Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-861/2023 25.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi X4 Mehdi qızının katibliyi, Ərizəçi nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Xidməti şəxsi 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktı” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, "V" yaşayış sahəsi, 29 saylı evin 10 saylı mənzilinə dair Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.1996-cı il tarixdə verilmiş, MH seriyalı 020457 saylı qeydiyyat vəsiqəsinin xx.xx.1958-ci ildə Ermənistan SSR, Kainino rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Ərizəçi məxsus olması barədə hüquqi faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1958-ci ildə Ermənistan SSR, Kalinino rayonunda anadan olmuşdur. Ona məxsus bütün hüquqmüəyyənedici sənədlərdə adı Ərizəçi kimi göstərilirmişdir. Lakin Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, "V” yaşayış sahəsi, 29 saylı evin 10 saylı mənzilinə dair Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.1996-cı il tarixdə verilmiş, MH seriyalı 020457 saylı qeydiyyat vəsiqəsində adı, soyadı və ata adı Ərizəçi Niyazoviç kimi göstərilmişdir. Lakin həmin qeydiyyat vəsiqəsində soyadı və adı düzgün göstərilsə də, ata adı texniki səhv olaraq Niyazoviç kimi göstərilmişdir. Düzəlişin edilməsi ilə bağlı Azərbaycan Respublikası İqlisadiyvat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə müraciət etsə də, məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında ərizədə qeyd olunan dəlilləri müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Xidməti şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işə maraqlı şəxs Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Bakı Şəhəri İcra Hakimiyyəti Texniki-İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş MH seriyalı 020457 nömrəli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, "V" yaşayış sahəsi, 29 saylı evin 10 saylı mənzili Ərizəçi Niyazoviçin adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 702 nömrəli reyestr kitabında 105381 nömrəli səhifədə qeydəalma 30/105381 nömrəsi ilə xx.xx.1996-cı il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşına məxsus olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə Ermənistan SSR, Kainino rayonunda anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Xidməti şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubunun surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, "V" yaşayış sahəsi, 29 saylı evin 10 saylı mənzilinə dair daşınmaz əmlakın dövlət reyestrində müvafiq düzəlişin aparılması ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli müraciətinizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, "V" yaşayış sahəsi, 29 saylı evin 10 saylı mənzil ilkin arxiv sənədlərinə əsasən daşınmaz əmlakın dövlət reyestrində Ərizəçi Niyazoviçin adına qeydiyyata alınmışdır. Qeyd olunan mənzilin mülkiyyətçisinin Ərizəçi kimi düzəliş edilməsi üçün Ərizəçi Niyazoviç ilə eyni şəxs olması barədə sənəd təqdim olunacağı təqdirdə ərizənizdə qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, Ərizəçi 29 may 2015-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan, 2 saylı Asan xidmət mərkəzi tərəfindən verilmiş, AC 324337 nömrəli sürücülük vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.2014-cü il tarixdə sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Birliyi 2166 saylı arayışdan görünür ki, Ərizəçi Niyazoviç Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, "V" yaşayış sahəsi, 29 saylı evin 10 saylı mənzilində yaşayır və mənzil şəxsi mülküdür. İş materiallarında olan Ermənistan SSR Kalininskiy rayonu VVAQ tərəfindən verilmiş İİİ-SL seriyalı № 301705 saylı, xx.xx.1980-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X1 xx.xx.1980-ci il tarixdə Ermənistan SSR Kalininskiy rayonu Mixailovka kəndində anadan olmuşdur, bu barədə akt qeydləri kitabında xx.xx.1980-ci ildə 16 № ilə qeyd edilmişdir. İş materiallarında olan Ermənistan SSR Kalinino rayonu VVAQ tərəfindən verilmiş İİİ- SL seriyalı № 410976 saylı, xx.xx.1982-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X2 xx.xx.1982-ci il tarixdə Ermənistan SSR Kalinino rayonu Mixailovka kəndində anadan olmuşdur, bu barədə akt qeydləri kitabında xx.xx.1982-ci ildə 14 № ilə qeyd edilmişdir. İş materiallarında olan Ermənistan SSR Kalininskiy rayonu VVAQ tərəfindən İ-SL № 409537 saylı, xx.xx.1979-cu il tarixli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X3 nikahı bağlanmış, bu barədə akt qeydləri kitabında xx.xx.1979-cu il tarixdə 16 №-ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6.2-ci maddəsinə əsasən, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3-cü bəndinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, Bakı Şəhəri İcra Hakimiyyəti Texniki-İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş MH seriyalı 020457 nömrəli Qeydiyyat Vəsiqəsinin xx.xx.1958-ci ildə Ermənistan SSR, Kalinino rayonunda anadan olmuş Ərizəçi məxsus olması faktı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından, ərizə təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı Şəhəri İcra Hakimiyyəti Texniki-İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş MH seriyalı 020457 nömrəli Qeydiyyat Vəsiqəsinin xx.xx.1958-ci ildə Ermənistan SSR, Kalinino rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-861/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-861/2023
25.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver