Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-740/2021 23.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “qiymətləndirmənin ləğv edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxx MMC-nin qiymətləndirici ekspert tərəfindən hesabatının ləğv edilməsini və yenidən qiymətləndirilməsi üçün başqa əmlak qiymətləndirici MMC-nin ekspert mütəxəssisə göndərilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qobustan Rayon Məhkəməsinin 2(026)-926/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə uşaqlarının saxlanılması üçün cəmi 160 manat məbləğində aliment tutulub tələbkar Ağayeva Könül Xanalı qızına verilməsi qət edilmişdir. Həmin aliment borcundan ödənişləri etsə də, qalıq borcları qalmışdır. Ona görə də icra məmurunun təqdimatı ilə məhkəmənin qərarı əsasında “VAZ 21061” markalı, **- NR-*** dövlət qeydiyyat nişanlı avtomaşınının üzərinə həbs qoyularaq Qobustan rayon Polis şöbəsində mühafizə duracağında saxlanılır. Bundan sonra icra məmuru tərəfindən üzərinə həbs qoyulmuş avtomaşınının qiymətləndirilməsi üçün xxxx MMC-yə göndərilmiş və qiymətləndirici ekspert tərəfindən avtomaşın 3000 manat dəyərində qiymətləndirilmişdir. İddiaçı xxxx MMC-nin avtomaşını 3000 manat məbləğində qiymətləndirilməsi ilə qətiyyən razı olmadığını bildirmiş, buna səbəb olaraq avtomaşın 1988-ci ilin istehsalı olsa da, saz vəziyyətdədir və orta bazar qiyməti 5500 manat dəyərindədir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh “Daşınar və Daşınmaz Əmlakın Qiymətləndirilməsi Xidməti MMC məhkəməyə yazılı ərizə təqdim edərək, məhkəmə iclaslarını onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, «xxxx» MMC tərəfindən tərtib olunmuş 186 saylı xx.xx.2020-ci il tarixli X5 məxsus «VAZ 21061» markalı, **-NR-*** dövlət nömrə nişanlı avtomobilin qiymətləndirilməsi barədə hesabat qüvvədə olan qanunvericilik tələbinə tam uyğun olaraq və qiymətləndirmə fəaliyyəti həyata keçirilən zaman tədbiq edilən metod hesablamalar nəzərə alınmaqla tərtib edildiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Qobustan Rayon Məhkəməsinin 2(026)-926/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin surətinə əsasən Cavabdeh X3 xx xxxxxx 2006-cı il təvəllüdlü X6 və xx xxxx 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx xxxxxx 2017-ci il tarixdən başlayaraq, hər ay hər uşağa 80 (səksən) manat olmaqla, cəmi 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Ağayeva Könül Xanalı qızına verilməsi, yetkinlik yaşma çatmayan xx xxxxxx 2006-cı il təvəllüdlü X6 və xx xxxx 2008-ci il təvəllüdlü X4 iddiaçı (anaları) Ağayeva Könül Xanalı qızının yanında qalması qət edilmişdir; “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 186 saylı “Əmlakın qiymətləndirilməsi barədə hesabat”ının surətindən görünür ki, Qobustan rayon İcra və Probasiya Şöbəsinin 280875/2037-32-4 saylı, xx.xx.2020-ci il tarixli sifariş məktubuna və Qobustan Rayon Məhkəməsinin 2(026)-926/2017 saylı,xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən əmlakın qiymətləndirilməsi işini həyata keçirən «xxxx» MMC tərəfindən X7 məxsus “VAZ 21061” markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində (likvid qiymət nəzərə alınmaqla) təşəkkül tapan qiyməti 3.000 manat təşkil edir; Qobustan Rayon Məhkəməsinin 8(026)-10/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadının surətinə əsasən İddiaçı məxsus VAZ-21061 markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulması, üzərinə həbs qoyulmuş əmlak açıq hərracda satılması və tələb olunan məbləğ üzərinə həbs qoyulmuş əmlakın satışından əldə olunan vəsait hesabına ödənilməsi barədə təqdimat təmin edilmişdir; xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. “İcra haqqında” Qanunun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir; 7-ci maddəsinə əsasən qiymətləndirmənin nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır (“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən bu Qanunun 7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.); 10-cu maddəsinə əsasən qiymətləndirmə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qiymətləndirmə haqqında qanunvericiliyinə riayət etmək qiymətləndiricinin vəzifəsidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, icra vərəqəsinin surətinə əsasən hazırkı iş üzrə iddiaçı tərəfindən yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx xxxxxx 2017-ci il tarixdən başlayaraq, hər ay hər uşağa 80 (səksən) manat olmaqla, cəmi 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Ağayeva Könül Xanalı qızma verilməlidir. Qətnamənin icrasını təmin etmək məqsədi ilə Qobustan rayon İcra və Probasiya Şöbəsinin tərəfindən verilmiş sifarişə əsasən “xxxx” MMC tərəfindən X7 məxsus “VAZ 21061” markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində (likvid qiymət nəzərə alınmaqla) təşəkkül tapan qiyməti 3.000 manat dəyərində qiymətləndirilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əmlakın təsviri, şəkilləri çəkilmiş, obyektə uyğun satış və təkliflər tapılaraq təhlil olunmuşdur. Araşdırılmış qiymətlər arasındakı fərq faiz nisbəti ilə müəyyənləşdirilmiş, bazar qiyməti və likvid dəyəri müəyyən edilmişdir. Qiymətləndirmə zamanı həmin qiymətləndirmə obyektinə dair qiymətin hansı meyarlara əsasən təyin olunduğu göstərilmişdir. Mübahisələndirilən “xxxx” MMC-nin ekspet rəyi ilə əmlakın dəyərləndirilməsində qeyri-obektivliyə yol verilməsi müəyyən olunmamışdır. Göründüyü kimi, mübahisələndirilən hesabatda göstərilmiş qiymətin açıq-aşkar əsassız olduğunu təsdiq edən sübutlar məhkəmə baxışı zamanı iddiaçı tərəfindən təqdim edilməmişdir. Məhkəmə ekspert rəyi ilə müəyyən edilmiş qiyməti təhlil edib belə qənaətə gəlir ki, “xxxx” MMC tərəfindən iddiaçının əmlakı qiymətləndirilərkən, avtomobilin texniki göstəricilərinə dair düzgün məlumatlar yazılmış və əmlakın bazar dəyəri təyin edilərkən ekspert rəyi ilə müəyyən edilmiş qiymətin 3000 manat müəyyən olunması həmin rəyin əsassız və ya qeyri-obyektiv olması üçün əsas yaratmır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə əsasən qiymətləndiricinin hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır; Məhkəmənin mövqeyinə görə “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunda əmlakın dəyərini müəyyənləşdirən qiymətləndiricinin hesabatının məhkəmə qaydasında mübahisələndirilməsi imkanının nəzərdə tutulması istənilən halda qiymətləndiricinin hesabatının ləğv edilməli olması kimi başa düşülə bilməz. Həmin qiymətləndirmə hesabatı yalnız tərəfin hüququnun pozuntusunun yarandığı güman edilən real vəziyyətlərdə ləğv oluna bilər. İcra icraatı zamanı isə tələbkarın hüququnun pozuntusunun yarandığı an qiymətləndirmənin aparılaraq hər hansı bir qiymətin müəyyən edildiyi an deyildir. Həmin an müəyyən edilmiş qiymətləndirmə əsasında əmlakın tələbkara təklif olunaraq onun tərəfindən qəbul edildiyi və yaxud yenə müəyyən edilmiş qiymətləndirmə əsasında icra məmurunun sifarişi üzrə hərracın keçirilməsi nəticəsində əmlakın satıldığı andır. Bu baxımdan, əgər digər növbəti icra hərəkətləri aparılmışdırsa, həmin icra hərəkətləri mübahisələndirilmədən yalnız əmlakın qiymətləndirilməsi faktına dair mübahisə açılması hüquq və azadlıqların məhkəmə təminatına imkan verə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “qiymətləndirmənin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “qiymətləndirmənin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-740/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-740/2021
23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver