Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-751/2021 13.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürülmə və kirayə pulunun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürülmə və kirayə pulunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında olan binanın 1-ci blok, 12-ci mərtəbəsində yerləşən 79 saylı mənzilə yaşayış sahəsindən istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsini və cavabdehlər tərəfindən 4500 (dörd min beş yüz) manat məbləğində pulun və kirayə haqqı kimi ödədiyi 2400 (iki min dörd yüz) manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx xxxxxxx 1992-ci ildə anadan olmuşdur və ünvan 2 ünvanında yaşamışdır. Həmin ev bizim ailəyə mərhum atası Rizvan Əhmədzadə tərəfindən qalmışdır, özü isə respublikanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Təxminən 2005-2006-cı illərdə anası Cavabdeh1 göstərilən evi sataraq əldə olunan vəsaitlə ailəsi üçün yeni ünvanda, ünvan 3anov rayonu Xətai prospekti ev 29 ünvanında yerləşən 22 və 23 saylı mənzilləri almışdır. Həmin vaxt onun təxminən 12-13 yaşı olardı və ailələri həmin ünvana köçərək orada yaşamağa başlamışdır. O və anası Cavabdeh1, o cümlədən qardaşları Cavabdeh2 və X7, ünvan 3anov rayonu Xətai prospekti ev 29, mənzil 22 ünvanında qeydiyyatda olmaqla yaşamışlar. Digər 23 saylı mənzilin isə 1 otaqdan ibarət hissəsi onlarda qalmaqla digər hissəsi satılmışdır. Qeyd edir ki, o bu illər ərzində yuxarıda qeyd etdiyi ünvanda böyümüşdür, uzun illər ailə üzvləri ilə birlikdə həmin evdə yaşamışdır. 2017-ci ildə çoxmənzilli yaşayış binası inşaası ilə məşğul olan “xxxx” Mənzil Tikinti Kooperativi yaşadıqları ünvandakı mənzillərin sökülməsi və əvəzində mənzillərin yerində tikiləcək yaşayış binasında yeni mənzillərin veriməsini ətrafda yaşayan qonşulara, o cümlədən onların ailəsinə təklif etmişdir. Həmin təkliflə ailələri razılaşmış və bununla bağlı “xxxx” MTK ilə cavabdeh 2017-ci il tarixdə əvəzləşdirmə müqaviləsi bağlamışdır. Əvəzləşdirmə müqaviləsinin şərtlərinə görə anası Cavabdeh1 qeydiyyatda olmaqla yaşadıqları ünvan 3anov rayonu Xətai prospekti ev 29, mənzil 22-ni və göstərilən mənzilin divar qonşuluğunda yerləşən, bizə məxsus olan 23 saylı mənzili “xxxx” MTK-ya təhvil vermiş, sonuncu isə öz növbəsində həmin evlər söküldükdən sonra yerlərində tikiləcək, hazırda ünvan 1 ünvanında yerləşən binanın 1-ci blok 11-ci mərtəbəsində yerləşən 1 otaqlı 71 saylı mənzili və yenə 1-ci blok 12-ci mərtəbəsində yerləşən 1 otaqlı 79 saylı mənzilləri onların ailəyə təhvil verməyi üzərinə götürmüşdür. Həmçinin MTK yeni binada mənzillər təhvil verilənədək ev sakinlərinin müvəqqəti kirayədə yaşaması üçün aylıq kirayə pulu da ödəmə öhdəliyi də götürmüşdür. Qeyd edir ki, həmin məbləğ aylıq 500 manatdan ibarət olub və ödənildiyi 3 il ərzində cavabdehlər tərəfindən ona həmin puldan heç bir vəsait ödənilməmişdir. Bu illər ərzində öz vəsaiti hesabına mənzil ehtiyaclarını təmin etmişdir. Müqavilə bağlandıqdan sonra qeydiyyatda olduğu ünvan da daxil olmaqla mənzillər sökülmüş və 2020-ci ildə yerlərində tikilən yeni bina MTK tərəfindən istifadəyə təhvil verilmişdir. MTK ilə cavabdeh arasında bağlanmış əvəzləşdirmə müqaviləsi yuxarıda göstərdiyi qaydada icra olunmuş və ünvan 1 ünvanında yerləşən binanın 1-ci blok 11-ci mərtəbəsində yerləşən 71 saylı mənzil və 12-ci mərtəbəsində yerləşən 79 saylı mənzil onların ailəyə təhvil verilmişdir. Mənzillər təhvil verildikdən dərhal sonra təxminən 2 ay bundan əvvəl təsadüf nəticəsində xəbəri olmuşdur ki, ünvan 1 ünvanında yerləşən binanın 1-ci blok 11-ci mərtəbəsində yerləşən 1 otaqlı 71 saylı mənzil cavabdehlər tərəfindən artıq satılmışdır. Beləliklə də nəticədə onun mənzil hüquqları pozulmuşdur. Belə ki, yuxarıda göstərilən əvəzləşdirmə müqaviləsi bağlanarkən onun artıq 25 yaşı vardı və qeydiyyatda olduğu ünvan 3anov rayonu Xətai prospekti ev 29, mənzil 22 ünvanındakı evin sökülməsi və əvəzində yeni mənzil verilməsi ilə bağlı müqavilə onun iştirakı olmadan, razılığı notarial qaydada tələb olunmadan bağlanmışdır. Hansı ki, o ailə üzvü olduğu üçün, həmin evdə qeydiyyatda olduğu və faktiki olaraq da həmin ünvanda yaşadığı üçün qanunvericiliyin tələbinə görə onun razılığı əldə edilməli və ya istifadə hüququndan imtina etdiyi üçün ədalətli kompensasiya məbləği ilə təmin edilməliydi ki, başqa yerdə yaşamaq üçün ev əldə edə bilsin. Ancaq hüquqlarının pozulması bununla da qalmamışdır. Belə ki, yuxarıda göstədiyi kimi sökülən evlərin müqabilində verilən ünvan 1 ünvanında yerləşən binanın 1ci blok 71 saylı və 79 saylı mənzillərin heç birinə qeydiyyata salınmayıb və hazırda həmin mənzillərin heç birində yaşaya bilmir və həmin evlərə köçərək yaşamağı hazırda onun üçün mümkün deyil. Bundan başqa MTK tərəfindən verilən mənzil konkret olaraq 71 saylı mənzil də 2 ay bundan qabaq satılmışdır və həmin mənzillin satılmasından onun xəbəri olmamış və ona heç bir kompensasiya məbləği ödənilməmişdir. Hazırda isə cavabdeh tərəf digər 79 saylı mənzilin satılmasına hazırlaşır. Qeyd edir ki, MTK tərəfindən verilən mənzillərin heç birinə qeydiyyata salınmayıb, hazırda da həmin evlərdən yaşayış üçün istifadə etmək imkanı yoxdur. Göstərilənləri nəzərə alaraq hesab edir ki hazırda cavabdehin mülkiyyətində olan ünvan 5 ünvanında olan binanın 1-ci blok, 12-ci mərtəbəsində yerləşən 79 saylı mənzilə ona yaşayış sahəsindən istifadə hüququ verilməklə həmin mənzilə köçürülməyi təmin edilməlidir.Qeyd olunduğu kimi onun ailə üzvü olaraq ünvan 3anov rayonu Xətai prospekti ev 29 ünvanında yerləşən 22 saylı mənzildə qeydiyyatda olmaqla yaşadığını, həmin evin və 23 saylı mənzilin sökülərək əvəzinə ünvan 1 ünvanında yerləşən binanın 1-ci blok 11-ci mərtəbəsində yerləşən 71 saylı mənzilin və 12-ci mərtəbəsində yerləşən 79 saylı mənzillərlə əvəz edilməsini, eyni zamanda ünvan 1 ünvanında yerləşən binanın 1-ci blok 11-ci mərtəbəsində yerləşən 71 saylı mənzilin satıldığını nəzərə alaraq hesab edir ki, həmin ünvanda 1-ci blok 12-ci mərtəbədə yerləşən 79 saylı mənzilə məhkəmə qaydasında yaşayış sahəsindən istifadə hüququ tanınmalı və həmin mənzilə köçürülməyi təmin edilməlidir. Bundan başqa MTK tərəfindən 3 il ərzində aylıq 500 manat kirayə haqqı verildiyini və cavabdehlər tərəfindən həmin məbləğdən ona həmin vəsaitdən verilmədiyini nəzərə alaraq müvafiq olaraq 4500 manat pulun cavabdehlərdən alınaraq ona verilməlidir. Bundan başqa mənzil MTK tərəfindən 2020-ci ilin may ayından təhvil verilib, lakin həmin vaxtdan indiyə qədər həmin mənzildə köçüb yaşayır və aylıq kirayə haqqı olar 400 (dörd yüz) manat pul ödəyir. Halhazıradək 2400 (iki min dörd yüz) manat kirayə haqqı olaraq ödəmişdir. Hazırda da kirayədə qalır. Hesab edir ki, bu vəziyyətin yaranmasında cavabdeh tərəf məsuliyyət daşıdığından ona dəymiş zərər cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbinə yazılı etiraz edərək, iddia tələbinin əsassız olduğunu, bu səbəbdən də iddia tələbinin rədd edilməsini xahiş etdilər. Yazılı etiraz onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 1995-ci ildə yoldaşı Əhmədzadə Rizvan ilə ayrılanda uşaqlara aliment verməmək şərti ilə birgə əldə etdikləri mənzili ona verdi. Cavabdeh o mənzili satmaq istəməsə də yığılan borclar üzündən mənzili satmağa məcbur oldu. 2002-ci ildə bacısına məxsus olan Nərimanov rayonu Xətai pr ev 29 mənzil 22 və 23 sayiə mənzillərə köçdü. 2017-ci ildə 'xxxx' MTK tərəfindən müqavilə əsasında mənzil söküldü və 2020-ci ildə əvəzində müqaviləyə əsasən yeni binada onun xahişi ilə 2 (otaqlı) mənzil təqdim olundu. 2017-ci ilin may ayından 2019-cu ilin dekabr ayına qədər “xxxx” MTK onlara kirayə pullarını ödəyib. Həmin kirayə pullarından İddiaçı də hər ay yararlanıb. O, 2017-ci ildə “xxxx” MTK şirkətindən xahiş etmişdi ki, 2 ədəd 1 otaqlı mənzil versinlər, o səbəbdən ki, mənzilin birini satıb uşaqlar arasında bölüşəcək həm də ayaqları və daxili orqanlarını əməliyyat etmək üçün. Onlar hamısı bu razılığa gəlsələr də İddiaçı susub içində başqa planlar qurub. 2019-cu il oktyabr ayında ondan 1000 (min) manat borc aidi və 2020 ci il mart ayında verəcəyinə söz verdi. Naib karantinden istifadə edərək onu dilə tutaraq 2500 (iki min beş yüz) dəyərində olan qızılını lambarda qoyaraq 1200 AZN də belə aldı. Əldə etdiyi maşını sataraq 15-20 günə satıb həm onun pullarını həm də bankdan götürdüyü pulları ödəyəcəyini dedi. Hal-hazırda o Sabunçu qəsəbəsində atasının evində öz hesabına və öz əməyi ilə təmir etdiyi mənzildə oğlu Sahib ilə yaşayır. 2020-ci il aprelin 2-sindən Naib Sabunçuya köçdü baxmayaraq ki, Hökməlidə təmirli mənzili var idi. Naib pulları,qızılları mənimsəyəndən sonra bu dəfə onu dilə tutub evləri mənimsəmək istədi. O Naibin yadına saldı ki evin birini satıb onlarla böləcək və ayaqlarını əməliyyat üçün biraz pul saxlayacaq. Naib buna dərhal etirazını bildirdi və dedi: "sən ev satma hərəmizə bir mənzil ver, biz (uşaqların) sənə ayda 500(beş yüz) azn verək sən özünə mənzil tik".Cavabdeh bu qoca yaşında çolaq ayağı ilə, baxıma ehtiyacı olduğu halda Naibin bu təklifini qəbul etmədikdə Naib onunla davaya başladı. Nəlayiq söyüşlər, təhqirlər, əlinə keçəni başına vurdu və onu məcbur etdi ki özünü öldür və s...O, Sabunçuda yaşadığı mənzildən Naibin üzündən çıxıb getdi. Naibin bu planı baş tutmayanda məcbur öz Hökməlidəki mənzilinə köçdü. Amma onları yenə rahat buraxmırdı. Onu güdür cavabdeh evdə olmuyanda evə girib oğlu Cavabdeh2 ilə dava edir, remontlu evin pəncərə, qapılarını, kafellərini, sındırıb aboylara qan ləkəsi salıb evdən nə istəyir götürüb gedir. Naib mənzilləri mənimsiyə bilmədiyi üçün indidə iddia ərizəsini şər böhtan ilə yazıb. Digər caavbdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan 17.11.2020-ci il tarixli DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, sizin Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 48 A, 71 saylı və 79 saylı mənzillərin hazırda mülkiyyətçisinin kim olması, həmin mənzillər üzrə axırıncı dəfə hansı hüquqi əqdin və kimlər tərəfindən hansı notariusda bağlandığı, eyni zamanda göstərilən mənzilləri axırıncı dəfə satmaqla və ya digər şəkildə özgəninkiləşdirən şəxsin özünün həmin mənzilləri hansı əsasla əldə etdiyi və bu barədə əqdin hansı notariusda təsdiqləndiyi barədə məlumat verilməsi ilə bağlı 29.10.2020-ci il tarixli, 348 nömrəli sorğunuza baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 48A (Qarabağ küçəsi, ev 44,46,48,48A) 79 saylı mənzil 32 nömrəli, “xxxx” MTK tərəfindən verilmiş 32 nömrəli, 11.09.2020-ci il tarixli maliyyə arayışına, 32 nömrəli 11.09.2020-ci il tarixli protokoldan çıxarışa əsasən 07.10.2020-ci il tarixində ilkin olaraq Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 48A (Qarabağ küçəsi, ev 44,46,48,48A) 71 saylı mənzil "xxxx” MTK tərəfindən verilmiş 31 nömrəli, 11.09.2020-ci il tarixli maliyyə arayışına, 31 nömrəli 11.09.2020-ci il tarixli protokoldan çıxarışa əsasən 23.09.2020-ci il tarixində ilkin olaraq Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Lakin sözügedən mənzil 2 saylı Bakı “ASAN xidmət” mərkəzində təsdiq edilmiş, 28.09.2020-ci il tarixli, 4Ə-1467 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən - 12.10.2020 X9 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan 18.03.2021-ci il tarixli DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, sorğuda qeyd olunan mənzil ilə bağlı müvafiq sənədlərin surətlərinin verilməsinə dair 2(005)-751/2021 saylı, 22.02.2021-ci il tarixli sorğunuza baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, ünvan 6 ünvanı ilkin olaraq 02.07.1992-ci il tarixdə X3 adına qeydə alınmışdır. 3 saylı DNK-nın 7E- 07-2473 reyestr nömrəli, 13.06.2003-cü il tarixli “Yaşayış evinin hərracdan alınması barədə şəhadətnamə” əsasında X10 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 1mk- 5326/2004-cü il tarixli, 20.10.2004-cü il tarixli qətnaməsinə əsasən X13 verilmiş qeydiyyat vəsiqəsi ləğv edilmiş, X3 adına həmin ünvanla bağlı qeydiyyat vəsiqəsinin verilməsi qət edilmişdir. 3 saylı DNK-nın 2V-60 reyestr nömrəli, 13.09.2006-cı il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında sözügedən mənzil Cavabdeh1, X7, Cavabdeh2 və İddiaçı adlarına qeydiyyata alınmışdır. 27 saylı DNK-nın 4ə05/802 reyestr nömrəli, 22.12.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən qeyd olunan mənzil X11 adına qeydə alınmışdır və hazırda mülkiyyətindədir. ünvan 7 ünvanı 28.03.2000-ci il tarixdə X1 adına ilkin qeydiyyata alınmışdır. 21 saylı DNK-nın 2-V-5 reyestr nömrəli, 02.02.2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə’’yə əsasən həmin mənzil X5 mülkiyyətinə keşmişdir. 3 saylı DNK-nın 19.04.2002-ci il tarixli, 4ə-02-221 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən sözügedən ünvan Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Məlumat üçün bildiririk ki, ünvan 7 ünvanı söküldüyü üçün 12.09.2020ci il tarixli (********** saylı) notarial qaydada təsdiq edilmiş ərizə əsasında sözügedən mənzil üzərində Cavabdeh1 mülkiyyət hüququna xitam verilmişdir. Həmçinin bildiririk ki, eyni ünvan göstəricilərinə malik digər ünvan 811.1998-ci il tarixdə X4 adına ilkin qeydiyyata alınmışdır. 21 saylı DNK-nın 3-M-A-725 reyestr nömrəli, 06.11.1998-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin mənzil Qurbanov İ qar Abas oğlunun mülkiyyətinə keçmişdir. 18 saylı DNK-nın 4ə-07-1089 reyestr nömrəli, 25.11.2006-cı il tarixli alqı-satqı müqaviləsinin imzalanması ilə sözügedən mənzil X14 mülkiyyətinə verilmişdir. Bakı şəhərinin notariusu H.Orucov tərəfindən təsdiq edilmiş 4ə-02/401 reyestr nömrəli, 28.09.2012-ci il tarixli alqı-satqı müqaviləsinin imzalanmasından sonra X2 həmin mənzil üzərində mülkiyyət hüququ rəsmiləşdirilmişdir, lakin ünvan 7 ünvanının sonradan sökülməsi ilə bağlı olaraq 27.10.2020-ci il tarixli (********** saylı) notarial qaydada təsdiq edilmiş ərizə əsasında sözügedən mənzil üzərində X2 mülkiyyət hüququna xitam verilmişdir. Nəzərinizə çatdırırıq ki, ünvan 9 ünvanının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. İş materiallarında olan 28.10.2020-ci il tarixli DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışlardan görünür ki, İddiaçı, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ünvan 3anov rayonu Xətai prospekti ev 29, mənzil 22 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 16.01.2020-ci il tarixli AZ-İ 343802 nömrəli Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X6 arasındakı nikahın ləğv edilməsi 19.07.2019-cu il tarixdə 226 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu səbəblə məhkəmə, iddianın hüquqi əsaslarının, yəni iddiada istinad olunan qanunvericilik normalarının dispozisiya şərtlərinin mövcudluğunun olub-olmadığına hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 2001-ci ilin sentyabrın 01-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında, MM-in 228.2-ci maddəsi ilə bağlı olaraq, mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında olan münasibətlərə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Məhkəmə hesab edir ki, “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbi ilə bağlı mübahisənin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228 -ci maddəsinin müddəaları çıxış edir. İşin faktiki hallarından göründüyü kimi, mübahisəli mənzilə dair münasibətlər 2002-ci ildən yaranmışdır. Məhkəmə yuxarıda şərh olunan işin hallarına və ifadə olunmuş hüquq normalarına əsaslanaraq hesab edir ki, iddiaçının mübahisəli mənzilə dair hüquqları 2002ci il tarixdən əmələ gəldiyindən mövcud mübahisənin həlli zamanı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 228.5-ci maddəsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Konstitusiya Məhkəməsi 27 may 2008-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, MMin 228.5-ci maddəsinində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası konstitusiyahüquqi mənasına görə həmin Məcəllənin 228.2-ci maddəsinin tələbləri baxımından tətbiq edilməklə mülkiyyətçinin razılığı yazılı şəkildə bağlanan notariat qaydasında təsdiqlənən razılaşmada ifadə edilməlidir. MM-in 228.5-ci maddəsində əks olunmuş «həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır» müddəası Konstitusiyaya uyğun hesab edilməli və yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsinin MM-in 228.2-ci maddəsinə uyğun olaraq tərəflərin yazılı bağladıqları razılaşma ilə təyin edilməlidir (razılaşmada həmin hüquqa xitam verilməsinin nikahla əlaqələndirilməsi istisna olunmur). MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Azərbaycan Respublikası Konstitutsiya məhkəməsinin Plenum qərarlarında formalaşan hüquqi mövqeyə görə yaşayış sahəsindən istifadə etmək hüququ Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsi ilə müəyyən olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və eyni zamanda Mənzil Məcəlləsində və Mülki Məcəllədə əks olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına uyğun olaraq yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 79 saylı mənzilin mülkiyyətçisinin yəni Cavabdeh1 ailə üzvü kateqoriyasına aid edilir. Belə ki, MM-in 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin müddəanın mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqlarından asılıdır. Bu mənada, nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı MM-in 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Göründüyü kimi mülkiyyətçi ilə birgə yaşamayan onun ailə üzvləri MM-in 228.5-ci maddəsinin dairəsinə düşmür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdehlər ünvan 10 ünvanında qeydiyyatda olmaqla yaşamışlar. Sözügedən mənzil söküldüyü üçün 12.09.2020-ci il tarixli (********** saylı) notarial qaydada təsdiq edilmiş ərizə əsasında bəhs edilən mənzil üzərində Cavabdeh1 mülkiyyət hüququna xitam verilmişdir. Məhkəmə iclasında cavabdeh Cavabdeh1 izahatında iddiaçının 2002-ci il tarixindən 2017-ci il tarixədək (mənzilin sökülmək üçün təhvil verilməsinədək) həmin ünvanda onunla birlikdə yaşadığını qeyd etmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı söküntüsü aparılmış ünvan 10 ünvanında cavabdeh (anası) ilə birgə həmin mənzil sökülənədək yaşamış, daha sonra mənzil sökülməsi üçün tikinti şirkətinə təhvil verilmişdir. Həmin mənzilin əvəzində hazırki mübahisəli Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi ev 48A, 79 saylı mənzili Cavabdeh1 təqdim etmişdir. Göründüyü kimi, söküntüsü aparılmış mənzilin əvəzində verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi ev 48A, 79 saylı mənzil “xxxx” MTK-nın 32 nömrəli 11.09.2020-ci il tarixli maliyyə arayışına, 32 nömrəli 11.09.2020-ci il tarixli protokoldan çıxarışa əsasən Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi ev 48A, 79 saylı mənzilə istifadə hüquqları tanınmalı və həmin mənzilə köçürülməlidir. Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bu baxımdan iş materiallarından və işin müəyyən edilmiş hallarından da göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi ev 48A, 79 saylı mənzil ilkin olaraq 07.10.2020-ci il tarixdən Cavabdeh1 mülkiyyətindədir. ünvan 10 ünvanında yerləşən mənzil 3 saylı DNK-nın 19.04.2002-ci il tarixli, 4ə-02-221 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən sözügedən ünvan Cavabdeh1 adına rəsmiləşdirilmişdir. İddiaçı 2002-ci il tarixdən ünvan 10 ünvanında yerləşən evə qeydiyyata alınmışdır. İddiaçı cavabdehin oğlu olmaqla, digər cavabdehlərlə birgə 2002-ci ildən yuxarıda qeyd olunan mənzilə köçüb yaşamışlar, köçdükdən sonra həmin ünvandakı mənzilə qeydiyyata düşmüşlər. Daha sonra cavabdehlərin birlikdə yaşadığı mənzil “xxxx” MTK tərəfindən söküldüyündən, söküntüsü aparılmış mənzilin əvəzində Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi ev 48A, 79 saylı mənzil və Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi ev 48A, 71 saylı mənzillər verilmişdir. Həmin mənzillər ilkin olaraq Cavabdeh1 adına qeydiyyata alınmış, sonuncu mənzil Cavabdeh1 tərəfindən özgəninkiləşdirilmişdir. Göründüyü kimi, Cavabdeh1 oğlu İddiaçı qanunvericiliyin tələblərinə əsasən cavabdehin ailə üzvü olmuşdur və sözügedən mübahisəli mənzildən istifadə hüququ əldə etmişdir. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən, Cavabdeh1 oğlu iddiaşı İddiaçı onun ailə üzvü olduğundan, sözügedən mübahisəli mənzildən istifadə hüququ əldə etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qeyd olunmalıdır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnpot İsveçə qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Eyni zamanda məhkəmə iddiaçının “4500 (dörd min beş yüz) manat məbləğində pulun və kirayə haqqı kimi ödədiyi 2400 (iki min dörd yüz) manat alınaraq ona verilməsi” tələbinə münasibətdə bildirir ki, bu hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə hesab edir ki, hazırki mübahisə ilə bağlı sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan iddiaçı 3 il ərzində aylıq 500 manat kirayə haqqının ona verilmədiyini habelə hazırda kirayədə yaşadığını və aylıq 400 manat kirayə pulu ödədiyini bəyan edirsə, istinad etdiyi bu hala dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Məhz bu halla bağlı yalnız onun izahatı mövcuddur ki, həmin izahatlar da mülahizə xarakterli olmaqla formal dəlillər kimi qiymətləndirilir. Belə ki, onun izahatları iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Belə olan halda isə iddiaçı öz izahatında bildirdiyi kimi, yəni 3 il ərzində aylıq 500 manat kirayə haqqının ona verilmədiyini habelə hazırda kirayədə yaşadığını və aylıq 400 manat kirayə pulu ödədiyini və bu səbəbdən də cavabdehlərdən kirayə pulu tələb etdiyini qeyd etsə də bu dəlillər açıq-aşkar əsassız olmuşdur. Çünki, məhkəmə həqiqəti müəyyən etmək üçün tərəflərin təqdim etdiyi sübutları qiymətləndirməlidir. Belə bir razılığın olmasına dair mötəbər sübut isə iddiaçı tərəfindən təqdim edilməmişdir. Beləliklə məhkəmə iddia tələbini əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı ünvan 1 ünvanında olan binanın 1-ci blok, 12-ci mərtəbəsində yerləşən 79 saylı mənzilə yaşayış sahəsindən istifadə hüququ tanınmalı və həmin mənzilə köçürülməli, iddia tələbləri qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən tələb olmadığından dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı ünvan 1 ünvanında olan binanın 1-ci blok, 12-ci mərtəbəsində yerləşən 79 saylı mənzilə yaşayış sahəsindən istifadə hüququ tanınsın və həmin mənzilə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində ünvan 3anov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-751/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-751/2021
13.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver