Məhkəmə qərarları › İş №2(005)-846/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-846/2023

28.02.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-846/2023 28.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, Cavabdeh AR Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi X2, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh AR Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “AR Elm və Təhsil Nazirliyi”) “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh AR Təhsil Nazirliyinin nəzdində Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən qəbul edilən xx.xx.2022-ci il tarixli, K/M-148 saylı əmrin ləğvi, əvvəlki işinə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1978-ci ildən əmək fəaliyyətinə başlamış və müxtəlif vəzifələrdə çalışmışdır. 1989-cu ildən xx.xx.2022-ci ilədək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X7 Peşə Məktəbində tədris-istehsalat işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. 26 sentyabr 2022-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən, yəni “əmək müqaviləsinin müddətinin bitdiyi üçün” işdən azad edilmişdir. Aşağıda göstərilən əsaslara görə barəsində qəbul olunmuş 26 sentyabr 2022-ci il tarixli əmr əsassızdır. Belə ki, işlədiyi müddət ərzində hər-hansı əmək intizamının pozuntusuna yol verməmişdir və rəhbərlik tərəfindən hər hansı irad almamışdır. İşdən çıxarılması ilə bağlı əmri səlahiyyətli olmamasına baxmayaraq, işdən çıxarılma əmrini Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində Peşə Təhsili üzrə X7 Peşə Məktəbinin direktoru vəzifəsini icra edən şəxs tərəfindən verilmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən məhkəməyə etiraz təqdim edilmiş və göstərilmişdir ki, iddia tələbi əsassız və qanuna ziddir. İddiaçı Mirbəşir 96 nömrəli Peşə Məktəbinin (hazırda Tərtər Peşə məktəbi) xx.xx.1989-cu il tarixli 4 nömrəli əmrə əsasən tədris-istehsalat işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmiş və Tərtər Peşə Məktəbinin xx.xx.2021-ci il tarixli 01 nömrəli əmrinə əsasən işdən azad edilmiş və bu barədə əmək kitabçasında müvafiq qeyd edilmişdir. Daha sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə İddiaçı arasında sonuncunun ərizəsi əsasında müddətli əmək müqaviləsi bağlanmışdır. Göründüyü kimi iddia ərizəsində qeyd edildiyi kimi iddiaçının əmək müqaviləsi müddətli olmamışdır. İddiaçının müddətsiz olaraq bağlandığını iddia etdiyi müqavilə məktəb tərəfindən xx.xx.2021-ci il tarixində xitam verilmişdir. Agentlik ilə iddiaçı arasında xx.xx.2021-ci il tarixində yeni müddətli əmək müqaviləsi bağlamış və həmin müqavilə Agentlik tərəfindən xx.xx.2022-ci il tarixli K/M -148 nömrəli əmr ilə qanunvericiliyə uyğun olaraq müddətin bitməsi səbəbi ilə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləasinin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. İddiaçının agentlik tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verməsinə səlahiyyətinin olmaması ilə bağlı iddiası tamamilə əsassızdır. Belə ki, Tərtər Peşə Məktəbi tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verildikdən sonra, iddiaçı ilə Agentlik arasında yeni müddətli əmək müqaviləsi bağlanmış və həmin müqavilə qanunvericiliyə uyğun olaraq Agentlik tərəfindən xitam verilmişdir. Göründüyü kimi xx.xx.2021-ci il tarixli müqavilə üzrə Agentlik işəgötürən olaraq əmək münasibətinin tərəfi olaraq çıxış edir. Məhkəmənin hazırlıq iclaslarında iştirak edən iddiaçı ərizəsini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmənin baxış iclasını onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi X5 etirazın mahiyyətinə uyğun çıxış edərək, qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında 3-cü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin X8 iddia tələbinin təmin olunmamasını xahiş etmihşdir. Məhkəmə tərəflərin izahatını, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.1985-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixli əmrlə Mirbəşir 96 nömrəli Peşə Məktəbinin (hazırda Tərtər Peşə məktəbi) tədris-istehsalat işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. xx.xx.2022-ci il tarixli, K/M-148 saylı əmr ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir; Tərtər RİH-nin Tərtər Rayon Mənzil İstehsalat Təmir-İstismar sahəsinin xx.xx.2022-ci il tarixli arayışının məzmunundan görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşamaqdadır. AR Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyin xx.xx.2022-ci il tarixli, 00- 25-215/13 saylı məktubunun məzmundan görünür ki, 26 avqust 2022-ci il tarixdə əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı sonuncuya məlumat bildirilmişdir; AR Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2022-ci il tarixli K/M-148 saylı işdən azad olunma barədə əmri ilə Tərtər Peşə Məktəbinin tədris-istehsalat işləri üzrə direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qutarması) xitam verilməklə tutduğu vəzifədən azad edilmişdir; xx.xx.2022-ci il tarixli Elektron İnformasiya sistemindən çıxarışa əsasən müəyyən olunmuşdur ki, AR Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi (işəgötürən) ilə İddiaçı (işçi) arasında xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə hesab edir ki, iddia tələbləri vətəndaşın konstitusion hüquqlarından olan əmək hüquqlarının müdafiəsi ilə bağlı olduğundan iddiaçının əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi ilə əlaqədar tələblərinə əməl-olunub olunmadığı da müəyyən edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: -2-ci maddəsinin 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsiəmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafeiərinin haqq-ədalətlə və qanunun əliliyinin təmin oiunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi;əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. -11-ci maddəsinin «ə» bəndinə əsasən bu Məcəilənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölməiəri ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Belə ki, işin materiallarından da aşkar surətdə göründüyü kimi, iddiaçının əmək müqaviləsi işəgötürən tərəfindən, İddiaçı əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndi ilə ləğv edilərkən qanuni və əsaslı olmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinin müddəti qurtardıqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 77-ci maddəsinə görə, “işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 73-cü maddəsi ilə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Əmək Məcəlləsinin 45-ci maddəsinin 3-cü bəndinə görə, müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Məhkəmə cavabdeh tərəfin etirazı və arqumentləri ilə razılaşmır. Yuxarıda artıq qeyd edildiyi kimi, iddiaçı ilə cavabdeh arasındakı əmək münasibətləri xx.xx.1989-cu il tarixdən başlanmış və iddiaçı ilə sonradan yeni müqavilə bağlansa da, əmək münasibətləri xx.xx.2022-ci il tarixə kimi davam etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə görə, əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir (maddə 3, hissə 5). Əmək müqavilələri sərbəst bağlanır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz (maddə 42, hissə 1). Əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir (maddə 45, hissə 1 və 2). Əmək Məcəlləsinin tələblərindən işin müəyyən edilmiş hallarına yanaşdıqda müəyyən edilir ki, iddiaçı ilə bağlanmış əvvəlki “Əmək müqaviləsi” müddətsiz olmuşdur. Buna görə də, həmin müqaviləyə “müqavilənin müddətinin bitməsi” əsası ilə xitam verilə bilməz. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən İddiaçınun əmək müqaviləsinə qanuni və əsaslı olaraq xitam verilməmişdir. Buna görə də iddia təmin edilməlidir. Belə ki, işəgötürən tərəfindən işçi, İddiaçı xx.xx.1989-cu il tarixli əmək müqaviləsi xx.xx.2021-ci il tarixli əmrlə müddətli əmək müqaviləsi ilə əvəz edilmişdir. Cavabdeh etirazında göstərmişdir ki, iddiaçının iddia etdiyi müddətsiz əmək müqaviləsi xx.xx.2021-ci il tarixində xitam verilmiş və xx.xx.2022-ci il tarixli K/M-148 saylı əmrlə xx.xx.2021ci il tarixli müddətli əmək müqaviləsinə xitam verilmişdir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçının əmək müqaviləsi işəgötürən tərəfindən qanunla müəyyən edilmiş qaydada və qanunla müəyyən edilmiş əsasla ləğv edilmədiyindən, onun əmək müqaviləsinin işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qanuni olmamışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə əmr verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri pozulmuş, əmək müqaviləsi həmin Məcəllə ilə müəyyən edilmiş qaydalara əməl olunmadan ləğv olunmuş, müqaviləyə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b) bəndinə əsasən xitam verilməsinə baxmayaraq bunun zəruriliyi əsaslandırılmamışdır. Odur ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Azərbaycan Respublikası ƏM-nin 300-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır, təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı barəsində AR Təhsil Nazirliyinin nəzdində Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2022-ci il tarixli K/M-148 saylı əmək müqaviləsinə xitam verilmə barədə əmr ləğv edilsin. İddiaçı AR Təhsil Nazirliyinin nəzdində Peşə Təhsili üzrə Dövlət Agentliyidə direktor müavini vəzifəsinə bərpa edilsin. xx.xx.2022-ci il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı AR Təhsil Nazirliyinin nəzdində Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar