Məhkəmə qərarları › İş №2(005)-87/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-87/2023

01.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-87/2023 01.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququ olmayan hesab edilməsi və mənzildən çıxarılma tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı kompensassiya tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququ olmayan hesab edilməsi və mənzildən çıxarılma tələbinə dair ilk iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onun azyaşlı övladları X13 və X14 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 127/131 evin, 52 saylı mənzildən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi, Cavabdeh və onun azyaşlı övladları X13 və Mirabdullayev Əli Emil oğlunun İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 127/131 evin, 52 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq pr., ev 127/131, mənzil 52-nin, AR ƏMDKYDƏDRX ******* nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətcisidir. Cavabdeh ilə Axundova X3 Emil Adil oğlu 06 mart 2002ci ildə rəsmi nikaha daxil olmuşlar və birgə nikahdan 03 fevral 2003-cü ildə Ləman adlı qızları anadan olmuşdur. 2012-ci ildə onların nikahları ləğv olunmuş, bir il yarıma gədər ayrı yaşamışlar, sonradan barışaraq, 15 aprel 2013-cü ildə yenidən rəsmi nikaha daxil olmuşlar və birgə nikahdan 21 aprel 2014-cü ildə oğulları Əli anadan olmuşdur. Lakin, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-227/2021 saylı, xx.xx.2021 -ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə X20 arasında 15 aprel 2013-cü ildə, 1 saylı Bakı “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması və akt qeydləri kitabındakı 176 saylı nikah qeydinin ləğv edilməsi, xx.xx.2003-cü il təvəllüdlü X7 və xx.xx.2014-ci il təvəllüdlü X14 Cavabdeh himayəsində saxlanması, xx.xx.2003-cü il təvəllüdlü X7 və xx.xx.2014-ci il təvəllüdlü X14 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 170 manat sabit pul məbləğində aliment cavabdeh C.M.Mirabdullayevanın xeyrinə tutulması qət edilmişdir. Hal-hazırda İddiaçı mülkiyyətində olan həmin evdə iradəsindən kənar Cavabdeh və azyaşlı övladları X13 və X37 oglu rəsmi şəkildə yaşayış yeri üzrə qeydiyyatdadır. Adı çəkilən şəxslərin evdə qeydiyyatda olmasını tamamilə qeyri-qanuni hesab edir. Bu şəxslərin onun mülkiyyətində olan mənzildə qeydiyyatda olmaları İddiaçı öz mülkiyyət hüququnun maneəsiz şəkildə həyata keçirilməsinə imkan vermir, buna maneələr törədir. Cavabdeh ilə İddiaçı oğlu nikah dövründə müvəqqəti onun mənzilində yaşamışlar. Belə ki, onlar özlərinə ev alanda İddiaçı mənzilindən ailəvi olaraq əşyaları ilə birlikdə çıxacaqdılar. Lakin sonra İddiaçı məlum olmuşdur ki, cavabdeh öz övladları ilə onun mülkiyyətimdə olan mənzilə razılığı olmadan qeydiyyata düşüblər. Belə olan halda onlar arasında olan münasibət 2003-ci ildə yarandığından hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri tətbiq edilməlidir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 28 dekabr 2021ci il tarixli, 2(005)-4753/2021 nömrəli qətnaməsinə əsasən, Cavabdeh, birgə nikah dövründə əldə edilmiş mənzillərə payların müəyyən olunması və sair iddia tələbi təmin olunmuş və Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, bina 12 ünvanda yerləşən, ümumi sahəsi 68,30 kv.m olan 2 otaqlı 63 saylı və ümumi sahəsi 78.40 kv.m olan 2 otaqlı 64 saylı mənzillərə dair ödənilmiş pul vəsaitinə 1/2 hissədə Cavabdeh, 1/2 hissədə X15 payları müəyyən edilməsi qət olunmuşdur. Yani cavabdehin məhkəmə qətnaməsinə əsasən 2 yerdə mülkiyyəti də mövcuddur. Cavabdeh İddiaçı qarşı, X17 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb olunmaqla, kompensassiya tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin mənzildən istifadə hüququ olmayan hissədə rədd edilməsi, övladları ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 127/131 evin, 52 saylı mənzildən çıxarılmaları üçün İddiaçı Cavabdeh xeyrinə 30000 manat kompensassiya verilməsini və mənzildən çıxarılma iə kompensassiya verilməsinin eyni zamanda icra olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, hazırki ilk iddia cavabdeh İddiaçı adından qaldırılmasına baxmayaraq, onun bu iddiadan xəbəri yoxdur. Oğlu 3-cü şəxs E.Mirabdullayev anasının adından vəkilin adına etibarnamə verməyə nail olaraq vəkil vasitəsilə bu iddianı qaldırtmaqla Cavabdeh aralarında olan digər məhkəmə işi ilə bağlı müəyyən təsir və təzyiqlər etməyə çalışır və bu niyyətini həyata keçirmək üçün hətta öz doğma övladlarını da anasının əli ilə yaşadıqları evdən çıxarmağa belə çəkinmir. Halbuki, Cavabdeh, övladları xx.xx.2003-cü il təvəllüdlü Ləman və xx.xx.2014-cü il təvəllüdlü Əli ilə mübahisəli ünvanda uzun müddətdir ki, qeydiyyatdadırlar və bu qeydiyyat İddiaçı razılığı ilə baş vermişdir. Belə ki, həmin mənzildə onlar cavabdehin oğlu 3-cü şəxs E.Mirabdullayevlə birlikdə yaşamışlar və orada yaşamaları, eləcə də qeydiyyatla bağlı heç bir problem olmamışdır. Cavabdeh 2003-cü ildən həmin mənzildə qeydiyyatdadır və uşaqları anadan oldundan sonra təbii ki, yaşadığı ünvana qeydiyyata düşmüşlər. Cavabdehin ilk iddia ərizəsində onların orada qeydiyyatda olmalarının qeyri-qanuni olmasına dair göstərdikləri absurddur. Belə ki, cavabdehin razılığı olmadan onların həmin evə qeydiyyatı mümkün olmazdı. Bundan əlavə, uzun illər həmin mənzildə yaşadıqları halda, cavabdeh yaxşı bilirdi ki, Cavabdeh ailəliklə orada qeydiyyatdadırlar. Hətta iddia ərizəsində 2015-ci ildə verilmiş forma 2 üzrə arayışı da əlavə etməsi onun bu qeydiyyatdan məlumatlı olmasını təsdiq edir. Belə bir iddianın indi verilməsinin səbəbi bu iddianı qaldırmaq yuxarıda qeyd etdiyi kimi cavabdehin deyil, oğlu olan 3-cü şəxs E.Mirabdullayevin təşəbbüsüdür. Belə ki, Cavabdeh onunla olan nikahı məhkəmə qaydasında pozulmuş və nikah dövründə əldə edilmiş əmlaka ödənilmiş paya mülkiyyət hüququnun tanınmasına dair aralarında məhkəmə çəkişmələri davam edir. Cavabdeh ilk iddianı əvvəl də, yəni, 2021-ci ildə məhkəməyə vermiş, daha sonra isə onu geri götürmüşdür. Hazırda isə həmin iddianı yenidən verəndən sonra onun təkrarən geri götürülməsi üçün oğlu, 3-cü şəxs E.Mirabdullayev qarşıda müəyyən şərtlər qoymuşdur və bu şərtlərlə bağlı aralarında vəkillərin də iştirakı ilə danışıqlar davam edirdi. Şərtlərə həm davam edən məhkəmə çəkişmələrin predmetinə aid olan məsələlər, həm də hazırki iddianın predmeti üzrə onların qeydiyyatdan çıxmaq şərti ilə mübahisəli mənzildə yaşamaqda davam etmək kimi məsələlər daxil idi. Lakin 3-cü şəxs bu şərtlərlə müəyyən dərəcədə razılaşmalarına baxmayaraq, vaxtı uzatdı və sonda onları guya şərtlərlə razılaşmamaqda günahlandıraraq iddianı geri götürməkdən imtina etdi. Cavabdeh də hazırki qarşılıqlı iddia ilə müraciət etməyə məcbur oldu. Belə ki, onun verilməsi üçün əsaslar həmin dövrdə, yəni, ilk iddia ilə məhkəməyə müraciətdən sonra aralarında iddianın geri götürülməsi ilə əlaqədar baş verən danışıqlar nəticə vermədiyi üçün əmələ gəlmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş ilk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili X21 iddia tələbinə uyğun izahat verərək ilk iddia tələbinin təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X17 ilk iddia üzrə Cavabdeh ilə əvvəl nikahda olduğunu, bu nikahdan iki övladlarının olduğunu, nikah pozulduqdan sonra isə uşaqların anası tərəfindən ünsiyyətə maneçilik yaradıldığını bildirdi. Hazırki ilk iddia tələbinin anası İddiaçı razılı və imzası ilə verildiyini qeyd etdi. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq hazırki məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 184.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarında olan; - xx.xx.1990-cı il tarixli, 034647 nömrəli orderdən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 127/131 evin, 52 saylı mənzil X18 əvəzsiz istifadəsinə verimlmişdir. - xx.xx.2002-ci il tarixli, 146315 nömrəli müqavilədən aydın olur ki, X24 Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 127/131 evin, 52 saylı mənzili həmin dövrün məzənnəsi ilə 72000000 manata İddiaçı satmışdır. - ƏMDK Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 127/131 evin, 52 saylı mənzil tam payda İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə xx.xx.2009-cu il tarixdə ********** nömrəli qeyd aparılmışdır. - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 227/2021 saylı qətnaməsi ilə Cavabdeh ilə X20 arasında xx.xx.2013-cü il tarixdə bağlanmış və 1 saylı Bakı “Asan Xidmət” mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 176 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2014-cü il təvəllüdlü X23 və xx.xx.2003-cü il təvəllüdlü X7 iddiaçı (anası) Cavabdeh yanında qalması, xx.xx.2014-cü il təvəllüdlü X14 və xx.xx.2003-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün X8 Cavabdeh xeyrinə hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması və aliment məbləğinin xx.xx.2020-ci il tarixdən hesablanması qət edilmişdir. - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 4753/2021 saylı qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, bina 12 ünvanda yerləşən, ümumi sahəsi 68,30 kv.m olan 2 otaqlı 63 saylı və ümumi sahəsi 78.40 kv.m olan 2 olaqlı 64 saylı mənzillərə dair ödənilmiş pul vəsaitinə 1⁄2 hissədə Cavabdeh, 1⁄2 hissədə X10 paylarının müəyyən edilməsi, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 68.30 kv.m olan 2 olaqlı 63 saylı və həmin binada ümumi sahəsi 78,40 kv.m olan 2 olaqlı 64 saylı mənzillərə dair X27 ilə X20 arasında xx.xx.2019-cu il tarixdə 5 saylı xüsusi notariat ofisində 3M-328 reyestr nömrəsi ilə qeydə alınmış kredit müqaviləsinin təminatı olan girov müqaviləsinin bağlanması haqqında ilkin müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)- 5147/2022 saylı qərarından aydın olur ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci, 2(103)-2648/2022 saylı qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-4753/2021 saylı qətnaməsindən iddiaçı və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra apellyasiya instansiyasının həmin qətnaməsindən iddiaçı Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X17 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci, 2(103)-2648/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - "xxxx" MTK tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 127/131 evin, 52 saylı mənzilində İddiaçı, X17, Cavabdeh və X11 ibarət 5 nəfərdən ibarət ailə tərkibində yaşayır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 127/131 evin 52 saylı mənzili İddiaçı tərəfindən xx.xx.2002-ci il tarixdə X4 alınmışdır. Cavabdeh və Axundova X3 Emil Aydın oğlu xx.xx.2002-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, Cavabdeh sözügedən ünvan üzrə qeydiyyata düşmüşdür. Bu nikahdan xx.xx.2003-cü il təvəllüdlü X13 doğulmuşdur. Sonradan tərəflərin nikahı pozulmuş, xx.xx.2013-cü il tarixdə yenidən rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X23 doğulmuşlar. Onlar da valideynlərinin qeydiyyat ünvanı üzrə qeydiyyata düşmüşlər. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-227/2021 saylı qətnaməsi ilə Cavabdeh ilə X20 arasında bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan uşaqların ananın himayəsinə qalması qət edilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və övladları xx.xx.2003-cü il təvəllüdlü X13 və xx.xx.2014-cü il təvəllüdlü X14 ona məxsus olan mənzildən istifadə hüquqlarına xitam verilməklə qeydiyyatdan çıxarılmalarını xahiş edir. Məhkəmə ilkin və qarşılıqlı iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-ci maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki iş materiallarında və tərəflərin izahatlarından İddiaçı sözügedən mənzilə dair mülkiyyət hüququnun xx.xx.2009-cü il tarixdə qeydiyyata alındığı məlum olur. Belə olan halda məhkəmə aşağıdakı normativ hüquqi aktlara istinad edilməsini zəruri hesab edir xx.xx.2000-ci il tarixdən qüvvədə olan Mülki Məcəllənin: 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. xx.xx.2009-ci il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.4-cü maddəsinə əsasən Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Plenum Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli “X.Məmmədovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının AR-nın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarında qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqelərinə uyğun olaraq məhkəmə hesab edir ki, Cavabdeh qızının Cavabdeh ilə ailə münasibətlərinə xitam verildiyindən, Cavabdehın və onun yetkinlik yaşına çatan qızı X6 mübahisəsi gedən mənzilin mülkiyyətçisi olan Cavabdeh özlərinin saxlanılmasını tələb etmək hüquqları olmadığından, sonuncuya məxsus yaşayış sahəsindən istifadə etmək səlahiyyətləri də ola bilməz. Digər cavabdeh X19 münasibətdə məhkəmə qeyd edir ki, mülki işin materiallarından görünür ki, yetkinlik yaşına çatmayan cavabdeh Ə.Mirabdullayev anasının himayəsinə verilmişdir. Digər cavabdehlər kimi, onun da iddiaçıdan özünün saxlanılmasını tələb etmək kimi bir subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Məhkəmə tərəfindən Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 127/131 evin, 52 saylı mənzildən istifadə hüququnun olmaması qənaətinə gəlindiyinə görə, məhkəmə hesab edir ki, cavabdeh X19 münasibətdə də iddia təmin edilməlidir. Məhkəmə ilkin iddia tələbinin “mənzildən çıxaırlma” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Cavabdehlərn həmin evdə yaşaması və istifadəsinin hazırkı mərhələdə hər hansı qanuni əsası (kirayə müqaviləsinin, istifadə hüququ) müəyyən edilmədiyindən, iddia tələbi bu hissədə də əsaslıdır və təmin edilməlidir. Qarşılıqlı iddia ərizəsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir: Mülki işin materiallarında görünür ki, cavabdeh X2 birgə nikah dövründə əldə edilmiş mənzillərə payların müəyyən edilməsi tələbi Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2(005)-4753/2021 nömrəli qətnaməsi ilə qismən təin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, bina 12 ünvanda yerləşən, ümumi sahəsi 68,30 kv.m. olan 2 otaqlı 63 saylı və ümumi sahəsi 78,40 kv.m.olan 2 otaqlı 64 saylı mənzillərə dair ödənilmiş pul vəsaitinə ½ hissədə payı müəyyən edilmişdir. Beləliklə, Cavabdeh mənzilin mülkiyyətçisi İddiaçı ilə ailə münasibətlərinə xitam verilməsi ilə yanaşı, yaşayış yerinə olan ehtiyacı da aradan qalxmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqelərə görə 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulan “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahibliklə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. (Latridis Yunanıstana qarşı iş, §54). Məhkəmə, həmçinin qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyət”lə məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı də əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı iş, § 103). Cavabdeh həmin mənzildən istifadə hüququna xitam verilməsi səbəbindən məhkəmə qətnaməsi ilə onun himayəsinə verilmiş azyaşlı uşağı X14 da Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 127/131 evin 52 saylı mənzilindən iftifadə hüquqlarına xitam verilməlidir. xx.xx.2003-cü il təvəllüdlü X13 yetkinlik yaşına çatdığına görə Cavabdeh himayəsində olmasa da, yetkinlik yaşına çatması və könüllü olaraq Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 127/131 evin 52 saylı mənzilində yaşamaması səbəbindən onun da bu mənzildən istifadə hüquqlarına xitam verilməlidir. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, ilk iddia təmin edilməli, Cavabdeh və onun azyaşlı övladları X13 və X14 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 127/131 evin, 52 saylı mənzildən istifadə hüquqlarının olmaması müəyyən edilməli, Cavabdeh və onun azyaşlı övladları X13 və X5 Dilarə Mubinovnanın mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 127/131 evin, 52 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılmalı, qarşılıqlı iddia təmin edilməməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İlk iddia təmin edilsin. Cavabdeh, onun azyaşlı övladı X14 və X7 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 127/131 evin, 52 saylı mənzildən istifadə hüquqlarının olmaması müəyyən edilsin. Cavabdeh, onun azyaşlı övladı X23 və X1 Dilarə Mubinovnanın mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 127/131 evin, 52 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılsınlar. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçıya aid edilsin. Qarşılıqlı iddia təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar