Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-765/2022 18.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum akt qeydinin bərpa edilməsi” tələbi üzrə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “doğum akt qeydinin bərpa edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi atası X3 20.03.1912-ci il tarixdə Ermənistan SSR, Quqark rayonunda doğulması faktı müəyyən edilərək, doğum akt qeydinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Ərizəçi mərhum X3 qızıdır. Mahmud Eminov 1912-ci ildə Ermənistan Respublikasının Quqark rayonunda ev şəraitində doğulmuşdur. X2, anası X16 olmuşdur. Ərizəçinin valideynlərinin sözlərinə görə atası X19 bayramında doğulmuşdur və ailədə doğum günü məhz 20 mart tarixində qeyd olunmuşdur. 1988-si ildə məlum hadisələrdən sonra mərhum Emin Mahmudov ailəsi ilə birlikdə Ermənistandan Azərbaycana köçmüşdür, ailəsi ilə birlikdə Bakı şəhərində məskunlaşmışdır. Ermənistan SSR tərk edən zaman doğum haqqında şəhadətnamə və bütün digər sənədlər orda qalmış və itirilmişdir. Mahmud Eminov 18 aprel 2000-si ildə Bakı şəhərində vəfat etmişdir. Ölümü barəsində Maraqlı şəxs tərəfindən 03.05.2000-ei il tarixində 326 saylı akt qeydi aparılmışdır. Lakin, ölüm haqqında şəhadətnamədə ala adı səhvən “Məmməd" olaraq qeyd edilmişdir. Hazırda isə. ərizəçinin atasının başqa sənədi olmadığına görə düzəlişin edilməsi üçün məhz doğum haqqında şəhadətnaməsi tələb edilir. Yuxarıda qeyd etdiyim kimi, doğum haqqında şəhadətnamə isə itirilmişdir. Bununla əlaqədar olaraq, ərizəçi atasının doğum haqqında şəhadətnaməsini almaq üçün öncə AR Ədliyyə Nazirliyi Maraqlı şəxsnə mürasiət etmişdir. AR ƏN Maraqlı şəxs təqdim etdiyi 22.12.2021-ci il tarixli cavab məktubunda qeyd olunur ki doğum akt qeydi Ermənistanda edildiyi üçün onun bərpa edilməsi məhkəmə qaydasında mümkündür. Ona görə də ərizəçi məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd etmək zəruridir ki, Ərizəçi məxsus doğum haqqında şəhadətnamədə də ata qrafasında X8 qeyd edilmişdir. Həmçinin ərizəçinin Bakı şəhərində məskunlaşmış qohumları da faktları təsdiq edirlər, bu barədə şahid ifadəsi verməyə hazırdırlar. Göstərilənlərin nəzərə alınmasını və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi vermiş olduğu ərizənin dəlillərinə uyğun şəkildə çıxış etmiş və əlavə olaraq bildirmişdir ki, ötən dövrdə doğum haqqında akt qeydinin bərpasına hər hansı zərurət olmamışdır. Lakin hazırda yaranmış bir sıra hüquqi məsələlərin həll üçün onun doğum haqqında akt qeydinin bərpa edilməsinə zərurət yaranmışdır. Göstərilənlərin nəzərə alınmasını və ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2902/2021 nömrəli, 16.06.2021-ci il tarixli qətnaməsindən görünür ki, Ərizəçi tərəfindən təmin edilmiş şahid X5 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Ərizəçi onun qonşusudur. Onun atası Eminov Mahmud və Eminova Əminə ilə qonşu olmuşlar, Ermənistan SSR, Quqark rayonunun Arçut kəndində yaşayıblar. Ərizəçi tərəfindən təmin edilmiş şahid X4 bildirmişdir ki, Ərizəçi, onun ata və anası onun qonşusu olmuşdur. Ermənistan SSR, Quqark rayonunun Arçut kəndində Eminova Əminə ilə qonşu olublar. Ərizəçiı çoxdan tanıyır. Məhkəmə, ərizəçinin izahatını ifadəsini dinləyib, maraqlı şəxsin məsələyə münasibətini nəzərə alıb, ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: AZE 0******* şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1951-ci il tarixdə Ermənistan, Quqark rayonunda anadan olmuş, hazırda ünvan 2 ünvanında qeydiyyatdadır; Nərimanov rayon VVAQ şöbəsi tərəfindən 03.05.2000-ci il tarixdə verilmiş, AZ seriyalı, 063338 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən X11 18.04.2000-ci il tarixdə kəskin ürək çatışmazlığı səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 03.05.2000-ci il tarixdə 326 nömrə ilə qeyd edilmişdir; Bakı Şəhəri Maraqlı şəxs tərəfindən verilmiş AZ-İV seriyalı 558878 nömrəli, 04.08.2021-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.1951-ci il tarixdə Ermənistan, Quqark rayonunda doğulmuş Ərizəçi atası X8, anası X6r; Bakı şəhəri Maraqlı şəxs 22.12.2021-ci il tarixli, 261 nömrəli məktubunun surətinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13-cü bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Hazırki halda yuxarıda adı çəkilən Müddəaların 14-cü bəndinin tələbinə uyğun olaraq aktın qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Qaçqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən 21.06.1993-cü il tarixdə verilmiş 6539 nömrəli vəsiqənin surətinə əsasən Ərizəçi məcburi köçkün kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın: 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir; 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir; 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1951-ci il tarixdə Ermənistan, Quqark rayonunda anadan olmuş, ərizəçi hazırda ünvan 2 ünvanında qeydiyyatdadır və bu ünvanda yaşayır. Hazırda yaranmış bir sıra hüquqi məsələlərin həlli üçün atasının doğum haqqında şəhadətnaməsinə ehtiyacı vardır. Ərizəçi atasının doğum akt qeydinin bərpa edilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin şöbə doğum akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından doğum akt qeydinin bərpa edilməsindən imtina etmişdir. Göründüyü kimi ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada almaq üçün cəhdlər göstərmiş, lakin nəticə etibarı ilə ala bilməmişdir. Həmin sənədin alınması ərizəçiyə evin sənədləşdirilməsi üçün yaranmış bir sıra hüquqi məsələlərin həlli üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X3 20.03.1912-ci il tarixdə Ermənistanın Quqark rayonunda anadan olması faktı müəyyən edilməli, X3 doğum haqqında akt qeydi bərpa olunaraq, ona yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Milliyyətcə azərbaycanlı olan X3 20.03.1912-ci il tarixdə Ermənistan, Quqark rayonunda doğulması faktı müəyyən edilsin. X3 doğum haqqında akt qeydi bərpa olunaraq, doğum tarixi qrafasında 20.03.1912-ci il, doğum yeri qrafasında Ermənistan, Quqark rayonu kimi göstərilsin. Atası qrafasında (milliyyətcə azərbaycanlı olan) X10, anası qrafasında (milliyyətcə azərbaycanlı olan) X7 göstərilsin. Doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-765/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-765/2022
18.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver