Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-749/2022 21.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “son haqq-hesabın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “son haqq-hesabın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İşlədiyim müddət üçün mənə son haqq-hesabın ödənilməsi vəzifəsini Cavabdeh MMC şirkətinə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı 01 avqust 2018-ci il tarixdən Cavabdeh MMC şirkətində “icraçı direktor” vəzifəsində işə başlamışdır. İşinə daim məsuliyyətli yanaşmış və rəhbərliyin verdiyi bütün tapşırıqları vaxtında icra etmişdir. Əmək müqaviləsinə əsasən əmək haqqı 1000 manat təşkil etmişdir. Bağladığı əmək müqaviləsinə əsasən ona 12 aylıq iş dövrü üçün 37 təqvim günü məzuniyyət verilməsi nəzərdə tutulmuşdur. O, məzuniyyətə çıxmadan işdən azad edildiyi günədək işləmişdir. Yəni məzuniyyətə çıxmamış və əmək haqqı almamışdır. 01 may 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) tutduğu vəzifəsindən azad edilmişdir. Hazırda o, işdən çıxdıqdan sonra onun haqq-hesabı sonuncu iş günü ödənilməmişdir. Bununla bağlı o, 28 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X4 Xidmətinin Bakı şəhər idarəsində baxılmışdır. Cavabdeh MMC-nin direktoru X5 barəsdində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinə uyğun olaraq 18 mart 2021-ci il tarixli MN1065357 nömrəli X7 Haqqında Qərar qəbul edilmişdir. O, son ödənişlərlə bağlı cavabdeh şirkətə müraciət etməyinə baxmayaraq cavabdeh ona hər dəfə pulu ödəyəcəyinə dair yalan vədlər vermişdir. Həmçinin bildirmişdir ki, işdən çıxmağı ilə bağlı əmri, əmək kitabçası o şikayət etdikdən sonra 2021-ci ilin fevral ayında ona verilmişdir. Hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 28 iyul 2020-ci il tarixdə müraciət etmiş ona cavab verilməmişdir. Yenidən təkrar 01 fevral 2021-ci il tarixdə müraciət etmişdir. Sonuncu müraciətindən sonra ona cavab verilmişdir. Hüquqlarının pozulması təsdiq edilmiş və cavabdeh şirkət barəsində 11 mart 2021-ci il tarixdə X6 MN ******* saylı protokol tərtib edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin tərəfində Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən məhkəmə işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Eyni zamanda əvvəlki məhkəmə iclasında Cavabdeh direktoru X5 iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı işlədiyi müddət üçün son haqq-hesabın ödənilməsi vəzifəsinin CavabdehMMC şirkətinə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Aşağıda şərh olunan əsaslara görə hesab edirik ki, hazırkı iş üzrə iddia müddəti ötürüldüyündən İddiaçı Cavabdeh MMC-yə qarşı «son haqq-hesabın ödənilməsi vəzifəsinin şirkətə həvalə edilməsi tələbinə dair» iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan və əlavə edilmiş sənədlərdən məlum olur ki, İddiaçı 01 avqust 2018-ci il tarixdən hazırki iş üzrə cavabdeh şirkətdə içracı direktor vəzifəsinə işə qəbul edilmiş, 25 aprel 2020-ci il tarixdə əmək müqaviləsinə 01 may 2020-ci il tarixdə xitam verilməsi üçün işəgötürənə müraciyət etmiş, həmin ərizə işəgötürən şirkət tərəfindən nəzərə alınaraq 01 may 2020 -ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və həmin gün ona əmək kitabçası və işdən çıxmasına dair əmr təqdim edilmişdir. Nəzərə alınması zəruridir ki, İddiaçı əmək müqaviləsi onun öz təşəbbüsü ilə xitam verildiyindən əmək müqaviləsinə xitam verildiyi gün artıq o öz hüquqlarının pozulduğunu bilirdi və hazırki iş üzrə İddiaçı işdən çıxdığı müddətdən müəssisəyə ümumiyyətlə əmək kitabçasının verilməməsi ilə bağlı müraciyət etməmiş və hər hansı bir sənəd tələb etməmişdir, işin qeyd olunan hallan onu deməyə əsas verir ki İddiaçı əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün ona verilmiş və o öz təşəbbüsü ilə işdən azad olunduğu üçün əmək müqaviləsinə xitam verildiyi günü və hüquqlarının pozulduğunu artıq bilirdi. Qeyd etmişdir ki, İddiaçı 28 iyul 2020-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafıyəsi Nazirliyinin X4 Xidmətinə müraciyət etmiş və həmin tarixdən artıq qeyd olunan quruma onun müraciyət etməsi hüququnun artıq pozulduğunun həmin dövrdə ona bəlli olması kimi qiymətləndirilməlidir. İddiaçı hazırki iş üzrə təkrarən 01 fevral 2021-ci il tarixdə X4 Xidmətinə müraciyət edir iş və Müfəttişlik tərəfindən Cavabdeh MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə barəsində X7 haqqında qərar qəbul etmişdir. Lakin nəzərə alınması zəruridir ki, hazırki iş üzrə iddiaçı tərəfin X4 Xidmətinə müraciyət etməsi məhkəməyə müraciyət edilməsi üçün qanunda nəzərdə tutulan müddətin dayanmasına səbəb olmur. Yuxarıda qeyd olunan normanın təfsiri zamanı müəyyən edilmişdir ki, qeyd olunan hallar işəgötürənin təşəbbüsü ilə işçinin işdən çıxarıldığı hallar zamanı nəzərə alınır lakin hazırki işin faktiki haliarından da aydın olur ki işci işəgötürən tərəfdən deyi öz təşəbbüsü ilə işdən azad olunduğu üçün işdən azad olunduğu gün artıq hüquqlarının pozulduğunu bilirdi. Hazırki iş materiallarındanda aydın olur ki, İddiaçı əmək müqaviləsinə 01 may 2020-ci ildə xitam verilmiş və İddiaçı bundan yalnız 1 il 7 ay sonra 24 dekabr 2021-ci il tarixdə məhkəməyə müraciyət etmiş və beləliklədə qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verib, hesab edir ki, iddia ərizəsi təmin olunmamalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: 0260452 №-li əmək kitabçasının surətindən görünür ki, İddiaçı 1-A №-li, 01.08.2018-ci il tarixli əmrlə Cavabdeh MMC-də icraçı direktoru vəzifəsinə qəbul edilmişdir. 30.04.2020-ci il tarixli, 55№-li əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) tutduğu vəzifəsindən azad edilmişdir. X7 haqqında 18 mart 2021-ci il tarixli, MN ******* №-li qərardan görünür ki, İddiaçı əmək müqaviləsinə xitam verilərkən, son haqq-hesabı qanunvericiliyin tələblərinə uyğun olaraq ödənilməmişdir. X5 AR İXM-nın 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 800 (səkkiz yüz) manat inzibati cərimə növü tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış fərdi əmək mübahisəsi aşağıda qeyd olunan qanunvericilik normalarının tətbiq olunması əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; - 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; - 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; - 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir; - 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı 01 avqust 2018-ci il tarixdən Cavabdeh MMC şirkətində “icraçı direktor” vəzifəsində işə başlamışdır. Əmək müqaviləsinə əsasən əmək haqqı 1000 manat təşkil etmişdir. 01 may 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) tutduğu vəzifəsindən azad edilmişdir. Hazırda o, işdən çıxdıqdan sonra onun haqq hesabı sonuncu iş günü ödənilməmişdir. Cavabdeh MMC-nin direktoru X5 barəsdində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinə uyğun olaraq 18 mart 2021-ci il tarixli MN1065357 nömrəli X7 Haqqında Qərar qəbul edilmişdir. Nəticədə hüquqlarının qorunması məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin:
1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.
2. Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır.
3. Əmək müqaviləsində fərdi əmək mübahisələrinin bu Məcəllə ilə müəyyən edilmiş həlli qaydalarından fərqli olan, tərəflərin hüquq bərabərliyi prinsipini və bu Məcəllə ilə nəzərdə tutulmuş əmək, sosial və iqtisadi hüquqlarını pozmayan qaydalar nəzərdə tutula bilər.
4. Məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır.
5. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin:
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 288-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh tərəfindən verilmiş iddia müddətinə dair ərizə tətbiq edilməklə rədd edilməlidir. Belə ki, İddiaçı əmək müqaviləsinə öz xahişi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. Bundan əlavə Cavabdeh MMC-nin direktoru X5 barəsdində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinə uyğun olaraq 18 mart 2021-ci il tarixli MN1065357 nömrəli X7 Haqqında Qərar qəbul edilmişdir. Göründüyü kimi iddiaçı hüquqlarının pozulmasını bildiyi halda, bu hüquqların bərpasına görə məhkəməyə 24.12.2021-ci il tarixdə müraciət etmiş, bununla da Azərbaycan Respublikası Əmək Məcələsinin 296-cı maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş müddətləri pozmuş, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Göründüyü kimi iddiaçı tərəfindən müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən Azərbaycan Respublikası Əmək Məcələsinin 296-cı maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş müddətlər pozulmuş, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, “mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdehnə qarşı “son haqq-hesabın ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdehnə qarşı “son haqq-hesabın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim: Gültəkin Əsədova