Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-860/2020 14.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh “Azərbaycan Sənaye Bankı” X18 nümayəndəsi X10, Cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ləğv prosesində olan “Bank of Azerbaijan” X18 nümayəndəsi X19, Cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Qafqaz Ticarət” X6 nümayəndəsi X15 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 9 nömrəli notariat ofisinə və “Azərbaycan Sənaye Bankı” X20, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Ləğv prosesində olan “Bank of Azerbaijan” X20 və “Qafqaz Ticarət” X3rşı “vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 9 nömrəli notariat ofisinə və “Azərbaycan Sənaye Bankı” X16rşı “vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı X1 qalan miras əmlak üzərində vərəsəlik hüququnun tanınması haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun mərhum qardaşı X7 xx xxx 2019-cu il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində vəfat etmişdir. Bu haqda qeydiyyat orqanı tərəfindən müvafiq ölüm haqqında arayış hazırki ərizəyə əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrin və digər sənədlərin təsdiq edilmiş surətləri əlavə edilmişdir. Belə ki, mərhum qardaşının ölümündən sonra ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Hacı Möylan küçəsi 5 nömrəli fərdi yaşayış evi qalmışdır. Hazırda X7 vəfat etdiyindən qeyd olunan daşınmaz əmlak onun yeganə vərəsəsi kimi faktiki olaraq onun tərəfindən qəbul olunmuşdur. Hazırda həmin evə faktiki olaraq da o sahiblik edir, bütün kommunal xərclər də onun tərəfindən ödənilir. Əlavə olaraq bildirir ki, X7 heç vaxt ailə qurmamışdır. O, bununla bağlı Bakı şəhəri 9 nömrəli notariat ofisinə müraciət etsə də, onlar ona qanun üzrə vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmişlər. Bununla da artıq mirasın qəbulu faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməkdən ayrı başqa yolu qalmamışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil vəsatəti əsasında Ləğv prosesində olan “Bank of Azerbaijan” X22 və “Qafqaz Ticarət” X11 mülki iş üzrə cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişlər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “Azərbaycan Sənaye Bankı” X18 nümayəndəsi X14 iddia ərizəsini qəbul etməyərək bildirmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qətnaməsinə əsasən “İnfokey” X5 “Azərbaycan Sənaye Bankı” X18 xeyrinə 115.146,43 (bir yüz on beş min bir yüz qırx altı manat qırx üç qəpik) manat məbləğində əsas borcun, 8.284,30 (səksiz min iki yüz səksən dörd manat otuz qəpik) manat məbləğində faiz borcunun, 1.000 (bir min) manat məbləğində faiz borcunun, cəmi 124.430,73 (bir yüz iyirmi dörd min dörd yüz otuz manat yetmiş üç qəpik) manat məbləğində borcun və iddia ərizəsi üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın X7 tərəfindən “Azərbaycan Sənaye Bankı” X18 xeyrinə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Hacı Möylan küçəsindəki 1 otaqlı, 15,6 kv.metr yaşayış sahəsi, 112,2 kv.metr ümumi sahəsi olan 5 nömrəli fərdi yaşayış evinə yönəldilməsi və onun açıq hərrac ixtisaslaşdırılmış müəssisəsi vasitəsilə satılması və satışdan əldə olunan gəlirin pul vəsaiti hesabına “İnfokey” X6 kredit borcunun ödənilməsi qət edilmişdir. Göstərilən qərarın icrası nəticəsində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi “Azərbaycan Sənaye Bankı” X18 mülkiyyətinə keçmişdir. Bu hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışla təsdiq edilmişdir. Sonradan 2017-ci il tarixdə isə “Azərbaycan Sənaye Bankı” X22 həmin əmlakı özgəninkiləşdirmişdir. Məhkəmə iclasında cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ləğv prosesində olan “Bank of Azerbaijan” X18 nümayəndəsi X24 iddia ərizəsini qəbul etməyərək, onun təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Qafqaz Ticarət” X6 nümayəndəsi X21 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Hacı Möylan küçəsində yerləşən 5 nömrəli fərdi yaşayış evini “Qafqaz Ticarət” X11 xx xxxxxx 2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın aldı-satqı müqaviləsi” əsasında “Azərbaycan Sənaye Bankı” X17 satın almışdır. Daha sonra qeyd edilən fərdi yaşayış evi üzərində “Qafqaz Ticarət” X6 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrinə daxil edilərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (RX seriyalı, ******* nömrəli, **********60 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, qeydiyyat tarixi xx xxxx 2018) və texniki pasport verilmişdir. Başqa sözlə, yuxarıda qeyd edilən daşınmaz əmlak miras açılan tarixədək mərhum X2 deyil, “Qafqaz Ticarət” X6 mülkiyyətində olduğu üçün həmin əmlak miras əmlak siyahısına daxil edilərək, onun üzərində vərəsəlik hüququ tanına bilməz. Cavabdehlər Bakı şəhəri 9 nömrəli notariat ofisi məktubla məhkəməyə müraciət edərək, işlərinin çoxluğu ilə əlaqədar nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə cavabdeh Bakı şəhəri 9 nömrəli notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin FM seriyalı 026193 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Hacı Möylan küçəsindəki 1 otaqlı, 15,6 kv.metr yaşayış sahəsi, 112,2 kv.metr ümumi sahəsi olan 5 nömrəli fərdi yaşayış evi X2 adına xüsusi mülkiyyət kimi hüququ qeydiyyatdan keçirilmiş və bu barədə 05 nömrəli reyestr kitabında 655 nömrəli səhifədə xx xxxx 2004-cü il tarixdə qeydiyyat aparılmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X23 Ləğv prosesində olan “Bank of Azerbaijan” X20 ünvanladığı xx xxxx 2017-ci il tarixli məktubunun surətindən və məzmunundan görünür ki, X4 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Hacı Möylan küçəsində yerləşən 5 nömrəli fərdi yaşayış evinə dair ipotekanın dövlət qeydiyyatı ləğv olunmuşdur; “Azərbaycan Sənaye Bankı” X22-satıcı ilə “Qafqaz Ticarət” X11-alıcı arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Hacı Möylan küçəsində yerləşən 5 nömrəli fərdi yaşayış evi 159.375 (bir yüz əlli doqquz min üç yüz yetmiş beş) manat qiymətə alıcıya satmağı, alıcı da müvafiq əmlakı həmin qiymətə almağı öhdəsinə götürmüşdür; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlkaın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Hacı Möylan küçəsində yerləşən 5 nömrəli fərdi yaşayış evi “Qafqaz Ticarət” X6 adına daşınmaz əmlakın dövlət reyestrində 373 nömrəli reyestr kitabının 34901 nömrəli vərəqində xx xxxx 2018-ci il tarixdə qeydiyyata alınmışdır; Türkiyə Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş ölüm haqqında arayışın tərcümə və müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 xx xxxxxxx 2018-ci il tarixdə ölmüşdür; Bakı şəhəri 9 nömrəli notariat ofisinin İddiaçı ünvanladığı xx xxxxxx 2019-cu il tarixli 3048 nömrəli məktubunun məzmunundan görünür ki, onun müvafiq ofisə təqdim etdiyi sənədlər vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün kifayət etmədiyindən, məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanladığı xx xxxx 2020-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu (indiki Xəzər rayonu), Şüvəlan qəsəbəsi, Hacı Möylan küçəsi ünvanında yerləşən 5 nömrəli fərdi yaşayış evinin hüquqi vəziyyəti haqda məlumat verilməsi barədə xx xxxxxx 2020-ci il tarixli 2(005)-880/2020 nömrəli məktuba Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində baxılmışdır. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Hacı Möylan küçəsi, 5 nömrəli fərdi yaşayış evi xx xxxx 2004-cü il tarixində X2 adına ilkin qeydiyyatdan keçmişdir. “X9 Mərkəzi” hərracın nəticələri haqqında yekun barədə xx xxx 2016-cı il tarixli Y-280 nömrəli protokoluna və xx xxx 2016-cı il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən sözügedən ünvan “Azərbaycan Sənaye Bankı” X18 adına qeydiyyatdan keçmişdir. 53 nömrəli notariat kontorunun xx xxxxxx 2018-ci il tarixli 4Ə-96 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən ünvan “Qafqaz Ticarət” X6 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir; xx xxxxxx 2019-cu il tarixli qəbzdən görünür ki, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən 10 (on) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1159-cu və 1159.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər; 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; 1264-cü maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən bir neçə şəxsin xeyrinə imtina edirsə, onlardan hər birinin payını göstərə bilər. Belə göstəriş olmadıqda onun payı mirasın qəbulundan imtina xeyirlərinə edilmiş vərəsələr arasında bərabər bölüşdürülür; 1271-ci maddəsinə əsasən mirasdan nümayəndə vasitəsilə imtina tapşırıqda (etibarnamədə) imtina səlahiyyətinin xüsusi nəzərdə tutulduğu halda mümkündür. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki,Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Hacı Möylan küçəsindəki 1 otaqlı, 15,6 kv.metr yaşayış sahəsi, 112,2 kv.metr ümumi sahəsi olan 5 nömrəli fərdi yaşayış evi xx xxxx 2004-cü il tarixdə X2 adına xüsusi mülkiyyət kimi hüququ qeydiyyatdan keçmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qətnaməsinə əsasən “İnfokey” X5 “Azərbaycan Sənaye Bankı” X18 xeyrinə cəmi 124.430,73 (bir yüz iyirmi dörd min dörd yüz otuz manat yetmiş üç qəpik) manat məbləğində borcun və iddia ərizəsi üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın X7 tərəfindən “Azərbaycan Sənaye Bankı” X18 xeyrinə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Hacı Möylan küçəsindəki 1 otaqlı, 15,6 kv.metr yaşayış sahəsi, 112,2 kv.metr ümumi sahəsi olan 5 nömrəli fərdi yaşayış evinə yönəldilməsi və onun açıq hərrac ixtisaslaşdırılmış müəssisəsi vasitəsilə satılması və satışdan əldə olunan gəlirin pul vəsaiti hesabına “İnfokey” X6 kredit borcunun ödənilməsi qət edilmişdir. Göstərilən qərarın icrası nəticəsində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi “Azərbaycan Sənaye Bankı” X18 mülkiyyətinə keçmişdir. Bu hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışla təsdiq edilmişdir. 2017-ci il tarixdə “Azərbaycan Sənaye Bankı” X22 həmin əmlakı özgəninkiləşdirmişdir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X23 Ləğv prosesində olan “Bank of Azerbaijan” X20 ünvanladığı xx xxxx 2017-ci il tarixli məktubla X4 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Hacı Möylan küçəsində yerləşən 5 nömrəli fərdi yaşayış evinə dair ipotekanın dövlət qeydiyyatının ləğv olunması müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, “Azərbaycan Sənaye Bankı” X22-satıcı ilə “Qafqaz Ticarət” X11-alıcı arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Hacı Möylan küçəsində yerləşən 5 nömrəli fərdi yaşayış evi 159.375 (bir yüz əlli doqquz min üç yüz yetmiş beş) manat qiymətə alıcıya satmağı, alıcı da müvafiq əmlakı həmin qiymətə almağı öhdəsinə götürmüşdür. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Hacı Möylan küçəsində yerləşən 5 nömrəli fərdi yaşayış evi “Qafqaz Ticarət” X6 adına daşınmaz əmlakın dövlət reyestrində xx xxxx 2018-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, X2 xx xxxxxxx 2018-ci il tarixdə İstanbul şəhərində ölmüşdür. İddiaçı qeyd edilən əmlakla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri 9 nömrəli notariat ofisinə müraciət etmiş, notariat ofisinin İddiaçı ünvanladığı xx xxxxxx 2019-cu il tarixli 3048 nömrəli məktubla təqdim edilən sənədlərin vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün kifayət etməməsi və bununla bağlı məhkəməyə müraciət etmək hüququnun olması müraciət müəllifinə izah edilmişdir. Göründüyü kimi, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Hacı Möylan küçəsi, 5 nömrəli fərdi yaşayış evi xx xxxx 2004-cü il tarixində X2 adına ilkin qeydiyyatdan keçmiş, “X9 Mərkəzi” hərracın nəticələri haqqında yekun barədə xx xxx 2016-cı il tarixli Y-280 nömrəli protokoluna və xx xxx 2016-cı il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən sözügedən ünvan “Azərbaycan Sənaye Bankı” X18 adına qeydiyyatdan keçmişdir. 53 nömrəli notariat kontorunun xx xxxxxx 2018-ci il tarixli 4Ə-96 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən sözügedən ünvan “Qafqaz Ticarət” X6 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiasının heç bir əsası yoxdur, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq əmlakın onun tərəfindən faktiki qəbul edilməsini sübuta yetirə bilməmiş, qeyd edilən əmlakın onun ilkin mülkiyyətçisi olan X2 hələ sağlığında “ipoteka ilə yüklü edildiyindən, X2 müvafiq banka olan borcunun ödənilməsinə məhkəmə qətnaməsi əsasında yönəldildiyindən “X9 Mərkəzi” tərəfindən keçirilmiş hərrac nəticəsində “Azərbaycan Sənaye Bankı” X18 adına qeydiyyatdan keçdiyindən və sonradan həmin əmlakın xx xxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında “Qafqaz Ticarət” X6 adına qeydiyyatdan keçdiyindən və hazırda mülkiyyətində olduğundan, habelə mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmadığından iddia ərizəsi rədd edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Bakı şəhəri 9 nömrəli notariat ofisinə və “Azərbaycan Sənaye Bankı” X20, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Ləğv prosesində olan “Bank of Azerbaijan” X20 və “Qafqaz Ticarət” X3rşı “vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddia ərizəsi rədd edildiyindən iddiaçı şəxsin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 9 nömrəli notariat ofisinə və “Azərbaycan Sənaye Bankı” X20, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Ləğv prosesində olan “Bank of Azerbaijan” X20 və “Qafqaz Ticarət” X3rşı “vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-860/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-860/2020
14.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver