Məhkəmə qərarları › İş №2(005)-871/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-871/2021

19.03.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-871/2021 19.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı Oqtay oğlunun və cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Respublika X9 nümayəndələri X11 və X2 iştirakı ilə, İddiaçı Oqtay oğlunun cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Respublika X5rşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Oqtay oğlu cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Respublika X5rşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2015-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetini “Aqromühəndislik” ixtisası üzrə bitirmişdir. xx.xx.2018-ci il tarixdən Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki X6 rayon X8 aqronom vəzifəsinə təyin edilmişdir. İşlədiyi müddətdə işinin öhdəsindən ləyaqətlə gəlmiş, hər hansı cəzaya məruz qalmamışdır. İşlədiyi müddətdə rəhbərliyin göstərişi əsasında səlahiyyətlərinə aid olmayan işlərə də cəlb edilmiş, bu səbəbdən səhhətində problemlər də yaranmışdı. Bununla əlaqədar xx xxxxxxx 2020-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki X6 rayon X9 rəisinə ərizə ilə müraciət edərək tutduğu vəzifədən azad edilməyini xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixli rəsmi ərizəsi ilə yenidən Mərkəzin rəisinə müraciət edərək işdən çıxmağı barədə xx xxxxxxx 2020-ci il tarixli ərizəsini etibarsız hesab etməklə işinə bərpa olunmağını xahiş etmişdir. Lakin ona bildirilmişdir ki, Mərkəzin rəisi cənab Azad İbrahimovun xx xxxxxxx 2020-ci il tarixli Əmri ilə tutduğu vəzifədən öz xahişi ilə azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xilam verilmişdir. Lakin ona bu barədə rəsmi qaydada heç bir sənəd verilməmişdir. Sonradan əmrin surətini əldə etmişdir. Onun işlədiyi ştat vahidi hazırda da boşdur, həmin vəzifəyə heç kim təyin edilməmişdir. Bildiyi kimi, əmək qanunvericiliyinə görə işçi işdən çıxma barədə verdiyi ərizənin etibarsız hesab edilməsi barədə müraciət edə bilər və ştat vahidi boşdursa işinə bərpa edilə bilər. O, öz işinə qayıtmaq və 2018-ci ildən etibarən işlədiyi vəzifədə əmək fəaliyyətini davam etdirmək istəyir. Ərazidə həmin vəzifədə işləyə biləcək ali təhsilli mütəxəsislər yoxdur. Qeyd edir ki, 2020-ci ilin yanvar ayından X1 Şurasının üzvüdür. Əlavə olaraq bildirir ki, atası X4 2019-cu ildə vəfat etmişdir. Ailədə qazanc gətirən iddiaçıdır. Qeyd edilənləri nəzərə alaraq, onun işdən çıxarılmağı barədə Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyinin Respublika X9 rəhbərliyini xx.xx.2020- ci il tarixli 172/c əmrini ləğv edərək onun əvvəlki işinə bərpa olunmağı və məcburi iş buraxma müddəti üçün əmək haqqının edənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Oqtay oğlu iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Respublika X9 nümayəndələri X11 və X7 ayrı-ayrılıqda iddia tələbini qəbul etmədi və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Eyni zamanda xx.xx.2021-ci il tarixdə iddia tələbinə etiraz təqdim edərək, etirazı onunla əsaslandırmışlar ki, iddiaçı iddia ərizəsində onun işdən çıxarılması haqqında 2020-ci il 28 oktyabr tarixli 172/k nömrəli əmrin ləğv edilərək onun əvvəlki işinə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri əsassızdır. Bildirilir ki, İddiaçı 2020-ci il 28 oktyabr tarixli ərizəsindən məlum olur ki, o, səhhəti ilə əlaqədar olaraq 2020-ci il 28 oktyabr tarixindən etibarən tutduğu vəzifədən azad edilməsi barədə xahiş etmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Respublika X9 2020-ci il 28 oktyabr tarixli 172/k nömrəli əmrindən aydın olur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a" bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən və "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Respublika Bitki Mühafizəsi Mərkəzi haqqında Əsasnamə’’nin 16.5-ci bəndini rəhbər tutaraq İddiaçı - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Respuolika Bitki X6 Rayon X9 aqronomunun xahişi nəzə'ə alınaraq o, 2020-ci il 28 oktyabr tarixindən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, sözügedən məsələ elektron informasiya sistemində də öz əksini tapmışdır. İdiiaçının Əmək Məcəlləsinin 69-cu maddəsinin dördüncü hissəsinə istinad etsə də, bu, əsassızdır, çünki o, bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 172/k №-li əmrdən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə (işçinin təşəbbüsü ilə) əsasən İddiaçı - Respublika Bitki X6 Rayon X9 aqronomunun xahişi nəzərə alınaraq 2020-ci il 28 oktyabr tarixdən tutduğu vəzifədən azad edilsin və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan İddiaçı Oqtay oğlu tərəfindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Respublika Bitki Mühafizəsi Mərkəzinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı Oqtay oğlu xx.xx.2020-ci il tarixində göndərdiyi ərizənin etibarsız hesab edilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı Oqtay oğlu tərəfindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Respublika Bitki Mühafizəsi Mərkəzinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, səhhəri ilə əlaqədar Fumiqasiya tədbirlərini yerinə yetirə bilmədiyi üçün xx.xx.2020-ci il tarixdən etibarən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Respublika Bitki Mühafizəsi Mərkəzi ilə İddiaçı Oqtay oğlu arasında bağlanmış əmək müqaviləsi xx.xx.2020 tarixli xxxxxxx0001XO nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi ilə elektron informasiya sistemində yerləşdirilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Oqtay oğlu Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Respublika X8 aqronom vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Respublika X9 xx.xx.2020-ci il tarixli 172/k nömrəli əmri ilə İddiaçı Oqtay oğlu xx.xx.2020-ci il tarixli işdən azad olunması barədə ərizəsi nəzərə alınmaqla Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən xx.xx.2020-ci il tarixdən etibarən işdən azad edilmişdir. Məhkəmə iddia tələbinin işə qəbul olunması hissəsinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zərurir hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 43-cü maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər: Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69.2-ci maddəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 69.4-cü maddəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. 69.5-ci maddəsinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Məhkəmə İddiaçı Oqtay oğlunun cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Respublika X5rşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı fərqinin ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, iddiaçı işdən azad olunarkən Əmək Məcəlləsində müəyyənləşdirilmiş şərtlər pozulmamış və bu Məcəllənin tələbləri baxımından həmin əmrin ləğv edilməsi və iddiaçının işə bərpa edilməsi üçün hər hansı əsas olmadığından iddia rədd edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Yuxarıda istinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «X3» qarşı xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Məhkəmə həmçinin İddiaçı Oqtay oğlunun məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi tələbinə dair iddia tələbləri bağlı qeyd edir ki, həmin tələb yuxarıda məhkəmə tərəfindən hüquqi qiymət verilmiş – işə bərpa edilməsi tələbindən doğan tələb oduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Oqtay oğlunun cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Respublika X5rşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar