Məhkəmə qərarları › İş №2(005)-82/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-82/2021

14.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-82/2021 14.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3, Cavabdeh1 iştirakı ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdeh şəxslərin mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” X2 Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdeh şəxslərin mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, Zeynal Xəlil küçəsində yerləşən 14 nömrəli evin 1 nömrəli mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi, onların mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı “xxxx” X2 Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” X2 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş və Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Zeynal Xəlil küçəsində yerləşən 14 nömrəli evin 1 nömrəli mənzilinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyul 2016-ci il tarixli 2(005)-746/2016 nömrəli qətnaməsinə əsasən tutma yönəldilmişdir. Əmlaka dair “xxxx” X2 Açıq Səhmdar Cəmiyyətinin mülkiyyət hüquqları 25 aprel 2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmış və bankın adına RX seriyalı ******* nömrəli çıxarış alınmışdır. İddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi Mənzil İstismar Kommunal Sahəsinin 38/3036 nömrəli 16 sentyabr 2014-cü il tarixli arayışından göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, Zeynal Xəlil küçəsində yerləşən 14 nömrəli evin 1 nömrəli mənzilində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qeydiyyatda olmaqla yaşayırlar. Əmlakın “xxxx” X2 Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdeh şəxslər mənzildən çıxmaqdan imtina edirlər. Məhkəmə araşdırması zamanı iddiaçı “xxxx” X2 Açıq Səhmdar Cəmiyyəti əsl iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə əvəz edilmişdir. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbinin əsasssız olduğunu bildirərək rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdər olunmuşlar, lakin məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyul 2016-cı il tarixli, 2(005)-746/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, 10 oktyabr 2014-cü il tarixli 24-A-1-0-724-14 saylı kredit müqaviləsi üzrə yaranmış kredit borcu-18204 manat məbləğində əsas borc, 3115 manat məbləğində faiz və 1800 manat məbləğində cərimə, cəmi 23119 manat, 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat, xidmət haqqı 20 manat pul məbləği Cavabdeh1 müştərək qaydada “xxxx” İKB-nin xeyrinə tutulması, tələbin Cavabdeh1 məxsus və ipoteka ilə yüklü, ilkin satış qiyməti 46000 manat olan Bakı şəhəri Nərimanov rayonu, Z.Xəlil küçəsi, 14 saylı evin 1 otaqlı 1 saylı mənzilinə yönəldilməsi və həmin mənzil açıq hərracdan satılaraq əldə edilən vəsaitdən borcun ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsindəki 14 nömrəli evin 17.92 kv.metr ümumi sahəsi olan 1 nömrəli mənzili “xxxx” İKB Açıq Səhmdar Cəmiyyətinin adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25.08.2020-ci il tarixli, 2(103)-3174/2020 saylı qətnaməsi ilə iddaçı Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli, 2(009)-919/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 12.04.2021-ci il tarixli, 2(102)- 1235/2021 saylı qərarı ilə iddiaçı Cavabdeh1 kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25.08.2020-ci il tarixli, 2(103)-3174/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 38 saylı MKİS-in 044989 №-li arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, Zeynal Xəlil küçəsində yerləşən 14 nömrəli evin 1 nömrəli mənzildə qeydiyyatdadırlar. Mülki işin araşdırılmış hallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyul 2016-cı il tarixli, 2(005)-746/2016 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilərək, 10 oktyabr 2014-cü il tarixli 24-A-1-0-724-14 saylı kredit müqaviləsi üzrə yaranmış kredit borcu-18204 manat məbləğində əsas borc, 3115 manat məbləğində faiz və 1800 manat məbləğində cərimə, cəmi 23119 manat, 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat, xidmət haqqı 20 manat pul məbləği Cavabdeh1 müştərək qaydada “xxxx” İKB-nin xeyrinə tutulması, tələbin Cavabdeh1 məxsus və ipoteka ilə yüklü, ilkin satış qiyməti 46000 manat olan Bakı şəhəri Nərimanov rayonu, Z.Xəlil küçəsi, 14 saylı evin 1 otaqlı 1 saylı mənzilinə yönəldilməsi və həmin mənzil açıq hərracdan satılaraq əldə edilən vəsaitdən borcun ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd edilən qətnamə mübahisələndirilmiş və yuxarı instansiya məhkəmələrinin yekun aktları ilə qüvvədə saxlanılmışdır. Əmlaka dair “xxxx” X2 Açıq Səhmdar Cəmiyyətinin mülkiyyət hüquqları 25 aprel 2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmış və bankın adına RX seriyalı ******* nömrəli çıxarış alınmışdır. İddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi Mənzil İstismar Kommunal Sahəsinin 38/3036 nömrəli 16 sentyabr 2014-cü il tarixli arayışından göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, Zeynal Xəlil küçəsində yerləşən 14 nömrəli evin 1 nömrəli mənzilində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qeydiyyatda olmaqla yaşayırlar. Əmlakın “xxxx” X2 Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdeh şəxslər mənzildən çıxmaqdan imtina edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən -mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Zeynal Xəlil küçəsində yerləşən 14 nömrəli evin 1 nömrəli mənzil 25 aprel 2018-ci il tarixdə iddiaçının adına qeydiyyatdan keçirilmiş və hal-hazırda mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçıya məxsus mənzildə yaşamaqla qeydiyyatdadırlar. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin mənzildə qalması, mülkiyyətçinin mənzilə dair hüquqlarını həyata keçirilməsinə mane olur, iddiaçının mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, Zeynal Xəlil küçəsində yerləşən 14 nömrəli evin 1 nömrəli mənzilinə olan istifadə hüquqlarına xitam verilməli, onlar mənzildən çıxarılmalı, həmin mənzil boşaldılmalı və iddiaçıya təhvil verilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsində yerləşən 14 nömrəli evin 1 nömrəli mənzilinə olan istifadə hüquqlarına xitam verilsin, onlar mənzildən çıxarılsınlar, həmin mənzilin boşaldılsın və iddiaçıya təhvil verilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar