Məhkəmə qərarları › İş №2(005)-792/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-792/2022

10.03.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-792/2022 10.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı münasibətdə xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh ləyaqətsiz vərəsə hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh onun övladıdır. Cavabdeh anadangəlmə ikinci dərəcəli ümumiləşdirilmiş qıc olma ilə epilepsiya xəstəsidir. Xəstəliyi onlara məlum olduğu 9 aylığından hal-hazıradək onun müalicəsi ilə əlaqədar Almaniya, Türkiyə kimi ölkələrdə dəfələrlə müayinə olunmuşdur. Oğlunun sağalması, bu xəstəlikdən azad olması üçün bütün imkanlardan istifadə etmişlər. Lakin məlum olduğu kimi epilepsiya tam sağalması mümkün olan xəstəlik deyildir. Əksinə, uzun müddətdə daimi qəbul edilən dərmanlar bir tərəfdən qıc olmaların qarşısını alsa da, digər tərəfdən yan təsirini göstərmiş və müalicə edən həkimlərin xəbərdar etdiyi kimi sanki kəmağıllılığa gəlirib çıxarmışdır. Şamo həm də ailənin tək oğlan övladı olduğu üçün ərköyün böyümüş, demək olar bütün istəkləri təmin edilmiş, işlədiklərindən məhrum olmamışdır. Bu xəstəliyi səbəbindən heç bir zaman müstəqil çalışıb qazanc əldə etməmiş, özünün və 2 azyaşlı uşaqlarından ibarət ailəsinin bütün yaşam xərclərini hər zaman o qarşılamışdır. Lakin son illərdə etdiyi ağlasığmaz hərəkətləri ilə onu və öz ailəsini ağır maddi və psixoloji vəziyyətə salmışdır. Belə ki, dolanması üçün ona verilən nağd pul vəsaitlərini mənasız yerə xərcləyərək israfçılıq etmişdir. Onun bu israfçılığının qarşısını almağa cəhd etdikdə, gələcəyi üçün alıb onun adına sənədləşdirdiyi bütün daşmar və daşınmaz əmlakları xəbərləri olmadan öz real dəyərindən dəfələrlə aşağı qiymətlərə satıb əldən çıxarmışdır. Şamonun etdiyi hərəkətlər son illərdə o həddə çatmışdır ki, o, bir ata olaraq ciddi narahat olaraq onun və ailəsinin gələcək maddi təminatı üçün bu ərizəni vermək məcburiyyətində qalmışdır. Belə ki, Şamonun hərəkətləri həm onun, həm öz ailəsinin, həm də onun digər vərəsələri olan övladlarının əmlak hüquq və mənafelərini təhlükə altına qoyur. Yəni, oğlu mövcud xəstəliyin fəsadları olaraq öz hərəkətlərinin mənasını anlaya bilmir, həmin hərəkətləri idarə edə bilmir, ona verdiyi vəsaitlər, pullar üzərində ağlabatan sərəncam vermək imkanına malik deyildir. Bunu təsdiq edəcək bir sıra halları həm düşdüyü vəziyyətin başa düşülməsi, həm də məhkəmədə daxili inam formalaşması üçün nəzərinizə çatdırmaq istəyir: İlk olaraq onu deyir ki,ona aldığı BMV X6.Porşe və özünün Nissan İnfiniti markalı cip tipli avtomaşınları məlumatı olmadan dəyərindən çox ucuz qiymətə sataraq pulunu mənasız yerə xərcləmişdir. Ona aldığı arvadı və iki azyaşlı uşağı ilə yaşadığı Bakı şəhəri, Nərimanov ravonu.A.Bakıxanov küçəsi, məhəllə 758-759, 62 saylı evin 26 saylı mənzilini hər ay 4% olmaqla cəmi 90000 (doxsan min) ABŞ dollan məbləğində aldığı borc pulun qarşlığında 15 avqust 2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında təxmini bazar qiyməti 300-350 min manata olan mənzili 125000 manata sataraq pulunu xərcləmişdir. Bununla əlaqədar Ali Məhkəməyə qədər evin qaytarılması istiqamətində məhkəmədə iddia qaldırılsa da bütün məhkəmələri uduzduğundan həmin mənzili böyük məbləğdə pul ilə yenidən alıb öz adına sənədləşdirmişdir ki, təkrar sata bilməsin. Daha sonra müstəqil pul qazanmağı,yaşamağı öyrənməsi üçün ünvan 1 ünvanında yerləşən, ərzaq məhsulları mağazasını 2008-ci il tarixdə 450 min manata alıb Şamoya vermişdir ki, işlətsin. Lakin qısa müddətdə müxtəlif topdansatış firmalarından mağazasında satmaq üçün nisyə götürdüyü malları satıb pullarını ödəməyərək özü xərclədiyindən külli miqdarda borcu yarandığını bilmişdir. Həmin borcları o, ödədiyi, obyekti isə icarəyə verməli olmuşdur. Amma, icarə haqqını və şərtlərini tez-tez dəyişdiyi, icarə haqlarını vaxtından qabaq tələb etdiyi və onlarla sair mübahisəli vəziyyətlər yaratdığı üçün icarəçilər də, obyektin təyinatı da tez-tez dəyişmişdir. Nəhayət, belə icarəçilərdən biri ilə mübahisəli vəziyyət məhkəmə müstəvisində həll olunmuş və 7256 manat icarəçi iddiaçı X2, 30 manat dövlət rüsumunu və 100 manat ekspertiza xərclərini yenə də o, ödəməli olmuşdur. Həmçinin, Əmrahbankdan 16.04.2012-ci il də 15000 manat kredit götürmüş, faizi ilə birgə cəmi 19800 manat pulu Şamonun yerinə o ödəmişdir. Eyni qaydada Bank Avrasiyadan 04.06.2012-ci ildə 15000 manat kredit götürmüş, faizi ilə birgə 18685 manat pul Şamonun yerinə ödəmişdir. Son olaraq isə qeyd etdiyi kimi Şamoya müstəqil pul qazanması üçün alıb verdiyi ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini ondan gizli, xəbəri olmadan 130000 dollara salaraq pulunu qısa müddətdə mənasız yerə xərcləməsi və bundan sonra yenə də ondan pul istəməsi “bardağı daşıran son damla”olmuşdur. Bu göstərdiyi hallar üzdə olan və məhkəmə müstəvisinə çıxarılan hallardır. Lakin bir çox hallar var ki, o, Şamonun ərizədə göstərmədiyi müxtəlif adamlardan götürdüyü pul borcları dəfələrlə kreditə götürdüyü bahalı telefon öhdəlikləri üçün cavabdehlik daşımış, Şamonun hərəkətlərinə görə həm maddi həm də mənəvi əziyyət çəkmiş, iztirablar, sarsınılar keçirmişdir. Bütün bunları şahidlik edərək bir daha məhkəmədə təsdiq etməyə hazırdır. Oğlunun belə vicdansızcasına davranışlarını təkcə onun şüurlu iradəvi hərəkətinin nəticəsi deyil, həm də onu müalicə edən həkimlərin qeyd etdiyi kimi keçirdiyi xəstəliyin müalicəsi ilə bağlı mütəmadi qəbul etdiyi çoxsaylı dərman preparatlarının şüurunda yaratdığı psixi pozuntuların nəticəsi hesab edir. Bütün bunlar normal bir insanın edə biləcəyi hərəkətlər deyil. Bir ata olaraq bunları dilə gətirmək çox ağırdır, lakin daha çox ziyanın qarşısını almaq, onun, ailə- uşaqlarının, habelə, arvadı və iki qız övladından ibarət digər vərəsələrinin hüquq və mənafelərini qorumaq üçün bunu etmək məcburiyyətindədir. Xüsusi ilə vurğulayır ki, son dövrlərdə məndən və anasından pul istəmiş, verməyəcəyi təqdirdə onu, həyat yoldaşını, öz övladlarını, yəni nəvələrini öldürməklə hədələmişdir. Nümunə kimi həmin yazışmalardan qısa çıxarış əlavə edir. Lakin obyektiv həqiqət üçün həmin yazışmaların tam şəkildə əldə edilməsi baxımından müvafiq məhkəmə sorğusunun göndərilməsi labüddür. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi barədə qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Vəkil işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və Cavabdeh lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasına gəlməməsini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə cavabdeh İddiaçı nümayəndəsinin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı şəxsin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Saatlı rayon Qıraqlı KİN tərəfindən 21.12.2021-ci il tarixdə verilmiş AZ-T seriyalı 192617 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.1986-cı il tarixdə Sabirabad rayonunun, Leninkənd kəndində anadan olmuşdur, bu barədə doğum akt qeydləri kitabında 76 nömrə ilə qeydiyyat aparılmışdır. Atası İddiaçı, anası isə X3r; Azərbaycan Respublikasının Ali Məhkəməsinin MK-nın 02.02.2017-ci il tarixli, 2(102)- 362/2017 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 09 avqust 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 14.04.2017-ci il tarixli, 2(103)-71/2017 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 oktyabr 2015-ci il tarixli qətnaməsi ləğv edilməsi, cavabdehlər Cavabdeh və X4 Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, məhəllə 758-759, 62 nömrəli evin 26 nömrəli mənzilindən çıxarılmaları qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 24.05.2017-ci il tarixli qərardadından görünür ki, Cavabdeh şikayətinin Azərbaycan Respublikası Məhkəməsinin icraatına qəbul edilməsindən imtina edilmişdir. X11 -satıcı ilə İddiaçı -alıcı arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli 20.07.2017-ci il tarixli alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, satıcı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, 758-759-cu məhəllə, Bakıxanov küçəsi, ev 62, mənzil 26 alıcıya 195500 manat qiymətə alıcıya satmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışının notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 758-759-cu məhəllə, Bakıxanov küçəsi, ev 62, mənzil 26 X5 adına daşınmaz əmlakın dövlət reyestrində 768 nömrəli reyestr kitabının 71742 nömrəli vərəqində 18 avqust 2014-cü il tarixdə qeydiyyata alınmışdır; “Kredit verən” "xxxx" ASC ilə “kredit alan” Cavabdeh arasında bağlanmış 04.07.2012-ci il tarixli, 1078 №-li kredit müqaviləsindən görünür ki, Cavabdeh illik 26% olmaqla, 1 il müddətinə 5000 manat məbləğində kredit verilmişdir. “Kredit verən” "xxxx" ASC ilə “kredit alan” Cavabdeh arasında bağlanmış 16.04.2012-ci il tarixli, 571 №-li kredit müqaviləsindən görünür ki, Cavabdeh illik 28% olmaqla, 24 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nın baş təhqiqatçısı, polis mayoru Emin Quliyevin 23.09.2021-ci il tarixli qərarı ilə İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görüür ki, “... 13.09.2021-ci il tarixdə saat 19:51-də ünvan 2 ünvanda yaşayan İddiaçı 050 218 07 88 nömrədən DİN-in 102 xidmətinə zəng edərək oğlu Cavabdeh onu və arvadını bıçaqla hədələməsi barədə məlumat vermişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin; 1138-ci maddəsinə əsasən Valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin; 1139-cu maddəsinə görə ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir; 1142-ci maddəsinə görə əgər şəxs mirası aldıqdan sonra məhkəmə tərəfindən ləyaqətsiz vərəsə sayılarsa, vərəsəlik üzrə aldıqlarının hamısını bəhərlər və gəlirlər ilə birlikdə qaytarmağa borcludur. 1143-cü maddəsinə görə Şəxsin ləyaqətsiz vərəsə sayılması barəsində iddianı maraqlı şəxslər həmin şəxsin mirasa sahibliyə başladığı andan beş il ərzində irəli sürməlidirlər. 1203.1. Məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. 1203.2. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. 1203.3. Məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh İddiaçı övladıdır. Cavabdeh son zamanlar ona verilən vəsaitlər və digər əmlaklar barədə düzgün qərar qəbul edə bilmir, ailəsini ağır maddi vəziyyətə salmışdır. Bu hal iş materiallarına əlavə edilmiş qətnamələrlə də sübuta yetirilir ki, Cavabdeh ona məxsus əmlakları dəyər dəyməzinə satmışdır. Bundan əlavə valideynləri ilə aralarında mübahisələr olmuş, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nın 23.09.2021-ci il tarixli cinayət işinin başlanması rədd qərarından görünür ki, Cavabdeh, İddiaçı və arvadını bıçaqla hədələməsi barədə şöbəyə məlumat verilmişdir. Göstərilənlərə əsasən iddiaçı məhkəməyə müraciət edərək, ona münasibətdə xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh ləyaqətsiz vərəsə hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Göründüyü kimi, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər. Lakin vəsiyyət edən vərəsələrdən hər hansı birinin məcburi pay hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edərkən, həmin şəxslərin Mülki Məcəllənin 1137-ci maddəsi baxımından, onun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsini, yaxud vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsini əsaslandırması mümkün deyil. Mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1-ci maddəsinin “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur. Hazırki iddia ilə əlaqədar məhkəmənin qənaətinə görə, iddiaçı şəxsin irəli sürdüyü hallar iş materiallarına əlavə edilimiş sübutlarla məhkəmə iclasında sübuta yetirilmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı münasibətdə xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh ləyaqətsiz vərəsə hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı münasibətdə xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh ləyaqətsiz vərəsə hesab edilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan (rəsmi qaydada verildikdən) sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar