Məhkəmə qərarları › İş №2(005)-898/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-898/2024

10.06.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-898/2024 10.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X5, Cavabdeh1, Cavabdeh X3 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X4 qarşı mənzilin boşaldılması, sökülməsi üçün təhvil verilməsi və kompensasiya ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 16.7 kv.metrdən (faktiki sahə 37 kv.m) ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12 saylı evin 23 saylı mənzili Cavabdeh1 tərəfindən boşaldılaraq iddiaçı “Ailə Park" QSC-yə təhvil verilməsi və həmin mənzil iddiaçı “Ailə Park" QSC tərəfindən sökülməsi, qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 16,7 kv.metrdən (faktiki sahə 37 kv.m) ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12 saylı evin 23 saylı mənzilin əvəzinə 2 il müddətinə yeni tikiləcək binada faktiki sahəsinə 20 % sahə əlavə edilməklə 44,4 kv.m ölçüdə təmirli mənzilin Cavabdeh1 təhvil verilməsi, sökülməsi nəzərdə tutulan mənzilin "xxxx" QSC-yə təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək “Ailə Park" QSC tərəfindən Cavabdeh1 hər ay 350 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 16,7 kv.metrdən (faktiki sahə 37 kv.m) ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 23 saylı mənzilin cavabdehlər X7 (1/2 hissədə) və Cavabdeh1 (1/2 hissədə) tərəfindən boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi və həmin mənzilin İddiaçı QSC tərəfindən sökülməsi, kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 16,7 kv.metrdən (faktiki sahə 37 kv.m) ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 23 saylı mənzilin əvəzinə 2 il müddətinə yeni tikiləcək 6 saylı binanın 4-cü mərtəbəsində yerləşən faktiki sahəsinə əlavə edilməklə 47 kv.m ölçüdə təmirli 11 saylı mənzilin 1/2 hissəsi X4 və 1/2 hissəsi Cavabdeh1 təhvil verilməsi, sökülməsi nəzərdə tutulan mənzilin İddiaçı QSC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı QSC tərəfindən cavabdehlər X4 və Cavabdeh1 ayrılmış ümumi 350 manat məbləğində aylıq kirayə haqqından paylarına uyğun (1/2 hissədə) kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin 03 mart 2020-ci il tarixli rəyi nəzərə alınaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı 11 mart 2020-ci il tarixli sərəncamı əsasında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən yaşayış üçün yararsız (kəskin qəzalı) vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən 8 ədəd 5 mərtəbəli (12,12A, 14,14A, 16, 16A, 83A və 85A saylı) binaların (köhnə tipli tikililərin) sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında İddiaçı QSC-yə 2,7520 hektar torpaq sahəsi ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli yerquruluşu planına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2,7520 hektar torpaq sahəsinin 49 il müddətinə İddiaçı QSC-nin istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı QSC arasında 1572 saylı 18 mart 2020-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. “Ailə Park" QSC müqavilə üzrə öhdəliklərini Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı xx.xx.2020-ci il tarixli Sərəncamına əsasən və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq icra edir. Hazırda Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən və kəskin qəzalı vəziyyətdə olan 12 saylı binada yaşayan mənzil sahiblərinin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların mənzillərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır. Binanın təhlükəli vəziyyətdə olmasını nəzərə alaraq bu proses təxirə salınmadan davam edilməkdədir. Sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı digər sakinlərlə olduğu kimi, Həsənoğlu küçəsi 12 ünvanında yerləşən 23 saylı mənzilin mülkiyyətçisi olan cavabdehlər Cavabdeh1 və X8 ilə də danışıqların aparılmasına baxmayaraq cavabdeh QSC qarşısında əsassız tələblər irəli sürdüyündən onunla razılıq əldə olunması mümkün olmamışdır. İddiaçı “Ailə Park" QSC tərəfindən sakinlərə söküləcək binalarda təhvil veriləcək mənzillərin əvəzinə eyni xüsusiyyətlərə malik mənzillərin sahələrinə uyğun təmirli mənzillər təklif edilir, eyni zamanda mənzillərdən köçməsi üçün sakinlər yük avtomobili ilə təmin edilir və yeni tikiləcək mənzillər onlara təhvil verilənədək müvəqqəti yaşayış məqsədləri ilə bazar qiymətlərinə uyğun yüksək kirayə haqqlan təklif olunur. İddiaçı QSC Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı 11 mart 2020-ci il tarixli sərəncamından irəli gələn vəzifələrini vicdanla həyata keçirir, bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəli sürür, mənzilləri sökülmüş sakinlərin hüquqlarına hər zaman hörmətlə yanaşır, bərabərlik prinsipinin və sakinlərin bərabər mənafelərinin pozulmaması üçün səy göstərir QSC tərəfindən cavabdehlər Cavabdeh1 və X6 digər mənzil sahibləri kimi, sahib olduğu yaşayış sahəsinin əvəzinə yeni tikiləcək binada təmirli 44,4 kv.m yaşayış sahəsi və həmin yaşayış sahəsi tikilib təhvil verilənədək aylıq 350 manat kirayə haqqı təklif olunur. İddiaçı “Ailə Park" QSC cavabdehin mənzilinin yerləşdiyi Bakı şəhəri. Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli 12, 12A, 14. 14A, 16. 16A, 83A və 85A saylı binaların 200dən artıq sakini ilə mənzillərin sökülməsi və inşa ediləcək binada yeni mənzilin təhvil verilməsi barədə notarial müqavilələr bağlamışdır. Həmçinin QSC öz üzərinə adıçəkilən binanın sökülməsi əvəzində müasir standartlara və şəhərin memarlıq üslubuna cavab verən yeni binanın inşa edilərək sakinlərə sahib olduqları mənzillərin əvəzinə təmirli mənzillərin və tikinti gedən dövr ərzində sakinlərə hər ay kirayə haqlarının verilməsi öhdəliyini götürmüşdür. Cavabdeh ilə digər sakinlərdən fərqli olaraq daha artıq sahənin verilməsi və onunla daha güzəştli şərtlərlə müqavilə bağlanması ədalətsizdir və əsassız varlanmaya səbəb olur. Nəzərə alınmalıdır ki, vətəndaşların yaşadığı qəzalı vəziyyətdə olan binaların sökülməsi və yerində hündür mərtəbəli yaşayış binalarının inşa olunması sahəsində Bakı Şəhər icra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilk növbədə orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Beləliklə cavabdeh tərəfindən hüquqdan sui-istifadə etməklə əsassız tələblər irəli sürülməsi nəticəsində qəzalı vəziyyətdə olan binanın söküntüsünün vaxtında həyata keçirilməsini qeyri-mümkün edir və mənzillərini ədalətli razılaşma əsasında təhvil vermiş sakinlərin hüquqlarını və qanuni mənafelərini pozur. Cavabdeh özünün mülkiyyət hüququndan sui-istifadə edərək digər sakinlərə nisbətən qanunsuz üstünlüklər əldə etməyə çalışır və əsassız varlanmaq niyyətindədir. Sərəncamın icrası ilə əlaqədar tərəflərindən həmin ünvanlarda yaşayan sakinlərlə danışıqlar aparılmış, böyük əksəriyyəti ilə razılıq əldə olunmuş, notarial qaydada təsdiq olunmuş əvəzləşmə müqavilələri bağlanmışdır. Lakin iş üzrə cavabdeh tərəfindən ona edilən ədalətli təkliflərə baxmayaraq qeyri-real və icrası mümkün olmayan tələblər irəli sürür. Nəticə etibarı ilə həmin ərazidə köçürülən digər şəxslərin də hüquqlan pozulmaqda davam edir. Belə ki. cavabdehin əsassız tələbləri digər şəxslərlə bağladığımız əvəzləşmə müqavilələri üzrə öhdəliklərimizi vaxtında yerinə yetirilməsinə böyük maneçiliklər törədir. Bundan başqa mənzillərindən köçürülmüş sakinlərə müvəqqəti yaşayış sahəsi ilə təmin olunması üçün nəzərdə tutulmuş müddətdən artıq mütamadi olaraq kompensasiya ödənilməsi QSC-yə külli miqdarda maddi zərər vurur. Cavabdehlər Cavabdeh1 və X7 məhkəməyə etiraz ərizələri təqdim edərək qeyd etmişlər ki, iddiaçı tərəf sübut olaraq təqdim etdiyi rəydəki ifadələri təhrif etmişdir. Rəydə mütəxəssislər tərəfindən yalnız vizual baxış keçirilməsi və kəskin qəzalı vəziyyət rəyinin verilməməsi aydın ifadə edilir. Vizual müşahidə ilə qəzalı vəziyyət barədə rəy vermək mümkünsüzdür. İddia ərizəsinin hüquqi əsaslandırma hissəsində iddiaçı onların və ailə üzvlərinin mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməsi tələbini onunla əsaslandırır ki, Mülki Məcəllənin 5.3-cü maddəsində də mülki hüquq münasibətlərinin subyektlərinin öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olduqları, 152.6cı maddəsində hüquqdan sui-istifadənin mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadə olduğu təsbit edilmişdir. Həmin əsalandırma yolverilməzdir, bu iddiaçı tərəfindən 152.6-cı maddənin yanlış tövsif etməsi və öz lehinə istifadə etmək istəyindən irəli gəlir. Belə ki, mülkiyyətçisi olduqları mənzillərin yerləşdiyi binada digər sakinlərin İddiaçı QSC ilə podrat və ya digər müqavilə bağlaması, onların üzərində həmin hüquqi şəxslə müqavilə bağlamaq öhdəliyini yaratmır. Mənzil Məcəlləsinin 2.1-ci maddəsində təsbit edilmişdir ki, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. İddiaçı QSC iddia ərizəsinin sonunda Məhkəmədən xahiş etmişdir ki, mülkiyyətdə olan mənzillərə dair onların və ailə üzvlərinin mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilsin və onlar mənzildən çıxarılmaqla, mənzillərin boşaldılması və sökülməsi ilə bağlı qətnamə çıxarılsın. Yuxarıda qeyd edilənlər İddiaçı QSC-nin irəli sürdüyü “mülkiyyət hüququndan məhrum etmə tələbinə dair” iddiasının qanunsuz və əsassız olduğunu təsdiq edir və buna görə də həmin iddianın məhkəmə tərəfindən tam olaraq rədd edilməli olduğuna əsas verir. Beləliklə İddiaçı QSC-nin “mülkiyyət hüququndan məhrum etmə tələbinə dair” iddiasının rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X9 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Nərimanov Rayon İcra Hakimiyyətinin sərəncamına əsasən İddiaçı QSC-nin istifadəsinə 2,7 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində 8 ədəd kəskin qəzalı vəziyyətdə olan 5 mərtəbəli binaların sökülərək əvəzinə yeni binaların tikilməsi nəzərdə tutulmuşdur. Əksər sakinlərlə danışıq aparılıb razılıq əldə edilmişdir. Lakin hazırkı iş üzrə cavabdehlərlə razılığa gələ bilmirlər və onlar öz hüquqlarından sui-istifadə edərək əsassız varlanmaq niyyətindədirlər. Mənzilin sahəsi çıxarış üzrə 16,7 kv.metr təşkil edir. Onlar isə faktiki sahəni, yəni 37 kv metr əsas götürmüşlər. Mənzilə daxil olaraq faktiki sahəni müəyyən etmişlər. Onlar 37 kv.metr sahənin üzərinə əlavə edilməklə ümumi 47 kv. metr sahəsi olan yeni, təmirli mənzili cavabdehlərə təklif edirlər. Eyni zamanda kirayə haqqı da təklif etmişlər. Təkliflərinin real olduğunu nəzərə alaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, onlara təklif olunan 47 kv metr sahəsi olan mənzili görməmişlər. Onların yaşadığı ev rahatdır. Əlavə kommunal ödəmirlər. Həmçinin onların mənzili mərkəzə tərəf baxır. Təkli etdikləri mənzilin isə hansı tərəfə baxacağını bilmirlər, həqiqətən də 44 kv.m. olduğuna inanmırlar. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X7 bildirmişdir ki, onların mənzilinin faktiki sahəsi 37-38 kv. metrdir. Ofisə gedən şəxslərə fərqli sahədə olan mənzillər təklif olunur. Onlar heç bir təkliflə razı deyillər. Çünki evlərini yeni təmir etdirmişlər və yeni mebellər almışlar, maşını həyətdə saxlayırlar. Mənzil onların mülkiyyətindədir və heç bir halda məcburi qaydada onlardan alına bilməz. Binanın qəzalı vəziyyətdə olması barədə məlumat da yalandır. Əvvəl ekspertiza təyin edilməsini xahiş etsələr də, sonradan ümumiyyətlə evdən çıxmaq istəmədiklərindən fikirlərindən daşındılar. Mülkiyyət hüquqlarının mövcudluğunu nəzərə alaraq iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 55 nömrəli “Yeni yaşayış binalarının tikintisi üçün torpaq sahəsinin icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi haqqında” sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tikililərin yerləşdiyi 2.7520 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında İddiaçı MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir; - Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və X1 şöbəsinin qrup rəhbəri Abbas Rzayev, şöbənin mühəndisi Ədalət Nəcəfov və Nərimanov Rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin baş məsləhətçisi Azər Güləmmədovun imzaları ilə təsdiq edilmiş rəyinin surətindən görünür ki, Tikintidə X2 Agentliyinin xx.xx.2020-cı il tarixli 34/02300 nömrəli tapşırığına əsasən Bakı səhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli yaşayış binalarına vizual texniki baxış keçirilmişdir. Həsənoğlu küçəsi, bina 12 ünvanında yerləşən beşmərtəbəli yaşayış binası təqribən 1960-cı illərdə, kürsülü, dördgirişli inşa olunmuşdur. Binanın uzunluğu 60.0 metr, eni 12.0 metrdir. Mərtəbələrdə otaqların daxili hündürlükləri 2,70 metr, kürsünün hündürlüyü 1,0 metrdir. Xarici və daxili yükdaşıyan divarların qalınlığı 0 40 metr, arakəsmə divarların qalınlığı isə 0.20 metr olmaqla, mişarlanmış əhəngdaşından inşa edilmişdir. Binanın mərtəbəarası və dam örtüyü yığma dəmir-beton boşluqlu panellərdən quraşdırılmışdır. Pilləkən marş və meydançaları, eləcə də eyvan konstruksiyaları yığma dəmir- beton elementlərdən inşa edilmişdir. Dam örtüyü çardaq tipli olmaqla, ağac konstruksiyalardan, örtüyün bir hissəsi asbest-sement şifer, digər hissəsi isə dalğavari metal vərəqələrdəndir. Bina uzun müddət təmirsiz istismar edildiyindən köhnəlmiş və fiziki aşınmaya məruz qalmışdır. Xarici və daxili yükdaşıyan divarların bəzi yerlərində suvaq qatı qopub tökülmüşdür. Pilləkən marş və meydançalarında armaturların beton mühafizə qatları aşınmış və yararsız hala düşmüşdür. Eyvan tavalarının alt hissələrinin bəzi yerlərdə armaturların mühafizə qatları qopub töküldüyündən, armaturlar korroziyaya uğramışdır. Binanın bütün mərtəbələrində əlavə eyvanlar artırıldığından, yükdaşıyan konstruksiyalarda əlavə yüklər yaranmışdır ki, bu da bünövrədə deformasiya etmə riski yaratmışdır. Pilləkən qəfəsəsində pəncərəüstü atma və pilləkən tirlərində bəzi yerlərdə xırda Ölçülü çatlar müşahidə olundu. Binanın arxa fasad divarında binanın xaricinə qapı boşluğu açılmışdır ki, bu da xarici yükdaşıyan divarın yükgötürmə qabiliyyətinin azalmasına səbəb olmuşdur. Binanın bəzi girişlərində, pilləkən qəfəsələrində tikinti norma və qaydalarına əməl edilmədən xaotik şəkildə quraşdırılmış elektrik xətləri sakinlərin həyatı üçün təhlükə mənbəyidir. Dam örtüyündə atmosfer sularını istiqamətləndirən suötürücü xətlərin və su axıdıcı borulann nasaz vəziyyətdə olmasından, dam örtüyünün bəzi yerlərində asbest-sement şiferlərin çatlaması. sınması nəticəsində divarların nəmlənməsi, suvaq qatının qopmaları və tökülmə halları müşahidə olundu. Binanın mişarlanmış əhəng daşından olan yükdaşıyan divarlarda hörgü üçün istifadə edilmiş sement-qum məhlulu öz keyfiyyətini itirərək ovulub tökülmələrə məruz qalmışdır. 16A saylı binanın sol yan fasad divarında suvaq qatı olmadığından, binada antiseysmik kəmərdən istifadə edilmədiyi açıq-aşkar görünür. Baxış keçirilmiş binalar eyni illərdə və birtipli layihə əsasında inşa edildiyindən bunu digər binalara da şamil etmək olar. Yuxarıda qeyd edildiyi kimi sakinlər yaşayış sahəsini artırmaq məqsədilə müxtəlif illərdə birbaşa yer səviyyəsindən başlayaraq əlavə tikililər (binaya artırmalar) inşa etmişlər. Açıq eyvanların əksəriyyəti bağlanmışdır. Yükdaşıyan divarlarda qapı və pəncərə boşluqları açılmışdır. Binada nizamsız, layihəsiz, heç bir gücləndirmə aparılmadan eyvanların sahəsinin artırılması, əlavə eyvanların inşa edilməsi, antiseysmik kəmərin quraşdırılmaması. hörgüdə istifadə olunan sement-qum məhlulunun keyfiyyətsizliyi, əhəngdaşından olan yükdaşıyan divarlarda qapı və pəncərə boşluqlarının açılması binaya konstruktiv baxımdan xələl gətirmiş və binanın davamlılıq baxımdan möhkəmliyinin zəifləməsinə səbəb olmuşdur. Seysmik baxımdan və binaya edilmiş artırmaları, əlavə yükləmələri nəzərə alaraq binanın texniki vəziyyəti yolverilməz kimi qiymətləndirilir; - Bakı şəhəri İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 1572 nömrəli torpaq sahəsinin icarəyə verilməsi müqaviləsindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 55 №-li sərəncamı və Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli yerquruluşu planına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən torpaq sahəsi icarəyə verilmişdir; - ÖM seriyalı, 238104 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Həsənoğlu küçəsi 12 saylı evin 16.7 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 23 saylı mənzili Cavabdeh1 xüsusi mülkiyyət hüququ kimi xx.xx.2006-cı il tarixində qeydiyyatdan keçirilmişdir; - xx.xx.2021-ci il tarixində "xxxx" MTK-nın sifarişinə əsasən tərtib edilmiş mənzilin faktiki vəziyyətinin müəyyən olunmasına dair aktdan görünür ki, ünvan 1 ünvanına baxış keçirilmişdir, mənzilin ümumi sahəsi 37 kv.m təşkil edir; - Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında çıxarışdan görünür ki, ünvan 1, yeni qaydalarla: AZ 1072, ünvan 2 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında ½ hissədə X3, ½ hissədə Cavabdeh1 adına xx.xx.2024-cü il tarixində qeydə alınmışdır; - "xxxx" MMC-nin 08 may 2024-cü il tarixli, 0146 saylı hesabatından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12 sayıl evin 23 saylı mənzili ilə analoji xüsusiyyətlərə malik mənzillərin orta aylıq kirayə haqqı tələblə təklifin qarşılıqlı təsiri nəticəsində 400 manat olaraq müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 400 manat təşkil edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 55 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində köhnə tikililərin yerləşdiyi 2.7520 ha torpaq sahəsi yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Həmin sahədə yerləşən, mübahisələndirilən mənzilin sahəsi sənəd üzərində 17 kv.m. olsa da, faktiki sahəsi 37 kv.m. təşkil edir. Mənzilin mülkiyyətçisi ilkin olaraq Cavabdeh1 olmuş, xx.xx.2024-cü il tarixdə isə hər iki cavabdehin adına paylı mülkiyyət hüququ ilə qeydiyyatdan keçirilmişdir. Hazırda iddiaçı cavabdehlərə məxsus mənzilin QSC-yə ayrılmış torpaq sahəsində yerləşdiyinə, qəzalı vəziyyətdə olduğuna, sakinlərin əksər hissəsi ilə razılığa gəldiklərinə əsaslanaraq, yeni tikiləcək binada mənzil və kirayə haqqı verilməsi müqabilində onların mənzildən çıxarılmaları və mənzilin söküntü üçün təhvil verilməsi tələbini irəli sürmüşdür. Konstitusiyanın 13 və 29-cu maddələrinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısının dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5 və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). Hazırki iş üzrə Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin “Azərdövləttikintilayihə” Dövlət Layihə Konstruktor və X1 şöbəsinin qrup rəhbəri, şöbənin mühəndisi və Nərimanov rayon İcra Hakimiyyətinin Təssərüfat şöbəsinin baş məsləhətçisinin iştirakı ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli yaşayış binalarının texniki rəyinə əsasən həmin binaların texniki vəziyyəti yolverilməz kimi qiymətləndirilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli sərəncamı ilə, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tikililərin yerləşdiyi 2.7520 ha torpaq sahəsi müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası məqsədilə, həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında tənzimlənməsi şərti ilə İddiaçı MMC-yə həvalə edilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə İddiaçı MTK-yə Təbriz və Həsənoğlu küçələrinin kəsişməsi ünvanında tikinti işlərinin aparılmasına icazə verilmişdir. Hazırda cavabdehlərə məxsus mənzilin yerləşdiyi torpaq sahəsi iddiaçının icarəsinə verilmiş və həmin mənzil söküntüyə məruz qalan ərazilərə aiddir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilən və əsas məqsədlərindən biri insanların həyatına, sağlamlığına, əmlakına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınması olan şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin reallaşdırılması və qəzalı mənzil fondunun yenidən qurulması prosesində həmin Məcəllənin normaları tətbiq edilməlidir. Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1 və 4.2-ci maddələrinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir. Həmin Məcəllənin 17-ci maddəsinə görə, ərazinin planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır. Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və əlverişli yaşayış mühitinin təmin edilməsi məqsədini daşıyır. Bu istiqamətdə hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi müvafiq tikinti şirkətinin üzərinə bir vəzifə kimi qoyulmuşdur. Yuxarıda sadalanan sənədlərdən göründüyü kimi hazırda iddiaçının mülkiyyət hüququna müdaxilə üçün qanuni əsaslar mövcuddur. Bundan başqa müdaxilənin “ictimai maraqlara” cavab verməsi şərtinin mövcud olması da müəyyən edilmişdir. Belə ki, bu tədbirin ümumi məqsədi sosial istiqamətli olmaqla, sakinlərin qəzalı vəziyyətdə olan binaları təmir-bərpa xərcindən azad etməklə, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Amma o da qeyd edilməlidir ki, hazırkı halda məsələ yaşayış binasının təkcə qəzalı vəziyyətdə olması deyil, şəhərin ümumi görünüşünə xələl gətirməsi, mövcud şəhərsalma normalarına cavab verməməsini də əhatə edir. Beləliklə, hazırki işin hallarına əsasən, müdaxilənin həyata keçirilməsi üçün qanuni məqsəd bir tərəfdən mövcud tikinti norma və qaydalarına cavab verməyən mənzillərin sökülməsi, sakinlərin həmin yararsız halda olan binaları təmir etmək yükündən azad etməklə onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması olsa da, əsas məqsəd şəhərin ümumi görünüşünün, mövcud şəhərsalma tələblərinin təmin edilməsi, şəhərin abadlaşdırılmasıdır ki, bu halda fərdin maraqlarının cəmiyyətin maraqlarından üstün olduğunu iddia etmək olmaz. Avropa Məhkəməsinin presedent hüququna əsasən, mülkiyyətin müdafiəsi baxımından dövlətin üzərinə düşən pozitiv öhdəlik (mülkiyyət hüququnun pozuntusunun qarşısının alınması üçün) praktik tədbirlərin görülməsini də nəzərdə tutur – xüsusən təhlükəli fəaliyyətlərdən söhbət gedirsə (Öneryıldız Türkiyəyə qarşı). Hər hansı məhrumetmə qanuni olmalı və qanuni məqsəd daşımasından əlavə həmçinin mütənasiblik tələbinə uyğun olmalıdır. İctimaiyyətin ümumi maraq tələbləri və şəxsin fundamental hüquqlarının müdafiəsi ilə bağlı tələblər arasında ədalətli tarazlıq (balans) olmalıdır, bu cür ədalətli tarazlığın axtarışı bütün Konvensiyaya xasdır. Zəruri tarazlığın əldə olunması o halda mümkün deyil ki, şəxs fərdi və həddən artıq yük daşıyır (Sporrong və Lönnroth İsveçə qarşı, 23 Sentyabr 1982) Bakı Şəhər İcra Hakimiyyətinin məlum sərəncamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi nəzərindən də icra olunmalıdır. Belə ki, həmin maddəyə uyğun olaraq, mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə: yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək; yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması şərtləri və qaydasını müəyyən etmək və belə yenidən qurulma və yenidən planlaşdırılmanı razılaşdırmaq; yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək; mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək; dövlət mənzil fondunun yaşayış sahələrindən istifadəyə və saxlanmasına, bu fondun yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarəti həyata keçirmək və s. aiddir. Digər tərəfdən nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsi yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir. Mənzil Məcəlləsinin 15-ci maddəsinə uyğun olaraq, yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən, mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir. Mənzil Məcəlləsinin 28.1-ci maddəsinə əsasən, mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Buna baxmayaraq, mübahisələndirilən qəzalı evdə cavabdehlərin və onun ailə üzvlərinin yaşamağa davam etməsi onların həyat və sağlamlıqlarına təhlükə olmaqla yanaşı, iddiaçının həmin ərazidə inşaat işləri aparan hüquqi şəxsin ağlabatan təklifini qəbul etməyərək yaşayış sahəsindən çıxmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına, ərazinin abadlaşdırılmasına, sakinlərin təhlükəsiz yaşayış hüququnun təmin edilməsinə maneəçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdehin yaşayış üçün yararsız, texniki vəziyyəti yolverilməz olan mənzildən çıxarılması ilk növbədə o və həmin evdə yaşayan digər şəxslər üçün vacib məsələdir. Halbuki, cavabdehlər qəzalı yaşayış evini boşaltdığı halda, mülkiyyətində olan mənzildən daha təhlükəsiz, tikinti standartlarına uyğun təmirli mənzillərin verilməsi iddiaçı tərəfindən təklif edilir. Göründüyü kimi, cavabdehlərin tikinti standartlarına uyğun olmayan mənzildən çıxarılmamaları həmçinin mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinin yerinə yetirilməsinə, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin reallaşdırılması və qəzalı mənzil fondunun yenidən qurulması prosesinin həyata keçirilməsinə maneəçilik törədir. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdehlərin mənzili iddiaçıya təhvil verməməsi məhz hüquqdan sui-istifadədir, cavabdehlər qanunla tanınan və qorunan mülkiyyət hüquqlarından cəmiyyətə ziyan vuran şəkildə sui-istifadə edir ki, onun bu hüquqdan sui-istifadələrinə yol verilməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında müəyyən edilmiş müddəalar da rəhbər tutulmalıdır. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bu baxımdan məhkəmə tərəfindən həmçinin "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2020-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqe nəzərə alınmalıdır. Həmin Qərara görə, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). Lakin hər bir halda qəzalı vəziyyətdə olan və bərpası mümkün olmayan binaların yerində yenilərinin inşa edilməklə mülkiyyət hüququnun kompensasiyası zamanı cavabdehə dəyən zərər ədalətli şəkildə, ədalətli tarazlıq təmin edilməklə ödənilməlidir. Ədalətli tarazlığın təmin olunmasının göstəriciləri kimi əsasən kompensasiyanın ödənilməsi, onun dəyərinin mülkiyyətin qiymətinə mütənasib (proporsional) olması və ağlabatan müddətdə ödənilməsi çıxış edir. Bu zaman mənzillərin qəzalı vəziyyətdə olmaları, məhz sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında sahənin ayrılması şərti, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayədə qalmaq üçün kirayə haqlarının ödənilməsi və s. hallar nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə şəhərsalmanın planlaşdırılması, ölkənin abadlaşdırılması, eləcə də digər şəxslərin hüquq və azadlıqlarının təmin edilməli olmasını nəzərə alaraq hesab edir ki, inşa ediləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması şərti ilə cavabdehlərin mülkiyyətinə həyata keçiriləcək müdaxilə mütənasib hesab olunmalıdır. Belə ki, ictimai marağın və ictimai təhlükəsizliyin təmin edilməsi zərurəti nəzərə alınmaqla fiziki şəxsin mülkiyyət və digər hüquqlarına müdaxilə həm zəruri, həm də mütənasibdir. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil və mülki qanunvericiliyində nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Özü və ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə yaradan mənzildə yaşamaqda və ya ondan istifadə etməkdə isə cavabdehin əsaslı qanuni mənafeyi mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlərin tikinti standartlarına uyğun olmayan mənzildə yaşamaları qanunvericiliyin tələblərinə zidd olmaqla bərabər, ətrafdakılar üçün təhlükə yaratmaqla ictimai marağı da zədələyindən boşaldılmalı və sökülməsi üçün iddiaçıya təhvil verilməlidir. Cavabdehlərin mənzilinin faktiki sahəsinin 37 kv.m. olduğu nəzərə alınmaqla, onlara təklif edilən 47 kv metr mənzilin verilməsini məhkəmə ağlabatan, ədalətli kompensasiya hesab edir. Həmçinin qeyd edilən mənzilin əvəzinə 2 il müddətinə yeni tikiləcək binada veriləcək mənzilin mərtəbəsi, sayı da dəqiq müəyyən edilmişdir. Belə ki, 6 saylı binanın 4cü mərtəbəsində yerləşən faktiki sahəsinə əlavə edilməklə 47 kv.m ölçüdə təmirli 11 saylı mənzilin 1/2 hissəsi X4 və 1/2 hissəsi Cavabdeh1 təklif edilir. İddiaçı tərəfindən verilməsi nəzərdə tutulan mənzilin layihəsi də təqdim edilmişdir. Cavabdehlərə təklif edilən kirayə haqqının məbləği ilə bağlı qeyd edilməlidir ki, cavabdehlərin kirayə haqqının məbləğinin az olması barədə etirazları nəzərə alınaraq qiymətləndirmə rəyi alınmışdır. "xxxx" MMC-nin 0146 saylı hesabatı ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12 sayıl evin 23 saylı mənzili ilə analoji xüsusiyyətlərə malik mənzillərin orta aylıq kirayə haqqı tələblə təklifin qarşılıqlı təsiri nəticəsində 400 manat təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 400 manat təşkil etmişdir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qiymətləndirmə rəyində qiymətləndirmə xərcinin 400 manat təşkil etdiyi göstərilsə də, məhkəmə cavabdehlərdən 300 manat tutulmasını ağlabatan hesab edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən mənzil cavabdehlər Cavabdeh1 və X7 tərəfindən boşaldılaraq sökülməsi üçün İddiaçı QSC-yə təhvil verilməli, İddiaçı QSC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu Həsənoğlu küçəsində yerləşən 12 saylı evin 23 saylı mənzilinin əvəzinə həmin ünvanda 2 il müddətinə yeni tikiləcək 6 saylı binanın 4-cü mərtəbəsində yerləşən, sahəsi 47 kv.m olan, təmirli 12 saylı mənzilin ½ hissəsi X4 və ½ hissəsi Cavabdeh1 təhvil verilməli, sökülməsi nəzərdə tutulan mənzilin İddiaçı QSC-yə təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək İddiaçı QSC tərəfindən Cavabdeh1 və X4 hər ay cəmi 400 manat məbləğində kirayə haqqı ödənilməlidir. Həmçinin qiymətləndirmə tədqiqatının dəyəri olan 300 manat məbləğində pul cavabdehlər X7 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" MMCnin hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən mənzil cavabdehlər Cavabdeh1 və X7 tərəfindən boşaldılaraq sökülməsi üçün İddiaçı QSC-yə təhvil verilsin. İddiaçı QSC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu Həsənoğlu küçəsində yerləşən 12 saylı evin 23 saylı mənzilinin əvəzinə həmin ünvanda 2 il müddətinə yeni tikiləcək 6 saylı binanın 4-cü mərtəbəsində yerləşən, sahəsi 47 kv.m olan, təmirli 12 saylı mənzilin ½ hissəsi X4 və ½ hissəsi Cavabdeh1 təhvil verilsin. Sökülməsi nəzərdə tutulan mənzilin İddiaçı QSC-yə təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək İddiaçı QSC tərəfindən Cavabdeh1 və X4 hər ay cəmi 400 (dörd yüz) manat məbləğində kirayə haqqı ödənilsin. Qiymətləndirmə tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul cavabdehlər X7 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (hesab/İBAN AZ74RBTA********************, Rabitə Bank ASC, KOD 507280, müxbir hesab AZ61NABZ********************, SWİFT RBTAAZ22) ödənilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı QSC-yə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar