Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-790/2023 31.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, 2074/2077 7-ci köndələn məhəlləsi, ev 5B, 10 saylı mənzildən istifadə hüququna yaradılmış yaradılmış maneəları aradan qaldırılsın və İddiaçı həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, 2074/2077 7-ci köndələn məhəlləsi, ev 5B, 10 saylı mənzil İddiaçı məxsusdur. X2 uzun müddət Daxili İşlər Nazirliyində xidmət etdiyinə görə, yaşayış şəraitinin yaxşılaşdırılması üçün 21 aprel 2011-ci ildə Daxili İşlər Nazirliyi tərəfindən istifadələrinə əvəzsiz olaraq verilmişdir. Cavabdeh İddiaçı keçmiş gəlinidir. O, İddiaçı oğlu X8 ilə 10 fevral 2004-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Mənzil verildiyi tarixdən, yəni 21 aprel 2011-ci ildən bu vaxtadək cavabdeh İddiaçı mənzilində qeydiyyatdadır. 04 fevral 2015-ci il tarixdə cavabdehlə oğlu aralarında olan rəsmi nikah qeydi pozulmuşdur, lakin buna baxmayaraq cavabdeh sözügedən mənzildə hələ də qeydiyyatdadır. Bir müddət sonra, 16 aprel 2022-ci il tarixdə İddiaçı səhətində problem yarandığına görə evindən müvəqqəti olaraq çıxıb, Bakı şəhəri 5 saylı Xəstəxanada müalicə alırdı. Müalicə müddəti bitdikdən sonra öz evinə qayıtmaq istəmiş, lakin bu mümkün olmamışdır, belə ki, cavabdeh İddiaçı xəbərsiz evinin qapısını dəyişmiş, bu səbəbdən İddiaçı evinə daxil ola bilməmişdir. Cavabdeh həmin mənzildə yaşamadan, İddiaçı maneəlar törədir. Bu barədə hüquq-mühafizə orqanlarına müraciət etsə də, lakin müsbət nəticə əldə etməmişdir. Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında bildirdi ki, mübahisəli mənzil Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən qaynatası və özü həmin nazirliyin işçiləri olması səbəbindən onlara verilmişdir. Həmin mənzil qaynanası tərəfindən kirayə verilirdi, Bu səbəbdən də özü uşağı ilə birlikdə həmin mənzildə yaşaya ilməmişdir. Sonradan isə mənzilə köçmüş, mənzildə təmir işlərinə başlamışdır. Qapının kilidini dəyişməsinə səbəb, mənzilin bir neçə kənar şəxsə kirayə verilmiş olması, özünün uşağı ilə birlikdə tək ana olaraq bu mənzildə yaşaması səbəbindən həmin şəxslərin sonradan özbaşına mənzilə daxil olmaq təhlükəsinin qarşısının alınması məqsədi ilə etmişdir. İddiaçı ondan indiyədək həmin mənzilin açarını istəməmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2022-ci il tarixdə yol qəzası keçirməsi səbəbindən məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdeh tərəfin tərəflərin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası DİN-in Avtomobil Təsərrüfatı tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş, 10 nömrəli orderdən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, 2074/2077 7-ci köndələn məhəlləsi, ev 5B, 10 saylı mənzil 4 nəfərdən ibarət ailə tərkibində - İddiaçı, X8, Cavabdeh və X7 istifadəyə verilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən X8 və Cavabdeh arasında xx.xx.2004-cü il tarixdə 346 akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2014-cü il tarixdən başlayaraq xx.xx.2004-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün X3 hər ay 108 manat aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmə sorğusuna cavab məktubunda qeyd olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, 2074/2077 7-ci köndələn məhəlləsi, ev 5B, 10 saylı mənzilin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsi tərəfindən verilmiş məhkəmə sorğusuna cavab məktubundan və həmin məktuba əlavə edilmiş sərəncamlardan ünvan 1 ünvanda yerləşən yataqxana binası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2012-ci il 7 noyabr tarixli 301 s nömrəli Sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin balansına və xidmət dairəsinə verilmişdir. Mülki işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, X8 və Cavabdeh xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2004-cü il təvəllüdlü X9 doğulmuşdur. Bakı şəhəri, Nərimanov rayonu, 2074/2077 7-ci köndələn məhəlləsi, ev 5B, 10 saylı mənzil xx.xx.2011-ci il tarixli DİN-in Avomobil Təsərrüfatının orderi ilə 4 nəfərdən ibarət ailə tərkibində - İddiaçı, X8, Cavabdeh və X7 istifadəyə verilmişdir. X8 və Cavabdeh arasındakı nikah Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur.X1 anası İddiaçı məhkəmə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh onun evə daxil olmasına manələr yaratdığını bildirir və həmin mənzilə köçürülməsini xahiş edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı Qərarında Məhkəmə qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ—əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 59.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. 59.2-ci maddəsinə əsasən, Yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır. 59.3-cü maddəsinə əsasən, Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi almağa hüquq verən əsasların və halların dəyişməsi yaşayış sahəsinin sosial kirayə müqaviləsinin ləğv edilməsinə əsas deyil. 68.1-ci maddəsinə əsasən, Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 70-ci maddəsinə əsasən, Yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və (və ya) onunla birlikdə yaşayan ailə üzvlərinin və ya ailə üzvlərindən birinin müvəqqəti başqa yerə getməsi onların sosial kirayə müqaviləsi üzrə hüquq və vəzifələrinin dəyişdirilməsinə səbəb olmur. Daxili İşlər Nazirliyinin yataqxanaları haqqında Əsasnamənin 1.3-cü bəndinə əsasən, yataqxana Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı yaşayış sahəsidir. Yataqxanada yaşayış sahəsi - yalnız daimi yaşayış yerindən kənar başqa şəhər və rayonda xidmət keçməyə təyinat alan, xidmət yeri dəyişdirilən və bu xüsusatlarla əlaqədar yeni xidmət yerində yaşayış sahəsi olmayan daxili işlər orqanlarının əməkdaşlarına, Daxili Qoşunların hərbi qulluqçularına verilir və xidmət dövründə onların ailə üzvləri də daxil olmaqla müvəqqəti yaşaması üçün nəzərdə tutulur. Əsasnamənin 2.4-cü bəndi ilə nəzərdə tutulmuş hallar istisna olmaqla digər hallarda əməkdaşlara və hərbi qulluqçulara yataqxanada yaşayış sahəsi ayrılmır. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçinin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Mülki iş materiallarından aydın olur ki, Bakı şəhəri, Nərimanov rayonu, 2074/2077 7-ci köndələn məhəlləsi, ev 5B, 10 saylı mənzil iddiaçının və onun üç ailə üzvünün istifadəsinə verilib. Hazırki mülki işin icraatı zamanı iddiaçının istifadə hüququna xitam verilməsi ilə bağlı hallar aşkar edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının həmin mənzildə yaşaması üçün yaradılmış maneələr qanunsuzdur və İddiaçı həmin mənzilə köçürülməsinə imkan verməyən qanuni hal müəyyən olunmamışdır. Beləliklə mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, 2074/2077 7-ci köndələn məhəlləsi, ev 5B, 10 saylı mənzildən istifadə hüququna yaradılmış yaradılmış maneəları aradan qaldırılmalı və İddiaçı həmin mənzilə köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119cu, 216-220-ci və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, 2074/2077 7-ci köndələn məhəlləsi, ev 5B, 10 saylı mənzildən istifadə hüququna yaradılmış yaradılmış maneələri aradan qaldırılsın və İddiaçı həmin mənzilə köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-790/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-790/2023
31.03.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver