Məhkəmə qərarları › İş №2(005)-791/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-791/2023

10.02.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-791/2023 10.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Milli Hidrometeorologiya Departamentinin 724/K saylı K-986 saylı xx.xx.2017-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı işinə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh Milli Hidrometeorologiya Departamentinin 724/K saylı K-986 saylı xx.xx.2017-ci il tarixli əmri ilə X1 İnnovasiyalann X3 texnologiyaları və infirmasiya tətbiqi şöbəsinin aparıcı mühəndisi vəzifəsindən Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndi ilə işdən azad edilmişdir. Cavabdeh Milli Hidrometeorologiya Departamentinin 724/K saylı K-986 saylı xx.xx.2017-ci il tarixli əmri əsassız və qanunsuz olduğu üçün qəbul etmir. Belə ki, Cavabdeh Milli Hidrometeorologiya Departamentinin heç bir əsas göstərmədən İddiaçı işdən azad etmişlər. Məhkəmə iclasında iştirak etmiş İddiaçı izahatında bildirdi ki, ailə vəziyyətində olan problemlərlə bağlı iş yerinə ayrı-ayrı vaxtlarda gec daxil olmuşdur. Hazırki iddia tələbi ilə məhkəməyə gec müraciət etməsinin səbəbi son zamanlar işə düzələrkən əmrdə işdən çıxarılma səbəbi kimi göstərilmiş maddənin onun üçün çətinliklər yaratması olmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi X4 iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, işlədiyi müddət ərzində İddiaçı dəfələrlə əmək intizamını pozmuş, əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməmişdir. Bununla bağlı müxtəlif vaxtlarda aktlar tərtib olunmuş və izahatlar alınmışdır. İddiaçı əmək müqaviləsinə xitam verilərkən qüvvədə olan qanunvericiliyin tələblərinə əməl olunmış, habelə sənədlərin tərtibi və rəsmiləşdirilməsi zamanı prosedur qaydalarına ciddi riayət olunmuşdur. İddiaçı bununla əlaqədar olaraq həmin müddətdə heç bir iddia tələbi irəli sürməmiş və məhkəməyə müraciət etməmişdir. Bu səbəbdən də Milli Hidrometeorologiya Xidməti bu iddiada cavabdeh ola bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “Maddə 296.2 Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.” göstərilmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsin 296-cı madəsinin tələblərini nəzərə almadığından məhkəməyə müraciət müddəti ötürülmüşdür. Belə ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsindən beş ildən çox müddət keçmişdir. Bu səbəbdən də iddianın indiki vəziyyətdə məhkəmədə baxılmasını mümkün hesab etmir və qanuna uyğun olaraq iddianın rədd edilməsi məqsədə müvafiqdir. Yuxarıda qeyd olunanları, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 154.1 ci maddələrinin tələblərini rəhbər tutaraq İddiaçı Milli Hidrometeorologiya Xidmətinə qarşı “Azərbaycan Respublikası Ekologiya və X5 yanında Milli Hidrometeorologiya Departamentinin 28 avqust 2017-ci il tarixli 724/K əmrin ləğv edilməsi və işə bərpa edilməsinə dair” iddia tələbinin qanunsuz və əsassız olduğu və iddia müddətinin ötürülməsinin nəzərə alaraq rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını əmin tməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, toplanmış sübutlara və işin araşdırılmış dəlilləri ilə müəyyən edilmiş hallara qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh Milli Hidrometeorologiya Departamenti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 724/K nömrəli Əmrində qeyd edilib ki, Milli Hidrometeorologiya Departamentinin X1 X2 İnformasiya texnologiyaları və İnformasiyaların tətbiqi şöbəsinin aparıcı mühəndisi vəzifəsində işləyən İddiaçı işlədiyi müddət ərzində özünü intizamsız bir işçi kimi göstərmiş, mütəmadi olaraq əmək və icra intizamı qaydalarını kobud şəkildə pozmuş, üzürlü səbəb göstərmədən işə gecikmə və iş yerini özbaşına olaraq icazəsiz tərk etmə hallarına yol vermişdir. Departamentin rəhbər şəxsləri tərəfindən T. Ağasiyevlə dəfələrlə söhbət aparılsa da, heç bir müsbət nəticə verməmişdir. Odur ki, T. Ağasiyev dəfələrlə intizam məsuliyyətinə cəlb olunmuş, lakin öz məsuliyyətsiz hərəkətləri və tutduğu vəzifəyə səhlənkar münasibəti ilə daxili intizam qaydalarını pozmaqda davam etmişdir. Belə ki, 18 iyul 2017-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kadrlar Sektorunun məsul əməkdaşlarının iştirakı ilə Milli Hidrometeorologiya Departamentinin inzibatı binasında yerləşən qurumlarda işə davamiyyətlə bağlı yoxlama keçirilərkən İddiaçı işə gecikdiyi müəyyən olunaraq izahatı alınmış və barəsində ciddi intizam tənbehi tədbir görülmüşdür. Bütün bunlara baxmayaraq 01 avqust 2017-ci il tarixində Departamentin Kadr və Kargüzarlıq Sektoru tərəfindən işə davamiyyətin vəziyyətinin öyrənilməsi məqsədilə aparılan təkrar yoxlama zamanı T Ağasiyevin yenidən işdə olmadığı müəyyən olunaraq barəsində akt tərtib olunmuş, həmçinin davamiyyət jurnalına baxış zamanı onun saxtakarlıq edərək qabaqcadan jurnalda 01 avqust 2017, 02 avqust 2017-ci il tarixlərinə imza etdiyi aşkar olunmuşdur. 09 avqust 2017-ci il tarixində Departamentin Kadr və Kargüzarlıq Sektoru tərəfindən işə davamiyyətin vəziyyətinin öyrənilməsi məqsədilə aparılan təkrar yoxlama zamanı İddiaçı işdə olmadığı müəyyən edilmişdir. Həmçinin İddiaçı 15 avqust 2017-cı il tarixindən 25 avqust 2017-ci il tarixinədək üzürsüz səbəbə görə işdə olmamışdır. Qeyd olunanları nəzərə alaraq, daxili intizam qaydalarının möhkəmləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2003-cü il tarixli 177/Ü saylı əmri ilə təsdiq edilmiş MHD haqqında əsasnaməsinin 15.3-cü bəndini rəhbər tutaraq, xidməti vəzifəsinə ciddi və məsuliyyətlə yanaşmadığına, müntəzəm olaraq üzürlü səbəb göstərmədən işə gecikmə və işdən yayınma hallarına yol verdiyinə, rəhbərliyin qanuni tələbinə tabe olmadığına görə X1 X2 İnformasiya texnologiyaları və informasiyaların tətbiqi şöbəsinin aparıcı mühəndisi İddiaçı ilə bağlanmış emək müqaviləs xx.xx.2017-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddisinin «ç» bəndinə əsasən xitam verilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia tələbini əsaslandırmamış, onun işə bərpa olunmasına əsas olacaq hər hansı dəlil və ya sübut təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu normanın mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). Məhkəmə həmçinin onu da qeyd edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunverciliklə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 292-ci maddəsinin 1-ci bəndinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin:

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009cu il tarixli və s. Qərarlar). Həmin qərarlarda iddia müddətinin əhəmiyyətinin aşağıdakılardan ibarət olması göstərilmişdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Yuxarıda qeyd olunan qanunvericiliyin müddəalarından görünür ki, iddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli olduğu halda, keçən 5 ilə yaxın müddətdə hüququnun pozulduğunu heç vaxt mübahisələndirməmiş, məhkəmə tərəfindən səbəbi soruşulduqda isə iddiaçı bu halı mübahisələndirməyə ehtiyac duymadığını bildirmişdir. Beləliklə məhkəmə, iddiaçı tərəfindən iddia tələbinin əsaslı olmasına dəlalət edən hər hansı sübutun məhkəməyə təqdim olunmamasını, onun tərəfindən hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət edilməsi üçün nəzərdə tutulmuş iddia müddətini ötürməsini və cavabdehin iddia müddətini tətbiq edərək iddiadan imtina edilməsinə dair yazılı etirazla məhkəməyə müraciət edilməsini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar