Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-90/2021 17.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi İddiaçı firmasının vəkili X4 iştirakı ilə, İddiaçı firmasının Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı firması Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov, Ə.Rəcəbli küşəsi, T9'6Krcİ məhəİİədə yerləşən, ümumi sahəsi 240.1 kv.km olan qeyri yaşayış sahəsi xx.xx.1998-ci ildən İddiaçı Firmasına məxsusdur. Belə ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının hüquqi və Fiziki şəxslərə satılması haqqında mülkiyyət hüququnu təsdiqləyən Şəhadətnaməyə əsasən Bakı şəhəri, Nərimanov, Ə.Rəcəbli küşəsi, 1968-ci məhəllədə yerləşən ümumi sahəsi 240.1 kv.km olan qeyri yaşayış sahəsi İddiaçı Firmasına satılmışdır, bununla bağlı xx.xx.1998-ci il tarixdə, 27 nömrəli reyestr kitabının 30-cu səhifəsində 11189 nömrə ilə müvafiq qeydiyyat aparılmışdır və 11189 nömrəli şəhadətnaə təqdim olumuşdur. Eyni zamanda Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Dövlət X2 tərərfindən xx.xx.1997-ci il tarxidə tərtib edilmiş həmin qeyri yaşayış sahəsinin 02450 nömrəli texniki pasportu verilmişdir. İddiaçı Firması xx.xx.1995-ci il tarixdə qeydiyyatdan keçmişdir. 2004cü il tarixdə İddiaçı Firmasının təsisçisi X6 ilə X3 arasında xx.xx.2004-cü il tarixdə nizamnamə kapitalının alqı-satqısına dair müqavilə bağlanmış və satılmışdır, bununla da İddiaçı Firmasının direktoru qismində X3 təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kommersiya Hüquqi Şəxslərinin Dövlət Reyestrindən xx.xx.2004-cü il tarixli çıxarışa əsasən, İddiaçı firmasının yerləşdiyi yaşayış məntəqəsinin ünvanı Bakı şəhəri, Nərimanov, Ə.Rəcəbli küşəsi, 1968-ci məhəllə və yeni direktoru (təsisçi) X3 qeyd olunmuşdur. Bildirir ki, həmin qeyri-yaşayış sahəsində artıq on ilə yaxındır ki, cavabdeh tərəfindən zəbt olunmuşdur. Cavabdeh Feryzi oğlu iddiaçıya məxsus olan qeyri yaşayış sahəsinin 15.4 kvm-ni qanunsuz olaraq zəbt etmişdir. O, həmin qeyri yaşayış sahəsinin arxa tərəfində olan sahəni zəbt edərək, müəyyən ticarət fəailiyyəti ilə məşğul olur. Cavabdeh təərfindən qeyri-yaşayış sahəsinin axra tərəfində, əsasən də gediş-gəliş üçün istifadə olunan yolun zəbt olunması nəticəsində əmlaka daxil olmaq, oradan sərbəstgediş gəlişdən istifadə etmək tamamilə mümükünsüzdür. Cavabdehin bu əməli ilə İddiaçı firmasının xüsusi mülkiyyətində olan həmin əmlakdan istifafdə tamamilə mümükünsüz və imkansız hala salınmışdır. Həmin əmlakdan normal istifadə edilməsi, ona dair sahiblik və sərəncam verilməsi ilə bağlı mülkiyyət hüquqlarıda cavabdehin həmin ərazini zəbt etməsi nəticəsində pozulmuşdur. Hesab edir ki, belə olan halda cavabdehin xxxx firmasına məxsus olan Bakı şəhəri. Nərimanov, Ə.Rəcəbli küşəsi, 1968-ci məhəllədə yerləşən ümumi sahəsi 240.1 kv.km olan qeyri yaşayış sahəsinin qanunsuz olaraq zəbt etdiyti 15.4 kvm ərazisindən çıxarılması labüddür. Qeyd edilənləri nəzərə alaraq, İddiaçı firmasına məxsus olan və onun xüsusi mülkiyyətində olan-Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, 1968-ci məhəllədə yerləşən qeyri yaşayış sahəsinin 15.4 kvm ərazisindən Cavabdeh çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı firmasının vəkili X7 məhkəmə iclasında izahat verərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq heç bir səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında Şəhadətnamədən görünür ki, İddiaçı firması Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 1968-ci məhəllədə yerləşən 240,1 kv.m qeyri-yaşayış sahəsini 27.370.000 manata qüvvədə olan qanunvericilik əsasında satın almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Dövlət X1 qeyri-yaşayış fonduna daxil olan dövlət binalarının və özəl obyektlərin Texniki Pasportundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 1968-ci məhəllədə yerləşən 240,1 kv.m istehsalat sexi İddiaçı firmasına məxsusdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/59 saylı xx xxxxxx 2020-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən müəyyən olunur ki, Cavabdeh istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, 1968-ci məhəllədə yerləşən 19,8 kv.m qeyri-yaşayış sahəsinin, iddiaçı «AMB» firmasına məxsus 240,1 kv.m sahənin 15,4 kv.m hissəsi ilə üst-üstə düşdüyü müəyyən edilir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, 1968-ci məhəllədə yerləşən 19,8 kv.m istehsalat sexi İddiaçı firmasına məxsusdur. Cavabdeh qeyd edilən qeyri-yaşayış sahəsinin 15,4 kv.m ərazisində ticarət fəaliyyəti ilə məşğuldur. Hazırda iddiaçı cavabdehin ona məxsus qeyri-yaşayış sahəsindən çıxarılmasını tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Azərbaycan Respublikası Konstitusiyasının 29-cu heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi, mübahisəli əmlak İddiaçı firmasının mülkiyyətindədir. Qeyd edilən hal Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında Şəhadətnamə və Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Dövlət X1 qeyri-yaşayış fonduna daxil olan dövlət binalarının və özəl obyektlərin Texniki Pasport ilə də təsdiq edilir. Cavabdeh qeyd edilən qeyri-yaşayış sahəsindəki 15,4 kv.m-i özbaşına zəbt edib və həmin sahəyə dair ona mülkiyyət hüquqlarının həyata keçirilməsinə imkan verən hər hansı bir sənədi yoxdur. Məhkəmə araşdırması zamanı təyin edilmiş ekspertiza rəyi ilə də müəyyən edilmişdir ki, Cavabdeh istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, 1968-ci məhəllədə yerləşən 19,8 kv.m qeyri-yaşayış sahəsi, iddiaçı «AMB» firmasına məxsus 240,1 kv.m sahənin 15,4 kv.m hissəsi ilə üst-üstə düşür. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdeh iddiaçıya məxsus qeyri-yaşayış sahəsindən çıxarılmalıdır. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ekspertiza xərci cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Cavabdeh İddiaçı firmasına məxsus olan və onun xüsusi mülkiyyətində olan-Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, 1968-ci məhəllədə yerləşən qeyri yaşayış sahəsinin 15.4 kvm ərazisindən çıxarılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh tutularaq “Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************” hesabına keçirilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-90/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-90/2021
17.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver