Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-860/2024 09.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “atalığın etiraf olunması faktının müəyyən edilməsi” barəsində ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə (Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) məhkəməyə müraciət edərək, X6 Ərizəçi atası olması faktının təsdiq olunması və buna uyğun olaraq qeydiyyat sənədlərində müvafiq dəyişikliklər aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.2002-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. X4 xx.xx.1976-cı ildə Mingəçevir şəhərində doğulmuşdur və xx.xx.2004-cü ildə vəfat etmişdir. X3 xx.xx.1983-cü il tarixində Ağsuda anadan olmuşdur. Azərbaycan vətəndaşıdır və hazırda babası ilə birgə ünvan 1 ünvanında yaşayır. X4 rəhmətə gedənə qədər atası, anası və o, birgə bir yerdə yaşamışlar, sonralar X3 ilə ailə qurmuşdur və o bu günə qədər babası Ərizəçi himayəsində yaşamışdır, bugün də bir yerdə, babasının Koroğlu Rəhimov 9, mən. 82 ünvanlı mənzilində yaşayırlar və babası təqaüdçüdür. İkinci Qarabağ müharibəsi başlar-başlamaz öz şəxsi istəyi ilə tək övlad olmasına belə baxmadan o, Nərimanov Hərbi Komissarlığına gedib müharibəyə, əsgərliyə göndərilməsini Hərbi Komissarlıqdan tələb edib əsgərliyə getmişdir və Prezident Ali Baş Komandanın imzasıyla, “İgidliyə görə Fərqlənmə” Medalıyla təltif edilmişdir. Onun atası və anası, atası ölənə qədər uzun müddət bir yerdə yaşamalarına baxmayaraq, müəyyən səbəblərdən rəsmi nikahda olmayıblar və o, onlar arasında olan mülki nikahdan doğulmuşdur. Lakın onun doğum haqqında ilkin şəhadətnaməsində ata qrafasında atasının soyadı düzgün yazılmamışdır və X10 əvəzinə, səhvən X9 qeyd edilmişdir. Hərbi xidmətə gedərkən, ölkədə hərbi vəziyyətin müharibə vəziyyətində olduğunu və şəhid ola biləcəyini bilərəkdən tələsik ancaq öz soyadını Kərimov etdirə bilib və həqiqi Ərizəçi olmuşdur, atasının doğum şəhadətnaməsindəkı yanlış Novruzov soyadını dəyişdirməyə vaxtı çatmadı və tələsik əsgərliyə yollanıb, hətta öz soyadının Novruzovdan Kərimova dəyişdirildiyi an o artıq hərbi xidmətdəydi. Babası Aftandil Ədliyyə Nazirliyinin soyad dəyişmə şəhadətnaməsi əsasında, doğum Şəhadətnaməsində dəyişiklik edildi və yeni şəhadətnamədə artıq Novruzov yox, həqiqi Ərizəçi olub. Babası bu yeni şəhadətnamənin notarial formada təsdiqlənmiş kopyasını əsgərlikdə olanda ona göndərdi və orada hərbi biletində soyadının dəyişilməsi mümkün olmayıb və sağ-salamat babasının yanına döndüyünə sevinib. Ona görə əsgərlikdə olanda nə yeni şəxsiyyət vəsiqəsini ala bilib, nə də hərbi biletində soyadını dəyişdirə bilməyib, bunu ancaq əsgərlik bitəndən sonra yerinə yetirib. Yeni şəxsiyyət vəsiqəsi alıb, hərbi biletində dəyişiklik etdirib Kərimov soyadını alıb. Amma doğum haqqında şəhadətnaməsində atasının yanlış yazılmış soyadını dəyişdirə bilməyib və atasının yanlış Novruzov soyadı təkrarən doğum şəhadətnaməsində qalıb. Bu yanlış yazılara baxmayaraq, həqiqətən onun X4dur və X9 adında şəxs yoxdur. Bununla bağlı Nərimanov rayon Qeydiyyat şöbəsinə etdiyi müraciətə onlar tərəfindən xx.xx.2023-cü il tarixdə imtina verilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.2002-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Ata qrafasında X9, ana qrafasında X8 qeyd edilmişdir; - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2004-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir; - Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixində X2 “Kərimov”a dəyişdirilmişdir; - Nərimanov rayon mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Ərizəçi ata qrafasında ata soyadının yazılması haqqında ərizəsinin təmin edilməsindən imtina edilmiş və bununla bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur; - İş üzrə şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, ərizəçinin atası onun dostu olmuşdur. Qız da öz məhləsindən idi. Ailəsinə sadiq insan idi. Niyə rəsmi nikahda olmadıqlarını bilmir. O zənn edirdi ki, onlar rəsmi evlidirlər. Anası bir müddət onlarla yaşadı. O deyəsən başqası ilə evləndi. Uşaq da babasının yanına getdi; - İş üzrə şahid qismində dindirilmiş X15 bildirmişdir ki, ərizəçinin babası onun yerlisi, həm də dostudur. O, ərizəçinin ana-atasının toylarında da, uşaq doğulanda da iştirak edib. Mərhumun başqa evliliyi, başqa uşağı olmamışdı. Hamı onları bir ailə kimi tanıyırdı; - İş üzrə şahid qismində dindirilmiş Ərizəçi Aliyeviç bildirmişdir ki, o, ərizəçinin babasıdır. Oğlu həbsdə idi, çıxanda ərizəçinin anasını görüb onu qaçırmışdı. Ayrıca evləri olsa da, çox vaxt onunla birgə qalırdılar. Həbsdən çıxanda çəkilməmiş cəzası qalmışdı, ona görə nikahını rəsmiləşdirə bilməmişdi. Hətta ərizəçinin anası yetkinlik yaşına çatmadığından onu qaçırdığına görə də 1 il iş vermişdilər. Oğlunun epilepsiyası var imiş, onun isə bundan xəbəri olmayıb. Həmin xəstəlikdən də rəhmətə gedib. Rəhmətə gedəndən sonra anası uşağı onun yanında qoyub, yeni ailə qurmuşdu. İndiyədək ərizəçi onunla qalır. Atası rəhmətə gedəndə onun iki yaşı var idi. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Ərizəçi xx.xx.2002-ci il tarixdə anadan olmuşdur. Onun doğum haqqında şəhadətnaməsində ata qrafasında X9 yazılmışdır. Əvvəlki doğum haqqında şəhadətnaməsində soyadı Novruzov göstərilsə də, daha sonra o, soyadının dəyişdirilməsi üçün müraciət etmiş və soyadını “Kərimov”a dəyişdirmişdir. X10 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. Hazırda ərizəçi X6 atası olduğunu əsas gətirərək atalığın etiraf olunması faktının müəyyən edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1 və 305.1.1-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı oduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Eyni Məcəllənin 307.2.10-cu maddəsinə uyğun olaraq məhkəmə atalığın etiraf olunması faktının müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına görə, Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsində nəzərdə tutulan faktın - yəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: 1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. Həmin Qərarın 11.3-cü bəndinə əsasən ölən şəxsin özünü uşağın atası hesab etməsini təsdiq edən sübutlara şahid ifadələri, yazılı və maddi sübutlar, həmin şəxsin uşağın anası ilə bir evdə yaşaması, uşağın tərbiyəsində iştirak etməsi, yazılı məktubları, həmçinin uşağın bağçaya, məktəbə qəbul edilməsinə dair məktəb rəhbərliyinin adına yazdığı ərizələr və sair ola bilər. Ailə Məcəlləsinin 45.2-ci maddəsinə görə uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Ailə Məcəlləsinin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Məhkəmə şahid ifadələrinə və işdə olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı işdə atalığı etiraf etmə faktının müəyyən olunması üçün Plenum Qərarında göstərilmiş 3 şərt mövcuddur. X10 özünün sağlığında xx.xx.2002-ci təvəllüdlü Ərizəçi onun övladı olmasını etiraf etmişdir. Belə ki, iş materialları və şahid ifadələri ilə təsdiq olunmuşdur ki, uşaq doğulan zaman və atası ölənə qədər onlar bir ailə kimi bir yerdə yaşamışlar, ətrafında qohumlar Aftandili onun oğlu kimi tanımışlar. xx.xx.2004-cü il tarixində isə atası ölmüşdür. Atası vəfat etdikdən sonra ərizəçini ata tərəfindən babası böyütmüşdür. Qeyd olunan faktın müəyyən edilməsi doğum haqqında şəhadətnamədə X6 uşağın atası kimi qeydə alınması, bundan irəli gələn hüquqlarının həyata keçirilməsi üçün hüquqi əhəmiyyətlidir və ərizəçinin həmin faktı təsdiq edən sənədləri başqa qaydada alması mümkün deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.2004-cü il tarixdə vəfat etmiş X6 özünün sağlığında xx.xx.2002-ci il təvəllüdlü Ərizəçi atası olmasını etiraf etməsi faktı müəyyən edilməlidir. xx.xx.2002-ci il təvəllüdlü Ərizəçi doğum akt qeydində ata qrafasında “X10, milliyyəti azərbaycanlı” qeydləri yazılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 14 aprel 2004-cü il tarixdə vəfat etmiş X1 xx.xx.2002-ci il təvəllüdlü Ərizəçi atası olmasını etiraf etməsi faktı müəyyən edilsin. xx.xx.2002-ci il təvəllüdlü Ərizəçi doğum akt qeydində ata qrafasında “X10, milliyyəti azərbaycanlı” qeydləri yazılsın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-860/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-860/2024
09.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver