Məhkəmə qərarları › İş №2(005)-848/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-848/2022

02.03.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-848/2022 02.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh2oviç və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən məcburi çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən məcburi çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu X9 prospekti ev 89A, mənzil 4 ünvanda yerləşən mənzildən cavabdehlərin ailə üzvləri ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov rayonu X10 prospekti ev 89A,mənzil 4 ünvanda yerləşən mənzil onun xüsusi mülkiyyətindədir. Həmin mənzil ona 11.10.2020-cıl tarixdə vəfat etmiş anası X4 miras qalmışdır. O, miras əmlakı qəbul etmiş və bu haqda, yəni mülkiyyət üzərində hüququ Dşınmaz Əmlakın Dövlət Qeydiyyatı İdarəsində qeydə alınmış və ona müvafiq 06.08.2021-ci il tarixli Çıxarış verilmişdir. 2000-ci illərin əvvəlində anası müvəqqəti yaşamaları üçün mənzili qohumları olan cavabdehlərə vermişdir. Əvvəllər digər yaşayış yeri, olduğu üçün cavabdehləri narahat etmirdi, indi özünün mənzilinə ehtiyacı olduğundan ona məxsus mənzildən çıxmalarını tələb etsə də onlar imtina etmişlər. Bu da onun mülkiyyət hüququnu məhdudlaşdırmışdır. İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ayrı-ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etmədi və bidirdi ki, mübahisəli ev onun anasının vəsaiti hesabına alınmışdır. Belə ki, atası və anasının münasibəti pis oldugundan anası öz adına ev almag istəmmişdir. Bunun səbəbi gələcəkdə birgə nikah dövründə alınmış əmlakın bölgüsünün olması olmuşdur. Bütün qohumlar bilir ki, evi onun anası alıb. Evdə pasport qeydiyyatları yoxdur. Sonradan anası mənzili öz adına keçirmək istəsədə buna iddiaçının anası razı olmamışdır. Hazırda da həmin evdə yaşamağa davam edirlər. Ona görə də iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etmədi və rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, ev 89A, mənzil 4 mülkiyyət hüququ üzrə İddiaçı oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 06.08.2021-ci il tarixdə qeydiyyat alınmışdır. Reyestrdə 2V-786 № ilə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, O, 3 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X2 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edirəm ki, 11.10.2020-ci il tarixdə vəfat etmiş-X5 vərəsəsi: Bakı şəhəri, Nərimanov rayonu, X9 PR, ev 89A, mənzil 4 ünvanında qeydiyyatda olan qızı- İddiaçı (AA*******. 21.02.2019 - Asan 1. FİN xxxxxxx, d/t:xx.xx.1983) və o miras əmlakdan tam 1/1 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak -AR ƏMDK-nm yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən 06.11.2013-cü il tarixdə X6 verilmiş **********27-05301-093016 reyestr nömrəli. ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X10 prospekti, ev 89A, mənzil 4 ünvanında yerləşən ümumi sahəsi 37.8 kv/m olan mənzildən ibarətdir. Göründüyü kimi akı şəhəri, Nərimanov rayonu, X10 prospekti, ev 89A, mənzil 4 İddiaçı mülkiyyətindədir və həmin mənzilin iddiaçının adına dövlət reyestrində qeydə qeydə alınmasına dair ********** qeydiyyat nömrəli, 06.08.2021-ci il tarixdə Çıxarış verilmişdir. Hazırda İddiaçı məhkəməyə müraciət edərək, mülkiyyətində olan akı şəhəri, Nərimanov rayonu, X10 prospekti, ev 89A, mənzil 4-dən cavabdehlər Cavabdeh2 oglu və Cavabdeh1 ailə üzvləri ilə birlikdə mənzildən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Loizidu Türkiyəyə qarşı” iş üzrə Avropa İnsan Hüquqları məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. “Marks Belçikaya qarşı” işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. “Mançini İtaliyaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Məhkəmə baxışında eyni zamanda müəyyən edilmişdir ki, Cavabdehlər Cavabdeh2 oglu, Cavabdeh1 və onun ailə üzvləri İddiaçı məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X10 prospekti, ev 89A, mənzil 4-dən mülkiyyətçinin iradəsinə zidd olaraq oradan istifadə edir. Cavabdeh şəxslərin hazırda həmin yaşayış sahəsindən istifadə etməsi üçün hər hansı hüquqi əsas mövcud deyildir. Göründüyü kimi, mübahisəli mənzil iddiaçıya məxsusdur, həmin yaşayış sahəsi cavabdehin qanunsuz sahibliyində və istifadəsindədir, iddiaçı həmin yaşayış sahəsini cavabdehin qanunsuz istifadəsindən və sahibliyindən geri tələb etsə də, cavabdeh yaşayış sahəsini boşaltmaqdan imtina etmişdir. İddiaçı hazırda həmin sahədən istifadə edə bilmir, o, bu mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir. Hüquqi nəticə etibarı ilə cavabdehin bu hərəkəti nəticəsində iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuşdur. Məhkəmə qeyd edir ki, cavabdehlər hər hansı hüquqi əsas, o cümlədən iddiaçının razılığı olmadan mübahisəli yaşayış sahəsindən istifadə etməsi iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehlərin həmin əmlakdan qanunsuz sahibliyinə son qoyulmalı və cavabdeh yaşayış sahəsindən çıxarılmalı və müvafiq mənzil İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 oglu, Cavabdeh1 və onların ailə üzvləri İddiaçı məxsus olan Bakı şəhəri Nərimanov rayonu X9 prospekti ev 89A, mənzil 4 ünvanda yerləşən mənzildən çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 oglu, Cavabdeh1 və onların ailə üzvləri İddiaçı məxsus Bakı şəhəri Nərimanov rayonu X9 prospekti ev 89A, mənzil 4 ünvanda yerləşən mənzildən çıxarılsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar