Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-743/2023 07.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli K-1190 saylı əmrinin ləğv edilərək, onun işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1981-ci ildən pedaqoji sahədə, 2006-cı ilin dekabr ayının 29-dan xx.xx.2022-ci il tarixə kimi məktəb direktoru vəzifəsində işləmişdir. Tək ailə başçısı kimi, himayəsində 7 nəfər, o cümlədən 4 nəfər azyaşlı uşaq vardır. Təqaüd yaşına 10 ay qalmışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin ona qarşı qərəzli mövqeyi nəticəsində, heç bir araşdırılma aparılmadan nazirliyin 20 oktyabr 2022-ci il tarixli K-1190 nömrəli əmri ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.4-cü, 13.5-ci bəndlərinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmiş və o, Gəncə Şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad olunmuşdur. Başqa sahədə heç bir işlə təmin olunmamışdır. Həmin əmr ona xx.xx.2022-ci il tarixdə təqdim olunmuşdur. Ancaq AR Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələbi pozulmaqla əmək kitabçası həmin gün ona təqdim olunmamış, eləcə də bugünədək ala bilməmişdir. Gəncə şəhər Təhsil İdarəsinin müdiri X8 2020-ci ilin iyul ayında həmin vəzifəyə təyin olunduğu vaxtdan başlayaraq öz qulluq mövqeyindən sui-istifadə edərək, əvvəllər tabeliyində işləmiş yaxın qohumunun, ondan asılı olmayan səbəbdən 66 yaşında təqaüdə göndərilməsinə görə, onunla birgə işləmək istəmədiyini bildirirərək müxtəlif vasitələrlə və təzyiqlə onu vəzifədən uzaqlaşdırmağa çalışmışdır. Lakin, şəhər ictimaiyyəti arasında olan nüfuzu, məktəbin fəaliyyətində hər hansı bir ciddi nöqsan olmaması, onun vəzifəsinin Gəncə şəhər İcra Hakimiyyətinin nomenklaturasına aid olması buna imkan verməmişdir. Nəhayət 2022-ci ilin iyun ayında O, X15 təhsil idarəsinin müdiri təyin olunduqdan sonra ona qarşı olan təzyiq və təqiblər daha da gücləndirmişdir. Konkret olaraq 2022-ci ilin iyun ayının 5-də idarənin əməkdaşı Sadiq Babayev onu Təhsil İdarəsinə çağıraraq adından könüllü olaraq öz ərizəsi ilə işdən getməsini tələb etmişdir. O, buna etiraz etmiş və avqust ayının 10-dək ona növbəti illik məzuniyyəti başa çatana kimi vaxt verilməsini istəmişdir. İdarə rəisi 2022-ci ilin iyun ayının 9-da Təhsil İdarəsinin 2 nəfər əməkdaşını məktəbə göndərərək onların vasitəsi ilə təzyiqlə bir daha məndən könüllü ərizə verməsini tələb etmişdir. O yenə də avqust ayının 10-na kimi vaxt istəmiş, həmin əməkdaşlar gərgin və əsəbi vəziyyətindən sui-istifadə edərək, məktəbin texniki işçisinə onun adından sonradan məlum olduğu kimi 2 müxtəlif tarixə ərizə yazdıraraq, avqust ayı kimi ona imza etdirib idarəyə aparıblar. İyun ayının 16-da ona məlum oldu ki, həmin ərizələrdən biri avqust ayının 10-na digəri isə iyun ayının 20-nə yazılıb. Nazirliyə isə onlardan biri, iyun ayının 20-nə yazılanı göndərilib və onun işdən azad olunma məsələsi həll olunur. Bununla bağlı Əmək Məcəllənin 69.4 maddəsinə əsasən həmin ərizənin etibarsızlığı barədə nazirliyə müraciət etmişdir. Xahişi nəzərə alınmaqla onun işdən azad olunmaq məsələsi dayadırılıb və bu barədə GDRTİ-nə rəsmi cavab verilib. Həmin məktub bu günədək hələ də ona təqdim olunmayıb. AR Əmək Məcəlləsinin 69.6 maddəsinin tələbinə əsasən onun məzuniyyət hüququ da pozulub. 2021-ci il üçün qəsdən məzuniyyətə buraxılmamışdır. Anar Qədimalıyev həmin məktubu gizlədərək 21 iyun 2022-ci il tarixdə saat 23 radələrində, idarənin ona yaxın olan qadın əməkdaşını evinə göndərərək vəzifədə qalmağı üçün ondan 30 min manat pul tələb etdi. O, buna etiraz etməklə həmin gecə intihar etmək istəmişdir. Lakin Göygöl rayon Mərkəzi xəstəxanasının həkimlərinin səyi nəticəsində məqsədimə tam nail ola bilməmişdir. Buunla bağlı Göygöl rayon Prokurorluğunda AR CM-nin 125-ci maddəsi ilə cinayət işi başlanıb və istintaq hələlik tamamlanmayıb. Həmin ərəfədə eyni zamanda GDRTİ-nin müraciəti əsasında Gəncə şəhər Prokurorluğu tərəfindən də məktəbdə yoxlama başalanmış, son 3 ilə dair bütün sənədlər prokurorluğua aparılmışdır. Hazırda yoxlama davam edir. Nazirliyindən məktəbə 4 nəfər tərkibdə komissiya gəlmiş və 4 saat müddətətində məktəbdə yoxlama aparmışdır. Həmin vaxt məktəbdə olmamış, çağırışla Göygöl rayon Prokurorluğunda olmuşdur. Yoxlamaya özü olmadan başlanıb. Məktəbin əsas sənədləri prokurorluqda olduğu üçün onlara baxmaq mümkün olmamış, yoxlama iştirakı olmadan, məktəbin məktəbdənkənar və sinifdən xaric tərbiyə işi üzrə təşkilatçısı X4 rəhbərliyi və iştirakı ilə aparılmışdır. Yoxlamanın nəticəsinə dair akt tərtib edilmiş, lakin naməlum səbəbdən yoxlamada bilavasitə iştirak edən, Nüşabə Məmmədovanı məktəbdə və şəhərdə tapmaq mümkün olmamış, o akta imza etməmişdir. Buna baxmayaraq aktda nöqsan kimi göstərilən davamiyyətə, vəzifə borcuna görə bilavasitə onun məsuliyyət daşıması, üzərində qüvvədə olan “töhmət” intizam tənbehi olmasına baxmayaraq, işdən azad olunmağı ilə bağlı məktəbin direktoru vəzifəsinin icrası GDRTİ-nin xx.xx.2022-ci il tarixıi K-239 №-li əmri ilə ona tapşırılmışdır. Onun işdən azad olunmağı üçün əsas hesab edilən həmin akt oktaybr ayının 6- da həmkarlar təşkilatında baxılması üçün nazirlik tərəfindən GDRTİ-nə göndərilmişdir. Bu barədə 8 oktyabr tarixdə müzakirəyə 1 saat qalmış ona məlumat verilmiş, sənədlərlə tanış olmaq üçün onun vaxtının başqa günə dəyişdirilməsini tələb etməklə iclasda iştirak etməmişdir. Həmin gün eyni zamanda, məktəblə bağlı Göygöl rayon və Gəncə şəhər Prokurorluqlarında aşardıma aparılmasını, onun hələlik başa çatmadığını nəzərə alaraq məsuliyyət məsələmin müzakirəsinin prokurorluqda aparılan araşdırmalar başa çatana kimi dayandırılması barədə rəsmi ərizə ilə həmkarlar təşkilatına müraciət etməyinə baxmayaraq 12 oktyabr 2022-ci il tarixdə iştirakı olmadan barəmdə formal və ədalətiz qərar çıxarmışdır. Əmək məcəlləsinin 80.1 maddəsinə əsasən həmin məsələ onun qeydiyyatda durduğu məktəb həmkarlar təşkilatında yox cəmi bir neçə ay əvvəl yaradılmış və hələlik möhürü belə olmayan regional idarənin həmkarlar təşkilatında müzakirə olunmuşdur. Mən həmin vaxt, yəni 12 qktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorununun Gəncə şəhərində vətəndaşları qəbul etməsi, ilə bağlı Baş Prokurorun qəbulunda olduğu zaman paralel keçirilmiş iclasda qərar qəbul edilib. Bütün bunlarla bağlı bu məsələnin təkrar və obyektiv araşdırılması AR ETN- nin xx.xx.2022-ci il tarixli K-1190 nömrəli əmrində dəyişiklik olunması xahişi ilə xx.xx.2024-cü il tarixdə rəsmi ərizə ilə Nazirliyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddia ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclaslarında iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinin tam əsassız olduğunu bildirərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli K-1190 saylı əmrinə əsasən İddiaçı “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.4-cü, 13.5-ci bəndlərinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmiş və Gəncə Şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizənin məzmundan görünür ki, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli, K-1190 nömrəli əmrində müvafiq dəyişiklik aparılmasını Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin rəhbərliyindən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli, E-1065 saylı əmrinin məzmunundan görünür ki, 2021-2022-ci il tədris ili ərzində Gəncə şəhəri, 1 nömrəli tam orta məktəbdə tədrisin təşkili, müəllimlərin dərs bölgüsü, işçilərin işə davamiyyəti və tədris-pedaqoji sənədlərin aparılması vəziyyətinin yoxlanması məqsədilə Nazirliyin əməkdaşları ezam olunmuşlar. İş materiallarında mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın məzmunundan görünür ki, İddiaçı 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 453 saylı məktubun məzmunundan görünür ki, Azərbaycan Təhsil İşçiləri X16 Respublika Komitəsi tərəfindən İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq əmrlə razı olmadığı halda, müvafiq tələblə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan 19 dekabr 2022-ci il tarixli “cinayət işinin başlanması barədə” qərarın məzmunundan görünür ki, xx.xx.2022-ci il tarixdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri X21 şəhər prokurorluğuna ərizə ilə müraciət edərək, Gəncə şəhər 1 nömrəli tam orta məktəbin direktoru İddiaçı dövlət əmlakını mənimsəməsi və həmin məktəbdə qanunsuz hərəkətlərə yol verməsi faktı əsasında Gəncə şəhər prokuroru tərəfindən Azərbaycan Respublikası CM-in 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə cinayət işi başlanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 10/10 saylı məktubun məzmundan görünür ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Gəncə şəhər üzrə Təhsil Sektorunun Həmkarlar İttifaqı Komitəsi İddiaçı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri X21-Daşkəsən Regional Təhsil İdarəsinin Gəncə şəhəri üzrə Təhsil Sektorunun Həmkarlar İttifaqı Komitəsinin sədrinə ünvanlandığı 06 oktyabr 2022-ci il tarixli xx-xx-1021/10 saylı təqdimatı ilə əlaqədar 12 oktyabr 2022-ci il tarixdə saat 16:00-da Gəncə-Daşkəsən Regional İdarəsinin Gəncə Şəhəri üzrə Təhsil Sektorunun Həmkarlar İttifaqı Komitəsinin növbədən kənar iclasında iştirak etməsini xahiş olunmuşdur. İş materiallarında olan 12 oktyabr 2022-ci il tarixli 92 №-li protokoldan çıxarışa əsasən, Gəncə şəhəri İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru İddiaçıyla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, aktı imza edənlər qeyd edilən tarixdə məktəbdə olarkən aşağıdakıları aşkar etmişlər: xx.xx.2022-ci il tarixdə Gəncə şəhər 1 nömrəli tam orta məktəbində aparılmış monitorinq zamanı aşkar olunmuşdur: 1) İX-Xİ siniflər üzrə xx.xx.2022-ci il tarixdə İ növbənin 2 və 3-cü dərs saatında şagirdlərin dərsə davamiyyətinə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, 9a sinfində 23 nəfərdən 8 nəfəri, 9b sinfində 23 şagirddən 9 nəfəri, 9c (Rus bölməsi) sinfindən 26 şagirddən 15 nəfəri, 9ç sinfindən 26 şagirddən 14 nəfəri, 9d sinfindən (Rus bölməsi) 26 şagirddən 12 nəfəri, 9e (Rus bölməsi) sinfindən 20 şagirddən 12 nəfəri, 10 b sinfindən 22 şagirddən 19 nəfəri, 10c sinfindən 21 şagirddən 16 nəfəri, 10ç sinfindən (rus bölməsi) 24 şagirddən 18 nəfəri, 10d sinfindən (rus bölməsi) 20 şagirddən 15 nəfəri, 11a sinfindən 21 şagirddən 16 nəfəri, 11c sinfindən (rus bölməsi) 25 şagirddən 22 nəfəri, dərsdə iştirak etməmişdir;
2. 10a sinfində təhsil alan 22 nəfər, 11b sinfində 27 nəfər, 11ç sinfində (Rus bölməsi) 26 şagirddən heç bir şagird dərslərdə iştirak etməmişdir. Ümumilikdə 15 sinif üzrə (İX, X, Xİ siniflər) 353 şagirddən 251 nəfəri üzrlü səbəb olmadan dərslərdə iştirak etməmiş, davamiyyət həmin siniflər üzrə 30 faiz təşkil etmişdir.
3. 11 a sinfində şagird sayı 21 nəfər olmasın baxmayaraq sinif otağında 12 nəfər şagird üçün masa qoyulmuş, otağa əlavə şagird masası yerləşdirməkotağın ölçüsünə görə mümkün deyildir.
4. Texniki heyət üzrə xadimə vəzifəsində işləyən orta və ali təhsilli işçilər X14, X5.X6, X1, X11, X7 əməf müqaviləsi üzrə vəzifə funksiyalarını və öhdəliklərini yerinə yetirmədikləri məktəbdə digər işləri (kargüzarlıq, kompüter işləri, əmr kitabının işlənməsi, ümumi nəzarət və digər) yerinə yetirdikləri izahatları ilə təsdiq edilmişdir.
5. Texniki heyət üzrə 1 nəfər fəhlə vəzifəsində işləyən ali təhsilli X12 üzrlü səbəb olmadan monitorinq günü 30,09.2022-ci il tarixdə işdə olmamışdır.
6. Məktəbin direktoru Mətanət Qafarovanın yazılı izahatına əsasən rus bölməsində tədri aparan ingilis dili müəllimi X2 10 yanvar 2022-ci il tarixdə X3 Dubay şəhərinə getmiş,31 mart 2022ci il tarixədək üzrl səbəb olmadan işdə olmamış, lakin həmin aylarda əsassız olaraq işdə hesa edilərəkona əməkhaqqı ödənilmişdir. Məktəb direktorunun 01 aprel 2022-ci il tarixli,6 nömrəli əmri ilə Nərmin Mircəfərova işdən azad edilmişdi. Nərmin Mircəfərovanın işdr azad edilməsi barədə ərizəsi onun ölkə xaricində olması səbəbindən anası (Aybəni tərəfindən yazılaraq direktora(M.Qafarovaya) təqdim edilmişdir. Həmçinin direkl M,Qafarova yazılı izahatında N.Mircəfərovanın sonuncu dəfə 2021-ci ilin sentyabr ayında məktəbdə gördüyünü bildirmişdir. 2021/2022-ci tədris ilində N.Mircəfərovaya evdə fərdi təhsilə cəlb edilmiş şagirdlərə dərs keçməsi üçün 3,5 saat verilmiş, sonradan həmin dərs saatı 1 saat azalaraq 2,5 saat olmuşdur.
7. Məktəbin direktoru İddiaçı yazılı izahatına əsasən aşağıda adları qeyd olunan tədrispedaqoji və maliyyə təsərrüfat sənədləri 2022-ci ilin iyun ayında Gəncə Şəhər Prokurorluğu tərəfindən götürüldüyü bildirilmişdir.
1. Əmr kitabı (2020/2021, 2019/2020-ci tədris illəri üzrə)
2. Pedaqoji şuranın protokollar kitabı (2020/2021, 2021/2022-ci tədris illəri üzrə)
3. Pedaqoji və texniki heyət üzrə işçilərin işə davamiyyət kitabı
4. Pedaqoji və texniki heyət üzrə işçilərin şəxsi işləri, əmək kitabçaları
5. Evdə təhsil alan şagirdlərin şəxsi işləri, jurnalları
6. 2021/2022-ci tədris ili üçün İ-Xİ siniflər üzrə jurnallar
7. Buraxılan və əvəz edilən dərslərin uçotu kitabı
8. Direktor və direktor müavinlərinin iş planı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər: Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi belə halların sırasında göstərilmişdir. Məcəllənin 186-cı və 187-ci maddələrinə görə isə, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehi verə bilər. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Göründüyü kimi iddiaçının ilkin olaraq mübahisələndirdiyi hal onun Gəncə Şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən işdən azad edilməyi ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli K-1190 saylı əmridir. Belə ki,İddiaçı qeyd edilən əmrin qanunsuz hesab edilməklə ləğv edilməsi və əvvəlki vəzifəsinə işə bərpa edilməsini tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyinin xx.xx.2006-cı il tarixdən Gəncə Şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin edilmişdir. Qeyd edilən əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 20 oktyabr 2022-ci il tarixdən ləğv edilmişdir. Belə ki Gəncə Şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbində Azərbaycan Respublikasının Təhsil Nazirliyinin əməkdaşları tərəfindən araşdırma aparılarkən məktəbin direktoru tərəfindən təhsil müəssisəsində tədrisin təşkili, əmək intizamına riayət olunması və digər sahələrdə bir sıra nöqsanlar aşkar edilmişdir. Qeyd edilən nöqsanlarla bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə akt tərtib edilmiş, aktda İddiaçı tərəfindən yol verilmiş nöqsanlar ayrı-ayrılıqda qeyd edilmişdir. Həmçinin məhkəmə iclasında həmkarlar ittifaqının 12 oktyabr 2022-ci il tarixli 92 saylı iclas protokolu təqdim olunmuş, bu barədə razılığın alınması müəyyən olunmuşdur; Əmək Məcəlləsinin 80-ci maddəsinə görə isə, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Bu mənada məhkəmənin qənaətinə görə, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən bu Məcəllənin 72ci maddəsində göstərilən kobud pozuntuların onun əməllərində mövcud olmaması barədə iddiaçının arqumentləri əsaslı hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində tələb etdiyi halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə təqdim edilmiş iş materiallarını, hər iki tərəfin izahatlarını araşdırıb işə bərpa barədə iddia tələbinin əsassız olması qənaətinə gəlir. Belə ki ilk növbədə iddiaçı tərəfindən əmək müqaviləsinə əsassız və qərəzli olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verildiyini mübahisələndirmiş və işə bərpa edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş aktla sübut olunur ki, İddiaçı öz vəzifə səlahiyyətlərini lazımında icra etməmiş, direktor olduğu dövr ərzində aktda göstəriən pozuntulara yol vermişdir. Bundan başqa iddiaçı tələbinin əsası kimi göstəmişdir ki, həmkarlar təşkilatının iclası keçirilmiş və həmin vaxt iddiaçı həmkarlar ittifaqı iclasından məlumatı olmamış, iştirakı təmin olunmamışdır. Məhkəmə iddiaçının bu əsasına münasibətdə qeyd edir ki, əmək qanunvericiliyində işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilməsi imperativ norma olaraq qeyd olunsa da, işçinin həmin iclasda iştirakının mütləq təmin olunması, olmadağı halda həmkarlar ittifaqı iclasının keçirilməsini qadağan edən norma mövcud deyildir. İddiaçının digər tələbi ona məcburi işburaxmaya görə ala bilmədiyi əmək haqqınının ona ödənilməsidir. Məhkəmə hesab edir ki, iddiaçının əmrin ləğvi və işə bərpa barədə iddia tələbi təmin edilmədiyindən, onun məhrum edildiyi vəsait də məcburi işburaxmaya görə maddi itki hesab edilə bilməz. Odur ki, məhkəmə iddiaçının məcburi iş buraxmaya görə əmək haqq tələblərini əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddiaçınun cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Aytən Novruzova