Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-880/2025 16.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı CavabdehMənzil-Tikinti Kooperativinə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı CavabdehMənzil-Tikinti Kooperativi-ə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 mart 2021-ci il tarixli “Payçı” müqaviləsi əsasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Kənar dairəsi yol ünvanında yerləşən torpaq sahəsində Cavabdeh MTK-nin vəsaiti hesabına inşa edilmiş yaşayış binasının 6-cı giriş 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 129,8 kv metr olan 3 otaqlı mənzili üçün İddiaçı tərəfindən ödənilmiş 13.100 (on üç min yüz) manat məbləğdə pul vəsaitinin və həmin evə qoyulmuş təmir və yenidənqurma işlərinə ödənilmiş 30.000 (otuz min) manat məbləğdə pul vəsaitinin, ümumilikdə 43.100 (qırx üç min yüz) manat məbləğdə pul vəsaitinin, dövlət rüsumu qismində ödənilmiş 220 manatın Cavabdeh MTKdan tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MTK arasında 12 mart 2021-ci il tarixdə müqavilə bağlanmışdır. Müqavilənin predmetini “Satıcı”-ya ayrılmış Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Kənar dairəsi yol ünvanında yerləşən torpaq sahəsində Cavabdeh MTK-nin vəsaiti hesabına inşa edilmiş yaşayış binasının 6-cı giriş 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 129,8 kv metr olan 3 otaqlı mənzil təşkil edir. Müqavilə bağlanan gün “Payçı” tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətin 5000 (beş min) manat məbləğində ilkin ödəniş etmiş, sonradan qalan ödəniş məbləğinin (müqavilədə var) məbləğdə hissəsi də ödənilmişdir. Müvafiq ödənişin ödənilməsi üçün müəyyən edilmiş müddət keçməmiş, Cavabdeh MTK, ödənişin qalan hissəsinin ödənilməsində gecikmələr olması əsası ilə müvafiq müqaviləni ləğv etmiş, mənzil İddiaçı alınmış, Yasamal rayon Məhkəməsinin e-2(004)-3389/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsilə mənzildə İddiaçı məxsus əşyaların da mənzildən çıxarılması qərara alınmışdırLakin, müvafiq müqavilə ləğv edilmiş olsa da, mənzilin alınması üçün iddiaçı tərəfindən ümumilikdə 5000 məbləğdə pul vəsaiti ödənilmişdir. Bundan sonra həmin müqavilə üzrə bir 2700 (iki min yeddi yüz), bir 2600 (iki min altı yüz), bir 2800 (iki min səkkiz yüz) manat, ümumilikdə müqavilə üzrə həmin mənzil üçün 13.100 (on üç min yüz) manat məbləğdə pul vəsaiti ödənilmişdir. Eyni zamanda, həmin mənzilə iddiaçının şəxsi hesabına istilik sistemi çəkilmiş, elektrik şəbəkəsi təmir edilmiş, mətbəx mebeli quraşdırılmış, anbar (daxıl) təmir edilmiş və oraya mebel quraşdırılmış, bunlar üçün ümumilikdə 30.000 (otuz min) məbləğdə pjl vəsaiti xərclənmişdir. Müvafiq dəyişikliklər İddiaçı naturada qaytarıla bilməyəcəyinə görə hesab edirəm ki, həmin xərclərin əvəzi və mənzil üçün müqavilə üzrə ödənilmiş pul vəsaiti olaraq 43.100 (qırx üç min yüz) manat məbləğdə pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi mütləq və zəruridir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir. AR ƏN MEM-dən ekspertizaların aparılmasından imtina edilməsinə dair məlumat xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər iştirak etməmişdirlər. Eyni zamanda iddiaçının nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq, tərəflərin aralarında olan mübahisəni məhkəmədən kənar həll etdiklərini bildirmiş və iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən və cavabdeh işə mahiyyəti üzrə baxılmasına təkid etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı CavabdehMənzil-Tikinti Kooperativinə qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 80 (səksən) manat dövlət rüsumu (qəbz №: **********; tarix: xx.xx.2024) İddiaçı qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-880/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-880/2025
16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver