Məhkəmə qərarları › İş №2(005)-909/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-909/2021

02.04.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-909/2021 02.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Peşə Təhsili üzrə Dövlət Agentliyinə və Cavabdeh2nə qarşı “əmrin ləğv edilməsi və işə bərpa tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Peşə Təhsili üzrə Dövlət Agentliyinə və Cavabdeh2nə qarşı “əmrin ləğv edilməsi və işə bərpa tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6 nömrəli Bakı Peşə Məktəbinin xx.xx.2019-cu il tarixli 70 №-li əmrinin qanunsuz hesab edilməsi, onun 6 nömrəli Bakı Peşə Məktəbində istehsalat təlim ustası vəzifəsinə keçirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddia tələblərinə əlavə təqdim edərək, 70 nömrəli xx.xx.2019-cu il tarixli xəbərdarlıqdan yaranan xx.xx.2020-ci il tarixli 8 nömrəli əmrin icrasından narazı olduğundan, əmrin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bildirir ki, xx.xx.2017-ci il tarixində 6 nömrəli Bakı Peşə Məktəbində istehsalat təlim ustası vəzifəsinə işə qəbul edilib. Sözügedən vəzifədə çalışdığı vaxt işinə məsuliyyətli olmuş və ixtisasına uyğun sertificat verilib, (əmr və sertifikat əlavə edilir). xx.xx.2019-cu il tarixində 6 nömrəli Bakı Peşə Məktəbin direktoru 70 №-li əmr verərək aşağıda qeyd edilən əsasla onu xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 1996-cı il tarixli 64 №-li qərarı (“Peşə Məktəblərinin və Peşə Liseylərinin nümunəvi ştatları” “ 17-ci bənd nəqliyyat vasitələrinin sürücülüyü üzrə istehsalat təlim ustası- avtomobil nəqliyyatı, avtomobil yolları və şəhər elektrik nəqliyyatı təşkilatlarına fəhlə kadrları hazırladıqda, hər ustaya 1500 saat həcmində tədris yükü olduqda”) əsaslanaraq, sürücülük üzrə tədris qruplarında 2019/2020-ci tədris ilinin yekununa 1268 saat dərs yükü qaldığı üçün 2 (iki) sürücülük üzrə istehsalat təlim ustası vəzifə ştatının birinin saxlanılması (birinin ixtisarı) nəzərdə tutulmuşdur. Bununla əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndini və 77-ci maddənin 1-ci bəndini rəhbər tutaraq xx.xx.2019- cu il tarixdən nəqliyyat vasitələrinin sürücülüyü üzrə istehsalat təlim ustası İddiaçı vəzifə ştatının ixtisar olunması haqqında xəbərdarlıq edilsin. Lakin, onun əsaslı şikayətlərindən sonra məlum olmuşdur ki, köhnə ştat cədvəlində hər hansı ixtisar olmamışdır. Çoxsaylı şikayətləri nəzərə alınaraq xx.xx.2020-ci il tarixində 8 №-li ƏMR əsasında əmək müqaviləsilə xx.xx.2021-ci il tarixə qədər fəhlə vəzifəsinə keçirilmişdir. (ƏMR əlavə edilir) Qeyd edir ki, bir müəssisənin işçisinin işdən çıxarılması ya işçinin özü, ya da işəgötürənin təşəbbüsü ilə baş verə bilər və ikinci halda, qanunvericilik işçinin vəzifəsindən azad edilməsinin səbəblərinə görə təşkilatın imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Əmək müqaviləsinin ləğvi yalnız qanunla müəyyən edilmiş səbəblərə görə baş verməlidir, əks halda qanunsuz sayılır və müəssisənin keçmiş işçisi tərəfindən məhkəməyə müraciət edilə bilər. Qanuni əsas olmadan işdən çıxarılan işçilərin əksəriyyəti əmri ləğv etmək və bərpa etmək üçün məhkəməyə getmirlər. Qanunsuz olaraq işdən çıxarılanların yalnız üçdə biri hüquqlarının bərpası üçün mübarizə aparmağa hazırdır. Bu, bəzi işçilərin öz hüquqları haqqında sadəcə bilməmələri, digərlərinin məhkəmə sisteminə qarışmaq istəməmələri ilə bağlıdır. Buna baxmayaraq, əmək mübahisələrinin sayı hər il artır, çünki bir çox qanunsuz işdən çıxarılan insanlar sonrakı məşğulluqda çətinlik çəkirlər. Adətən, qeyri-qanuni işdən çıxarılması ilə bağlı bütün əmək mübahisələri aşağıdakılarla bağlıdır. İşdən çıxarma qaydasının pozulması, məsələn, işçinin öz xeyrinə olan işçisini işdən azad edərkən, şirkət işçiyə verilən müavinət və ödənişləri ödəməmək üçün ləğv edildikdə; işçinin əsassız səbəblərə görə olmamasını təsdiqləyən sənədləri varsa - xəstəlik, qəza, hüquq-mühafizə orqanlarında və ya məhkəmə orqanlarında cinayətə şahid və ya şahid kimi çağırılması və s., həqiqətə uyğun olmayan intizam tənbehinin tətbiqi. Əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə xitam verilməsi mövcud əmək qanunvericiliyinin normalarına uyğun olaraq tam şəkildə baş verməlidir. Əks təqdirdə, işçinin hüquqlarını qorumaq üçün məhkəməyə müraciət etmək hüququ vardır, habelə məcburi xaric olma üçün bərpa və kompensasiya ödənişi. Qeyri-qanuni işdən azad edilməsi barədə məhkəmədə iddia Qeyri-qanuni olaraq işdən çıxarıldığı təqdirdə, işçi müfəttişliyə və məhkəməyə müraciət edə bilər. Təəssüf ki, əmək müfəttişliyi yüksək iş yükü və hər bir müraciətə rəsmi münasibət səbəbindən keçmiş işçilərin şikayətlərinə baxmağa həmişə hazır olmur. Problemlərin ən uğurlu həlli, hər tərəfdən sübutları araşdırarkən daha sonra baxılması və ərizəçinin və ya işəgötürəninin xeyrinə qərara alınması üçün məhkəmə orqanlarına iddia qaldırılmasıdır. Qeyd edir ki, cavabdeh təşkilat ixtisarla bağlı ƏMR verən vaxt o məzuniyyətdə olmuşdur və ona qanuna müvafiq qaydada xəbərdarlıq edilməyib. Hesab edir ki, cavabdeh təşkilatın bu hərəkəti qanunsuz olmuş və əmək qanunvericiliyinə zidd olmuşdur. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən Azərbaycan Respublikası ƏM- nin 71-ci maddəsinin tələblərinə uyğun tədbirlər görülməli idi. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh təşkilat qanunla müəyyən edilən halların heç birinə əməl etməmiş və ona qarşı qanun pozuntusu edərək tutduğu vəzifədən azad etmiş və müvəqqəti olaraq fəhlə vəzifəsinə keçirməklə törətdiyi qanun pozuntusuna pərdə çəkmək istəmişdir. Qeyd edilənləri və Əmək Qanunvericiliyinə istinadən hesab edir ki, cavabdeh 6 nömrəli Bakı Peşə Məktəbinin xx.xx.2019-cu il tarixli 70 №-li əmri qnunsuz sayılmalı və ləğv edilməlidir. Bu barədə cavabdeh “Peşə Təhsili Üzrə Dövlət Agentiliyi’"nə müraciət etsə də müraciəti bu günə kimi cavabsız qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 nümayəndəsi X4 iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirdi ki, İddiaçı xx.xx.2017-ci il tarixdə (ixtisası üzrə iqtisadiyyatın hüququ tənzimlənməsi, Azərbaycan Beynəlxalq Universiteti, Diplom A №- 113021 bitirmiş) 1 illik müddətli əmək müqaviləsinə əsasən məktəbin nəqliyyat vasitələrinin sürücülük üzrə istehsalat təlim ustası vəzifəsinə qəbul edilmiş və xx.xx.2020-ci il tarixə qədər bu vəzifə üzrə bir ildən bir müqavilə bağlanılmışdır. İddiaçı işlədiyi müddətdə xx.xx.2018-ci il Pedoqoji Şuranın qərarına əsasən məktəbin digər işçi ilə arasında olan münaqişə pedoqoji etik normalarından kənara çıxdığına görə və nizam-intizam normalarının pozulmasına görə ona şifahi xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 1996-cı il tarixli 064 №li qərarına ( "Azərbaycan Respublikası Dövlət peşə məktəblərinin və peşə liseylərinin nümunəvi ştatları haqqında” 17-ci bəndində “nəqliyyat vasitələrinin sürücülüyü üzrə istehsalat təlim ustası-avtomobil nəqliyyatı, avtomobil yolları və şəhər elektrik nəqliyyatı təşkilatlarına fəhlə kadrları hazırladıqda, hər ustaya 1500 saat həcmində tədris yükü olduqda”) əsaslanaraq sürücülük üzrə tədris qruplarında 2019/2020-ci tədris ilinin yekununa 1268 saat dərs yükü qaldığı üçün 2 (iki) sürücülük üzrə istehsalat təlim ustası vəzifə ştatının birinin saxlanılması (birinin ixtisarı nəzərə tutulmuşdur) bu barədə məktəbin tədris istehsalat işləri üzrə direktor müavini F.Y.İsmayılovun yazılı məlumatı vardır (surəti əlavə olunur) Bununla əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinin və 77-ci maddənin “ 1 ”-ci bəndini rəhbər tutaraq xx.xx.2019-cu il tarixdən nəqliyyat vasitələrinin sürücülük üzrə istehsalat təlim ustası İddiaçı vəzifə ştatının ixtisar olunması haqqında xəbərdarlıq edilmişdir. (70 №-li əmr). Məktəbin rəhbərliyi tərəfindən Əmək Məcəlləsinin bütün norma və qanunlarına riayət olunaraq həmkarlar təşkilatının təftiş komissiyasının xx.xx.2019-cu il çağırılmış yığıncağının 5 №li protokolundan çıxarışında qeyd olunduğu kimi “məktəbin nəqliyyat vasitələri üzrə istehsalat təlim ustası X5 müharibə veteranı, şəhid ailəsinin üzvü, köçkün və uzun illər qüsursuz sürücülük üzrə istehsalat təlim ustası işlədiyinə görə işdə qalmağı məsləhətdir. İddiaçı 1 (bir) ay vaxt verilməklə ixtisara düşməsinə etiraz edilmir.” Məktəbin 70 №-li xx.xx.2019-cu il xəbərdarlıq haqqında əmr, rəhbərlik və həmkarlar ittifaqı komitəsi sədrinin iştirakı ilə R.F. Məmmədova şifahi elan olunaraq əmrin surəti təqdim olunmuşdur. Lakin R.F. Məmmədov işçilərin əmrlərlə taniş olma haqqmda qeydiyyat kitabına imza etməkdən imtina etmişdir, (aktın surəti əlavə olunur) Hörmətli hakim, R.F. Məmmədov öz iddia ərizəsində məhkəməyə yalan məlumat verərək yazmışdır “cavabdeh təşkilat ixtisarla bağlı əmr verən vaxt mən məzuniyyətdə olmusam və mənə qanuna müvafiq qaydada xəbərdarlıq edilməyib və hesab edirəm ki, cavabdeh təşkilatın bu hərəkəti qanunsuz olmuş və əmək qanunvericiliyinə zidd olmuşdur.” İddiaçı R.F. Məmmədov öz xahişi ilə məktəbin 49 №-li xx.xx.2019-cu il tarixli əmrinə əsasən xx.xx.2019-cu il tarixdən cu il tarixə kimi əsas və əlavə məzuniyyətdə olmuşdur. Məktəbin keçmiş rəhbəri (Yəhya Səfərov) Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru cənab Pərviz Yusifova məktubunda ixtisar olunan nəqliyyat vasitələri üzrə istehsalat təlim ustası 1 (bir) ştat vahidi bina,avadanlıq və qurğuların cari təmiri və xidməti üzrə fəhlə ştat vahidi ilə əvəz olunması xahiş edilmişdir, (məktubun surəti əlavə olunur.) Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin 00- 25-20/13 №-li 2020-ci il yanvar ayında aldığımız məktuba əsasən bina, avadanlıq və qurğuların cari təmiri və xidməti üzrə fəhlə 1 (bir) ştat vahidi ayrılmışdır, (məktubun surəti əlavə olunur) xx.xx.2020-ci il tarixdə İddiaçı öz ərizəsinə əsasən 11,02.2020-ci il tarixli 8 №-li əmri ilə bina,avadanlıq və qurğuların cari təmiri və xidməti üzrə fəhlə vəzifəsinə keçirilmişdir və müddətli (xx.xx.2020-xx.xx.2021-ci il tarixə qədər) əmək müqaviləsi (kontrakt) bağlanılmışdır. İddiaçı işlədiyi bu 1 ( bir ) il müddətində ciddi nöqsanlara yol vermişdi. Məktəbdə işçilər arasında kollektivə xas olmayan təbliğatlar aparmış və işçilər tərəfindən daim narazılığa səbəb olmuşdu. Hətta xx xxxxxx 2020-ci ildə məktəbdə gündəlik məsələlərlə bağlı Həmkarlar İttifaqı Komitəsinin üzvləri ilə birgə iclası keçirilmişdi (İclasın protokolunun sürəti əlavə olunur). İclasda məktəbin kollektivinin gündəlikdə duran əsas məsələlərdən biri olan məktəbin fəhlə vəzifəsində işləyən İddiaçı ünvanlanmış müraciət barəsində Həmkarlar İttifaqı Komitəsinin sədri və üzvləri tərəfindən müzakirə edilmişdi. Aparılan müzakirələr əsasında İddiaçı barəsində kollektivin şikayətləri və onun kollektivin nüfuzuna, peşakarlıq səviyyəsinə ləkə gətirən böhtan xarakteri daşıyan təbliğat aparması barədə deyilənlər öz təsdiqini tapmışdır. Müəllimlərdən bir neçesi İddiaçı etdiyi əməllərdən əl çəkməyini, düzəlməyini və kollektivə uyğun olaraq qaynayıb-qarışmağını təklif etdi və əks halda onunla bir müəssisədə işləməyin mümkün olmadığını və lazimi ölçü götürülməsi barədə müvafiq instansiyalara müraciət edəcəklərini bildirdilər. Üzvlər tərəfindən İddiaçı barəsində ciddi tədbir görülməsi təklif edilərək, ona Həmkarlar İttifaqı Komitəsinin 1 nömrəli protokoluna əsasən 47 nömrəli əmr ilə yazılı xəbərdarlıq verilmişdir ( Əmrin sürəti əlavə olunur). Ancaq buna baxmayaraq o, həm imza çəkməkdən , həm də əmr ilə tanış olmaqdan boyun qaçırıb (məlumatın sürəti əlavə olunur). Pandemiya ilə əlaqədar olaraq yığıncaq erkən bitirildi. Tərəfindən Əmək Məcəlləsinin bütün norma və qanunlarına riayət olunaraq 1 (bir) ay öncədən İddiaçı əmək müqaviləsi (kontraktı) müddəti xx.xx.2021-ci il tarixdə bitdiyinə görə yazılı xəbərdarlıq edilmişdir (xəbərdarlığın surəti əlavə olunur). İddiaçı xəbərdarlıq vərəqəsini almış və imzalamışdır. Digər cavabdeh Peşə Təhsili üzrə Dövlət Agentliyinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin xx xxxxxx 2021-ci il tarixdə məhkəməyə müraciət edərək, icraatda İddiaçı Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə və 6 nömrəli Bakı Peşə Məktəbinə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə mülki iş vardır. Həmin iş üzrə Peşə Təhsili üzrə Dövlət Agentliyinin cavabdeh qismində iştirakı əsassızdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-ci il tarixli, 869 nömrəli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə X1”sinin 5.4.8-ci bəndinə əsasən Agentlik, peşə təhsili müəssisələrinin rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir. Peşə təhsil müəssisələrinin digər işçi heyəti peşə təhsil müəssisəsi tərəfindən işə təyin və azad edilməktədir. İddiaçı Cavabdeh2 rəhbər vəzifədə işləməmişdir və bu səbəbdən onu işə təyin və azad edilməsi Məktəb tərəfindən aparılmışdır. Yuxarıdakı xüsusatları nəzərə almaqla yazılı ərizə ilə müraciət edərək, İddiaçı Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə və 6 nömrəli Bakı Peşə Məktəbinə qarşı “işə bərpa” tələbinə dair mülki iş üzrə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin cavabdeh qismində iştirakına xitam xerilməsini xahiş etmişdir. Məhkəmə digər cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 6 nömrəli Bakı Peşə Məktəbinin xx.xx.2017-ci il tarixli, 20 №-li əmrinə əsasən, İddiaçı xx.xx.2017-ci il tarixindən əmək müqaviləsinə əsasən məktəbin nəqliyyat vasitələrinin sürücülük üzrə istehsalat təlim ustası vəzifəsinə işə qəbul edilməsi, əmək haqqı ştat cədvəli üzrə ödənilməsi əmr edilmişdir. 6 nömrəli Bakı Peşə Məktəbinin xx.xx.2019-cu il tarixli, 70 №-li əmrinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 1996-cı il tarixli 64 №-li qərarı (“Peşə Məktəblərinin və Peşə Liseylərinin nümunəvi ştatları” 17-ci bənd nəqliyyat vasitələrinin sürücülüyü üzrə istehsalat təlim ustası- avtomobil nəqliyyatı, avtomobil yolları və şəhər elektrik nəqliyyatı təşkilatlarına fəhlə kadrları hazırladıqda, hər ustaya 1500 saat həcmində tədris yükü olduqda”) əsaslanaraq, sürücülük üzrə tədris qruplarında 2019/2020-ci tədris ilinin yekununa 1268 saat dərs yükü qaldığı üçün 2 (iki) sürücülük üzrə istehsalat təlim ustası vəzifə ştatının birinin saxlanılması (birinin ixtisarı) nəzərdə tutulmuşdur. Bununla əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndini və 77ci maddənin 1-ci bəndini rəhbər tutaraq xx.xx.2019-cu il tarixdən nəqliyyat vasitələrinin sürücülüyü üzrə istehsalat təlim ustası İddiaçı vəzifə ştatının ixtisar olunması haqqında xəbərdarlıq edilsin. 6 nömrəli Bakı Peşə Məktəbinin xx.xx.2020-ci il tarixli, 08 №-li əmrinə əsasən, Avtomobil nəqliyyatı vasitələrinin sürücülüyü üzrə istehsalat təlim ustası İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xitam verilsin və ərizəsi nəzərə alınaraq müddətli əmək müqaviləsi ilə (xx.xx.2021-ci il tarixədək) bina, avadanlıq və qurğuların cari təmiri və xidməti üzrə fəhlə vəzifəsinə keçirilsin. Əmək haqqı ştat cədvəli üzrə ödənilsin. Bakı Peşə Təhsil Mərkəzinin direktoru Yəhya Səfərova həmin məktəbin həmkarlar təşkilatı təftiş komissiyasının xx.xx.2019-cu ildə çağırılmış yığıncağının 5 nömrəli protokolundan çıxarışdan görünür ki, X3 müharibə veteranı, şəhid ailəsi, köçkün və uzun illər qüsursuz sürücülük üzrə istehsalat təlim ustası işlədiyinə görə işdə qalmağının məsləhət olması, İddiaçı 1 ay vaxt verilməklə ixtisara düşməsinə etiraz edilməməsi qərara alınmışdır. Bakı Peşə Təhsil Mərkəzinin direktoru Yəhya Səfərova Tİİ üzrə direktor müavini Fərhad İsmayılov tərəfindən ünvanlanmış xx.xx.2019-cu il tarixli məlumatın surətindən görünür ki, hal-hazırda məktəbdə təhsil alan tələbələrdən yalnıziki qrupda sürücü peşəsi vardır (17 və 20 nömrəli qrup) Həmin qruplarda təhsil alan tələbələrin sayı isə 34 nəfərdir. Avtomobildə hərtələbəyə sürmə təlimi üçün ayrılan vaxt 50 saaatdır. Ondan hər tələbə 4 saat simulyatorda qalan saatlar isə yük və minik avtomobilində yerinə yetirilir. Bu günə qədər tələbələr simulyator dərslərini bitiriblər. Cəmi avtomobil üzrə qalan dərs saatlarının miqdarı isə 1564 saat təşkiledir. 2019-2020-ci tədris ilində qeyd olunan dərs saatının 782 saatı 2020-ci ilin aprel ayına, 480 saatı iyun ayının sonuna qədər keçirilməlidir. Qalan 302 saatın keçirilməsi isə 2020-2021-ci tədris ilində nəzərdə tutulur. Cavabdeh2 direktoru Yəhya Səfərova həmin məktəbin Nəqliyyat vasitələrinin sürücülüyü üzrə istehsalat Təlim ustası İddiaçı tərəfindən yazılı ərizənin surətindən görünür ki, o, xx.xx.2020-ci il tarixindən etibarən Bina avadanlıq və qurğuların cari təmiri və xidməti üzrə fəhlə vəzifəsinə keçirilməsini xahiş etmişdir. Peşə Təhsili üzrə Dövlət Agentliyinin 6 nömrəli Bakı Peşə Məktəbinə ünvanlanmış məktubunun surətindən görünür ki, 1 ştat vahidi bina, avadanlıq və qurğuların cari təmiri və xidməti üzrə fəhlə vəzifəsinin məktəbin ştat cədvəlinə daxil edilməsinə etiraz edilmir. Cavabdeh2 xx.xx.2019-cu il tarixli 49 nömrəli əmək məzuniyyəti barədə Əmrin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən (Qurban bayramı ilə əlaqədar 12-13 avqust) 2gün məzuniyyəy müddətinə əlavə edilməklə işə qayıtması vaxtı xx.xx.2019-cu il tarixi müəyyən edilmişdir. Cavabdeh2 direktoru Yəhya Səfərova həmin məktəbin Nəqliyyat vasitələrinin sürücülüyü üzrə istehsalat Təlim ustası İddiaçı tərəfindən yazılı ərizənin surətindən görünür ki, o, xx.xx.2019-cu il tarixindən növbəti məzuniyyətə çıxmağa icazə verilməsini xahiş etmişdir. Bakı Dövlət Peşə Təhsil Mərkəzi üzrə xx.xx.2019-cu il tarixli Aktın surətindən görünür ki, məktəbin Nəqliyyat vasitələrinin sürücülük istehsalat təlim ustası İddiaçı xx.xx.2019-cu il tarixli 70 nömrəli xəbərdarlıq əmri haqqında məlumatlandırılmış, lakin imza etməkdən imtina etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilən işin mübahisəsiz hallarına əsasən, İddiaçı xx.xx.2017-ci ildən Cavabdeh2ndə məktəbin nəqliyyat vasitələrinin sürücülük üzrə istehsalat təlim ustası vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh2ndə tədris yükünün azalması ilə əlaqədar olaraq, müəssisədə işçilərin sayının azaldılması və ştatların ixtisar olunması qərara alınmış, Cavabdeh2 Həmkarlar İttifaqının razılığı ilə, işçi kimi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən ixtisar olunmuş, ərizəsi nəzərə alınaraq müddətli əmək müqaviləsi ilə (xx.xx.2021-ci il tarixədək) bina, avadanlıq və qurğuların cari təmiri və xidməti üzrə fəhlə vəzifəsinə keçirilmişdir. Onunla bağlanmış əmək müqaviləsi 6 nömrəli Bakı Peşə Məktəbinin xx.xx.2020-ci il tarixli, 08 №-li əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə əsasən ləğv edilmişdir. İddiaçı həmin əmrin qanunsuz olduğunu bildirir. İddia ərizəsində sadaladığı xüsusatlarla əsaslandırmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 70-ci maddəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçilərin sayı və ya ştatların ixtisar edilməsidir. 77-ci maddəsinin 1-ci bəndinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda qeyd olunan Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçilərə orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti, işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir. (2ci və 3cü bəndlər) 78-ci maddəsinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, iddiaçı ilə əmək müqaviləsinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilərkən, Əmək Qanunvericiliyinin tələblərinə riayət edilmişdir. Belə ki, məhkəmə araşdırması ilə sübuta yetir ki, Cavabdeh2 İddiaçı xx xxxxxx 2019cu il tarixli xəbərdarlıq məktubu ilə müraciət etmiş, “Peşə Məktəblərinin və Peşə Liseylərinin nümunəvi ştatları” 17-ci bənd nəqliyyat vasitələrinin sürücülüyü üzrə istehsalat təlim ustası-avtomobil nəqliyyatı, avtomobil yolları və şəhər elektrik nəqliyyatı təşkilatlarına fəhlə kadrları hazırladıqda, hər ustaya 1500 saat həcmində tədris yükü olduqda”) əsaslanaraq, sürücülük üzrə tədris qruplarında 2019/2020-ci tədris ilinin yekununa 1268 saat dərs yükü qaldığı üçün 2 (iki) sürücülük üzrə istehsalat təlim ustası vəzifə ştatının birinin saxlanılması (birinin ixtisarı) nəzərdə tutulması ilə əlaqədar olaraq, müəssisədə işçilərin sayının azaldılması və ştatların ixtisar olunması qərara alınmış, ərizəsi nəzərə alınaraq müddətli əmək müqaviləsi ilə (xx.xx.2021-ci il tarixədək) bina, avadanlıq və qurğuların cari təmiri və xidməti üzrə fəhlə vəzifəsinə keçirilmişdir. Eyni zamanda, İddiaçı Cavabdeh2 Həmkarlar İttifaqının razılığı ilə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən ixtisar olunmuşdur. Onun cəmiyyətdə əmək stajı 2 ildən çox olduğu üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən dörd təqvim həftəsi əvvəl rəsmi xəbərdarlıq müddəti nəzərdə tutulmuşdur. Qeyd olunmuşdur ki, onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə əsasən ləğv ediləcəkdir. Beləliklə məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Peşə Təhsili üzrə Dövlət Agentliyinə və Cavabdeh2nə qarşı “əmrin ləğv edilməsi və işə bərpa tələbi”nə dair iddiasını əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə işə baxarkən, cavabdehin iddiaçının əleyhinə tabeliyində olan işçilərin məcburetmə qaydasında saxta akta imza etdirməsinə hüquqi qiymət verilməsi barədə vəsatətinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırma zamanı qeyd edilən mülki iş üzrə xüsusi qərardad qəbul edilməsi üçün əsas gətirilən hallar əsassızdır və qeyd olunan halların mülki xarakterli mübahisələr olduğu, bu səbəbdən də təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Peşə Təhsili üzrə Dövlət Agentliyinə və Cavabdeh2nə qarşı “əmrin ləğv edilməsi və işə bərpa tələbi”nə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar