Məhkəmə qərarları › İş №2(005)-783/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-783/2024

03.04.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-783/2024 03.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: mənzildən çıxarılma) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclasının katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı Əlabbas oğlunun, onun nümayəndəsi və vəkili Vəkil Cavabdeh, onun nümayəndəsi X7 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Nərimanov rayonu, İsaqzadə qəsəbəsi, Batumi küçəsi, 2/6 saylı evin 1-ci mərtəbəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri İddiaçı Laçın rayonundan məcburi köçkün olmuş və sonradan Bakı şəhəri Nizami rayonu ərazisində ailəsi ilə birlikdə yaşamışdır. xx.xx.2015-ci ildə Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti ,ev 126, 59 saylı mənzili AN-İ seriyalı ******* saylı Daşınmaz Əmlakın alıqısatqısı müqaviləsinə əsasən ” 50.000 (əlli min) manata satmış və həmin vəsait əsasında Bakı şəhəri Nərimanov rayonu, Bakı Batumi küçəsi 2/6 saylı fərdi yaşayış evini tikərək ailəsilə birlikdə- X23, X28, X29 və Abbasov Laçın Murad oğlu həmin evə köçüb yaşamışlar. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2019-cu il tarixli Qətnaməsi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov rayonu, Bakı Batumi küçəsi 2/6 saylı fərdi yaşayış evi İddiaçı məxsusdur və onun vəsaiti əsasında inşa edilmişdir. Həmçinin, həmçinin qətnamədə müəyyən edilmişdir ki, 2015-ci ildə "xxxx" ASC tərəfindən Bakı şəhəri Nərimanov rayonu, Batumi küçəsi, 2/6 saylı evə dair İddiaçı adına “Texniki şərt” verildiyi və digər kommunal xidmətlərdə İddiaçı adına olması təqsdiq edilmişdir. xx.xx.2017-ci il tarixli Akta əsasən X14, X30 və X8 bildirmişlər ki, “İddiaçı məxsus evin bünövəsində başlayıb tikmişlər və tikinti materiallarını Muradov Abbas alıb təmin etmişdir”. Laçın Rayon İcra Hakimiyyəti başçısının Bozlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin” 48 №-li xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “2015-ci il ilin fevral-aprel aylarında, özünə məxsus olan mənzili sataraq həmin vəsaitlə ünvan 1 ünvanında ikimərtəbəli, mişar daşından ev tikmiş və həmin vaxtdan ailə üzvləri ilə birlikdə həmin evdə məskunlaşmışlar. Yaşadıqları ev iki mərtəbəli olmuş və evin ikinci mərtəbəsində ailəsilə birlikdə yaşamış və evin birinci mərtəbəsindəki otaqların bəzisini qardaşı qızı Aynurənin iş yerinə yaxın olsun deyə onun istifadəsinə vermişdir. Lakin sonradan Aynurə ailə quraraq getmişdir. Bir neçə müddətdən sonra isə qardaşını başqa qızının həmin mənzildə yaşamasına icazə istəmiş və qardaşının qızına müvəqqəti yaşaması üçün evin birinci mərtəbəsindəki otağdan yaşamasına razılıq vermişdir. Evin 1-ci mərtəbəsindəki otaqların birini təsərrüfat məqsədi ilə istifadə etmişdirlər və hazırda da istifadə edirlər. Qardaşı qızı Cavabdeh 2018-ci ildən ünvan 2 ünvanında qeydiyyatda olmuş və orada yaşamışdır. Sonradan onun sərbəst yaşaması və rahat oması baxımından, evin 1-ci mərtəbəsindəki, otaqları onun isifadəsinə vermişdir. X40 Bakı şəhəri Binəqədi rayonun ərazisində çox otaqlı ev tikmiş və hazıra orada yaşayır. Həmçinin evinin yanında X40 1 mərtəbəli evi vardır və hazırda, həmin ev başqa şəxslərə kirayə verilmişdir. Lakin hazırda ailə üzvlərinin sərbəst və normal yaşamasının təmini məqsədi ilə cavabdehin evin 1-ci mərtəbəsini boşaldaraq təhvil verilməsi xahiş etmişdir, lakin cavabdeh könüllü olraq evin 1-ci mərtəbəsini boşaldıb təhvil vermək istəmir. Hesab edir ki, cavabdehin mənzilini (evimi) boşladılmasından imtina etməsi əsasızdır. Cavabdehin istifadəsində olan mənzil ailəsinə məxsusdur. Ona görə cavabdeh onun istifadəsinə verilmiş sahəni boşaltmalıdır. Cavabdehin könüllü olaraq mənzili (evi) boşaltmaması qüvvədə olan qanunlara ziddir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat vermiş və iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat vermiş və iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, Laçın rayonundan 1992-ci ildən Nərimanov rayonu X6 sanataroiyasında məşkunlaşmışlar. 2015-ci ildə həmin sanatoriya yol çəkildiyi üçün “Azəryolservis” agentliyi tərəfindən plana düşmüş və dövlət onlara 30.000 manat məbləğində kompensasiya ayırmışdır. Valideyinləri 1998-ci ildən yaşadıqları yerin yaxınlığından Elçin İsaqzadə qəsəbəsi, ünvan 3 ünvanında torpaq sahəsi almışlar. Birinci instansiya məhkəməsində həmin alqı-satqı müqaviləsi bağladıqları xanım gəlmiş və şahidlik etmişdir. 1998-ci ildə həmin torpaq sahəsini valideyinləri öz vəsaiti hesabına almışlar və 2015-ci ildə dövlət tərəfindən onlara ayrılmış 30.000 manat kompensasiya hesabına böyük ailə olduqları üçün valideyinləri həmin torpaq sahəsində ev inşa etmişlər. X56 ikinci qrup əlil olduğuna görə və fiziki işlə məşğul ola bilmədiyinə görə həmin vaxt tikinti işlərini qardaşı hazırki iş üzrə İddiaçı həvalə etmişdir. İddiaçı öz dediyinə görə həmin ərazidə olan evini satmış və kirayədə yaşayırdı. Atası onunla danışıb bildirmişdir ki, gəl evi tikməyə kömək et və evin ikinci mərtəbəsində müvəqqəti olaraq yaşaya bilərsən. Ailə olaraq buna etiraz etmişdirlər, çünki hiss etmişlər ki, məsələ bu yerə çatacaq. Ev inşa olundu, onlar və iddiaçı öz ailəsi ilə birgə həmin evə köçmüşlər. Evin bir otağını atası gözəllik salonu etmişdir və bir müddət sonra evin sayğacının quraşdırılması vaxtı çatanda əmisi problem yaratmağa başlamışdır. Daha sonra o onlardan xəbərsiz Mənzil Kommunal İstismar Sahəsinə müraciət etmiş, onlara şiddət göstərməyə başlamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. III. İşin faktiki halları: İş materiallarında olan - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2-1116/2003 saylı 16 iyun 2003-cü il tarixli qətnaməsindən görünür ki, X15 Bakı şəhəri, Batumi küçəsində yerləşən 2/5 saylı evə pasport qeydiyatına alınması Nərimanov rayon Polis İdarəsinə həvalə edilmişdir. -Laçın Rayon İcra Hakimiyyəti başçısının Bozlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin” 48 №-li xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 2015-ci il ilin fevral-aprel aylarında, özünə məxsus olan mənzili sataraq həmin vəsaitlə ünvan 1 ünvanında ikimərtəbəli, mişar daşından ev tikmiş və həmin vaxtdan ailə üzvləri ilə birlikdə həmin evdə məskunlaşmışlar. Evin tikintisində iştirak etmiş ustaların və digər şəxslərin birgə tərtib etdikləri aktlara əsasən həmin evi İddiaçı Əlabbas oğlu öz vəsaiti hesabına tikmişdir. - Laçın Rayon İcra Hakimiyyəti başçısının Bozlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X2 rayonundan məcburi köçkündür. N.Nərimanov rayonu, E.İsaqzadı qəsəbəsi, B.Batumi küçəsi 2/90da müvəqqəti məskunlaşmışdır. Ailə tərkibi qızı X24, oğlu X41, nəvəsi X19r. - Laçın Rayon İcra Hakimiyyəti başçısının Bozlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X4 rayonunun Qalaça kəndində qeydiyyatsız yaşayır. Müvəqqəti olaraq N.Nərimanov rayonu, E.İsaqzadə qəsəbəsi, küçə Baku-Batumi 2/5-də məskunlaşmışdır. Ailə tərkibi qızı Cavabdeh, X20r. - 55 saylı MKİS tərəfindən verilmiş 55/51 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X31 Bakı/Batumi küçəsi 2/5 №-li evin 8№-li mənzilində pasport qeydiyyatındadır. Ailə tərkibi qızı Cavabdeh, X5 rayonundan məcburi köçkündürlər. - Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakı şəhəri Nərimanov sektoru tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 128 №-li arayışdan görünür ki, Laçın rayonunun Qalaça kəndindən məcburi köçkün Cavabdeh ailə tərkibi ilə Batumi küçəsi 2/5 ünvanında müvəqqəti məskunlaşmışdır. Ailə tərkibi özü, anası X31 və bacısı X16r. - Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakı şəhəri Nərimanov sektoru tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 496 №-li arayışdan görünür ki, Laçın rayonunun Qalaça kəndindən məcburi köçkün İddiaçı ailə tərkibi ilə Batumi küçəsi 2/6 ünvanında müvəqqəti məskunlaşmışdır. Ailə tərkibi özü, həyat yoldaşı X23, qızı X25, oğlu X29, oğlu Abbasov Laçın Murad oğludur. - 55 saylı MKİS tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli 55/291 №-li arayışdan görünür ki, Nərimanov rayonu, E.İsaqzadə qəsəbəsi Bakı-Batumi küçəsində inşa edilmiş 2/6 və 2/5 saylı evlər özü-tikili olduğu üçün 55 saylı MKİS-də həmin evlərin və zaman və kim tərəfindən tikilməsi barədə heç bir sənəd yoxdur. B.Batum 2/5 saylı evdə X31 xx.xx.2003-cü ildən daimi qeydiyyatdadır. 2 qızı müvəqqəti qeydiyyatdadırlar və məcburi köçkündürlər. 1. X32, 2. Cavabdeh. Ev bir mərtəbəlidir və bu ünvanda yaşayırlar. B.Batum 2/6 saylı evdə İddiaçı ailəsi ilə birgə Laçın rayonundan məcburi köçkündür, müvəqqəti qeydiyyatda olmaqla bu ünvanda yaşayırlar. Ev iki mərtəbəlidir. 2/6 saylı evin 1-ci mərtəbəsində Cavabdeh yaşayır. - 28.05.1959-cu il təvəllüdlü X14 məhkəmə iclasında şahid qismində ifadə verərək bildirmişdir ki, X26 ilə Sahibə Abbasovanın orada bir mərtəbəli evləri var və o 1997-1998-ci illərdə tikilib. Həmin evi özü və qardaşının bacanağı tikmişlər. Digər evi İddiaçı tikib və onun həyətindən 2-3 maşın zibil çıxarılıb. Evi təməldən Sahibə Abbasovanın xalası nəvəsi Elnur adlı şəxs öz briqadası ilə işləyib. X1 ilə birgə mağazada işləmişdirlər. İddiaçı orada olmayanda həmişə nəzarətində saxlamış və fəhlələrin əmək haqqılarını özü şəxsən ödəmişdir. Qarşı tərəf iddiaçıdan xahiş edib ki, birinci mərtəbəni ver və o da verib. Onların həmin evə dair heç bir əziyyətləri olmayıb və özü şəxsən bu işin içərisində olmuşdur. Abbasov Arif və ailəsi iki mərtəbəli evdə yaşamayıblar. Onların Binəqədi ərazisində evləri var və orada yaşayıblar. Arif Abbasov iddiaçıdan xahiş etdi ki, evin birinci mərtəbəsini ver və o da etiraz etmədi. Hesab edir ki, cavabdeh onun yanında tikilən bir mərtəbəli evi nəzərdə tutur. X49 köhnə evin nömrəsini çıxarıb təzə evin yanına yapışdırmışdı və bildirirdi ki, ev onundur. Bir mərtəbəli evi X49 əvvəllər kirayə verirdi, lakin hazırda bu barədə məlumatı yoxdur. Torpaq sahəsini 1996-1997-ci illərdə Arif Abbasov 2.500 ABŞ dollarına alıb. Bir tərəfində bir mərtəbəli evi özü tikmişdir və çıxan zibilləri tikindikləri evin yerindən öz əllərilə təmizləmişdirlər. İddiaçı pul verib oranı təmizlətmişdir. Öz yanında o Arif Abbasova 5.000 manat məbləğində pul vermişdir. İddiaçının Arif Abbasova borcu olmayıb. - 01.08.1960-cı il təvəllüdlü X9 məhkəmə iclasında şahid qismində ifadə verərək bildirmişdir ki, həmin evdə heç bir iş görməmiş, lakin davamlı olaraq gedib-gələn adam olmuşdur. Yas mərasimlərində dəfələrlə iştirak etmişdir və iddiaçını da yaxşı tanıyır. Həmin evə getmişdir və Arif Abbasova öz xeyir-duasını vermişdir. O vaxtlar evi Arif Abbasov tikirdi və hətta orada işləyən ustalar hazırda şahid qismində iştirak edirlər. Səhv etmirsə həmin ev 2015-ci ildə hələ tikilirdi. Həmin vaxt ustaların işlədiyini görmüşdür. Hətta oraya gələndə torpağı aldıqları rus da oraya gəlirdi. - 08.05.1985-ci il təvəllüdlü X10 məhkəmə iclasında şahid qismində ifadə verərək bildirmişdir ki, gecə qum gətirmiş və pulu Arif Abbasovdan almışdır. Bu tapşırığı ona Arif Abbasov vermişdir. Arif Abbasov nə vaxt zəng edib o zaman qumu gətirmişdir. - 10.02.1961-ci il təvəllüdlü X37 məhkəmə iclasında şahid qismində ifadə verərək bildirmişdir ki, Arif Abbasovun evinin birinci mərtəbəsinin şkaturunu vurmuş və salonuna bir kamaz torpaq töküb suvağını vurmuşdur. Orada üç nəfər olmuşlar və pulu Arif Abbasovdan almışlar. Divar hörgüsündə və ya damın vurulmasında iştirak etməmişdir. - 15.06.1976-ci il təvəllüdlü X3 məhkəmə iclasında şahid qismində ifadə verərək bildirmişdir ki, alt evdə hamamın, mətbəxin santexnik işlərini görmüş və bir yerə də su çəkmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin, onların nümayəndələrinin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh iddiaçının qardaşı qızıdır. O, Laçın rayonu Qalaça kəndindən məcburi köçkün olmaqla bacısı və anası ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, İsaqzadə qəsəbəsi, Bakı Batumi küçəsi 2/5 saylı evdə məskunlaşmışdırlar. İddiaçı ailəsi ilə birgə Laçın rayonu Qalaça kəndindən məcburi köçkün kimi Bakı şəhəri, Nərimanov rayonu, İsaqzadə qəsəbəsi, Bakı Batumi küçəsi 2/6 saylı evdə müvəqqəti məskunlaşmışdırlar. Cavabdeh hazırda B.Batum 2/6 saylı evin 1-ci mərtəbəsində yaşayır. İddiaçı cavabdehin ünvan 7 saylı evin 1-ci mərtəbəsindən çıxarılması barədə tələblə məhkəməyə müraciət etmişdir. Ev dövlət reyestrində qeydə alınmamışdır və özbaşına tikilidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Həmin Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər (27.1). On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır (27.2). Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir (27.3). 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıb ya yox?; 2) şəxs yaşadığı yerdən məhrum edilib ya yox?; 3) məhrum edilmə qanunidirmi? Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Avropa İnsan Hüquqları Məhkəməsinin «O.X21rşı» iş üzrə ərizənin qəbul edilənliyi barədə qərarında və «Gillounun Birləşmiş krallığa qarşı» işi üzrə 24 noyabr 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada «mənzil» sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evi müvafiq icazə sənədləri alınmadan inşa edilmişdir və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evi hər hansı bir hüquq müəyyənedici sənəd olmadığından özbaşına tikili sayılır. Məhkəmə qeyd edir ki, mənzildən və digər yaşayış sahəsindən məhrumetmə çıxarılma o halda qanuni ola bilər ki, bu barədə tələblə məhkəməyə müraciət edən şəxsin mənzil və digər bu kimi yerlər üzərində mülkiyyət hüququ, icarə hüququ və ya digər əmlak hüququ olsun. Hazırkı iş üzrə də iddiaçının cavabdehin çıxarılmasını xahiş etdiyi yaşayış sahəsinə dair əmlak hüququnun olmasına əsas verən mötəbər sübutlar mövcud deyildir və məhkəmə araşdırması zamanı da belə bir hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Məhkəmə qeyd edir ki, cavabdeh faktiki olaraq həmin evdə - 1-ci mərtəbəsində yaşayır, ona görə də cavabdehin yaşayış yeri sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İddiaçının ev üzərində hər hansı əşya hüququ (mülkiyyət hüququ və s.) yoxdur. Odur ki, iddiaçının iddiası əsasında cavabdeh yaşadığı sahədən çıxarılacağı təqdirdə, o yaşadığı evdən qanunsuz məhrum edilmiş sayılacaqdır ki, bu da şəxsin milli və beynəlxalq hüquqla insan haqları kimi tanınan konstitusion mənzil hüququna müdaxilə hesab olunur. Məhkəmə hesab edir ki, mübahisəli ev cavabdehin yaşayış yeri olduğundan və tərəflərin mübahisəli tikiliyə dair hər hansı üstün hüquqları müəyyən edilmədiyindən, cavabdehin həmin yaşayış yerinə dair hüququna iddiaçı tərəfindən hər hansı formada müdaxilə də qanuni hesab edilə bilməz. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 dekabr 2019-cu il tarix qətnaməsi ilə Bakı şəhəri Nərimanov rayonu Bakı Batumi küçəsi 2/6 saylı fərdi yaşayış evinin ona məxsus olduğunu və öz vəsaiti hesabına inşa edildiyini bildirmişdir. İş materialları ilə müəyyən olunur ki, mübahisəli evə dair məhkəmə mübahisələri nəticəsində aşağıdakı məhkəmə aktları qəbul edilmişdir:

1. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli, 2(005)- 5334/2017 saylı qətnaməsindən görünür ki, iddiaçı X15 cavabdeh İddiaçı və digərlərinə qarşı “evdən çıxarılma” barədə iddiası təmin edilərək, cavabdehlər İddiaçı, Naibə Abbasova, Aygün Abbasova, Elçin Abbasov və Laçın Abbasovun iddiaçı Sahibə Abbasovanın pasport qeydiyyatında olduğu ünvan 8 ünvanda yerləşən evdən çıxarılması qət edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2018-ci il tarixli, 2(103)-22/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 dekabr 2019cu il tarixli, 2(102)-8078/2019 nömrəli qərarı ilə cavabdeh Abbasov Laçın Murad oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2018-ci il tarixli, 2(103)-22/2018 nömrəli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyun 2020-ci il tarixli 2(103)- 3130/2020 nömrəli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 5334/2017 saylı mülki iş üzrə qəbul etdiyi 13 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilərək, iddiaçı X15 cavabdehlər İddiaçı, X23, X25, X29 və Abbasov Laçın Murad oğluna qarşı ünvan 10 ünvanda yerləşən evdən İddiaçı, X11, X12, X17 və Abbasov Laçın Murad oğlunun çıxarılmaları barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, mübahisəli ev X31 (hazırki iş üzrə Cavabdeh anası) ilə cavabdeh İddiaçı (hazırki iş üzrə iddiaçı) birgə vəsaiti hesabına ortaq inşa edilmiş və hazırda da birinci mərtəbədə iddiaçı, ikinci mərtəbədə isə cavabdehlər yaşayırlar. Məhkəmə qeyd etmişdir ki, mübahisəli evin Bakı şəhəri, Nərimanov rayonu, İsaqzadə qəsəbəsi, Batumi küçəsində yerləşməsi, həmin evin yeni inşa olunması və evin birinci mərtəbəsində iddiaçının, ikinci mərtəbəsində isə cavabdehlərin ailə üzvləri ilə birlikdə yaşamaları işin mübahisəsiz hallarıdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-244/2021 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3130/2020 nömrəli iş üzrə 09 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, mübahisəli evin İddiaçı və Cavabdeh anasının birgə vəsaiti hesabına ortaq inşa edildiyi və İddiaçı evin ikinci mərtəbəsində yaşadığı müəyyən olunmuşdur. Qeyd olunan məhkəmə qətnamələri ilə İddiaçı Bakı şəhəri Nərimanov rayonu İsaqzadə qəsəbəsi Batumi küçəsi 2/6 saylı evin 1-ci mərtəbəsinə dair hər hansı hüququnun olması müəyyən olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı mübahisəli evin 1-ci mərtəbəsinə dair hər hansı bir hüququ müəyyən olunmadığından, cavabdeh isə uzun müddətdir faktiki olaraq həmin ünvanda daimi yaşadığından, İddiaçı cavabeh Cavabdeh Bakı şəhəri Nərimanov rayonu İsaqzadə qəsəbəsi Batumi küçəsi 2/6 saylı evin 1-ci mərtəbəsindən çıxarılması tələbinə dair iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə məhkəmə xərclərinin bölünməsi məsələsinə münasibətdə hesab edir ki, İddiaçı hazırki iddia tələbi rədd edildiyindən onun tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da özünə aid edilməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alaraq, sadalanan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “cavabeh Cavabdeh Bakı şəhəri Nərimanov rayonu İsaqzadə qəsəbəsi Batumi küçəsi 2/6 saylı evin 1-ci mərtəbəsindən çıxarılması” tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. V. Nəticə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 124, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “cavabeh Cavabdeh Bakı şəhəri Nərimanov rayonu İsaqzadə qəsəbəsi Batumi küçəsi 2/6 saylı evin 1-ci mərtəbəsindən çıxarılması” tələbinə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar