Məhkəmə qərarları › İş №2(005)-85/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-85/2022

29.04.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-85/2022 29.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “öhdəlikdənkənar ödənilmiş pul vəsaitlərinin qaytarılması və maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “öhdəlikdənkənar ödənilmiş pul vəsaitlərinin qaytarılması və maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, məhəllə-1987, 63 saylı mənzilə görə 43610 (qırx üç min altı yüz on) manatın, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, məhəllə-1987, 60 saylı mənzilə görə 30100 (otuz min yüz) manatın, tərəfimdən ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 73740 (yetmiş üç min yeddi yüz qırx) manat vəsaitin cavabdeh "xxxx" ASCdən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, bildirir ki, yaşayış mənzil tikintisi haqqında 27.07.2006-ci il tarixli Müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən, satıcı Bakı şəhəri, Nərimanov rayonu. Xuluflu küçəsi, 1987 saylı məhəllədə tikdiyi yüksək mərtəbəli, iki bloklu yaşayış binasından 153 kv.m olan, 3 otaqlı mənzili Alıcı İddiaçı mülkiyyətinə verməsinə öhdəsinə götürmüşdür. 12.05.2008-ci il tarixli Akta əsasən ‘‘X10" MMC tərəfindən yuxarıda qeyd olunan ünvanda yerləşən ümumi sahəsi 153 kv.m sahəsi olan 63 saylı mənzili alıcı X2 təhvil vermişdir. Lakin, mənzilə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən "Çıxarış alınarkən qeyd olunan daşınmaz əmlakın ümumi sahəsi /53 kv.m deyil, 125.5 kv.m olması məlum olmuşdur. Həmçinin, X3 ilə "xxxx" ASC arasında 20.05.2016-cı il tarixində 19615 saylı "Mənzilin alqı-satqı müqaviləsi" imzalanmışdır. Həmin müqaviləyə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 1987 saylı məhəllədə tikdiyi yüksək mərtəbəli yaşayış binasından 96 kv.m olan, 2 otaqlı 60 saylı mənzili Alıcının mülkiyyətinə verməsinə öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən, yuxarıda qeyd olunan mənzili iddiaçı X4 96000 (doxsan altı min) manat ödəyərək nağd şəkildə alıb. Lakin, mənzilə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən " Çıxarış alınarkən qeyd olunan daşınmaz əmlakın ümumi sahəsi 96 kv.m deyil, 7/ kv.m olması məlum olmuşdur. Əmlaklara dair müvafiq Çıxarış alındıqdan sonra məsələnin araşdırılması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə "məlumatların verilməsinə dair" sorğu verilmişdir. 03.02.2020-ci il tarixli məktublara cavab olaraq bildirilmişdir ki, həmin əmlaklar dövlət reyestrində qeydiyyatdan keçdiyi üçün sənədlərin surəti məhkəmə qərarı əsasında verilə mümkündür. 27.01.2020-ci il tarixli Ərizə ilə "xxxx" ASC- nin baş direktoru Bürhan Həmidova müraciət olunmuş, 2 əmlaka dair ümumilikdə 52.5 kv. metr əskik sahəyə görə ödənilən pulun geri qaytarılması və ya kompensasiyanın ödənilməsi tələb olunmuşdur. Lakin, Ərizəyə şirkət tərəfindən heç bir cavab verilməmişdir. 18.02.2020-ci il tarixində qeyd olunan əmlaklara dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə “verilmiş sənədlərdə uyğunsuzluğun araşdırılması" məqsədilə Ərizələr verilmişdir. Müraciətimlə əlaqədar olaraq, mülkiyyətimdə olan hər 2 mənzilə təkrar haxış keçirilmiş, 16.03.2020-ci il tarixli cavablarla məlum olmuşdur ki, mənzilə dair verilmiş sənədlər qanunamüvafıq qaydada icra edilmişdir. 06.01.2021-ci il tarixində "xxxx" ASC-nin baş direktoru X9 ilə yenidən müraciət olunmuş, yaranmış problemin həll edilməsi xahiş olunmuşdur. Lakin, Ərizəyə şirkət tərəfindən cavab verilməmişdir. 26.01.2021- ci il tarixində Sorğu ilə "xxxx" MMC-yə müraciət olunaraq. Bakı şəhəri, Nərimanov rayonu. Ağa Nemətulla küçəsi, məhəllə 1987də yerləşən mənzillərin bir kvadrat metrinin qiymətinin müəyyən olunması xahiş olunmuşdur. 27.01.2021-ci il tarixində “REC-İNVEST" MMC tərəfindən Arayış təqdim olunmuş, həmin ünvanda yerləşən mənzillərin 1 kv m-nin (təmirsiz) qiyməti ***-**** manat təşkil etməsi göstərilmişdir. Əmlaklara dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Texniki Pasportlara və aparılmış araşdırmalara əsasən məlum olmuşdur ki, şirkət tərəfindən iddiaçıya satılmış 153 kv m. sahəli mənzil əslində 135.2 kv.m; 96 kv m. sahəli mənzil isə 78.8 kv m. təşkil edir. Burdan aydın olur ki, birinci əmlaka dair 17.8 kv m., ikinci əmlaka dair 17.2 kv m., ümumilikdə 2 əmlaka dair 35 kv m. əskik sahə mövcuddur. Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, məhəllə-1987, 63 saylı mənzilə dair yaranmış 17.8 kv m. əskik sahənin hər kvadrat metrinin dəyərini 1400 manatla hesablasaq, həmin mənzilə dair şirkət tərəfindən iddiaçıya 24920 manat ödənilməlidir. Qeyd olunan əmlaka dair Müqavilə 17.07.2006-ci il tarixində imzalandığına görə, cavabdeh tərəfindən pul 15 il saxlanılmış, buna görə də əsassız varlanma kimi başa düşülə bilər. Cavabdeh tərəfindən iddiaçının pulunun əsassız olaraq saxlanıldığına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən əldə çıxmış fayda qismində illik 5% ödəməyə borcludur. Yuxarıda qeyd olunan əmlaka dair ödənilməli olan 24920 manatın 5%-i hər il üçün 1246 manat təşkil edir. Pulun 15 il ərzində əsassız saxlanılmasını nəzərə alsaq həmin məbləğ 18690 manat təşkil edir. Qeyd olunan əmlaka dair cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan məbləğ: 24920+18690=43610 (qırx üç min altı yüz on) manat təşkil edir. Bakı şəhəri, Nərimanov rayonu. Ağa Nemətulla küçəsi, məhəllə-1987, 60 saylı mənzilə dair yaranmış 17.2 kv m. əskik sahənin hər kvadrat metrinin dəyərini 1400 manatla hesablasaq, həmin mənzilə dair şirkət tərəfindən mənə 24080 manat ödənilməlidir. Qeyd olunan əmlaka dair Müqavilə 20.05.2016-ci il tarixində imzalandığına görə, cavabdeh tərəfindən pul 5 il saxlanılmış, buna görə də əsassız varlanma kimi başa düşülə bilər. Cavabdeh tərəfindən mənim pulum əsassız olaraq saxlanıldığına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən əldə çıxmış fayda qismində illik 5% ödəməyə borcludur. Yuxarıda qeyd olunan əmlaka dair ödənilməli olan 24080 manatın 5%-i hər il üçün 1204 manat təşkil edir. Pulun 5 il ərzində əsassız saxlanılmasını nəzərə alsalar, həmin məbləğ 6020 manat təşkil edir. Qeyd olunan əmlaka dair cavabdeh tərəfindən mənə ödənilməli olan məbləğ: 24080+6020 30100 (otuz min yüz) manat təşkil edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxaranın) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həçminin hesablanması Qaydaları"nm 3.2-ci bəndində nəzərdə tutulmuşdur ki, yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Həmçinin, həmin Qaydaların 3.8-ci maddəsinə əsasən, mənzillərin ümumi sahəsiyaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri -0.3 şüşəbənd və lociyalar -0,5 azaltma əmsallarına vurulmaqla hesablanır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edərək iddia tələbinə yazılı etirazını təqdim etdi. Yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehdən 27.07.2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Ağa Nemətulla küçəsi, 1987-ci məhəllə, blok B (indiki blok 2) mərtəbə 1,3 otaqdan ibarət ümumi sahəsi 153 kv metr olan 52 (indiki 63) saylı mənzili 30600 ABŞ dollarına, 20.05.2016-cı il tarixli 19615 saylı alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Ağa Nemətulla küçəsi 1987-ci məhəllə blok 2 mərtəbə 1a 2 oataqdan ibarət ümumi sahəsi 96 kv/m olan 54 a (indiki 60) saylı mənzili 96000 manata almışdır.Cavabdeh tərəfindən mənzillər iddiaçıya təhvil verilərkən iddiaçı təhvil-təslim aktında binanın və mənzilin inşa olunmasına dair heç bir pretenziyasının olmadığını təsdiq etmişdir. İdddiaçı mənzilləri təmir etmiş, ötən bu müüüdət ərzində orada yaşamış və mənzillərin sahəsi ilə bağlı cavabdehə qarşı heç vaxt hər hansı pretenziyası olmamışdır. Nəzərə çatdırır ki, cavabdeh qeyd olunan binanı dövlət strukturları (Dövlət Ekspertizası Baş İdarəsi) tərəfindən 2007-ci ildə təsdiq olunmuş İşçi Layihəsi əsasında inşa etmiş mənzillərin sahəsi 2007-ci ildəki mövcud qaydalarla hesablanaraq 63 saylı mənzilin sahəsi 153 k/m, 60 saylı mənzilin sahəsi isə 96 kv/ m müəyyən edilmişdir.Bina işçi layihəsinə uyğun tikilərək müvafiq dövlət qurumları tərəfindən qəbul edilərək istismarına icazə verilmişdir. Cavabdeh mənzilləri satarkən alqı-satqı müqavilələrində də mənzillərin sahəsini İşçi Layihəsində qeyd olunan sahələrə uyğun olaraq göstərir. Hamıya məlumdur ki, mənzillərin sahəsinin ölçülməsi hesablanması müxtəlif dövrlərdə fərqli qaydalarla olmuşdur. Hazırda qeyd olunan binadakı mənzillərə reyestrdən Çıxarışlar verilir və Daşınmaz Əmalakın Dövlət Reyestr Xidməti mənzillərin sahəsini ölçərkən Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları əsasında müəyyən edir.Həmin qaydalara əsasən mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terasların sahələri -0.3; şüşəbənd və lociyalar -0.5; eyvanlar (verandalar) -1.0 azaltma əmsallarına vurulmaqla hesablanır. Hamıya məlumdur ki, mənzilin sahəsinin ölçülməsi müxtəlif dövrlərdə fərli olub və qanunverciliyin dəyişməsi ilə bu hesablamalar da vaxtaşırı dəyişir. Cavabdeh də qeyd olunan binanı 2007-ci ildə tikib və mənzillərin sahəsinin ölçülməsi, hesablanması həmin dövrdəki qaydalarla müəyyən edildiyindən təbii ki, alqı-satqı müqavilələrində qeyd olunan sahələr hazırda verilən dövlət reyestrindən çıxarışlarda qeyd olunan sahələrlə uyğun gəlmir. İddiaçı iddia tələbində aldığı mənzillərin sahəsinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin maddələrinə uyğun olmadığını əsas gətirir. Bununla bağlı qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2012-ci il tarixli 392 İVQ nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikası Qanunun 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək qüvvədə ərazi planlaşdırılması sənədləri həmin sənədlərdə müəyyən edilmiş müddətdə qüvvəsini saxlayır. Qeyd olunan Qanunun 7-ci bəndinə əsasən Məcəllə qüvvəyə minənədək hazırlanmış və ya hazırlanmaqda olan lakin təsdiq edilməmiş ərazi planlaşdırılması sənədlərinə məcəllənin müddəaları şamil olunmur. Həmin Qanunun 9-cu bəndinə əsasən Məcəllə qüvvəyə minənədək verilmiş tikinti icazələri məcəllənin qüvvəyə mindiyi gündən 3 il müddətinə qüvvədədir. Eyni zamanda bildirir ki, cavabdeh mənzilləri bir qayda olaraq kvadrat metrlə deyil vahid qiymətlə satır. Mənzilin sahəsi alqı-satqı müqavilələrində bugünki qaydalarla hesablanaraq 63 saylı mənzilin sahəsi 153 k/m deyil 125.5 kv/m, 60 saylı mənzilin 96 kv/m deyil 71 kv/m göstərilmiş olsaydı belə mənzilin qiyməti dəyişilməyəcəkdi. 27.07.2006-cı il tarixli alqısatqı müqaviləsinin 3-cü bəndində qeyd olunur ki, göstərilən mənzilin (52(indiki 63) saylı mənzilin) ümumi dəyəri 30600 ABŞ dolları, 20.05.2016-cı il tarixli 19615 saylı alqı-satqı müqaviləsinin 2.1-ci bəndində isə qeyd olunur ki, mənzilin (54a(indiki 60) saylı mənzilin) dəyəri ( qiyməti) tərəflərin razılığı ilə 96000 manata müəyyən edilir. İddiaçı alqı-satqı müqaviləsini bağlayarkən bilirdi ki, mənzilin qiyməti vahid qiymətlə müəyyən edilir. Yuxarıda qeyd olunanlara əsasən hesab edirlər ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında araşdırılmış: - "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 20.05.2016-cı il tarixli alqı-satqı haqqında müqaviləsinin surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 1987 saylı məhəllə, 1saylı bina, 2-ci blok mərtəbə 1a, 54 a saylı 2 otaqdan ibarət ümumi 96 kv.metr olan, mənzili Alıcıya satmağı, Alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada razılaşdırılmış şərtlər daxilində aldığı Mənzilin dəyərini Satıcıya ödəməyi öhdəsinə götürür. Bu Müqavilənin 1.1-ci bəndində qeyd edilən Mənzilin dəyəri (qiyməti) Tərəflərin tazılığı ilə 96,000.00 AZN) məbləğində müəyyən olunur və Alıcı mənzilin qiymətini bu Müqavilə imzalandıqdan sonra 5 (beş) gün müddətində ödəməyi öhdəsinə götürür. - "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 20.05.2016-cı il tarixli maliyyə arayışının surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 1987 saylı məhəllə, 1saylı bina, 2-ci blok mərtəbə 1a, 54 a saylı 2 otaqdan ibarət ümumi 96 kv.metr olan mənzilin bağlanmış 19615 saylı, 20.05.2016-cı il tarixli müqaviləyə dair heç bir borcu yoxdur; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 1987 saylı məhəllə, 60 saylı mənzili (yeni qaydalarla- Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 190, M2, m3) İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə 09.11.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir; - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 27.07.2006-cı il tarixli yaşayış mənzil tikintisi haqqında müqavilənin surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 1987 saylı məhəllədə yerləşən, 3 otaqdan ibarət 52 saylı ümumi sahəsi 153 kv/m olan mənzili Alıcıya verməyi, Alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Mənzilin ümumi dəyəri 306000 ABŞ dolları məbləğində müəyyən olunur və Alıcı mənzilin qiymətini bu Müqavilə imzalandıqdan sonra 5 (beş) gün müddətində ödəməyi öhdəsinə götürür. - "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 27.06.2006-cı il tarixli maliyyə arayışının surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 1987 saylı məhəllədə inşa edilən yüksək mərtəbəli binanın “B” bloku, 1 mərtəbədə yerləşən 52 saylı 153 kv/m ümumi sahəsi olan və ümumi dəyəri 30600 ABŞ dolları tam ödənilib və heç bir borcu yoxdur; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 1987 saylı məhəllə, 63 saylı mənzili (yeni qaydalarla- Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 190, M3, m1) İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə 05.12.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 fevral 2022-ci il tarixli 10/5124 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən, Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi, 1987 saylı məhəllədə. 60 saylı real olaraq ümumi sahəsinin 78,6 kv.m və 63 saylı mənzilin real ümumi sahəsinin 128,7 kv.m təşkil etdiyi müəyyən olunur. Həmin mənzillərdə təmir işləri görüldüyü, texniki pasportda nəzərdə tutulmuş arakəsmə divarların sökülməs, balkonun və lociyanın yaşayış sahəsi kimi istifadə olunması nəticəsində 60 saylı mənzilin ümumi sahəsinin 7,6 kv.m artırıldığı (texniki pasportda 71 kv.m real olaraq 78,6 kv.m), 63 saylı mənzilin ümumi sahəsinin 3,2 kv.m artırıldığı (texniki pasport üzrə 125,5 kv.m., real olaraq 128,7 kv.m) müəyyən olunmuşdur. "Akkord Sənaye Tikinti İnvestisiya Korparasiyası” Açıq Səhmdar Cəmiyyəti tərəfindən inşa edilmiş Bakı şəhəri, Nərimanov rayonu. A.Nemətulla küçəsi, 1987 saylı məhəllədə 60 saylı və 63 saylı mənzillərin olduğu blokda həmin mənzillər ilə eynilik təşkil edən digər təmirsiz mənzillər təqdim olunmadığından, qərardadın ikinci sualı üzrə tədqiqat aparılmadı. İş materiallarında olan müqavilə sənədlərində qeyd olunan mənzillərin sahəsinin plansxemi əlavə olunmadığından həmin sahələr ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 09.11.2019-cu il tarixli və 20.05.2016-cı il tarixli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışlarda göstərilmiş əmlakın ümumi sahəsi arasında uyğunsuzluğun səbəbinin müəyyən olunması mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi, 1987 saylı məhəllədə inşa edilən binanın 2-ci və 5-ci mərtəbələrinin 2007-ci ildə təsdiq edilmiş işçi layihəsində mənzillərin sahələri göstərilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 07.11.2019-ci il tarixdə tərtib olunmuş Texniki Pasport sənədində və 04.12.2019-cu il tarixdə tərtib olunmuş Texniki Pasport sənədində mənzillərin sahələrinin “Şəhərsalma və Tikinti” Məcəlləsinə uyğun olaraq hesablandığı müəyyən olunur. Məhkəmə baxışında işin araşdırılmış hallar ilə müəyyən edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 20.05.2016-cı il tarixli alqı-satqı haqqında müqavilə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 27.07.2006-cı il tarixli yaşayış mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 20.05.2016-cı il tarixli maliyyə arayışı və "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 27.06.2006-cı il tarixli maliyyə arayışına əsasən, iddiaçının mənzillərə görə heç bir borcunun olmadığı müəyyən olunur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 1987 saylı məhəllə, 60 saylı mənzili (yeni qaydalarla- Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 190, M2, m3) İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə 09.11.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 1987 saylı məhəllə, 63 saylı mənzili (yeni qaydalarla- Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 190, M3, m1) İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə 05.12.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 fevral 2022-ci il tarixli 10/5124 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən, Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi, 1987 saylı məhəllədə. 60 saylı real olaraq ümumi sahəsinin 78,6 kv.m və 63 saylı mənzilin real ümumi sahəsinin 128,7 kv.m təşkil etdiyi müəyyən olunur. Həmin mənzillərdə təmir işləri görüldüyü, texniki pasportda nəzərdə tutulmuş arakəsmə divarların sökülməs, balkonun və lociyanın yaşayış sahəsi kimi istifadə olunması nəticəsində 60 saylı mənzilin ümumi sahəsinin 7,6 kv.m artırıldığı (texniki pasportda 71 kv.m real olaraq 78,6 kv.m), 63 saylı mənzilin ümumi sahəsinin 3,2 kv.m artırıldığı (texniki pasport üzrə 125,5 kv.m., real olaraq 128,7 kv.m) müəyyən olunmuşdur. "Akkord Sənaye Tikinti İnvestisiya Korparasiyası” Açıq Səhmdar Cəmiyyəti tərəfindən inşa edilmiş Bakı şəhəri, Nərimanov rayonu. A.Nemətulla küçəsi, 1987 saylı məhəllədə 60 saylı və 63 saylı mənzillərin olduğu blokda həmin mənzillər ilə eynilik təşkil edən digər təmirsiz mənzillər təqdim olunmadığından, qərardadın ikinci sualı üzrə tədqiqat aparılmadı. İş materiallarında olan müqavilə sənədlərində qeyd olunan mənzillərin sahəsinin plan-sxemi əlavə olunmadığından həmin sahələr ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 09.11.2019-cu il tarixli və 20.05.2016-cı il tarixli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışlarda göstərilmiş əmlakın ümumi sahəsi arasında uyğunsuzluğun səbəbinin müəyyən olunması mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi, 1987 saylı məhəllədə inşa edilən binanın 2-ci və 5-ci mərtəbələrinin 2007-ci ildə təsdiq edilmiş işçi layihəsində mənzillərin sahələri göstərilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 07.11.2019-ci il tarixdə tərtib olunmuş Texniki Pasport sənədində və 04.12.2019-cu il tarixdə tərtib olunmuş Texniki Pasport sənədində mənzillərin sahələrinin “Şəhərsalma və Tikinti” Məcəlləsinə uyğun olaraq hesablandığı müəyyən olunur. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, məhəllə-1987, 63 saylı mənzilə görə 43610 manat, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, məhəllə-1987, 60 saylı mənzilə görə 30100 manat artıq ödənilmiş pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər iddia tələbi üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 437.1-ci maddəsinə əsasən, əgər müqavilənin predmeti fərdi-müəyyən əşyadırsa, kreditor başqa əşyanı, onun dəyəri daha yüksək olsa da, qəbul etməyə borclu deyildir; 568.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur; 577.1-ci maddəsinə əsasən, alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər; 578.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Qeyd edilənləri nəzərə alıb, məhkəmə hesab edir ki, Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 20.05.2016-cı il tarixli müqavilə, habelə 27.07.2006-cı il tarixli müavilə üzrə cavabdeh təşkilat tərəfindən mübahisələndirilən öhdəlik pozulmadığından iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Belə ki, müqavilələrin müvafiq olaraq 1.1 və 2-ci bəndinə əsasən cavabdehin iddiaçıya satmağı öhdəsinə götürdüyü mənzilin ümumi sahəsi göstərilmişdir. Belə ki, mübahisənin kökündə duran mənzilin sahəsi məsələsi tərəflərin bağladıqları müqavilədə aydın və dəqiq şəkildə qeyd olunmuşdur. Yəni, cavabdehin iddiaçıya satmağı öhdəsinə götürdüyü mənzilin ümumi sahəsi 96 kv/m və 153 kv/m göstərilmişdir. Belə ki, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 04 fevral 2022-ci il tarixli rəyi ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən, Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi, 1987 saylı məhəllədə. 60 saylı real olaraq ümumi sahəsinin 78,6 kv.m və 63 saylı mənzilin real ümumi sahəsinin 128,7 kv.m təşkil etdiyi müəyyən olunur. Həmin mənzillərdə təmir işləri görüldüyü, texniki pasportda nəzərdə tutulmuş arakəsmə divarların sökülməsi, müəyyən olunmuşdur. Məhkəmə onu da vurğulayır ki, yaşayış binalarında mənzillərin ümumi sahəsinin bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələrin nəzərə alınmadan hesablanması barədə Şəhərsalma və Tikinti Məcəllsinin 59.3-cü maddəsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şəkildə tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını tənzimləyən normadır. Həmin müddəa, alqı-satqı münasibətinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində satılan əşyanın sahəsini öz razılaşmalarına uyğun şərtləşdirmək sərbəstliyini aradan qaldırmır. Belə ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyənin təmin edilməsinə, sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə (qanunvericiliklə nəzərdə tutulan hədlərdə) xidmət edir. MM-in 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Bununla fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Göründüyü kimi, sərbəst bazar iqtisadiyyatının, azad sahibkarlığın reallaşdırılması elementlərindən biri kimi çıxış edən müqavilə azadlığı prinsipi özündə müqavilə tərəfinə seçdiyi kontragentlə müqavilə bağlamaq, onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini müəyyən etmək sərbəstliyini ehtiva etməklə yanaşı, tərəfin həmin müqavilə şərtlərindən irəli gələn öhdəliklər üzrə də məsuliyyət daşımasını da nəzərdə tutur. Odur ki, hazırkı işdə tərəflər bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini və dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Belə olan halda, həmin şərtlərin formal əsaslarla və mülahizələrlə icra edilmədiyi, bu səbəbdən də artıq ödənişin olması faktının qeyd edilməsi yolverilməzdir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki iş materiallarında olan işçi layihəsindən göründüyü kimi mübahisəli binanın layihəsi 2007-ci il tarixində müvafiq dövlət orqanlarında razılaşdırılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, hazırda iddiaçı mənzillərin sahəsinin “Şəhərsalma və Tikinti” Məcəlləsinin normalarına uyğun ölçülməsinə istinad edilərək, müqavilədənkənar pul məbləğinin ödənilməsini tələb etməkdə haqlı deyildir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinə qarşı “öhdəlikdənkənar ödənilmiş pul vəsaitlərinin qaytarılması və maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı şəxs tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddia ərizəsi rədd edildiyindən iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “öhdəlikdənkənar ödənilmiş pul vəsaitlərinin qaytarılması və maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul İddiaçı tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar