Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-829/2023 27.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X4 Mehdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə ödənilmiş 9600 manat pul vəsaitinin, 960 manat dəbbə pulunun, əldən çıxmış faydaya görə 5000 manat, mənəvi zərərə görə 1000 manat olmaqla, cəmi 16560 manat pul vəsaitinin və ödənilmiş 140 manat dövlət rüsumunun əvəzinin "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, o, Biləcəri qəsəbəsi, yeni yaşayış massivi, döngə 5 ünvanda yerləşən 3 sot torpaq sahəsində yaşamaq üçün fərdi yaşayış evi tikmək qərarına gəlmişdir və televiziya proqramında "xxxx" MMC-nin müvafiq ödəniş müqabilində razılaşdırlmış formada yaşayış evləri və digər tikililər inşa etməsi barədə reklamdan maraqlanmışdır. Bu məqsədlə reklamda qeyd olunan telefon nömrəsi ilə əlaqə saxlayıb 1- 2 dəfə həmin şirkətin Nərimanov rayonunda yerləşən ofisində görüşmüşdür. Sonda isə 12 oktyabr 2021-ci il tarixində "xxxx" MMC ilə müqavilə bağlamışdır. Müqaviləyə görə icraçı 125 kv.m olan mənzili 2 ay müddətində tikməyi etməyi öhdəsinə götürmüşdür və görülən işlərə görə cəmi 24000 manat miqdarında muzd ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilədə həmçinin müəyyən edilmiş müddətdən artıq iş uzanarsa sifarişçiyə, yəni ona hər günə 0.1 faiz kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Lakin icraçı tərəfindən müqavilə öhdəlikləriləri pozmuş, 2 ay müddətinə yəni xx.xx.2021-ci il tarixədək görülməli iş gecikdirilmişdir. Artıq 1 ildən artıq müddətdir kı, görülməli olan işlər yarımçıq qalmışdır. Qeyd edir ki, o öz üzərində olan öhdəliklərin hamısını yerinə yetirmiş, müqavilə müddəalarında sərtləşdirilmiş muzd məbləğini, yəni ilkin olaraq 9600 manatı xx.xx.2021-ci ildə FRB seriyalı 375381 saylı fakturaya əsasən vaxtında şirkətə ödəmişdir. Göründüyü kimi cavabdeh şirkət öz öhdəliklərini icra etməmiş, mənim çoxsaylı müraciətlərimdən sonra yalnız 5 daş həddində tikinti işlərini yarımçıq saxlamış, qalan işlərin görülməsi icrasız saxlanılmışdır. Nəticədə isə ona külli məbləğdə zərər dəymişdir. Belə ki, artıq günü-gündən tikinti materiallarının qiyməti dünyada mövcud olan müharibə və digər səbəblərdən qalxmış, eləcə də, o uzun müddətli get-gəldən bezmiş və mənəvi sarsıntı keçirmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə ödənilmiş 9600 manat pul vəsaitinin, 960 manat dəbbə pulunun, əldən çıxmış faydaya görə 1000 manat, mənəvi zərərə görə 300 manat olmaqla, cəmi 11860 manat pul vəsaitinin və və ödənilmiş 140 manat dövlət rüsumunun əvəzinin "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh lazımi qaydada xəbərdar edilməsi üçün məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Bu halda məhkəmə sənədləri rəsmi qaydada verilmiş hesab olunur. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddiaya qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə işdə cavabdehə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən məhkəmə sənədlərinin rəsmən verilmiş hesab olunduğunu, iddiaçının işə qiyabi icraatda baxılmasına yazılı razılığının olmasını nəzərə alaraq işə qiyabi icraatda baxılması barədə qərardad qəbul etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC (icraçı) İddiaçı (sifarişçinin) sifarişinə əsasən və müqavilənin ayrılmaz hissəsi olan əlavə 1 də göstərilən işləri həyata keçirməyi öz öhdəsinə götürür. Sifarişçi işlərin yerinə yetirilməsinin əvəzində icraçıya bu müqavilədə göstərilən məbləğin ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən icraçı sifarişçi ilə 125 kv.m olan mənzili 2 ay ərzində təmir etməyi öhdəsinə götürür və görülən işlərə görə 24000 manat miqdarında muzd haqqı ödəniləcək. Müəyyən edilmiş müddətdən artıq iş uzanarsa Sifarişçiyə hər günə 0.1 faiz kompensasiya geri ödənilənəcək. Müqavilənin 3.2-ci bəndinə əsasən müqavilə bağlandığı andan ümumi məbləğin 40 faizi, işin ortasında hörgünün hamaralnması işlər daxil 40 faizi, işin sonlarına yaxın (iş bitməmiş) dam örtüyündən sonra 20 faiz ödənilənəcək. Müqavilənin 3.3-cü bəndinə əsasən təmirə 5 il zəmanət verilir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı ev tikintisi üçün "xxxx" MMC-yə 9600 manat ödəniş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1195 nömrəli ekspert rəyinin nəticə hissəindən görünür ki, Bakı şəhəri, Biləcəri qəsəbəsi, X3 İddiaçı məxsus yaşayış evi üzrə aparılmış tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 3695,0 manat məbləğində olduğunu, xx.xx.2021 -ci il tarixli müqavilədə aparılacaq işlərin ümumi dəyərinin 24000 manat göstərildiyini nəzərə alaraq, faktiki görülmüş işlərin dəyərinin xx.xx.2021 -ci il tarixli müqavilədə göstərilən məbləğə uyğun olmadığı, 20305 manat (24000-3695) az olduğu müəyyən edilir. Bakı şəhəri, Biləcəri qəsəbəsi, X3 İddiaçı məxsus fərdi yaşayış evi üzrə aparılmış tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 3695,0 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və ayrılmazdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh "xxxx" MMC arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır, ona görə də tərəflər arasında yaranan mübahisə məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Məhkəmə qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki hüquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə onu da qeyd edir ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmalıdır. (Mülki Məcəllənin 404.1 və 2-ci maddəsi) Məhkəmə hesab edir ki, ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin qanuniliyi yoxlanılmalı, həmin mübahisəyə qiymət verilməlidir. Odur ki, müqavilə münasibətləri çərçivəsində yaranan mübahisəyə qanuni əsaslarla qiymət verildikdə ümumi mübahisənin düzgün həllinə nail olmaq mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən Pro Təmir İnşaat” MMC (icraçı) İddiaçı (sifarişçinin) sifarişinə əsasən və müqavilənin ayrılmaz hissəsi olan əlavə 1 də göstərilən işləri həyata keçirməyi öz öhdəsinə götürür. Sifarişçi işlərin yerinə yetirilməsinin əvəzində icraçıya bu müqavilədə göstərilən məbləğin ödənilməsini öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 442-ci maddəsinə nəzər yetirsək, hazırki mübahisənin öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməsini əsaslı hesab etmək olar. Belə ki, iddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixdə müqavilə bağlanmış, cavabdeh "xxxx" MMC müqavilənin 3.1-ci bəndinə əsasən mənzili 2 ay ərzində təmir etməyi öhdəsinə götürsə də müqavilənin şərtlərini yerinə yetirməmiş, habelə həmin öhdəliklərin icrasına dair hər hansı sübutlar təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1195 nömrəli ekspert rəyindən də göründüyü kimi Bakı şəhəri, Biləcəri qəsəbəsi, X3 İddiaçı məxsus fərdi yaşayış evi üzrə aparılmış tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 3695,0 manat məbləğində müəyyən olunmuşdur. Belə olan halda təsdiq olunmuşdur ki, cavabdeh cəmiyyyət müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməyərək, işləri başa çatdırmamışdır. Bu səbəbdən də məhkəmə iddia tələbinin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə ödənilmiş 9600 manat pul vəsaitinin tutlması hissəsində əsaslı hesab edir. Məhkəmə iddia tələbinin dəbbə pulunun tutulması hissəsində qeyd edir ki, tərəflər arasında bağlanmış 12 oktyabr 2021-ci il tarixli müqavilənin 3.1-ci bəndinə əsasən, caavbdeh cəmiyyət müəyyən edilmiş müddətdən artıq iş uzanarsa Sifarişçiyə hər günə 0.1 faiz kompensasiya geri ödənilməsi öhdəliyini üzərinə götürdüyündən, iddia tələbi 960 manat dəbbə pulunun tutulması hissəsində də əsaslı olduğundan təmin olunmalıdır. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilə 12 oktyabr 2021-ci il tarixdə bağlanmış və cavabdeh tərəfin üzərinə düşən öhdəliyi icra etməməsi nəticəsində iddiaçıya zərər dəyməklə yanaşı, müqavilənin bağlandığı vaxtdan 3 il keçməklə tikinti materiallarının qiymətinin bahalaşması və digər səbəblərdən əldən çıxmış faydaya görə 1000 manat məbləğində pulun tutulması hissəsində əsaslı olduğundan həmin hissədə iddianın təmin edilməsi qənaətinə gəlir. Məhkəmə iddiaçının 300 manat mənəvi zərərin tutulması tələbinə münasibətdə aşağıdakıları qeyd edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə cavabdehin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsindən boyun qaçırmasına görə iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsini nəzərə alaraq, vurulan mənəvi ziyanın 300 (üç yüz) manat məbləğində iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. Məhkəmə yekun olaraq qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdeh "xxxx" MMC-nin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh "xxxx" MMC yuxarıda qeyd edilən müqavilələrlə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, müqavilələrlə nəzərdə tutulan hərəkətləri tam icra etməyərək, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, cavabdeh "xxxx" MMC özünün risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 140 (yüz qırx) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul cavabdehdən tutularaq “Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Hesab AZ34CTRE********************” hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh "xxxx" MMC-dən müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə ödənilmiş 9600 manat pul vəsaiti, 960 manat dəbbə pulu, əldən çıxmış faydaya görə 1000 manat, mənəvi zərərə görə 300 manat olmaqla, cəmi 11860 manat pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdeh "xxxx" MMC-dən 140 (bir yüz qırx) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutulsun, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Cavabdeh qiyabi qətnamənin rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-829/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-829/2023
27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver