Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-842/2021 04.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Ağayev Anar Kamal oğlunun katibliyi, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il tarixlərindəki müqavilələrinə əsasən, ümumilikdə 4128 (dörd min yüz iyirmi səkkiz) manat borcun, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4158 (dörd min yüz əlli səkkiz) manat məbləğində pulun iddiaçı “xxxx” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx” MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il tarixlərindəki müqavilələrinə əsasən İMEİ kodu **********68340 Huawei P Smart markalı telefon , Samsung paltaryuyan , LG LED televizor , Braun ütü , HOFFMANN paltaryuyan , Samsung soyuducu , İMEİ kodu **********90871 X5 8T markalı telefon almış və nəticədə 4128 (dörd min yüz iyirmi səkkiz) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 638 (altı yiiz otuz səkkiz) manat (22 ay x 29 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********68340 Huawei P Smart markalı telefon üçün 172 (yüz yetmiş iki) manat olmaqla ondan, 137 (yüz otuz yeddi) manat ödənilməmiş hissə, 35 (otuz beş) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1188 (min yüz səksən səkkiz) manat (18 ay x 66 manat + 0 manat ilkin ödəniş) olan Samsung paltaryuyan üçün 554 (beş yüz əlli dörd) manat olmaqla ondan, 436 (dörd yüz otuz altı) manat ödənilməmiş hissə, 118 (yüz on səkkiz) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 405 (dörd yüz beş) manat (18 ay x 18 manat + 81 manat ilkin ödəniş) olan LG LED televizor üçün 248 (iki yüz qırx səkkiz) manat olmaqla ondan 216 (iki yüz on altı) manat ödənilməmiş hissə, 32 (otuz iki) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2382 (iki min üç yüz səksən iki) manat (18 ay x 132 manat + 6 manat ilkin ödəniş) olan Braun ütü, HOFFMANN paltaryuyan , Samsung soyuducu üçün 2466 (iki min dörd yüz altmış altı) manat olmaqla ondan 2110 (iki min yüz on) manat ödənilməmiş hissə, 356 (üç yüz əlli altı) manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 588 (beş yüz səksən səkkiz) manat (14 ay x 42 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********90871 X4 8T üçün 688 (altı yüz səksən səkkiz) manat olmaqla ondan 588 (beş yüz səksən səkkiz) manat ödənilməmiş hissə, 100 (yüz) manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1714 (bir min yeddi yüz on dörd) manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “Müştəri”-nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönədilə bilər. Məhkəmə iclasında iştirak etmiş iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfin izahatlarını, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; xx.xx.2019-cu il tarixli, 00516194 nömrəli müqavilədən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə əsasında Cavabdeh İMEİ kodu **********68340 Huawei P Smart markalı telefon satmışdır. Cavabdeh müqavilə əsasında yaranan alqı-satqı qiyməti 638 (altı yiiz otuz səkkiz) manat (22 ay x 29 manat + 0 manat ilkin ödəniş) olan borcunu hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli, 00704400 nömrəli müqavilədən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə əsasında Cavabdeh Samsung paltaryuyan satmışdır. Cavabdeh müqavilə əsasında yaranan alqı-satqı qiyməti 1188 (min yüz səksən səkkiz) manat (18 ay x 66 manat + 0 manat ilkin ödəniş) olan borcunu hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli, 00959033 nömrəli müqavilədən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə əsasında Cavabdeh olan LG LED televizor satmışdır. Cavabdeh müqavilə əsasında yaranan alqı-satqı qiyməti 405 (dörd yüz beş) manat (18 ay x 18 manat + 81 manat ilkin ödəniş olan borcunu hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli, 01104070 nömrəli müqavilədən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə əsasında Cavabdeh Braun ütü, HOFFMANN paltaryuyan, Samsung soyuducu satmışdır. Cavabdeh müqavilə əsasında yaranan alqı-satqı qiyməti 2382 (iki min üç yüz səksən iki) manat (18 ay x 132 manat + 6 manat ilkin ödəniş) olan borcunu hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli, 20087098 nömrəli müqavilədən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə əsasında Cavabdeh olan İMEİ kodu **********90871 X4 8T satmışdır. Cavabdeh müqavilə əsasında yaranan alqı-satqı qiyməti 588 (beş yüz səksən səkkiz) manat (14 ay x 42 manat + 0 manat ilkin ödəniş) olan borcunu hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2016-cı il tarixdə ASAN 5 tərəfindən verilmiş Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № 16173371 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, həmçinin DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.1985-ci il tarixdə Ermənistanın Krasnoselo rayonunda anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. xx.xx.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il tarixlərindəki müqavilələrinə əsasən İMEİ kodu **********68340 Huawei P Smart markalı telefon , Samsung paltaryuyan , LG LED televizor , Braun ütü , HOFFMANN paltaryuyan, Samsung soyuducu , İMEİ kodu **********90871 X5 8T markalı telefon alındığı bildirilmişdir. Lakin müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmişdir. Bu səbəbdən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsi və əşyaların tam dəyərini və gecuikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin qısa zamanda ödənilməsi barədə xəbərdar edilmişdir. Əks təqdirdə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı qeyd edilmişdir. Maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdehnın “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə 4128 (dörd min yüz iyirmi səkkiz) manat borcu mövcuddur. xx xxxxxx 2020-ci il tarixli Mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2019-cu il tarixli, 00516194 nömrəli müqavilə üzrə maliyyə arayışında alqı-satqı qiyməti 638 (altı yiiz otuz səkkiz) manat olmaqla, 137 (yüz otuz yeddi) manat ödənilməmiş hissə, 35 (otuz beş) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli, 00704400 nömrəli müqavilə üzrə maliyyə arayışında alqı-satqı qiyməti 1188 (min yüz səksən səkkiz) manat olmaqla ondan, 436 (dörd yüz otuz altı) manat ödənilməmiş hissə, 118 (yüz on səkkiz) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli, 00959033 nömrəli müqavilə üzrə maliyyə arayışında alqı-satqı qiyməti 405 (dörd yüz beş) manat olmaqla ondan 216 (iki yüz on altı) manat ödənilməmiş hissə, 32 (otuz iki) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli, 01104070 nömrəli müqavilə üzrə maliyyə arayışında alqı-satqı qiyməti 2382 (iki min üç yüz səksən iki) manat olmaqla ondan 2110 (iki min yüz on) manat ödənilməmiş hissə, 356 (üç yüz əlli altı) manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli, 20087098 nömrəli müqavilə üzrə maliyyə arayışında alqı-satqı qiyməti 688 (alt yüz səksən səkkiz) manat olmaqla ondan 588 (beş yüz səksən səkkiz) manat ödənilməmiş hissə, 100 (yüz) manat dəbbə pulu təşkil edir. İnternet Vergi İdarəsinin kommersiya qurumlarının dövlət reyesterinə daxil edilmiş məlumatlaradan görünür ki, iddiaçının hüquqi ünvanı ünvan 2 məhəllə 1023 qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00516194 nömrəli, xx.xx.2019-cu il tarixli, 00704400 nömrəli, xx.xx.2019-cu il tarixli, 00959033 nömrəli, xx.xx.2019-cu il tarixli, 01104070 nömrəli, xx.xx.2020-ci il tarixli, 20087098 nömrəli müqavilələrin şərtləri Cavabdeh tərəfindən pozulmuş, müqavilə şərtlərinə uyğun olaraq ödənişlər edilməmişdir. Beləliklə cavabdeh iddiaçı ilə arasında bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq ödənişlər etmədiyindən müvafiq müqavilələr üzrə əsas borcu 4128 (dörd min yüz iyirmi səkkiz) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2019-cu il tarixli, 00516194 nömrəli müqavilə üzrə 137 (yüz otuz yeddi) manat məbləğində əsas borcuna görə iddiaçı tərəfindən hesablanmış 35 (otuz beş) manat dəbbə pulu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 10 (on) manata; xx.xx.2019cu il tarixli, 00704400 nömrəli müqavilə üzrə 436 (dörd yüz otuz altı) manat məbləğində əsas borcuna görə iddiaçı tərəfindən hesablanmış 118 (yüz on səkkiz) manat dəbbə pulu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 15 (on beş) manata; xx.xx.2019-cu il tarixli, 00959033 nömrəli müqavilə üzrə 216 (iki yüz on altı) manat məbləğində əsas borcuna görə iddiaçı tərəfindən hesablanmış, 32 (otuz iki) manat dəbbə pulu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 10 (on) manata; xx.xx.2019-cu il tarixli, 01104070 nömrəli müqavilə üzrə 2110 (iki min yüz on) manat məbləğində əsas borcuna görə iddiaçı tərəfindən hesablanmış 356 (üç yüz əlli altı) manat dəbbə pulu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 40 (qırx) manata, xx.xx.2020-ci il tarixli, 20087098 nömrəli müqavilə üzrə 588 (beş yüz səksən səkkiz) manat məbləğində əsas borcuna görə iddiaçı tərəfindən hesablanmış 100 (yüz) manat dəbbə pulu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 15 (on beş) manata endirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli, 00516194 nömrəli müqaviləsinə əsasən 137 (yüz otuz yeddi) manat məbləğində ödənillməmiş əsas borc, 10 (on) manat məbləğində cərimə, xx.xx.2019-cu il tarixli, 00704400 nömrəli müqaviləsinə əsasən 436 (dörd yüz otuz altı) manat ödənillməmiş əsas borc, 15 (on beş) manat məbləğində cərimə; xx.xx.2019-cu il tarixli, 00959033 nömrəli müqaviləsinə əsasən 216 (iki yüz on altı) manat ödənillməmiş əsas borc, 10 (on) manat məbləğində cərimə; xx.xx.2019-cu il tarixli, 01104070 nömrəli müqaviləsinə əsasən 2110 (iki min yüz on) manat ödənilməmiş əsas borc, 40 (qırx) manat məbləğində cərimə; xx.xx.2020-ci il tarixli, 20087098 nömrəli müqaviləsinə əsasən 588 (beş yüz səksən səkkiz) manat ödənillməmiş əsas borc, 15 (on beş) manat məbləğində cərimə və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 3607 (üç min altı yüz yeddi) manat məbləğində pul tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 244- cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əsas borca görə 3487 (üç min dörd yüz səksən yeddi) manat, cərimə borcuna görə 90 (doxsan) manat olmaqla, cəmi 3577 (üç min beş yüz yetmiş yeddi) manat pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-842/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-842/2021
04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver