlərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə uyğun tərtib edilmədiyi üçun aşağıda göstərilən uyğunsuzluqlar qeyd edilməklə icra olunmadan geri qaytarılmışdır: - xəstəlik vərəqəsi davamlı olmadığı üçün ilk 14 gün müəssisə tərəfindən ödənilməlidir; zədənin məişətdə və ya istehsalatda baş verməsi barədə müvafiq sənəd sistemə daxil edilməlidir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə’’nin 6-cı maddəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirlməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasiləsiz olaraq ardıcıl davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü iiçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olmayaraq, yalnız bir dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasilələrlə davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olaraq, hər dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Qeyd olunan uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra haqq-hesab cədvəlləri sığortaedən tərəfindən “X1 Sistemi"nin “Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı" alt-sisteminə müvafiq düzəlişlər edilib daxil edildikdən sonra müavinətlə bağlı sənədlərə yenidən baxılacaqdır; İddiaçı xx.xx.2020-ci il tarixli izahatının surətindən görünür ki, yazıb bildirir ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Qaraçuxur qəsəbəsi Y.Eyvazov küçəsində yol gedərkənayağı burxulub yıxılıb, sol ayağının baldır hissəsi əzilmişdir. Hadisə iş vaxtı baş verməyib. İzahatı imzası ilə təsdiq etmişdir; SN 00006 Seriyalı, 842779 nömrəli Əmək qabiliyyətinin olmamasına vərəqənin surətindən görünür ki, xarici burun deformasiyası diaqnozu ilə xx xxx 2020-ci il tarixindən işdən azad edilir, işə başlamalı xx xxxx 2020-ci il tarixi.; SN 00006 Seriyalı, 797115 nömrəli Əmək qabiliyyətinin olmamasına vərəqəsinin surətindən görünür ki, sol baldır ayağının əzilməsi, hemartroz diaqnozu ilə xx xxxx 2020-ci il tarixindən işdən azad edilir, işə başlamalı xx xxxx 2020-ci il tarixi.; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2020-ci il tarixli arayışının surətindən görünür ki, verilir Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048/49 ev 2 m 40 ünvanında yaşayan 1983-cü il təvəllüdlü İddiaçı onda ötrü ki, o deməsinə görə üç gün əvvəl yolda gedərkən ayağı burxulub zədə alıb. xx.xx.2020 tarixdə 15 saylı BŞX-na poliklinika şöbəsinə müraciət etmiş, rentgen müayinəsi olunmuş, sol baldır ayaq oynağının əzilməsi, hemoartroz diaqnozu qoyulmuşdur. Xəstənin bu diaqnozla ambulator müalicəsi davam etdirilmişdir; BOKT “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli aktının surətinin görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixində xəstəlik məzuniyyətində olmuşdur.İddiaçı xx.xx.2020-ci il tarixli izahatı və 15 nömrəli Birləşmiş şəhər xəstəxanasının təqdim etdiyi arayışa əsasən o xx.xx.2020-ci il tarixində ayağından zədə almışdır. Həmin hadisə olan gün İddiaçı işdə olmamışdır və hadisə iş zamanı baş verməmişdir; xx.xx.2020-ci il tarixli “xxxx” MMC-nin Məcburi Dövlət Sosial Sığorta ödəmələri Komissiyası iclasının 7 nömrəli protokolundan görünür ki, İddiaçı **********9 nömrəli xəstəlik vərəqəsinə əsasən xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixədək xarici burunun deformasiyası diaqnozu ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müəssisə hesabından 577.32 manat, DSMF hesabından 494,84 manat olmaqla cəmi 1072,16 manat müavinət ödənilmişdir; xx.xx.2020-ci il tarixli “xxxx” MMC-nin Məcburi Dövlət Sosial Sığorta ödəmələri Komissiyası iclasının 8 nömrəli protokolundan görünür ki, İddiaçı 00006 797115 nömrəli xəstəlik vərəqəsinə əsasən xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixədək sol baldır ayağının əzilməsi hemartroz diaqnozu ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə DSMF hesabından 1524,48 manat olmaqla cəmi 1524,48 manat müavinətın ödənilməsi təyin edilmişdir; Haqq-hesab cədvəllərinə baxışın elektron qaydada əldə edilmiş surətindən görünür ki, xəstəlik vərəqinin seriya və nömrəsi SN 00006 797115, xəstəlik vərəqinin verilmə tarixi xx.xx.2020-ci il, əmək qabiliyyətinin itirilməsinin son tarixi xx.xx.2020-ci il, 14 təqvim gününə düşən hesablanmış məbləğ 0.00 manat, 14 təqvim günündən sonrakı dövrə düşən hesablanmış məbləğ 1524,48 manat. Ödəniləcək müavinətin məbləği 1524,48 manat. Məhkəmə iddia ərizəsinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir; 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 9-cu maddəsinin l bəndinə əsasən, əmək müqaviləsi üzrə işçinin sosial müdafiə üzrə müavinətlərdən və güzəştlərdən, sosial sığorta hüququndan istifadə etmək hüququ vardır. 74-cü maddəsinin qeyd hissəsinə əsasən, Əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə işçiyə əlillik dərəcəsi və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Əmək qabiliyyətini bir ildən çox olmayan müddətə qismən itirmiş işçilər üçün isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınır. Azərbaycan Respublikası “Sosial sığorta haqqında” Qanununun: 1-ci maddəsinə əsasən, Sosial sığorta — bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. 6-cı maddəsinə əsasən, Sosial sığorta hadisəsi baş verdikdə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün) ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət və hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Hər iki halda müavinətin aylıq maksimal həddi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının minimum məbləğinin 25 mislindən artıq ola bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamənin 1-ci bəndinə əsasən, Bu Əsasnamə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş məcburi dövlət sosial sığortası üzrə ödəmələrin (bundan sonra - sosial sığorta ödəmələri) və Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydində nəzərdə tutulmuş əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsinin şərtlərini və qaydalarını müəyyən edir. 1.1-ci bəndinə əsasən, əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Müavinətin məbləği və hesablanması bu Əsasnamənin İİ hissəsində, təyin edilməsi və ödənilməsi isə Vİİ hissəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 6-cı bəndinə əsasən, sığortaolunanların əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında itirilmiş əməkhaqlarının, gəlirlərinin və əlavə xərclərinin tam və ya qismən kompensasiya edilməsi məqsədi ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüquqları vardır. Bu hüquq əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək fəaliyyəti dövründə baş verdikdə yaranır. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasiləsiz olaraq ardıcıl davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olmayaraq, yalnız bir dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasilələrlə davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olaraq, hər dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. 7-ci bəndinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş xəstəlik vərəqəsinə (əmək qabiliyyətini itirmək vərəqəsi) əsasən təyin edilir. Başqa sənədlər müavinət verilməsi üçün əsas sayıla bilməz. Xəstəlik vərəqəsi itirildiyi halda müavinət dublikata (sənədin surəti çıxarılmış ikinci nüsxəsi) əsasən verilə bilər. 8-ci bəndinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, əmək qabiliyyətinin itirildiyi birinci gündən başlayaraq sağalanadək və ya tibbi sosial ekspert komissiyası (TSEK) tərəfindən əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənədək, lakin qanunvericiliklə müəyyən olunmuş müddətdən çox olmayan dövr üçün verilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı izahatının surətindən görünür ki, yazıb bildirir ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Qaraçuxur qəsəbəsi Y.Eyvazov küçəsində yol gedərkənayağı burxulub yıxılıb, sol ayağının baldır hissəsi. SN 00006 Seriyalı, 842779 nömrəli Əmək qabiliyyətinin olmamasına vərəqənin surətindən görünür ki, xarici burun deformasiyası diaqnozu ilə xx xxx 2020-ci il tarixindən işdən azad edilir, işə başlamalı xx xxxx 2020-ci il tarixi. SN 00006 Seriyalı, 797115 nömrəli Əmək qabiliyyətinin olmamasına vərəqəsinin surətindən görünür ki, sol baldır ayağının əzilməsi, hemartroz diaqnozu ilə xx xxxx 2020-ci il tarixindən işdən azad edilir, işə başlamalı xx xxxx 2020-ci il tarixi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2020-ci il tarixli arayışının surətindən görünür ki, verilir Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048/49 ev 2 m 40 ünvanında yaşayan 1983-cü il təvəllüdlü İddiaçı onda ötrü ki, o deməsinə görə üç gün əvvəl yolda gedərkən ayağı burxulub zədə alıb. xx.xx.2020 tarixdə 15 saylı BŞX-na poliklinika şöbəsinə müraciət etmiş, rentgen müayinəsi olunmuş, sol baldır ayaq oynağının əzilməsi, hemoartroz diaqnozu qoyulmuşdur. Xəstənin bu diaqnozla ambulator müalicəsi davam etdirilmişdir. BOKT “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli aktının surətinin görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixində xəstəlik məzuniyyətində olmuşdur.İddiaçı xx.xx.2020-ci il tarixli izahatı və 15 nömrəli Birləşmiş şəhər xəstəxanasının təqdim etdiyi arayışa əsasən o xx.xx.2020-ci il tarixində ayağından zədə almışdır. Həmin hadisə olan gün İddiaçı işdə olmamışdır və hadisə iş zamanı baş verməmişdir. xx.xx.2020-ci il tarixli “xxxx” MMC-nin Məcburi Dövlət Sosial Sığorta ödəmələri Komissiyası iclasının 7 nömrəli protokolundan görünür ki, İddiaçı **********9 nömrəli xəstəlik vərəqəsinə əsasən xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixədək xarici burunun deformasiyası diaqnozu ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müəssisə hesabından 577.32 manat, DSMF hesabından 494,84 manat olmaqla cəmi 1072,16 manat müavinət ödənilmişdir. xx.xx.2020-ci il tarixli “xxxx” MMC-nin Məcburi Dövlət Sosial Sığorta ödəmələri Komissiyası iclasının 8 nömrəli protokolundan görünür ki, İddiaçı 00006 797115 nömrəli xəstəlik vərəqəsinə əsasən xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixədək sol baldır ayağının əzilməsi hemartroz diaqnozu ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə DSMF hesabından 1524,48 manat olmaqla cəmi 1524,48 manat müavinətın ödənilməsi təyin edilmişdir. Haqq-hesab cədvəllərinə baxışın elektron qaydada əldə edilmiş surətindən görünür ki, xəstəlik vərəqinin seriya və nömrəsi SN 00006 797115, xəstəlik vərəqinin verilmə tarixi xx.xx.2020ci il, əmək qabiliyyətinin itirilməsinin son tarixi xx.xx.2020-ci il, 14 təqvim gününə düşən hesablanmış məbləğ 0.00 manat, 14 təqvim günündən sonrakı dövrə düşən hesablanmış məbləğ 1524,48 manat. Ödəniləcək müavinətin məbləği 1524,48 manat. Göründüyü kimi, xx.xx.2020-ci il tarixində https://www.e-gov.az/az internet saytı vasitəsi ilə müəssisəyə Məcburi Dövlət Sosial Sığorta ödəmələri üzrə Komissiyası iclasının xx.xx.2020-ci il tarixli 8 №-li Protokolu və Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı Haqq-Hesab vərəqəsi daxil olmuşdur. Həmin sənədlərə əsasən müəssisə hesabından 14 təqvim gününə düşən hesablanmış məbləğ 0.00 AZN, DSMF hesabından 14 təqvim günündən sonrakı dövrə düşən məbləğ isə 1524.48 AZN göstərilmişdir. Beləliklə, ikinci xəstəlik vərəqəsi üzrə müəssisənin iddiaçıya müavinət ödəmək öhdəliyi yaranmamışdır. Ona görə də iddiaçı DSMF-ə yönləndirilmişdir. Lakin xx.xx.2020-ci il tarixində DSMF Xəstəlik vərəqələrinin fasiləsiz olmaması və zədənin məişətdə və ya istehsalatda baş verməsinə dair müvafiq sənədin olmamasını səbəb göstərərək iddiaçıya müavinət ödəməkdən imtina etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixində hadisə ilə bağlı yazdığı izahatda xx.xx.2020-ci il tarixində yol gedərkən ayağını burxub yıxıldığını, sol ayağının baldır hissəsinin əzildiyini qeyd etmişdir. 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının təqdim etdiyi xx.xx.2020-ci il tarixli arayışda da iddiaçının iş yerindən kənarda və qeyri iş vaxtında zədələndiyi göstərilib. Beləliklə, müəssisə iddiaçının xx.xx.2020-ci il tarixində zədələndiyi, lakin xəstəlik vərəqəsində işdən azad olunduğu müddətin başlanğıcının xx.xx.2020-ci il tarix göstərildiyi qənaətinə gəlinmiş, bu barədə aktı tərtib edərək DSMF-ə təqdim etmişdir. Buna baxmayaraq, xx.xx.2020-ci il tarixində DSMF iddiaçıya müavinət ödəməkdən imtina etmişdir. Lakin məhkəmə araşdırması zamanı iş materiallarında olan xx.xx.2020-ci il tarixli “xxxx” MMC-nin Məcburi Dövlət Sosial Sığorta ödəmələri Komissiyası iclasının 8 nömrəli protokolundan və Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı Haqq — Hesab vərəqəsinin surətindən müəyyən olunmuşdur, cavabdeh müəssisə hesabından 14 təqvim gününə düşən hesablanmış məbləğ 0.00 AZN, DSMF hesabından 14 təqvim günündən sonrakı dövrə düşən məbləğ isə 1524.48 AZN göstərilmişdir. Beləliklə, ikinci xəstəlik vərəqəsi üzrə cavabdeh müəssisənin iddiaçıya müavinət ödəmək öhdəliyi yaranmamışdır. Bu əsaslar öz növbəsində məhkəmə araşdırması zamanı hüquqi təsdiqini tapmışdır. Məhkəmə eyni zamanda cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının iddiaya etirazı kimi əsaslandığı hala dair (xəstəlik vərəqəsi davamlı olmadığı üçün ilk 14 gün müəssisə tərəfindən ödənilməlidir; zədənin məişətdə və ya istehsalatda baş verməsi barədə müvafiq sənəd sistemə daxil edilməlidir.) qeyd edir ki, iş materiallarından göründüyü kimi İddiaçı xx.xx.2020-ci il tarixində zədələnmişdir. Həmin tarixdə iddiaçı xəstəlik məzuniyyətində olub. İddiaçının 1-ci xəstəlik məzuniyyəti xx.xx.2020-ci il tarixində bitdiyinə və xx.xx.2020-ci il tarixi qeyri-iş günü olduğuna görə iddiaçının 2-ci xəstəlik vərəqəsində işdən azad edildiyi müddətin başlanğıc tarixi bazarertəsi, yəni xx.xx.2020-ci il göstərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, xəstəlik vərəqəsinin yuxarıda qeyd olunan səbəblərə görə xx.xx.2020-ci il tarixində açılması xəstəlik vərəqəsinin fasiləli olması üçün əsas deyildir. Bu hal sözügedən sistemin avtomatik olaraq 2-ci xəstəlik vərəqəsini 1-ci xəstəlik vərəqəsinin davamı kimi qeydə alması ilə də öz təsdiqini tapır. Digər mübahisəli məsələ ilə bağlı isə məhkəmə qeyd edir ki, İddiaçı xx.xx.2020-ci il tarixli izahatının və eyni tarixli cavabdeh müəssisə tərəfindən tərtib olunmuş aktın surəti ilə müəyyən olunur ki, zədə məişətdə və ya istehsalatda baş verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, İddiaçı qızına xx xxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək əmək haqqının üçdə iki miqdarı hesablanaraq “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialından 1524,48 manat müavinət İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar