Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-806/2023 02.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı yaşayış binasında mənzillərin müvafiq qaydada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı yaşayış binasında mənzillərin müvafiq qaydada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2023-cü il tarixdə ərizə ilə və ona əlavə edilmiş barışıq sazişi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında barışıq əldə olunması səbəbindən həmin barışıq sazişinin təsdiq olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil1 barışıq sazişinin şərtləri ilə razı olduğunu bildirdi və barışıq sazişinin təsdiqlənməsi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını, barışıq sazişini və iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 5.4-cü maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, tərəflər məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi qanunauyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməlidir. Məhkəmə iclasında, tərəflərə barışıq sazişini təsdiq edənə qədər müvafiq prosessual hərəkətlərin nəticələri izah edilmişdir. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Repsublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52, 191, 261.0.5, 262- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "yaşayış binasında mənzillərin müvafiq qaydada ayrılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı yaşayış binasında mənzillərin müvafiq qaydada ayrılması tələbinə dair iddia ərizəsi üzrə bir tərəfdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və digər tərəfdən İddiaçı arasında 23 may 2023-cü il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: 1.1. Tərəflər bu Sazişi bağlamaqla aşağıdakılar barədə razılığa gəlirlər: 1.2. İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 82 kv.m (faktiki sahəsi 90.47 kv.metr) olan 59 saylı mənzilin 4/6 hissəsini cavabdehə təhvil verir. 1.3. Cavabdeh ünvan 2 ünvanında inşa olunmuş 16 mərtəbəli yaşayış binasında, 5-ci bina, 8-ci blok, 4-cü mərtəbədə yerləşən ümumi sahəsi 62.5 kv.metr olan, 1 otaqlı 12 saylı mənzili 3 ay ərzində təmir edərək iddiaçıya təhvil verilməsini öhdəsinə götürür.
2. Digər şərtlər
2.1. Tərəflər bu Sazişin qanuna zidd olmamasına və ya hər hansı bir şəxsin hüquqlarına və qanunla qorunan mənafələrini pozmamasına əmindirlər. 2.2. Tərəflər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci və 262.2-ci maddəsinin tələblərini başa düşürlər. 2.3. Bu Saziş məhkəmədə mövcud iddia üzrə işə xitam verilməsinə əsasdır. 2.4. Bu Saziş imzalandığı andan qüvvəyə minir. 2.5. Bu Saziş 3 nüsxədə tərtib edilir. Bütün nüsxələr eyni hüquqi qüvvəyə malikdir. Hər bir tərəf bu Sazişin bir nüsxəsini alır. Bir nüsxə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verilir.
Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Mehriban Əfəndizadə