Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-798/2025 26.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, borcludan İddiaçı MMC-nin xeyrinə 464,97 manat abunə və xidmət haqqının və 20 manat ödənilmiş dövlət rüsumunun, cəmi 484,97 manat pul məbləğinin tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, borclu İddiaçı MMC ilə bağladığı abunə müqaviləsinə əsasən cəmiyyətin rabitə xidmətlərindən istifadə edərək ***-***-**-** saylı nömrədən istifadə etmiş və nəticədə 464,97 manat borcu yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən abunəçi ona göstərilən rabitə xidmətlərinə görə abunə və xidmət haqqını İddiaçı MMC-nin müəyyən etdiyi son ödəmə tarixinədək ödəməlidir. Tərəflər arasında bağlanmış müqavilədə göstərilən ödəniş şərtləri “Abunəçi” tərəfindən pozularsa, İddiaçı MMC gecikdirilən hər gün üçün gecikmə faizi tətbiq edir. Borclu müqavilənin bu şərtlərini pozaraq qeyd olunan borcunun ödənilməsini təmin etməmişdir. Ağsu Rayon Məhkəməsinin 2(016)-321/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmri ilə, borclu xx.xx.1980-cı ildə Ağsu rayonunda anadan olmuş, Ağsu şəhəri, Vidadi küçəsi, ev 1-də qeydiyyatda olan Cavabdeh İddiaçı MMC-nin xeyrinə əsas borc 464,97 manat və 20 manat məhkəmə xərci olmaqla, ümumilikdə 484,97 manat pulun tutulması əmr edilmişdir. Qeyd edilən məhkəmə əmrindən borclu tərəfindən etiraz verilmiş və Ağsu Rayon Məhkəməsinin 2(016)-932/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Ağsu Rayon Məhkəməsinin 2(016)-321/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmrinin ləğv edilərək, işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Daha sonra Ağsu Rayon Məhkəməsinin 2(016)-932/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki işin ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, nömrə onun adına olsa da, faktiki olaraq qaynatasında olub və həmin nömrəni qaynatası işlədib. Yaşlı insandır, rayonda yaşayır, bu qədər borcunun olması absurddur, ola bilər ki interneti açıq qalıb. Nömrənin ona heç bir aidiyyəti yoxdur. Borc ondan tutula bilməz. 7 il ərzində heç kim ondan pul tələb etməmişdir. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin izahatlarını dinləyərək, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli abunə müqaviləsi ilə müəyyən olunur ki, nömrəli mobil telefonla iddiaçı rabitə xidmətləri göstərməyi, cavabdeh isə abunə və xidmət haqqı borcunu "xxxx" MMC-nin müəyyən etdiyi son ödəmə tarixinədək ödəməyi öhdəsinə götürmüşdür; - Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, abunəçi xidmət haqqını, müqavilə ilə müəyyənləşdirilən digər ödənişləri və ya hər hansı borc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesab-fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər (həmin gün də daxil olmaqla) ödəməlidir; - İddiaçı MMC-nin arayışından görünür ki, abunə müqaviləsinə əsasən Cavabdeh istifadəsinə verilmiş ***-***-**-** saylı nömrənin 464,97 manat faktura borcu vardır; - xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh borcunun olması və onun 20 gün müddətinə ödənilməsi barədə xəbərdar edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli “Abunə müqaviləsi”nə əsasən cavabdeh ***-***-**-** nömrəli mobil telefonla iddiaçının rabitə xidmətlərindən istifadə etmiş və nəticədə onun 464,97 manat məbləğində abunə və xidmət haqqı borcu yaranmışdır. Hazırda iddiaçı həmin borcun məhkəmə qaydasında tutulmasını xahiş edir. Cavabdeh isə nömrəni özü deyil, qaynatası işlətdiyini, onun xahişi ilə aldığını bildirərək iddiaya etiraz edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Eyni Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öhdəliyini tam və lazımi qaydada icra etməyərək qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərini pozmuşdur. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Cavabdehin etirazına gəlincə isə qeyd edilməlidir ki, iş üzrə tərəflər arasında müqavilə məhz Cavabdeh ilə bağlanmışdır və sonuncu azad surətdə müqaviləyə daxil olaraq müqavilə şərtlərini icra etməyi öz öhdəsinə götürmüşdür. Nömrəni başqa şəxsə istifadə üçün verməsi isə onu müqavilə üzrə yaranmış öhdəliklərini icra etmək vəzifəsindən azad etmir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2013-cü il tarixli müqavilə üzrə 464,97 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 20 manat pul, cəmi 484,97 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 464,97 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 20 manat pul, cəmi 484,97 (dörd yüz səksən dörd manat, doxsan yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-798/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-798/2025
26.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver