Məhkəmə qərarları › İş №2(005)-823/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-823/2023

05.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-823/2023 05.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında 12 may 2017-ci il tarixdə bağlanmış 115 saylı müqaviləyə əsasən, İddiaçı ünvan 1 ünvanında 60 kv.m-lik mənzilin əvəzinə verilmiş ümumi sahəsi 55,2 kv.m olan mənzilin 4,8 kv.m-dən ibarət çatışmayan sahəsinin dəyəri olan 12000 manat pul Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən tam təmirli, 2 otaqlı mənzil İddiaçı məxsus olmuş, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdınna və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 24 fevral 1995-ci il tarixdə 30/3177 qeydiyyat nömrəsi ilə mənzil üzərində mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarı və Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 37 saylı 18 yanvar 2017-ci il tarixli sərəncamı əsasında İddiaçı yaşadığı ünvan 2 ünvanında yerləşən tam təmirli, 2-otaqlı mənzil sökülərək, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qarşılıqlı razılaşma əsasında alınaraq, yerində “Pilot layihə” əsasında hündürmərtəbəli yaşayış sahəsi inşa olunmuşdur. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında 12 may 2017-ci il tarixdə bağlanmış 115 saylı müqaviləyə əsasən, İddiaçı xx.xx.1995-ci il tarixdə, 30/3177 qeydiyyat nömrəsi ilə Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsi ilə öz mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 20.0 kv.m ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verməyi, “Tikinti şirkəti Cavabdeh MMC isə “Əmlak mülkiyyətçisinin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 60,0 kv.m, təmirli mənzili yeni tikiləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə qədər başa çatdıraraq müqavilə şərtlərinə uyğun olaraq nəzərdə tutulmuş mənzili “Əmlak mülkiyyətçisi”nə təhvil verməyi öhdəsinə götürmüşdür. Belə ki, cavabdeh iddiaçının ikiotaqlı mənzilini və əlavə tikililəri mənzilin daxilindən ölçərək, ümumi sahənin 60 kv.m olduğunu bildirmiş və əvəzində yeni tikiləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında iddiaçıya sahəsi 60,0 kv.m-dən ibarət təmirli mənzil verməyi öhdəsinə götürsə də, iddiaçıya təklif edilən mənzil müqavilə şərtlərinə uyğun gəlməmiş, yeni mənzilin ümumi sahəsi 55,2 kv.m olmuş, bir otaq və mətbəxdən ibarət olmuş, mənzil daxilində qapılar qoyulmamış, otaq ara laminant və plintus vurulmamış, mətbəxə qaz xətti çəkilməmiş və balkona metlax vurulmamışdır. Bu mənzil iddiaçının ailəsinin yaşaması üçün əlverişsiz olduğundan, mənzili qəbul etməmiş və məcbur olub 2020-ci il yanvar ayının 9-dan iyun ayının 9-dək 5 ay qaldığı kirayədə yenidən öz hesabına (aylıq 400 manat ödəməklə) yaşamışdır. Qeyd edilən müddət ərzində cavabdehə 2 otaqdan ibarət 60 kv.m-lik mənzilin verilməsi barədə dəfələrlə müraciət etsə də, müsbət nəticəsi olmamış, məcbur olub mənzili göstərilən nöqsanlar saxlanılmış vəziyyətdə 9 iyun 2020-ci il tarixdə qəbul etmişdir. Bununla bağlı, məhkəməyə müraciət edərək, cavabdehin təqsiri nəticəsində 2019-cu ilin sentyabr ayından 2020-ci ilin yanvar ayının 9dək müqavilə üzrə ödənilməmiş dörd aylıq (1600 manat) kirayə haqqının, 2020-ci il 9 yanvardan 2020-ci il 9 iyunadək öz hesabına ödədiyi beş aylıq (2000 manat) kirayə haqqının, 60 kv.m sahəyə vurulmuş divar kağızının (620 manat) dəyərinin balkona vurulmayan metlaxın (90 manat) dəyərinin, mətbəxə çəkilməyən qaz xəttinin (180 manat) dəyərinin və dövlət rüsumu qaydasında 30 manat vəsaitin (ümumi olaraq 4520 manat) Cavabdeh MMC-dən alınaraq xeyrinə ödənilməsi, eyni zamanda müqavilədə nəzərdə tutulmuş 60 kv.m sahədə iki otaqdan ibarət mənzilin ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli 2(005)-1730/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 60 kv.m sahəyə vurulmuş divar kağızının, eyvana vurulan plitkanın və qaz xəttinin çəkilməsi üçün sərf edilmiş 1772 manat və dövlət rüsumu 30 manat, cəmi 1802 manat məbləğin Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulması qət edilmişdir. Eyni zamanda, iddiaçı dəfələrlə mənzillə bağlı maliyyə arayışının verilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh tərəf qərəzli şəkildə, yəni cavabdehə qarşı məhkəməyə müraciət etdiyi üçün arayışın verilməsindən imtina etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil2 mənzilin müqavilədə nəzərdə tutulmuş sahəsi ilə faktiki sahəsi arasında fərqin cüzi olduğunu və bu fərqin təmin işlərinin aparılmasından irəli gəldiyini bildirərək iddianın rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında 12 may 2017-ci il tarixdə bağlanmış 115 saylı müqaviləyə əsasən, İddiaçı xx.xx.1995-ci il tarixdə, 30/3177 qeydiyyat nömrəsi ilə Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsi ilə öz mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 20.0 kv.m ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verməyi, “Tikinti şirkəti Cavabdeh MMC isə “Əmlak mülkiyyətçisinin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 60,0 kv.m, təmirli mənzili yeni tikiləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə qədər başa çatdıraraq müqavilə şərtlərinə uyğun olaraq nəzərdə tutulmuş mənzili “Əmlak mülkiyyətçisi”nə təhvil verməyi öhdəsinə götürmüşdür. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-1730/2021 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh MTK-ya qarşı öhdəliyin icrası tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, 60 kv.m sahəyə vurulmuş divar kağızının, eyvana vurulan plitkanın və qaz xəttinin çəkilməsi üçün sərf edilmiş 1772 manat və dövlət rüsumu 30 manat, cəmi 1802 manat məbləğin Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskpertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/1320 nömrəli ekspert rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ilə "Poleks” MTK arasında bağlanmış 12 may 2017-ci il tarixli müqaviləyə əsasən verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 48A. mərtəbə 6, 29 saylı mənzilin faktiki sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadan) 58,9 kv.metr təşkil etdiyi müəyyən edilir. İddiaçı ilə "Poleks” MTK arasında bağlanmış 12 may 2017-ci il tarixli müqaviləyə əsasən verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 48A, mərtəbə 6, 29 saylı mənzilin faktiki sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadan) 58,9 kv.metr təşkil etdiyini nəzərə alaraq, sözügedən mənzilin faktiki sahəsi ilə müqavilədə göstərilən sahə (60,0 kv.m) arasında 1,1 kv.metr fərq olduğu müəyyən edilmişdir. Mülki iş materiallarında olan X2 ilə "Poleks” MTK arasında bağlanmış 12 may 2017-ci il tarixli müqaviləyə əsasən mənzil verilərkən ölçülərin hansı qaydaya əsasən aparıldığına dair məlumat olmadığından sahələr arasında yaranmış fərqin texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ƏEM/M 39-286/23 saylı ekspert rəyinə əsasən xx.xx.2017-ci il tarixli müqavilə üzrə "xxxx" MTK tərəfindən verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən, ev 48A, mərtəbə 6, 29 saylı mənzil üçün təmirli olaraq 12 may 2023-cü il tarixinə 1 kv.metr üzrə bazar dəyəri 2 300,0 manat təşkil edir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Tərəflər arasında bağlanmış müqaviləyə əsasən İddiaçı öz mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 20.0 kv.m ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verməyi, “Tikinti şirkəti Cavabdeh MMC isə Əmlak mülkiyyətçisinin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 60,0 kv.m, təmirli mənzili yeni tikiləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə qədər başa çatdıraraq müqavilə şərtlərinə uyğun olaraq nəzərdə tutulmuş mənzili “Əmlak mülkiyyətçisi”nə təhvil verməyi öhdəsinə götürmüşdür. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona verilmiş mənzilin faktiki sahəsi ilə müqavilədə nəzərdə tutulmuş sahəsi arasında 4,8 kv.m fərq olduğununu bildirir və çatışmayan sahənin dəyəri olan 12000 manat pulun ödənilməsini tələb edir. Mülki iş üzrə təyin edilmiş ekspertiza ilə mənzilin müqavilədə nəzərdə tutulmuş sahəsi ilə faktiki sahəsi arasında 1.1 kv.metr fərq olduğu müəyyən olunmuşdur. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarında aydın olur ki, Cavabdeh MTK tərəflər arasında bağlanmış müqaviləyə əsasən İddiaçı ümumi sahəsi 60 kv.m olan mənzil verməyi öz öhdəsinə götürsə də, ümumi sahəsi 58,9 kv.metr olan mənzil vermişdir. Bununla da Cavabdeh MTK müqavilə üzrə öhdəlikllərini lazımi qaydada icra etməmiş, İddiaçı haqlı olaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçı tərəfindən tələb olunan pul məbləği ilə bağlı qeyd edir ki, mənzilin müqavilə üzrə nəzərədə tutulmuş ümumi sahəsi və faktiki ümumi sahəsi arasında 1,1 kv.metr fərq olduğu müəyyən edilmiş, iş üzrə verilmiş ekspert rəyi ilə İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən, ev 48A, mərtəbə 6, 29 saylı mənzilin üçün təmirsiz olaraq 1 kv.m üçün bazar qiymətinin dəyəri, təqribən 2300 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda sahə fərqinə görə ödənilməli ümumi məbləğ 2530 manat təşkil edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MTK-dan İddiaçı xeyrinə 2530 manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının ödənilmiş rüsumla bağlı tələbi olmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun 1/5 hissəsi, yəni 10 manat pul Cavabdeh MTK-dan, qalan 4/5 hissəsi, yəni 40 manat pul isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzi hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) keçirilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 250 manat pulun iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 1/5 hissəsi, yəni 50 manat pul Cavabdeh MTK-dan, qalan 4/5 hissəsi, yəni 200 manat pul isə İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ68İBAZ********************, Bank: ABB ASC, VÖEN: **********, Müxbir hesab: AZ03NABZ013501**********2944, KOD: 805711; SWİFT: İBAZAZ2X) keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MTK-dan İddiaçı xeyrinə 2530 manat pul tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun 1/5 hissəsi, yəni 10 manat pul Cavabdeh MTK-dan, qalan 4/5 hissəsi, yəni 40 manat pul isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzi hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) keçirilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 250 manat pulun iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 1/5 hissəsi, yəni 50 manat pul Cavabdeh MTK-dan, qalan 4/5 hissəsi, yəni 200 manat pul isə İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ68İBAZ********************, Bank: ABB ASC, VÖEN: **********, Müxbir hesab: AZ03NABZ013501**********2944, KOD: 805711; SWİFT: İBAZAZ2X) keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar