Məhkəmə qərarları › İş №2(005)-845/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-845/2022

11.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-845/2022 11.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi Məhkəmə iclas katibi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” tələbi üzrə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 23.10.1973-cü ildə X4 ilə nikaha daxil olmağı ilə əlaqədar Ermənistan Respublikasının Noemberyan rayonunun Ləmbəli kəndində kənd sovetliyində qeydiyyata alınmış nikah haqqında akt qeydinin bərpası və müvafiq şəhadətnamə verilməsini Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx xxx 1951-ci ildə Gürcüstan Respublikasının Mameuli rayonunun Qasımlı kəndində anadan olmuşdur. 23.10.1973-cü ildə X4 ilə nikaha daxil olmuş və nikah Ermənistan Respublikasının Noemberyan rayonunun Səmbəli kəndində kənd sovetliyində qeydiyyata alınmışdır. Həmin nikah şəhadətnaməsində ad qrafasında Gümrah sözü üzərində “m” hərfi əlavə edilərək düzəliş aparılmışdır. Bununla yanaşı nikah şəhadətnaməsində rəsmi möhür pozulduğundan həmin nikah şəhadətnaməsini heç bir orqan qəbul etmir. Ona görə həmin akt qeydinin bərpasına zərurət yaranmışdır. Son dəfə ötən ilin noyabr ayında həmin sənədin bərpası ilə əlaqədar 1 saylı “Bakı Asan Xidmət” Mərkəzində qeydiyyat şöbəsinə müraciət etmiş, lakin rəsmi olaraq mənə izah olunmuşdur ki, bu barədə yaşadığım Rayon Məhkəməsinə müraciət etməlidir. Həyat yoldaşım X4 20 noyabr 1948-ci ildə Ermənistan Respublikasının Ləmbəli kəndinə anadan olmuşdur. Uşaqlarının şəxsiyyət vəsiqəsində ata adı düzgün olaraq “Gümrah” adı yazılmışdır. Hesab edir ki, nikah şəhadətnaməsində yol verilmiş səhvlər düzəldilməlidir. Ərizəçi daha sonra tələbini dəqiqləşdirərək, Ermənistan SSR, Noyemberian rayon VVAQ şöbəsi tərəfindən 19.02.1973-cü il tarixdə verilmiş N 398087 saylı nikah haqqında şəhadətnamədə (Балыев Кумрах валы оглы) X5 ilə X1 eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə çıxış edərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, maraqlı şəxsin məsələyə münasibətini nəzərə alıb, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, iş materiallarında olan AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1951-cü il tarixdə Gürcüstanın Marneuli rayonunda anadan olmuş və hazırda ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı 01209609 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 20.11.1948-ci il tarixdə Ermənistanın Noyemberyan rayonunda anadan olmuş və hazırda ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı 07805603 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 13.09.1974-cü il tarixdə Ermənistanın Noyemberyan rayonunda anadan olmuş və hazırda ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı 00976456 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 12.01.1978-ci il tarixdə Ermənistanın Noyemberyan rayonunda anadan olmuş və hazırda ünvan 3 ünvanında qeydiyyatdadır. Ermənistan SSR Noyemberyan ZAQS şöbəsi tərəfindən 19.02.1972-ci il tarixdə verilmiş İ-SL seriyalı 398087 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X6 ilə X7 arasında 23.10.1973-cü il tarixdə nikah bağlanmış və bağlanmış nikah 20 nömrə ilə akt qeydləri kitabında eyni tarixdə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Balıyeva soyadı verilmişdir; Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanlanmış 13 noyabr 2021-ci il tarixli, 05/Q-2355Z15 №-li məktubundan görünür ki, 1 saylı Bakı “ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsinə ünvanladığınız nikah haqqında akt qeydinin bərpa edilməsi barədə 12.11.2021-ci il tarixli ərizənizə baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik,bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalarr-nın 2-ci hissəsinin 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Tərəfinizdən şöbəyə nikah akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənəd (nikah haqqında şəhadətnamə) təqdim olunmadığına görə ərizənizin təmini mümkün olmamışdır. Bildirir ki yuxarıda adı çəkilən müddəaların 2-ci hissəsinin 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda. vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı məhkəmə qaydasında müəyyən edilir. Hüquqi faktın müəyyən edilməsi üçün aidiyyatı məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir; 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir; 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 23.10.1973-cü ildə X4 ilə nikaha daxil olmuş və nikah Ermənistan Respublikasının Noemberyan rayonunun Səmbəli kəndində kənd sovetliyində qeydiyyata alınmışdır. Həmin nikah şəhadətnaməsində ad qrafasında Gümrah sözü üzərində “m” hərfi əlavə edilərək düzəliş aparılmışdır. Bu səbəbdən sənədin təqdim edildiyi orqanlarda anlaşılmazlıq yaranmış və hüquqi faktın müəyyən edilməsi zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ermənistan SSR, Noyemberian rayon VVAQ şöbəsi tərəfindən 19.02.1973-cü il tarixdə verilmiş N 398087 saylı nikah haqqında şəhadətnamədə (Балыев Кумрах валы оглы) X5 ilə X1 eyni şəxs olması faktının müəyyən edilməlidir. Göstərilənləri, habelə Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci və 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ermənistan SSR, Noyemberian rayon VVAQ şöbəsi tərəfindən 19.02.1973-cü il tarixdə verilmiş N 398087 saylı nikah haqqında şəhadətnamədə (Балыев Кумрах валы оглы) X5 ilə X1 eyni şəxs olması faktının müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar