Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-784/2025 28.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Xidməti şəxsi 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “sənədin məxsusluğu faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, ərizəçi Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsində yerləşən 22 A saylı evin 51 nömrəli mənzilə dair Bakı şəhər İcra hakimiyyəti tərəfindən verilmiş 102315 №-li xx.xx.1989-cü il tarixli orderin və Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının arxivində saxlanılmış orderin X4 və onun ailə üzvləri olaraq ərizəçiyə, övladları X7 və X5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, bildirir ki, o, X8 ilə 10 oktyabr 1986-cı il tarixdə, 578 saylı akt qeydi ilə nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.1988ci il X12, xx.xx.1987-ci il təvəllüdü X10 və xx.xx.1992-ci il təvəllüdlü X13 adlı övladları dünyaya gəlmişdir. Bakı şəhəri, Nərimanov rayonu. Faiq Yusifov küçəsində yerləşən 22 A saylı evin 51 nömrəli mənzili 102315 №-li, xx.xx.1989-cü il tarixli order əsasasında həyat yoldaşı X4 verilmişdir. Lakin həyat yoldaşı 22 iyul 2020-ci il tarixdə xroniki böyrək xəstəliyindən dünyasını dəyişmişdir. Hal-hazırda Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsində yerləşən 22 A saylı evin 51 nömrəli mənzili üzərində mülkiyyət hüquqlarının ərizəçinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı zərurət yaranmışdır. Yaranmış zərurətlə əlaqədar müvafiq dövlət orqanına müraciət edərkən məlum olmuşdur ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Başçısının Aparatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli H-472-112 saylı arxiv arayışında onun adı guya sənəddə olduğu kimi yəni "Hüseynova B" kimi qeyd edilmişdir. Halbuki mənzilə dair 102315 №-li, xx.xx.1989-cü il tarixli orderə nəzər yetirdik də onun adı kiril əlifbasından latın əlifbasına tərcümədə "Hüseynova G” kimi qeyd edilmişdir. Bu səbəbdən həmin sənəd müvafiq dövlət orqanı tərəfindən qəbul edilməmişdir. Nəticə etibarilə sözügedən mənzil üzərində mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövbət reyestrində qeydiyyata alınması mümkün olunmamışdır. Hətta məsələnin həlli ilə bağlı Nərimanov İcra Hakimiyyətinə o cümlədən Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatına müraciət etsəm də, müraciətimin heç bir nəticəsi olmamışdır. Məhkəmənin nəzərinə çatdırıram ki, dövlət orqanları tərəfindən mənə verilən doğum haqqında şəhadətnamədə, şəxsiyyət vəsiqəsində o cümlədən nikah haqqında şəhadətnamədə mənim adım "Ərizəçi" kimi qeyd edilmişdir. Bu səbəbdən pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etməli olub. Onu da qeyd edir ki, iddia ərizəsi ilə Bakı İnzibati məhkəməsinə müraciət edərək, həyat yoldaşı X1 adına xx.xx.1989-cu il tarixdə verilmiş, Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 22A, 51 saylı mənzilin 102345 saylı orderinə görə arxiv sənədində düzəlişin edilməsi faktının müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10032/2023 nömrəli, 18 avqust 2023cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Daha sonra həmin qərardaddan apellyasiya şikayəti vermişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-684/2024 saylı, xx.xx.2024- cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Daha sonra ərizəçi xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayarq bildirmişdir ki, məhkəmənin icraatında 2(005)-784/2025 saylı mülki iş vardır. Həmin mülki iş üzrə ərizənin tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Odur ki, məhkəmədən xahiş edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsində yerləşən 22A saylı evin 51 nömrəli mənzilinə dair BŞİH tərəfindən verilmiş 102315 nömrəli 05 oktyabr 1989-cu il tarixli orderin və həmin dövlət orqanın arxivində saxlanılmış orderin X4 və onun ailə üzvü kimi ərizəçiyə, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərini müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs və üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işə maraqlı şəxs Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan AZE № ******** seriyalı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə Tovuz rayonu, Əlibəyli kəndində doğulmuşdur. İş materiallarında olan İ-LK № 302009 seriyalı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə Ərizəçi nikahları xx.xx.1986-cı ildə bağlanmış, bu barədə nikah haqqında akt qeydləri kitabında 10 oktyabr 1986-cı il tarixdə, 578 saylı akt qeydi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri VVAQ Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ seriyalı ******* saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1966-cı ildə Tovuz rayonunda anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1966-cı il tarixdə 124№ ilə qeyd edilmişdir. X6, anası X11. İş materiallarında olan Tovuz rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilən arayışdan görünür ki, X9 xx.xx.1959-cu ildə Tovuz rayonu Əlibəyli kəndində anadan olmuşdur. Bu barədə xx.xx.1959-cu il tarixdə İN –də 79 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan SSR-Bakı Şəhər Xalq Deputatlar Soveti İcraiyyə Soveti İcraiyyə Komitəsinin (hazırki Bakı Şəhər icra Hakimiyyəti) Evdəyişmə bürosu tərəfindən verilən xx.xx.1989-cu il tarixli 102345 saylı orderin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xuluflu küçəsində yerləşən 22 A saylı evin 51 nömrəli mənzil X2 adına verilib. İş materiallarında olan Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, Bakı Şəhəri İcra Hakimiyyəti mənzildəyişmə İdarəsinin arxiv sənədlərində 102345 saylı,xx.xx.1989-cu il tarixli order var. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının müavini tərəfindən Ərizəçi verilmiş xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, “Bakı Şəhər Xalq Deputatlar Soveti icraiyyə Soveti İcraiyyə Komitəsinin (hazırki Bakı Şəhər icra Hakimiyyəti) Evdəyişmə bürosu tərəfindən X3 adına verilmiş xx.xx.1989-cu il tarixli, 102315 №-li dəyişmə orderində düzəlişin edilməsinə dair Nərimanov Rayon icra Hakimiyyətinə yazmış olduğunuz ərizəyə baxılmışdır. Qeyd olunan məsələnin həlli Nərimanov Rayon icra Hakimiyyətinin səlahiyyətləri xaricində olduğuna görə aidiyyəti üzrə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməyiniz tövsiyə olunur”. İş materiallarında olan Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən Ərizəçi verilmiş xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsində yerləşən 22 A saylı evin 51 nömrəli mənzili orderində düzəliş barədə onun müraicətə baxılmışdır, bildirilmişdir ki, təqdim edilən sənədlər arxiv məlumatları əsasında tərtib edilir. AZ-İİ seriyalı 101605 saylı xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6.2-ci maddəsinə əsasən, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3-cü bəndinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsində yerləşən 22A saylı evin 51 nömrəli mənzilinə dair BŞİH tərəfindən verilmiş 102315 nömrəli 05 oktyabr 1989-cu il tarixli orderin və həmin dövlət orqanın arxivində saxlanılmış orderin X4 və onun arvadı yəni Ərizəçi məxsus olması faktı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından, ərizə təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsində yerləşən 22A saylı evin 51 nömrəli mənzilinə dair Bakı şəhər İcra hakimiyyəti tərəfindən verilmiş 102315 №-li xx.xx.1989-cü il tarixli orderin və Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının arxivində saxlanılmış orderin X4 və onun arvadı Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-784/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-784/2025
28.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver