Məhkəmə qərarları › İş №2(005)-908/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-908/2021

29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-908/2021 29.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 İddiaçı2 qızının və İddiaçı1 cavabdehlər Bakı şəhəri Cavabdeh1nə, Cavabdeh2 MMC-yə, “xxxx” MMC-yə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ( “xxxx” ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın keçirilməsinə dair verilmiş sifarişlərin qanunsuz hesab edilməsi, qiymətləndirmənin ləğv edilməsi, əmlakların yenidən qiymətləndirilməsi və hərracların nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 İddiaçı2 qızı və İddiaçı1 cavabdehlər Bakı şəhəri Cavabdeh1nə, Cavabdeh2 MMC-yə, “xxxx” MMC-yə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ( “xxxx” ASC-yi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın keçirilməsinə dair verilmiş sifarişlərin qanunsuz hesab edilməsi, qiymətləndirmənin ləğv edilməsi, əmlakların yenidən qiymətləndirilməsi və hərracların nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 167.7 kv.m. olan qeyri-yaşayış sahəsinin 306 00 manat qiyməti ilə hərracda satılması barədə Bakı şəhəri Cavabdeh1 tərəfindən “xxxx” MMC-yə verilmiş 01377- 67027/20-15-4 saylı, 26.08.2020-ci il tarixli sifarişin, X2 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, T.Şıxəliyev küçəsində istifadədə olan 0.02074 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 144.8 kv.m. yaşayış, 164.7 kv.m. köməkçi sahədən ibarət 18/1 nömrəli fərdi yaşayış evinin 357 000 manat qiyməti və ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 136 kv.m. olan 21 nömrəli mənzilin 255 000 manat qiyməti ilə hərracda satılması barədə Bakı şəhəri Cavabdeh1 tərəfindən “xxxx” MMC-yə verilmiş 01376-66612/20-15-4 saylı, 26.08.2020-ci il tarixli sifarişin qanunsuz hesab edilməsi; “Cavabdeh2" MMC tərəfindən tərtib edilmiş14.08.2020ci il tarixli, 014, 015 və 016 saylı qiymətləndirmə rəylərinin ləğv edilməsi; ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 167.7. kv.m. olan qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Nərimanov rayonu, T.Şıxəliyev küçəsində istifadədə olan 0.02074 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 144.8 kv.m. yaşayış, 164.7 kv.m. köməkçi sahədən ibarət 18/1 nömrəli fərdi yaşayış evi və ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 136 kv.m. olan 21 nömrəli mənzilin əmlakların yenidən qiymətləndirilməsi; “xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış Hərracın yekunları barədə 29.10.2020-ci il tarixli 33/02, 33/03 və 33/04 saylı Protokolların və Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə Müqavilələrin etibarsız hesab edilməsi; İddiaçı1 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 167.7. kv.m. olan qeyri- yaşayış sahəsinə, X2 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, T.Şıxəliyev küçəsində istifadədə olan 0.02074 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 144.8 kv.m. yaşayış, 164.7 kv.m. köməkçi sahədən ibarət 18/1 nömrəli fərdi yaşayış evinə ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 136 kv.m. olan 21 nömrəli mənzilə dair “xxxx” ASC-nin adına mülkiyyət sənədinin verilməsinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə qadağan edilməsi barədə qətnamə edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi İddiaçı1 müvafiq olaraq 30.04.2021-ci il tarixdə və 01.06.2021-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsilə ərizə ilə müraciət edərək, iddiadan imtinalarının qəbul edilməsini və icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC-nin nümayəndəsi X3 mülki iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib, bununla bağlı iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan və iddiaçının iradəsini ifadə etdiyindən təmin olunmalı, iddiaçının iddia ərizəsindən imtinası qəbul edilərək, hazırkı mülki iş üzrə başlanmış icraata xitam verilməlidir. İddiaçıların məhkəməyə təqdim etdiyi iddiadan imtina barədə ərizələrdən görünür ki, iş üzrə mübahisə məhkəmədən kənar qaydada həll edilmişdir, bu səbəbdən iddiaçılar iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 191.1-191.2-ci maddələrinə əsasən iddiaçının iddiadan imtina etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizədə ifadə olunmalıdır. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə bu barədə məhkəmə qərardad çıxarır. 52.4-cü maddəsinə görə iddiaçının iddiadan imtinası qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. 261.0.4-cü maddəsində göstərilir ki, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, iddiaçıların iddiadan imtinası qanuna zidd deyildir və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmağa yönəlməmişdir. Bu səbəbdən də iddiaçılar İddiaçı1 İddiaçı2 qızının və İddiaçı1 cavabdehlər Bakı şəhəri Cavabdeh1nə, Cavabdeh2 MMC-yə, “xxxx” MMC-yə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ( “xxxx” ASC-yi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın keçirilməsinə dair verilmiş sifarişlərin qanunsuz hesab edilməsi, qiymətləndirmənin ləğv edilməsi, əmlakların yenidən qiymətləndirilməsi və hərracların nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddiaçılar İddiaçı1 İddiaçı2 qızının və İddiaçı1 iddia ərizəsindən imtina etməsi qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 İddiaçı2 qızının və İddiaçı1 iddia ərizəsindən imtinası qəbul edilsin. İddiaçı1 İddiaçı2 qızının və İddiaçı1 cavabdehlər Bakı şəhəri Cavabdeh1nə, Cavabdeh2 MMC-yə, “xxxx” MMC-yə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ( “xxxx” ASC-yi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın keçirilməsinə dair verilmiş sifarişlərin qanunsuz hesab edilməsi, qiymətləndirmənin ləğv edilməsi, əmlakların yenidən qiymətləndirilməsi və hərracların nəticələrinin etibarsız hesab edilməsi” tələbinə mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar