Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-771/2023 02.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) “atalığın etiraf olunması faktının müəyyən edilməsi” barəsində ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə (Maraqlı şəxs qismində cəlb edilməklə) məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixdə Rusiya Federasiyası Moskva vilayətinin Puşkino şəhərində doğulmuş qızı X6 atasının xx.xx.1973-cü il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş və xx.xx.2022-ci il tarixdə vəfat etmiş X8 olmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx.xx.2010-cu il tarixdə X13 ilə nikah bağlamış və bu barədə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində 84 nömrə ilə qeydə alınmış AZ-1 seriyalı 558164 nömrəli “Nikah haqqında şəhadətnamə” verilmişdir. Birgə nikahdan xx.xx.1993-cü il təvəllüdlü X10 doğulmuşdur. Yaranmış zərurətlə bağlı o bir müddət Rusiya Federasiyasının Moskva vilayətinin Puşkino şəhərində yaşamışdır. Məqsədi isə bu şəhərdə tək qadın qismində qeydiyyata düşüb sosial və maddi-məişət güzəşt və imtiyazlardan istifadə edib mənzil əldə etmək, sonra isə həyat yoldaşını ora dəvət etmək idi. Moskva vilayətinin Puşkino şəhərində yaşadığı müddətdə xx.xx.2013-cü il tarixdə “Anisa” adlı qızı doğulmuşdur. Qızı Anisanın atası həyat yoldaşı X13 olsa da, qeydiyyat orqanına verdiyi məlumatda ata qrafasında heç kimin adını yazdırmamışdır. Ona görə də, Moskva vilayəti, VVAQ Baş İdarəsinin Puşkino VVAQ İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş İV-HK seriyalı 740351 nömrəli “Doğum haqqında şəhadətnamə”də qızının adını X9 yazdırmışdır. Həyat yoldaşı X13 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. X7 yeni doğum haqqında şəhadətnamə alıb, atası barədə məlumatı orada qeyd etdirməmişdir. Qızı X6 atasının mərhum həyat yoldaşı X8 olmasını yaxın qohumlar təsdiq edirlər. Qızı X9 hazırda Bakı şəhərində 82 nömrəli tam orta məktəbin 3d sinfində təhsil alır və onun atasının kim olması faktının müəyyən edilməsi vərəsəlik məsələlərinin həlli üçün də vacibdir. Atalığın tanınması ilə bağlı ərizəsi Maraqlı şəxsndə təmin edilməmiş və bu barədə xx.xx.2022-ci il tarixli, 05/76-108/15 nömrəli məktubla cavab verilərək, məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Daha sonra Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1973-cü il təvəllüdlü X8 xx.xx.2013-cü il təvəllüdlü X6 atası olmasını etiraf etməsi faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, uzun müddət Rusiyada yaşamışlar, uşağın atası isə müəyyən dövrdə cəzaçəkmə müəssisəsində olmuşdur. Doğum haqqında şəhadətnamə də həmin ölkədə alındığından qızının atasını yazdıra bilməmişlər. Qızının familiyasının hələlik dəyişilməsini istəməsə də, ata adının qeyd olunmasını istəyir. Bu səbəbdən ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə Ərizəçi nikahları xx.xx.2010-cu il tarixdə Nizami rayon qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir; Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1993-cü il tarixdə Goranboy rayonu, Qasımbəyli kəndində doğulmuşdur. Ata qrafasında X13, ana qrafasında Ərizəçi qeyd edilmişdir; Moskva vilayəti, VVAQ Baş İdarəsinin Puşkino VVAQ İdarəsi tərəfindən xx.xx.2013cü il tarixdə verilmiş İV-HK seriyalı 740351 nömrəli doğum haqqında şəhadətnamənin tərcuməsinin notarial təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.2013-cü il tarixdə Rusiya, Moskva vilayəti, Puşkino şəhərində doğulmuşdur. Ata qrafası boş saxlanılmış, ana qrafasında Ərizəçi qeyd edilmişdir; AR Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli, ******* nömrəli Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında qərardan görünür ki, xx.xx.2013-cü təvəllüdlü X6 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması qərara alınmışdır; 82 nömrəli tam orta məktəb tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 369 nömrəli arayışdan görünür ki, X9 həmin məktəbin 3 “d” sinfində təhsil alır; Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2022-ci il tarixində Bakı şəhərində ölmüşdür; Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 05/76-108/15 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ona atalığın tanınması faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş üzrə şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qaynıdır. Onlar bir ailə kimi yaşayırdılar. Hamı X2 tanıyırdı. X14 adlı daha bir övladı da var. Qardaşı müəyyən müddət xəstə olmuşdur. İldə bir neçə dəfə Rusiyaya gedib gəlirdi. Doğum haqqında şəhadətnamə Rusiyada alındığından, daha sonra Şaiq vəfat etdiyindən atası kimi yazdıra bilməmişlər. İş üzrə şahid qismində dindirilmiş X10 bildirmişdir ki, o, ərizəçinin oğludur. Abbasov Şaiq isə onun atasıdır. Onlar bir ailə kimi yaşamışlar. Rusiyada olduqlarından, atası isə bakıda olduğundan bacısının atası kimi qeydə aldıra bilməmişlər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Ərizəçi ilə X8 xx.xx.1993-cü il tarixində X10 adlı övladları doğulmuşdur. X13 xx.xx.2022-ci il tarixində Bakı şəhərində vəfat etmişdir. Ərizəçi, X8, qızı xx.xx.2013-cü il tarixdə Rusiya Federasiyası, Moskva vilayəti, Puşkino şəhərində anadan olmuş X6 atası olduğunu əsas gətirərək atalığın etiraf olunması faktının müəyyən edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1 və 305.1.1-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı oduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Eyni Məcəllənin 307.2.10-cu maddəsinə uyğun olaraq məhkəmə atalığın etiraf olunması faktının müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarındakı mövqeyinə görə, Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsində nəzərdə tutulan faktın - yəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: 1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. Həmin Qərarın 11.3-cü bəndinə əsasən ölən şəxsin özünü uşağın atası hesab etməsini təsdiq edən sübutlara şahid ifadələri, yazılı və maddi sübutlar, həmin şəxsin uşağın anası ilə bir evdə yaşaması, uşağın tərbiyəsində iştirak etməsi, yazılı məktubları, həmçinin uşağın bağçaya, məktəbə qəbul edilməsinə dair məktəb rəhbərliyinin adına yazdığı ərizələr və sair ola bilər. Ailə Məcəlləsinin 45.2-ci maddəsinə görə uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Ailə Məcəlləsinin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Məhkəmə şahid ifadələrinə və işdə olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı işdə atalığı etiraf etmə faktının müəyyən olunması üçün Plenum Qərarında göstərilmiş 3 şərt mövcuddur. X13 özünün sağlığında xx.xx.2013-cü təvəllüdlü X4 övladı olmasını etiraf etmişdir. Belə ki, iş materialları və şahid ifadələri ilə təsdiq olunmuşdur ki, uşaq doğulan zaman onun atası ilə anası bir neçə il bir ailə kimi bir yerdə yaşamış, X13 uşaq doğulduqdan sonra ona qulluq etmiş, ətrafında qohumlar Anisanı onun qızı kimi tanımış, xx.xx.2022-ci il tarixində ölmüşdür. Qeyd olunan faktın müəyyən edilməsi doğum haqqında şəhadətnamədə X8 uşağın atası kimi qeydə alınması, bundan irəli gələn hüquqlarının həyata keçirilməsi üçün hüquqi əhəmiyyətlidir və ərizəçinin həmin faktı təsdiq edən sənədləri başqa qaydada alması mümkün deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X8 özünün sağlığında xx.xx.2013-cü təvəllüdlü X6 atası olmasını etiraf etməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 14 fevral 2022-ci il tarixdə vəfat etmiş X1 xx.xx.2013-cü il təvəllüdlü X6 atası olmasını etiraf etməsi faktı müəyyən edilsin. xx.xx.2013-cü il təvəllüdlü X6 doğum akt qeydində ata qrafasında “X13, milliyyəti azərbaycanlı” qeydləri yazılsın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-771/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-771/2023
02.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver