Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-807/2023 24.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MTK-ya qarşı (Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənzillə təmin edilmə tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh MTK-nın qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı qarşı (Azərbaycan Respublikası Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) əmlakın sökülməsi və s. tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona və ailə üzvlərinə məxsus olan ünvan 1 ünvanda yerləşən 3 mərtəbəli, mansardlı, ümumi sahəsi 502 kv.m olan, fərdi yaşayış evinə görə Cavabdeh MTK tərəfindən tikilmiş hazır binadan 20-30 faiz əlavəsi ilə birlikdə yaşayış sahəsi ilə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2003-cü ildə verilmiş ÖM seriyalı, 147706 saylı qeydiyyat vəsiqəsinə əsasən Nərimanov rayonu, Mayakovski küçəsi 7 saylı evin 4-cü mənzili xususi mülkiyyət hüququ ilə adına qeydiyyatdan keçirilmiş və bu barədə müvafiq qeydiyyat aparılmışdır. Ev şəraitinin darısqal olması nəzərə alınaraq, Nərimanov rayon İcra Hakimiyyəti başçısının 11 sentyabr 2006-cı il tarixli 418 saylı sərəncamı ilə özünə məxsus Mayakovski küçəsi 7/4 saylı evin sökülüb, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun tikilməsinə icazə verilmiş, qeyd olunan eskiz layihəsi və sərəncam əsasında tikinti işlərinə başlayıb ümumi sahəsi təxminən 450 kv.m (çöldən-çölə hesablayanda 502 kv.m) olan 3 mərtəbəli mansardlı fərdi yaşayış evi inşa etmişdir. Hələ MTK-ya 2014-cü ildə torpaq sahəsi ayrılmamışdan xeyli müddət əvvəl o evini tam tikib başa çatdırmış və ailə üzvləriylə köçüb yaşamağa başlamışdır. Qeyd olunan ərazidə onun və onun kimi yaşayan qonşuların mülkiyyətində fərdi yaşayış evləri mövcud olmasına baxmayaraq, yaşayış və qeyri-yaşayış mülkiyyətçilərinin əvvəlcədən razılığı olmadan, Bakı şəhər İcra Hakimiyyəti başçısının 24 oktyabr 2014-cü il tarixli sərəncamı ilə İ.Hidayətzadə küçəsi 130 saylı ünvanda 0.14 ha və ona bitişik torpaq sahəsində yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin Kooperativə icazə verilmiş, sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsinin “Luxe Home" MTK tərəfindən həll edilməsi qərara alınmışdır. Cavabdeh MTK ona qarşı Nərimanov Rayon Məhkəməsində iddia qaldıraraq, kompensasiya verilməklə evdən çıxarılmasını və s. tələb etmiş, o isə evinə dəymiş zərərin əvəzinin ödənilməsi barədə iddia qaldırmışdır. Nərimanov Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin edilmiş, cavabdeh İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən əvəzi Cavabdeh tərəfindən bazar qiymətinə uyğun 265000 manat ödənilməsi şərti ilə köçürülməsi, cavabdeh İddiaçı Cavabdeh apardığı tikintiyə törətdiyi maneələrin qadağan edilməsi qət edilmiş, İddiaçı Cavabdeh MTK-ya qarşı tikintinin sökülməsi, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. MTK hər yerdə qeyd edir ki, guya ki iddiaçı MTK-nın 2015-ci ildə tikinti işlərinə başlamasını bilib öz evini tikməyə başlamışdır. Həmin qətnamədən tərəfindən apellyasiya şikayəti verilmiş, iş üzrə xeyli müddət araşdırma aparılmış, sonda isə MTK iddia tələblərindən imtina etmiş, MTK-nın vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı mənzili MTK tərəfindən tikilən çoxmərtəbəli binanın tikinti sahəsinin altına düşən yerdə deyil, MTK onun mənzilinin olduğu yerin digər ərazi ilə birlikdə abadlaşdırılmasının həyata keçirilməsi məqsədilə boşaldılması üçün məhkəməyə müraciət etmişdir. MTK tərəfindən onun qəzalı mənzilinin inşaat işləri ilə əlaqədar alınması zərurəti yoxdur. Hazırda MTK İddiaçı mənzilinin olduğu ərazidən kənardakı, yəni tikintisi başa çatmış və sakinlərlə məskunlaşmış binanın ətraf ərazilərinin abadlaşdırılması üçün hazırlıq işləri aparır. Buna görə də ona məxsus mənzil barəsində MTK ilə bağlı hər hansı mübahisə qalmamışdır. Qeyd olunanları nəzərə alaraq Cavabdeh MTK iddiadan imtina edir. Bakı Apellyasiya Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli qərardadı ilə ilk iddiaçı “Luxe Home MTK-nın iddiadan imtinası qəbul edilmiş, Nərimanov Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli qətnaməsi ilk iddianın təmin olunması hissəsində ləğv edilərək həmin hissədə mülki işin icraatına xitam verilmişdir. Göründüyü kimi, Cavabdeh MTK dövlət qurumlarının etibarından sui-istifadə edərək, əvvəlcə ona torpaq sahəsi ayrılması barədə Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmiş, o ailə üzvlərilə birlikdə tikinti ərazisinə düşən ərazidə yerləşən fərdi yaşayış evində yaşaya-yaşaya səlahiyətli dövlət qurumlarının vəzifəli şəxslərinin gözü qarşısında, onların xeyir-duasını alıb tikinti işlərini davam etdirmişdir. Tikinti işlərini bitirdikdən və həmin binada yaşayış və qeyri-yaşayış sahələrini satdıqdan sonra isə özü işini bitmiş hesab edərək, məhkəmə baxışında iddiadan imtina etmişdir. Halbuki dövlət qurumları və MTKnın nümayəndələrinin iştirakı ilə dəfələrlə mülkiyyətində olan 3 mərtəbəli mansardlı evinə baxış keçirilmiş, sonuncu dəfə 26 noyabr 2022-ci ildə Nərimanov rayon İcra Hakimiyyətinin Natiq adlı əməkdaşı yaşayış evinin ümumi sahəsinin 502 kv.m olması barədə ölçmə işləri aparmışdır. Sonuncu dəfə Nərimanov rayon İcra Hakimiyyətində olarkən cəmi 270 kv.m sahəsi olan 1 mənzilin verilməsini təklf etmişdir. Halbuki qüvvədə olan qanunlara əsasən yaşayışın söküntüsünün əvəzində hər kv.m-nin əvəzinə azı 20-30 % əlavə edilməklə kv mlik yaşayış sahəsi ilə təmin olunmalıdır. İddiaçının mülkiyyətində olan fərdi yaşayış evi səlahiyyətli dövlət orqanı olan Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli sərəncamı və Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma baş idarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsi əsasında 2013-cü ilədək olan müddətdə yenidən tikilmiş, hazırda da o və ailə üzvləri tərəfindən təyinatı üzrə istifadə olunur. Qeyd olunanlara, habelə torpaq sahəsinin alınması barədə AR Nazirlər Kabineti tərəfindən hər hansı formada qərar qəbul edilmədən, Bakı şəhər İcra Hakimiyyətinin mülkiyyətində olan fərdi yaşayış evi ilə bağlı qərar qəbul etməsi qanunsuz və əsassız olmuşdur. Əgər həqiqətən də, ərazidə vətəndaşlara məxsus fərdi yaşayış evləri qəzalı vəziyyətdə idisə, bununla bağlı sərəncam qəbul edilməmişdən əvvəl aidiyyəti üzrə AR Fövqəladə Hallar Nazirliyi və digər dövlət orqanlarının müvafiq əsaslandırılmış rəyləri alınmalı idi. X5 Nazirliyinin və Bakı şəhər İcra hakimiyyətinin qəzalı vəziyyətdə bağlı hər hansı sənədi mövcud olmamışdır. Hazırda da Cavabdeh MTK onun mülkiyyətində olan 3 mərtəbəli mansardlı yaşayış evinin təxminən 1,5-2 metrliyində azı 8 metr hündürlüyündə katlavan qazmış, evinin 4 tərəfini hasara almaqla onları mühasirədə saxlamış, evdə 4 nəfərdən ibarət ailə üzvləri yaşaya-yaşaya tikinti işlərini aparmaqda davam edir. Halbuki MTK-ya verilən sərəncamda konkret qeyd olunub ki, MTK bütün yaşayış və qeyri-yaşayış sahələrini tam köçürəndən sonra tikinti işlərinə başlaya bilər. Cavabdeh MTK isə artıq 2 ədəd hündürmərtəbəli çoxmənzilli yaşayış binasını tikib satandan sonra orada əlavə yeni binaların tikintisinə də başlayır. Cavabdeh MTK qarşılıqlı iddia ərizəsi və qarşılıqlı iddia ərizəsinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, qəzalı vəziyyətdə olan və ətrafdakılar üçün ağır nəticələrə səbəb ola bilən, təhlükə mənbəyi olan İddiaçı məxsus 12 kv.m sahəsi olan, ünvan 3 ünvandakı mənzilin sökülməsi və əvəzində Cavabdeh MTK tərəfindən istismara verilmiş və məskunlaşmış, eyni zamanda çıxarışlı, 4-cü mərtəbədə yerləşən 1 ədəd 3 otaqlı ümumi sahəsi 137.8 kv.m və 1 ədəd 2 otaqlı ümumi sahəsi 93.5 kv.m mənzillərin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan qarşılıqlı iddia üzrə iddiaçı, yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə cavabdehə təqdim etdikləri mənzillərin təmirini Cavabdeh MTK öz üzərinə götürür və yaxud hər iki mənzilin hər kv.m sahəsinin təmiri üçün cavabdehə 150 manat ödəməyi təklif edir. Qəzalı vəziyyətdə olan və ətrafdakılar üçün ağır nəticələrə səbəb ola bilən və təhlükə mənbəyi olan İddiaçı məxsus 12 kv.m sahəsi olan, ünvan 3 ünvandakı mənzilin sökülməsi və əvəzində Cavabdeh MTK tərəfindən istismara verilmiş və məskunlaşmış, çıxarışlarla təmin edilmiş, A blokunda 4-cü mərtəbədə yerləşən 1 ədəd 3 otaqlı ümumi sahəsi 137.8 kv.m , A blokun 4-cü mərtəbəsində 1 ədəd 2 otaqlı ümumi sahəsi 93.5 kv.m mənzil və B blokunda 1 ədəd 1 otaqlı sahəsi 59,9 kv.m. sahəsi olan mənzillərin iddiaçıya verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin razılıq məktubu əsasında, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 505 saylı sərəncamı ilə Cavabdeh MTK-ya ünvan 4 ünvanda olan torpaq sahəsində çoxmərtəbəli yaşayış binalarının tikintisinə icazə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 2014-cü il tarixli 14/288 saylı “Ayrıc Aktı” ilə Cavabdeh MTK-ya 1.4520 hektar torpaq sahəsində çoxmərtəbəli binaların tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Qeyd edilən torpaq sahəsinə MTK ilə Bakı şəhəri İcra hakimiyyəti arasında icarə müqaviləsi bağlanmışdır və icarə haqqı MTK tərəfindən ödənilir. Cavabdeh MTK qeyd edilən torpaq sahəsində çoxmərtəbəli binalar tikmişdir və mənzillər sahiblərinə təhvil verilmişdir. Qeyd edilən ərazidə, yəni MTK-ya ayrılmış torpaq sahəsində, ünvan 5 ünvanındakı mənzilin sahibi İddiaçı ona məxsus 12 kv.m sahəsi olan və 1923-cü ildə tikilmiş və istismar müddəti başa çatmış qəzalı vəziyyətdə olan mənzili qəzalı olduğuna görə ətrafdakıların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır. Belə ki, R.Cəlilov 12 kv.m sahəsi olan və 1923-cü ildə tikilmiş, istismar müddəti başa çatmış, qəzalı vəziyyətdə olan mənzilin üzərində tikinti texniki normalarını kobud surətdə pozaraq əlavə 2 mərtəbə və mansard tikməklə mənzili qəzalı vəziyyətə salmışdır. Qeyd edilən mənzilin qəzalı vəziyyətə olub-olmaması və ətrafdakılar üçün real təhlükə yaradacağını nəzərə alınaraq, Cavabdeh MTK tərəfindən həmin mənzilə baxış keçirilməsi üçün FHN-nin Tikintidə X2 Agentliyinə müraciət edilmişdir. FHN-nin Tikintidə X2 Agentliyi tərəfindən ünvan 6 ünvanda qeyd edilən mənzilə baxış keçirilmiş və bununla bağlı xx.xx.2022-ci il tarixdə müvafiq “Rəy” verilmişdir. Həmin “Rəy”də göstərilir ki, 3 mərtəbə və dam-mansardadan ibarət həmin mənzil layihəyə uyğun olmadan və tikinti normalarının kobud pozulması ilə qəzalı tikildiyinə görə mənzil qəzalı vəziyyətdədir və istismar üçün təhlükəlidir. Qeyd edilən mənzilin “Qəzalı” olması barəsindəki “Rəy”də müvafiq icra hakimiyyətinin məlumatlandırılması, sakinlərin köçürülməsi, evə daxil olan kommunikasiya xətlərinin (işıq, su, və qaz) kəsilməsi, ərazinin çəpərlənməsi və digər təxirəsalınmaz tədbirlərin görülməsi tələb edilir. C. Rəşidova məxsus, Bakı şəhəri, Mayakovski küçəsi, 7/3 və 7/4 saylı mənzillərin Memarlıq və şəhərsalma Baş idarəsi tərəfindən təsdiq edilmiş eskiz layihə əsasında yenidən tikilməsinə icazə verilməsi barəsində Bakı şəhəri, Nərimanov rayonu İcra hakimiyyəti tərəfindən xx.xx.2006-cı il tarixində 418 saylı Sərəncam verilmişdir. Eyni zamanda sərəncamda göstərilib ki, mənzilin yerləşdiyi torpaq sahəsi Nərimanov Bələdiyyəsində sənədləşdirildikdən sonara tikintiyə başlansın. Sərəncamla müəyyən edilmiş eskiz layihəsində iki mənzilin tikintisinin ümumi sahəsi 277 kv.m müəyyən edilmişdir. Sonradan həmin mənzillərdən Mayakovski küçəsi 7/3 ünvanda olan mənzil başqa şəxsin mülkiyyətinə keçmiş, daha sonra isə razılaşma yolu ilə Cavabdeh MTK tərəfindən həmin mənzil alqı-satqı yolu ilə notarial qaydada alınmış və həmin mənzildə yaşayan sakinlərin ərazidən köçürülməsi təmin edilmişdir. Cavabdeh İddiaçı mülkiyyətində yalnız sahəsi 12 kv.m olan Mayakovski küçəsi 7/4 saylı mənzil qalmışdır. C. Rəşidov sərəncamın tələbini pozaraq, yalnız özünə məxsus 12 kv.m. sahənin üzərində qeyd edilən qanunsuz və qəzalı tikililəri aparmışdır. FHN-nin Tikintidə X2 Agentliyinin verdiyi “Rəy”də göstərilən qəzalı evdə təxirəsalınmaz tədbirlərin görülməsi üçün FHN tərəfindən xx.xx.2022-ci il tarixdə Nərimanov rayon İcra Hakimiyyətinə, "xxxx" QSC və "xxxx" ASC-yə rəsmi məktubla müraciət edilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Bakı Şəhər Nərimanov rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, 2014-cü il sərəncamı ilə cavabdehə tikintiyə icazə verilmişdir. Yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi qarşılıqlı razılıq əsasında MTK-ya həvalə edilmişdir. İddiaçının yaşayış sahəsi də həmin əraziyə düşmüşdür. Daha sonra Nərimanov Rayon Məhkəməsində iddia qaldırılıb, Bakı Apellyasiya Məhkəməsində iddia tələbindən imtina edilib, onların maddi zərərlə bağlı tələbi isə təmin edilməmişdir. Evin sahəsi çöldən-çölə 502 kv.m-dir. Digər mülkiyyətçilərdə əvəz olaraq mənzil sahəsi ilə təmin edilmə zamanı sahə çöldən-çölə hesablanmışdır. Bu ədalətli bölüşdürmə nəzərə alınarsa, onlarda da çöldən-çölə hesablanmalıdır. Mənzil özbaşına tikili deyildir, iddiaçının mülkiyyət hüququ tanınmalıdır. Qarşılıqlı iddianın isə hüquqi əsası yoxdur, həmçinin qarşılıqlı iddia üzrə tələb artıq məhkəmə mübahisəsi olduğundan və cavabdeh iddiasından imtina etdiyindən qarşılıqlı iddia üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil1 bildirmişdir ki, inşa etdikləri bina çıxarışla təmin edilib. Dövlət tərəfindən qəbul edilib. İlkin iddiaçının mənzili isə sərəncama uyğun tikilməyib. Divarları 3 tərəfdən onların mülkiyyətidir. Divar ümumi divardır, bu səbəbdən çöldən-çölə hesablana bilməz. Mansardın bayır divarı minimum 1,60 orta xətt 2,70 olmalıdır. İddiaçıda heç 1,40 deyil. Ekspert rəyində göstərilən sahə ilə də razı deyillər, amma mübahisənin qarşılıqlı həlli üçün sahəni mübahisələndirmirlər. Ərazi sərəncamla şəhərin abadlaşdırılması, istismara yararsız mənzillərin sökülüb yerində müasir binaların tikilməsi üçün onlara verilmişdir. Digər bütün mülkiyyətçilərlə razılaşdırılıb. Yalnız iddiaçı qalıb. Ev qəzalıdır, 12 kv.m. mənzilin üzərində tikilib. Bu ev ətrafda yaşayanlar, onların binaları, hətta yoldan keçənlər üçün də təhlükəlidir. Bu səbəbdən sökülməlidir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirak etməmənin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasda iştirak edən proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı, 147706 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Nərimanov rayonu, Mayakovski küçəsi 7 saylı evin 12 kv.m. yaşayış sahəsindən ibarət 1 otaqlı 4 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2003-cü il tarixində 30/5776 nömrə ilə qeydiyyatdan keçirilmişdir; - Bakı Şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli sərəncamından görünür ki, vətəndaş İddiaçı özünə məxsus Mayakovski küçəsi 7/4 saylı evini söküb, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun yenidən tikilməsinə icazə verilməsi, tikinti işlərinə evin yerləşdiyi torpaq sahəsi Nərimanov Bələdiyyəsində sənədləşdirildikdən, Bakı Şəhər Torpaq Şöbəsindən torpaq sahəsi üzərində istifadə hüququnu təsdiq edən şəhadətnamə alındıqdan və onun kserosurəti Rayon İcra Hakimiyyətinə təqdim edildikdən sonra başlanılması, tikinti işləri aparılan sahənin ətrafını inşaat tullantılarından və nəqliyyat vasitələrindən tökülən qruntlardan təmizlənməsi məqsədi ilə Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi ilə müqavilə bağlanmasının vətəndaş İddiaçı həvalə edilməsi, tikinti işlərinin razılaşdırılmış sənədlərə əsasən aparılmasına nəzarət edilməsinin Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə və 18 saylı Polis Bölməsinə tapşırılması qərara alınmış, tikinti işləri başa çatdıqdan sonra evə yeni qeydiyyat vəsiqəsinin verilməsi və texniki pasportun tərtib olunması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə müraciət edilməsi vətəndaş İddiaçı tövsiyə olunmuşdur; - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 505 nömrəli, xx.xx.2014-cü il tarixli sərəncamının surətindən görünür ki, "xxxx" ASC-nin xx.xx.2014-cü il tarixli, PHS-1897 saylı razılıq məktubunu, Cavabdeh MTK-nın xx.xx.2014-cü il tarixli, ******* saylı çıxarışını nəzərə alaraq, ünvan 7 ünvanda mülkiyyətində olan 0,14 ha və ona bitişik torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin Kooperativə icazə verilmişdir. Sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi qanunvericiliyə əsasən Cavabdeh MTK-ya tapşırılmışdır. Sərəncamın 2.1-ci bəndinə əsasən ərazinin və obyektin şəhərsalma əsaslandırılması sənədlərinin hazırlanmasını təmin etmək və həmin sənədlərin Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsində razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim etmək Cavabdeh MTK-ya tapşırılmışdır; - Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 505 saylı sərəncamı ilə Cavabdeh MTK-ya yaşayış binalarının tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair 14/288 nömrəli, 2014-cü il tarixli ayrıc aktı verilmişdir; - Torpaq sahəsinin icarəyə verilməsi haqqında 1037 nömrəli, xx.xx.2015-ci il tarixli müqavilənin Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, ev 9-da yerləşən Cavabdeh MTKya Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 505 saylı, xx.xx.2014-cü il tarixli sərəncamı, xx.xx.2014-cü il tarixli, 13016 saylı inşaat pasportu əsasında ünvan 8 ünvanda ayrılmış 13120 kv.m torpaq sahəsi 49 il müddətinə icarəyə verilmişdir; - Bakı şəhər İcra Hakimiyyəti başçısının 550 nömrəli, xx.xx.2015-ci il tarixli “Bakı şəhər İcra Hakimiyyətinin layihələnləndirmə ilə əlaqədar sərəncamı nəzərə alınaraq Cavabdeh MTK-ya tikintiyə icazə verilməsi haqqında sərəncamına əsasən, Cavabdeh xx.xx.2015-ci il tarixli, 60 saylı müraciətini, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1 və 75.6-cı maddələrini və Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 505 saylı sərəncamı nəzərə alınaraq, ünvan 9 ünvanda 18 mərtəbəli, 1 bloklu yaşayış binasının tikintisi üçün Cavabdeh MTK-ya icazə verilmişdir; - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, 130 saylı sahənin bir hissəsi-0.14 ha torpaq sahəsi Cavabdeh MTK-nın xüsusi mülkiyyəti olaraq xx.xx.2018-ci il tarixində ********** nömrə ilə qeydə alınmışdır; - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2180/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı X3 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı sərəncamların ləğv edilməsi tələbi barədə iddiası təmin edilməmişdir; - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin ünvan 3 ünvanında İddiaçı məxsus fərdi yaşayış evinin texniki vəziyyəti haqqında 16 fevral 2022ci il tarixli rəyindən görünür ki, yaşayış evi 1924-cü ildə birmərtəbəli inşa olunmuşdur. Evin planda ölçüləri 16.65 x 6.35 metrdir. İddiaçı xx.xx.2006-cı il tarixli R-9 saylı məktubu ilə Bakı Şəhər ünvan 10 ünvanında yerləşən 3 və 4 sayli mənzillərin əsasında onların sökülüb, yenidən tikilməsi barədə icazə istəmişdir. Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı ildə 418 nömrəli səramcamı ilə həmin mənzillərin sökülüb yerində fərdi layihəyə uyğun olaraq tikintisinə razılıq verilmişdir. Göstərilən ünvanda olan 3 saylı mənzil İddiaçı yaxın qohumuna məxsus olduğundan həmin mənzil ərazidə yaşayış binaları inşa edən Cavabdeh MTK-ya satılmış, ev sahibi tərəfindən həmin mənzil sökülmüş və sökülən hissə də daxil olmaqla yerində yeni çoxmərtəbəli bina tikilmişdir. Bina 4 saylı mənzilin sağ yan tərəfində yerləşir. Yeni tikilən çoxmərtəbəli bina ilə 4 saylı ev arasında ara məsafəsi təxminən 4,70 metr təşkil edir. Təsdiq olunmuş layihəyə əsasən 4 saylı mənzil və girişə nəzərən mənzilin sol yan tərəfində yerləşən 3 saylı mənzillə birlikdə sökülərək yerində yenidən tikilməsi nəzərdə tutulduğu halda, bu şərtə əməl olunmamışdır. Sərəncam üzrə tam sökülməli olan 4 saylı mənzilin dam hissəsi sökülərək həmin mənzilin divarları və hasarın üzərində 2 mərtəbə və 1 mansardalı əlavə tikili inşa edilmişdir. Beləliklə, nəticədə 3 mərtəbəli və bir mansardalı yaşayış evi yaranmışdır. 4 saylı ev, onun arxa tərəfində əvvəldə sökülmüş digər evlə olan ortaq divar üzərində damaltı səviyyədə divardan 30 sm ölçüdə sökülmüş sahə tərəfə çıxmaqla dəmir-beton tir və qalınlığı 40 mm olan taxta üzərində inşa edilmişdir ki, bu da yolverilməzdir. 4 saylı evin arxa tərəfindəki qalınlığı 40 sm olan xarici divarda 2-ci mərtəbənin döşəməsi səviyyəsində divar qalınlığının 20 sm hissəsinin təxminən 2 m2 sahəsi qopub dağılmışdır. Yaşayış evinin arxa yükdaşıyan divarı birinci mərtəbənin dam örtüyü səviyyəsində qalınlığı təxminən 4 sm olan ağac tirin üstündə guraşdırılan beton kəmərin üzərində bir hissəsi mişarlanmış əhəngdaşından və qalan hissəsi boşluqlu kərpicdən tikinti norma və qaydaları pozulmaqla ikimərtəbə və mansarda mərtəbəsi inşa olunmuşdur. Bundan əlavə arxa və yan sağ yükdaşıyan divarın birləşmə hissələrində şaquli istiqamətli açılış eni 10-20 mm olan təhlükəli çatlar yaranmışdır. Bakı Şəhər icra Hakimiyyəti başçısının 24 oktyabr 2014-cü il tarixli 505 nömrəli sərəncamı ilə ünvan 11 ünvanda mülkiyyətdə olan 0,14 ha və ona bitişik torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün Cavabdeh Mənzil Tikinti Kooperativinə Bakı Şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən xx.xx.2014-cü il 505 nömrəli sərəncamı və 14/288 saylı xx.xx.2014-cü il tarixli ayrıc aktı əsasında icazə verilmişdir. İddiaçı məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 7 saylı evin 4 saylı mənzil və onun yerləşdiyi (həyətyanı və tikintialtı) torpaq sahəsi də Cavabdeh MTK-ya ayrılmış həmin torpaq sahəsinin bilavasitə hüdudları daxilində yerləşir. Bununla bağlı daha əvvəl Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-3082/2020 nömrəli Qərardadının icrası ilə bağlı 25 dekabr 2020-ci il tarixində mütəxəssis rəyi verilmişdir. Hazırda Cavabdeh MTK tərəfindən ərazidə abadlıq işləri aparılır. Texniki baxış nəticəsində müəyyən edilmişdir ki, yaşayış evi 2006-cı ildə təsdiq edilmiş layihəyə uyğun olmadan və tikinti norma qaydaları kobud şəkildə pozulmaqla üçmərtəbəli + mansardalı inşa olunmuşdur. Tikinti norma və qaydalarının pozulması hallarını nəzərə alaraq yaşayış evinin texniki vəziyyəti qəzalı hesab edilir və istismar üçün təhlükəlidir. Bununla əlaqədar təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir: müvafiq icra hakimiyyəti və digər aidiyyəti qurumlar məlumatlandırılmalı; sakinlər köçürülməli, evə daxil olan kommunikasiya xətləri (işıq, su və qaz) kəsilməli, ərazi çəpərlənməli və lazımi tədbirlər görülməlidir; - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin xx.xx.2022-ci il tarixində Nərimanov Rayon İcra Hakimiyyətinə, "xxxx" QSC və "xxxx" ASCyə ünvanlanmış məktubunun surətindən görünür ki, 16 fevral 2022-ci il tarixində evə mütəxəssislər tərəfindən keçirilmiş texniki baxış nəticəsində müəyyən edilmişdir ki, yaşayış evi 2006-cı ildə təsdiq edilmiş layihəyə uyğun olmadan və tikinti norma qaydaları kobud şəkildə pozumaqla üçmərtəbəli+mansardalı inşa olunmuşdur. Tikinti norma və qaydalarının pozulması hallarını nəzərə alaraq yaşayış evinin texniki vəziyyəti qəzalı hesab edilir və istismar üçün təhlükəlidir. Bununla əlaqədar təxirəsalınmadan sakinlər köçürülməli, evə daxil olan kommunikasiya xətləri (işıq, su və qaz) kəsilməli və lazımi tədbirlər görülməlidir; - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 293/2021 saylı qətnaməsi ilə Cavabdeh MTK-nın iddiası təmin edilmiş, cavabdeh İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən əvəzi Cavabdeh tərəfindən bazar qiymətinə uyğun 265000 manat ödənilməsi şərti ilə köçürülməsi, cavabdeh İddiaçı Cavabdeh apardığı tikintiyə törətdiyi maneələrin qadağan edilməsi, İddiaçı Cavabdehnə qarşı tikintinin sökülməsi, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 398/2022 saylı qərardadı ilə iddiaçı Cavabdeh MTK-nın iddiadan imtinası qəbul edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 2(005)-293/2021 saylı qətnaməsi ilk iddianın təmin olunması hissəsində ləğv edilərək həmin hissədə mülki işin icraatına xitam verilmişdir; - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-319/2023 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-398/2022 saylı qətnaməsindən cavabdeh İddiaçı verdiyi kassasiya şikayəti təmin edilməmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2424 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən verilmiş 16 fevral 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən 3 mərtəbəli fərdi yaşayış evi qəzalı vəziyyətdədir və istismar üçün təhlükəlidir. Eyni zamanda həmin evin qəzalı vəziyətə düşməsi yaşayış evinin 2006-cı ildə təsdiq edilmiş layihəyə uyğun olmadan və tikinti norma qaydaları kobud şəkildə pozulmaqla inşa olunması nəticəsində yaranmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən 16 fevral 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən 3 mərtəbəli, fərdi yaşayış evi qəzalı vəziyyətdə və istismar üçün təhlükəli olduğunu nəzərə alaraq, həmin evin əvvəlki vəziyyətinə gətirilməsi üçün nə qədər vəsait tələb olunmasını müəyyən etmək mümkün deyildir. ünvan 1 ünvanında yerləşən 3 mərtəbəli fərdi yaşayış evi Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli 418 saylı sərəncama və xx.xx.2006-cı il tarixdə təsdiq edilmiş eskiz layihəsinin məlumatları ilə, tədqiq olunan evin faktiki vəziyyəti, ölçüləri, sahələri və digər texniki parametrləri üzləşdirilərkən, həmin evin göstəriciləri və mərtəbəliliyi 2006-cı il tarixli eskiz layihəyə uyğun deyildir, eləcə də zirzəmi həmin layihədə nəzərdə tutulmamışdır. Eyni zamanda mütəxəssis rəyinə əsasən fərdi yaşayış evi 2006-cı ildə təsdiq edilmiş layihəyə uyğun olmadan və tikinti norma qaydaları kobud şəkildə pozulmaqla inşa olunmuşdur. ünvan 1 ünvanında yerləşən 3 mərtəbəli fərdi yaşayış evinin ümumi sahəsinin 289.4 kv.metr təşkil etdiyi müəyyən edilmişdir (sahələr ayrı-ayılıqda və xarici ölçüləri tədqiqat hissəsində ətraflı göstərilmişdir). Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən verilmiş 16 fevral 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən 3 mərtəbəli fərdi yaşayış evinin qəzalı vəziyyətdə və istismar üçün təhlükəli olduğunu nəzərə alaraq, həmin evin mövcud bazar dəyərinin nə qədər təşkil etməsinə dair tədqiqat aparılmadı. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin mütəxəssisi tərəfindən tərtib olunmuş 25 dekabr 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən, Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunması nəzərdə tutulan hündürmərtəbəli yaşayış binası ilə Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 7 saylı evin 4 nömrəli fərdi yaşayış evi arasındakı məsafənin Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Qeyd edilən məsafənin Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun olduğunu nəzərə alaraq qərardadın bu sualının ikinci hissəsi üzrə tədqiqat aparılmadı; - Məhkəmə tərəfindən təyin edilmiş "xxxx" MMC-nin UNİ/N-05-681/2023 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ünvan 14 ünvanında yerləşən mənzil və üzərindəki tikilinin ümumi sahəsi 289.5 kv.m, ünvan 14 ünvanında yerləşən mənzil və üzərindəki tikilinin yerləşdiyi ərazidə analoji mənzillərin 1 kv.m-nin dəyəri xx.xx.2023-cü il tarixinə 830 manat təşkil edir. Ekspert tədqiqatının dəyəri 300 manat təşkil etmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Nərimanov rayonu, Mayakovski küçəsi 7 saylı evin 1 otaqlı, 4 saylı mənzili xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən İddiaçı mülkiyyətindədir. xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsində evin yaşayış sahəsi 12 kv.m. göstərilmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 11 sentyabr 2006-cı il tarixli sərəncamı ilə İddiaçı ona məxsus evin yerləşdiyi torpaq sahəsi Nərimanov Bələdiyyəsində sənədləşdirildikdən sonra həmin evi söküb, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəyə uyğun yenidən tikilməsinə icazə verilmişdir. İddiaçı həmin yaşayış sahəsi üzərində tikinti işləri aparmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 24 oktyabr 2014-cü il tarixi 505 saylı sərəncamı ilə ünvan 15 ünvanda 0.14 ha və ona bitişik torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün Cavabdeh MTK-ya müvafiq icazə verilmiş, həmin ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi Cavabdeh MTK-ya tapşırılmışdır. Hazırda ilkin iddia üzrə iddiaçı ona məxsus evin ümumi sahəsinin 502 kv.m. olduğuna və həmin evin yaxınlığında cavabdeh tərəfindən tikinti işlərinin aparıldığına, ona məxsus evin yerləşdiyi torpaq sahəsinin cavabdehin istifadəsinə verildiyinə istinad edərək, yaşayış evinin əvəzində ilkin iddia üzrə cavabdeh tərəfindən inşa edilmiş binada 20-30 faiz əlavəsi ilə birlikdə 502 kv.m. mənzilin ona verilməsini xahiş edir. Qarşılıqlı iddia üzrə iddiaçı isə İddiaçı məxsus evin yerləşdiyi torpaq sahəsinin MTK-nın icarəsinə verildiyinə, torpaq vergisinin onun tərəfindən ödənildiyinə, evin qəzalı vəziyyətdə olduğuna və binanın sakinləri üçün təhlükə daşıdığına istinad edərək, qarşılıqlı iddia üzrə cavabdehə məxsus evin sökülməsi müqabilində 3 təmirli (və ya təmir xərci ilə birlikdə) mənzilin verilməsini məhkəmədən xahiş edir. Konstitusiyanın 13 və 29-cu maddələrinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısının dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5 və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). Hazırki iş materiallarından görünür ki, torpaq sahəsinin mülkiyyətçisinin xx.xx.2014cü il tarixli, PHS-1897 saylı razılıq məktubu, Cavabdeh MTK-nın xx.xx.2014-cü il tarixli, 26 saylı müraciəti və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli, ******* saylı çıxarışı nəzərə alınaraq, ünvan 8 ünvanda mülkiyyətdə olan 0.14 ha və ona bitişik torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin Kooperativə icazə verilmişdir. Sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi qanunvericiliyə əsasən Cavabdeh MTK-ya tapşırılmışdır. Sərəncamın 2.1-ci bəndinə əsasən isə ərazinin və obyektin şəhərsalma əsaslandırılması sənədlərinin hazırlanmasını təmin etmək və həmin sənədləri Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsində razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim etmək Cavabdeh MTK-ya tapşırılmışdır. Göründüyü kimi, sərəncam Nərimanov rayonunun ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və həmin mənzillərdə yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Həmin sərəncam mənzillərin mülkiyyətçidən alınması deyil, məhz, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz, müasir standartlara cavab verən yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı və müasir tələblərə uyğun vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşımışdır. Hazırda ilkin iddia üzrə iddiaçıya məxsus olan əmlak söküntüyə məruz qalan və yaşayış binalarının tikintisi üçün cavabdehə ayrılmış, ayrıc aktı verilmiş və 49 il müddətinə icarə müqaviləsi bağlanmış ərazilərə aiddir. Bu, işin mübahisələndirilməyən halıdır. Həmçinin iddiaçı torpaq sahəsində tikintinin aparılmasına icazə verilməsinə dair sərəncamın ləğv edilməsini tələb etsə də, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2180/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə sərəncam qanunauyğun hesab edilmiş və iddia təmin edilməmişdir. Qeyd edilməlidir ki, Konstitusiyanın 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilən və əsas məqsədlərindən biri insanların həyatına, sağlamlığına, əmlakına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınması olan şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin reallaşdırılması və qəzalı mənzil fondunun yenidən qurulması prosesində həmin Məcəllənin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1 və 4.2-ci maddələrinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir. Həmin Məcəllənin 17-ci maddəsinə görə, ərazinin planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır. Qeyd olunduğu kimi, hazırki iş üzrə Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və əlverişli yaşayış mühitinin təmin edilməsi məqsədini daşıyır. Bu istiqamətdə hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi müvafiq tikinti şirkətinin üzərinə bir vəzifə kimi qoyulmuşdur. Bakı Şəhər İcra Hakimiyyətinin məlum sərəncamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi nəzərindən də icra olunmalıdır. Belə ki, həmin maddəyə uyğun olaraq, mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə: yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək; yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması şərtləri və qaydasını müəyyən etmək və belə yenidən qurulma və yenidən planlaşdırılmanı razılaşdırmaq; yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək; mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək; dövlət mənzil fondunun yaşayış sahələrindən istifadəyə və saxlanmasına, bu fondun yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarəti həyata keçirmək və s. aiddir. Digər tərəfdən nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsi yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir. Mənzil Məcəlləsinin 15-ci maddəsinə uyğun olaraq, yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən, mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir. Mənzil Məcəlləsinin 28.1-ci maddəsinə əsasən, mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Hazırki iş üzrə mübahisələndirilən mənzilin qəzalı vəziyyətdə olması Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin 16 fevral 2022-ci il tarixli rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə təsdiq olunur. Belə ki, həmin rəylərdən görünür ki, təsdiq olunmuş layihəyə əsasən 4 saylı mənzil və girişə nəzərən mənzilin sol yan tərəfində yerləşən 3 saylı mənzillə birlikdə sökülərək yerində yenidən tikilməsi nəzərdə tutulduğu halda, bu şərtə əməl olunmamışdır. Sərəncam üzrə tam sökülməli olan 4 saylı mənzilin dam hissəsi sökülərək həmin mənzilin divarları və hasarın üzərində 2 mərtəbə və 1 mansardalı əlavə tikili inşa edilmişdir. Texniki baxış nəticəsində müəyyən edilmişdir ki, yaşayış evi 2006-cı ildə təsdiq edilmiş layihəyə uyğun olmadan və tikinti norma qaydaları kobud şəkildə pozulmaqla inşa olunmuşdur. Tikinti norma və qaydalarının pozulması hallarını nəzərə alaraq yaşayış evinin texniki vəziyyəti qəzalı hesab edilir və istismar üçün təhlükəlidir. Bununla əlaqədar təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir: müvafiq icra hakimiyyəti və digər aidiyyəti qurumlar məlumatlandırılmalı; sakinlər köçürülməli, evə daxil olan kommunikasiya xətləri (işıq, su və qaz) kəsilməli, ərazi çəpərlənməli və lazımi tədbirlər görülməlidir. Buna baxmayaraq, mübahisələndirilən qəzalı evdə iddiaçının və onun ailə üzvlərinin yaşamağa davam etməsi onların həyat və sağlamlıqlarına ciddi təhlükə olmaqla yanaşı, iddiaçının həmin ərazidə inşaat işləri aparan hüquqi şəxsin ağlabatan təklifini qəbul etməyərək yaşayış sahəsindən çıxmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına, ərazinin abadlaşdırılmasına, sakinlərin təhlükəsiz yaşayış hüququnun təmin edilməsinə maneəçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdehin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzildən çıxarılması ilk növbədə o və həmin evdə yaşayan digər şəxslər üçün həyati vacib məsələdir. Halbuki, iddiaçının qəzalı yaşayış evini boşaltdığı halda, mülkiyyətində olan mənzildən daha təhlükəsiz, tikinti standartlarına uyğun təmirli mənzillərin verilməsi ilkin iddia üzrə cavabdeh tərəfindən təklif edilir. Göründüyü kimi, iddiaçının qəzalı vəziyyətdə olan, tikinti standartlarına uyğun olmayan və tikinti norma qaydalarını ciddi surətdə pozulmaqla inşa etdiyi mənzildən çıxarılmaması həmçinin mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinin yerinə yetirilməsinə, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin reallaşdırılması və qəzalı mənzil fondunun yenidən qurulması prosesinin həyata keçirilməsinə maneəçilik törədir. Qəzalı evin mülkiyyətçisinin qeyd edilən hərəkətləri məhz hüquqdan sui-istifadədir, iddiaçı qanunla tanınan və qorunan mülkiyyət hüququndan cəmiyyətə ziyan vuran şəkildə sui-istifadə edir ki, onun bu hüquqdan sui-istifadəsinə yol verilməməlidir. Bu sui-istifadə isə mülkiyyətçinin MTK-dan əsassız olaraq real olmayan qiymət və ya böyük ölçülü mənzillər tələb etməsində, yaşayış üçün tam yararsız və qəzalı olan mənzildə israrla yaşamağa davam etməsində ifadə olunur. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə 31 may 2020-ci il tarixli Qərarında hüquqdan sui-istifadə ilə bağlı hüquqi mövqeyinə görə, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından suiistifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyrimümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Bu baxımdan şəhərsalma və tikinti sahəsində dövlət siyasətinin əsas istiqamətləri üzrə fəaliyyətin, o cümlədən insanların sağlam və təhlükəsiz yaşayış şəraitinin təmin edilməsi və bu sahədə məskunlaşma sisteminin maneəsiz həyata keçirilməsi məqsədi ilə belə münasibətlərin iştirakçılarının hüquq və vəzifələrinin qanunverici tərəfindən dəqiq müəyyənləşdirilməsinə və normativ tənzimləmənin təkmilləşdirilməsinə zərurət vardır. Mübahisənin həlli zamanı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında əks olunmuş hüquqi mövqelər də rəhbər tutulmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını, xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub-qoymadığını qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, bununla ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstində həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyri-mütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. Avropa Məhkəməsinin digər, “L.Y.Siqunova və M.Y.Siqunovanın Rusiyaya qarşı” iş üzrə xx.xx.2019-cu il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə “müdaxilənin uyğunluğu cəmiyyətin ümumi mənafeyi ilə bağlı tələblərlə şəxslərin fundamental hüquqlarının qorunması imperativləri arasında düzgün balansın olması deməkdir ... heç bir məqamda aidiyyəti şəxslər yeni mənzilin köhnə mənzillə müqayisədə aşağı dəyərə malik olmasını təsdiq etməyiblər və işdə yer alan xüsusatlar buna əsas vermir ... ərizəçilər həcm etibarı ilə köhnədən bir az da böyük olan, nəzərə çarpacaq dərəcədə daha yüksək dəyərə malik yeni mənzil almışlar və bu mənzil onların köhnə mənzilinin qonşuluğunda yerləşir”. Həmin işdə Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, tədbir mütənasib və uyğundur, şikayət açıq-aşkar əsaslandırılmayıb və Konvensiyanın 35-ci maddəsinin 3(a) bəndinə uyğun olaraq rədd edilməlidir. Həmçinin qeyd edilməlidir ki, ilkin iddia üzrə iddiaçı yaşayış evinin sökülməsini dolayısı ilə qəbul edir, lakin təklif edilən mənzil sahəsinin az olmasından narazıdır. Belə ki, ilkin iddia ərizəsinin məzmunundan da göründüyü kimi, iddiaçı 20-30 faiz əlavəsi ilə birlikdə 502 kv.m. mənzil tələb edir. İş üzrə məhkəmə tərəfindən ekspertiza keçirilmiş, həmçinin iddiaçının vəsatəti əsasında yenidən qiymətləndirmə rəyi alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyi ilə ünvan 1 ünvanında yerləşən 3 mərtəbəli fərdi yaşayış evinin ümumi sahəsinin 289.4 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyi ilə ünvan 14 ünvanında yerləşən mənzil və üzərindəki tikilinin ümumi sahəsinin 289.5 kv.m. olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. Bu baxımdan ilkin iddia üzrə iddiaçı yaşayış evinin 502 kv.m. olduğunu bildirsə də, bu halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə ekspert rəyləri ilə yaşayış evinin sahəsinin 289.5 kv.m. olduğu müəyyən edilmişdir. Həmçinin iddiaçı yaşayış evinin sahəsinə 20-30 faiz əlavə edilməli olduğunu bildirsə də, bunun hər hansı bir qanuni əsası müəyyən edilməmişdir. Eləcə də iddiaçı cavabdeh tərəfindən bina inşa edilərkən ara məsafəsinin gözlənilmədiyinə, bununla da həmin mənzildə yaşamaq hüququnun pozulduğuna istinad edərək mənzilinin əvəzinə cavabdeh tərəfindən yeni mənzilin verilməli olduğuna istinad etsə də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin 16 fevral 2022-ci il tarixli rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunmuş yaşayış binası ilə Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 7 saylı evin 4 nömrəli fərdi yaşayış evi arasındakı məsafənin Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Eyni zamanda iddiaçı qeyd edilən mənzilin istismara təhlükəli vəziyyətə düşməsində cavabdehin təqsiri olduğunu bildirsə də, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə MTK-nın iddiaçının mənzilinə hər hansı bir zərər vurmadığı müəyyən edilmişdir. Göründüyü kimi, ilkin iddia üzrə iddiaçı yaşayış evinin qəzalı olmasına, tikinti normalarının əhəmiyyətli dərəcədə pozulması ilə inşa edilməsinə baxmayaraq, hər hansı bir sübut təqdim etmədən mübahisələndirilən mənzil üçün kifayət qədər yüksək əvəz tələb edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilməməlidir. Qarşılıqlı iddia ilə bağlı ilk növbədə qeyd olunmalıdır ki, ilkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil2 eyni tərəf, eyni predmet və eyni əsasla mübahisəyə daha öncə də baxılması səbəbindən qarşılıqlı iddia üzrə icraata xitam verilməli olmasını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, hər üç instansiya tərəfindən baxılmış 2(005)-293/2020 saylı mülki iş üzrə Cavabdeh MTK-nın tələbi cavabdeh İddiaçı ona məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən 265000 manat kompensasiya ödənilməsi şərti ilə köçürülməsi, cavabdeh İddiaçı Cavabdeh apardığı tikintiyə törətdiyi maneələrin qadağan edilməsindən ibarət olmuşdur. Hazırda isə Cavabdeh MTK-nın tələbi qəzalı vəziyyətdə olan və ətrafdakılar üçün ağır nəticələrə səbəb ola bilən, təhlükə mənbəyi olan İddiaçı məxsus ünvan 3 ünvanda yerləşən mənzilin sökülməsi və əvəzində Cavabdeh MTK tərəfindən istismara verilmiş çıxarışlarla təmin edilmiş, 3 ədəd təmirli mənzillərin iddiaçıya verilməsindən ibarətdir. Həmçinin hazırki qarşılıqlı iddia tələbinin hüquqi əsası kimi mənzilin qəzalı vəziyyətdə olduğunu müəyyən edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin 16 fevral 2022-ci il tarixli rəyi çıxış edir. Qarşılıqlı iddia ərizəsindən göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı mülkiyyətçiyə MTK tərəfindən istismara verilmiş, məskunlaşmış, çıxarışlarla təmin edilmiş, həmin ərazidə inşa edilmiş binanın A blokunda 4-cü mərtəbəsində yerləşən 1 ədəd 3 otaqlı ümumi sahəsi 137.8 kv.m, A blokun 4-cü mərtəbəsində 1 ədəd 2 otaqlı ümumi sahəsi 93.5 kv.m mənzil və B blokunda 1 ədəd 1 otaqlı, ümumi sahəsi 59,9 kv.m. olan mənzillər təklif edir. Məhkəmə ekspert rəyinə işin digər araşdırılmış halları və sübutları ilə qiymət verərək qeyd edir ki, hazırkı işin halları baxımından qarşılıqlı iddia üzrə iddiaçının təklifi ağlabatan olmaqla ədalətlidir. Belə ki, əmlakın sökülməsi müqabilində təqdim edilən əvəz mülkiyyətçini əvvəlki vəziyyəti ilə müqayisədə əliverişsiz vəziyyətə salmamaqla, mülkiyyət hüquqlarının təmin edilməsinə mane olmur. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, insanların həyat və sağlamlığı üçün təhlükə kəsb edən mübahisəli mənzilin sökülməsində ictimai marağın olması da işin mübahisəsiz halıdır. Bu baxımdan məhkəmə şəhərsalmanın planlaşdırılması, ölkənin abadlaşdırılması, eləcə də digər şəxslərin hüquq və azadlıqlarının təmin edilməli olmasını nəzərə alaraq hesab edir ki, inşa edilmiş yaşayış binasında müvafiq mənzillərin ayrılması şərti ilə qarşılıqlı iddia üzrə cavabdehin mülkiyyətinə həyata keçiriləcək müdaxilə mütənasib hesab olunmalıdır. Belə ki, ictimai marağın və ictimai təhlükəsizliyin təmin edilməsi zərurəti nəzərə alınmaqla fiziki şəxsin mülkiyyət və digər hüquqlarına müdaxilə həm zəruri, həm də mütənasibdir. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil və mülki qanunvericiliyində nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Özü və ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə yaradan mənzildə yaşamaqda və ya ondan istifadə etməkdə isə cavabdehin əsaslı qanuni mənafeyi mövcud deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, tələbin xarakteri əmlak maraqlarının mövcudluğunu nəzərdə tutduğu hallarda, belə maraq yalnız o zaman “əmlak” hesab oluna bilər ki, daxili qanunvericilikdə onun əsasları müəyyən edilsin (Kopecky Slovakiyaya qarşı iş üzrə 2004cü il 28 sentyabr tarixli, X4rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli, Radomilja və digərləri Xorvatiyaya qarşı iş üzrə 2018-ci il 20 mart tarixli Qərarlar). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdehin qəzalı mənzildə yaşaması qanunvericiliyin tələblərinə zidd olmaqla bərabər, ətrafdakılar üçün təhlükə yaratmaqla ictimai marağı da zədələyindən sökülməlidir. Eyni zamanda qanunvericiliyin tələbləri və ekspert rəyi əsas götürülməklə məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının təklif etdiyi əvəz kifayət qədər ədalətli və mütənasibdir. Həmçinin məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK təhvil veriləcək mənzillərin təmir edilməsini də təklif etsə də, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı həmin təklifi qəbul etməmiş, onların təmirinin keyfiyyətsiz olduğunu bildirmişdir. Bu səbəbdən məhkəmə mənzillərin təmiri üçün hər kv.m-ə görə 150 manat məbləğində pulun verilməsini ağlabatan və məqsədəuyğun hesab edir. Belə ki, mövcud vəziyyətdə qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə yaşayış sahələrinin yenidən qurulmasına dair tədbirlərin həyata keçirilməsinə maneəçilik törədilməsi, mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsinə yol açır. Hazırki mübahisə nəinki mübahisələndirilən mənzilin mülkiyyətçisi üçün, eyni zamanda ətraf ərazidə yaşayanlar üçün təhlükə törətməklə ictimai ədalət prinsipinin pozulmasına səbəb olur. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia təmin edilməli, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus ünvan 3 ünvanda yerləşən mənzil sökülməsi üçün Cavabdeh MTK-ya təhvil verilməli, ünvan 3 ünvanda yerləşən mənzilin əvəzinə İddiaçı həmin ərazidə Cavabdeh MTK tərəfindən inşa edilmiş, istismara verilmiş, məskunlaşmış, çıxarışlarla təmin edilmiş binanın A blokunda 4cü mərtəbədə yerləşən 1 ədəd 3 otaqlı, ümumi sahəsi 137.8 kv.m, A blokun 4-cü mərtəbəsində 1 ədəd 2 otaqlı, ümumi sahəsi 93.5 kv.m və B blokunda 1 ədəd 1 otaqlı, ümumi sahəsi 59,9 kv.m olan mənzillər qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı təhvil verilməli, təhvil veriləcək mənzillərin hər kv.m-nin təmiri üçün 150 manat məbləğində pul qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK tərəfindən ödənilməlidir. Həmçinin məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 manat pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Eyni zamanda "xxxx" MMC tərəfindən aparılmış ekspert tədqiqatının dəyəri olan 300 manat məbləğində pul qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MTK-ya qarşı (Azərbaycan Respublikası Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənzillə təmin edilmə tələbinə dair ilkin iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh MTK-nın qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı qarşı (Azərbaycan Respublikası Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) əmlakın sökülməsi və s. tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus ünvan 3 ünvanda yerləşən mənzil sökülməsi üçün Cavabdeh MTK-ya təhvil verilsin. ünvan 3 ünvanda yerləşən mənzilin əvəzinə İddiaçı həmin ərazidə Cavabdeh MTK tərəfindən inşa edilmiş, istismara verilmiş, məskunlaşmış, çıxarışlarla təmin edilmiş binanın A blokunda 4-cü mərtəbədə yerləşən 1 ədəd 3 otaqlı, ümumi sahəsi 137.8 kv.m, A blokun 4-cü mərtəbəsində 1 ədəd 2 otaqlı, ümumi sahəsi 93.5 kv.m və B blokunda 1 ədəd 1 otaqlı, ümumi sahəsi 59,9 kv.m olan mənzillər qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı təhvil verilsin. Təhvil veriləcək mənzillərin hər kv.m-nin təmiri üçün 150 (yüz əlli) manat məbləğində pul qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK tərəfindən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ödənilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat pul qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN**********, AZ34CTRE********************, X1, KOD 210005, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. "xxxx" MMC tərəfindən aparılmış ekspert tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: Kapital Bank ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ013501**********1944, filialın kodu: 201296) SWİFT kod: AİİBAZ2XXXX) ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-807/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-807/2023
24.11.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver