Məhkəmə qərarları › İş №2(005)-752/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-752/2022

24.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-752/2022 24.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25.05.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********31113 Samsung Galaxy A51 markalı telefon üçün 306 (üç yüz altı) manat ödənilməmiş hissə, 91 (doxsan bir) manat dəbbə; 11.10.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********08168 Samsung galaxy Note 20 Ultra markalı telefon üçün 3300 (üç min üç yüz) manat ödənilməmiş hissə, 495 (dörd yüz doxsan beş) manat dəbbə; 11.10.2020-ci il tarixli müqaviləsinə əsasən, X43 markalı saatüçün 959 (doqquz yüz əlli doqquz) ödənilməmiş hissə, 198 (yüz doxsan səkkiz) manat dəbbə, ümumilikdə, 5349 manat borc və 73.49 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq “ABC TELECOM’' Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 25.05.2020-ci il, 11.10.2020-ci il, 11.10.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********31113 Samsung Galaxy A51 ıııarkaiı telefon, İMEİ kodu **********08168 Samsung galaxy Note 20 Ultra markalı telefon və X4 3 markalı saat almış və nəticədə 5349 (beş min üç yüz qırx doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 25.05.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 795 (yeddi yüz doxsan beş) manat (12 ay x 51 manat - 183 manat ilkin ödəniş) İMEİ kodu **********31113 Samsung Galaxy A51 markalı telefon üçün ümumilikdə, 397 (üç yüz doxsan yeddi) manat olmaqla ondan. 306 (üç yüz altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 91 (doxsan bir) manat dəbbə; 11.10.2020- ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3731 (üç min yeddi yüz otuz bir) manat (24 ay x 150 manat + 131 manat ilkin ödəniş) MEİ kodu **********08168 Samsung galaxy Note 20 Ultra markalı telefon üçün ümumilikdə, 3795 (üç min yeddi yüz doxsan beş) manat olmaqla ondan, 3300 (üç min üç yüz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 495 (dörd yüz doxsan beş) manat dəbbə; 11.10.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1084 manat (min səksən dörd) (18 ay x 60 manat + 4 manat ilkin ödəniş) X43 markalı saatüçün ümumilikdə, 1157 (min yüz əlli yeddi) manat olmaqla ondan, 959 (doqquz yüz əlli doqquz) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 198 (yüz doxsan səkkiz) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1045 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa. müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edib müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Cavabdeh ilə "xxxx" MMC arasında bağlanan 25.05.2020-ci il, 11.10.2020-ci il, 11.10.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********31113 Samsung Galaxy A51 markalı telefon, İMEİ kodu **********08168 Samsung galaxy Note 20 Ultra markalı telefon və X4 3 markalı saatalmış və nəticədə 5349 (beş min üç yüz qırx doqquz) manat borc yaranmışdır. İşdə olan maliyyə arayışının məzmunundan görünür ki, Cavabdeh 4565 (dörd min beş yüz almış beş) manat ödənilməmiş hissə, 784 (yeddi yüz səksən dörd) manat dəbbə, ümumilikdə 5349 (beş min üç yüz qırx doqquz) manat yaranmışdır; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 05 noyabr 2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, müvafiq müqavilə üzrə öhdəliklərin icrası gecikdirildiyindən, hesablanmış ödənilməmiş borcun qısa bir zaman ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə aidiyyatı dövlət qurumlarına müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh "xxxx" MMC ilə 25.05.2020-ci il, 11.10.2020-ci il, 11.10.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********31113 Samsung Galaxy A51 ıııarkaiı telefon, İMEİ kodu **********08168 Samsung galaxy Note 20 Ultra markalı telefon və X4 3 markalı saat almış və nəticədə 5349 (beş min üç yüz qırx doqquz) manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən: “Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir”. Bu iş üzrə isə cavabdehin öhdəliklərinin vaxtında və lazımi şəkildə icra edilmədiyi görünür; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 25.05.2020-ci il, 11.10.2020-ci il, 11.10.2020-ci il tarixli müqavilələr üzrə ümumilikdə hesablanmış tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və 784 manat məbləğində dəbbə pulu 100 manat müəyyən edilərək, cavabdeh şəxslərdən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 73,49 (yetmiş üç manat, qırx doqquz) manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 25.05.2020-ci il, 11.10.2020-ci il, 11.10.2020-ci il tarixli müqavilələrə əsasən 4.565 manat ödənilməmiş hissə, 100 (yüz) manat dəbbə, ümumilikdə 4.665 (dörd min altı yüz altmış beş) manat borc və 73,49 (yetmiş üç manat, qırx doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar