Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-910/2021 20.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xüsusi mülkiyyətimdə olan Bakı şəhəri, Nərimanov rayonu, Sarabski küçəsi, 56 nömrəli evin 31 nömrəli mənzilindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüququ itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, bildirir ki, Bakı şəhəri, Nərimanov rayonu. Sarabski küçəsi, ev 56, mənzil 31 onun mülkiyyətində olmaqla o, həmin mənzildə yaşayır. Mənzili onlar 2008-ci il tarixində X5 almışdır. Aldığı mənzilə köçüb yaşayırlar və həmin vaxtdan mülkiyyətində olan mənzilə qeydiyyata düşmüşdürlər. Mənzili satanda cavabdeh yeni tikilmiş evdə mənzil almışdır, mənzilin Çıxarışı olmadığına görə onlara satılmış mənzildə müvəqqəti qeydiyyatda qalmağını onlardan xahiş etmişdir və biz razılıqlarını o şərtlə vermişdir ki, yeni tikilmiş evdə alınmış mənzilə Çıxarışı aldığdan sonra cavabdehlər könüllü olaraq mənzildən qeydiyyatdan çıxacaqlar. 02 dekabr 2019-cu il tarixdə cavabdeh Bakı şəhəri, Xətai rayonu, İ.Zülfuqarov küçəsi, ev 107A., 60 nömrəli öz mənzilinə AR ƏMDK DƏDRX-nin Çıxarışını aldıqdan sonra Tağıyeva N.T. özünü və həyat yoldaşı X3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Sarabski küçəsi, ev 56, 31 saylı mənzildən qeydiyyatdan çıxaraq Bakı şəhəri, Xətai rayonu,İ.Zülfuqarov küçəsi,ev 107A., 60 nömrəli öz mənzilinə qeydiyyata düşmüşdürlər. Lakin övladlarını cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xaricdə yaşadığına görə və Bakıya qələ bilmədiyinə görə mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu. Sarabski küçəsi, ev 56, 31 saylı mənzildən qeydiyyatdan çıxarıb Bakı şəhəri, Xətai rayonu,İ.Zülfüqarov küçəsi, ev 107A., 60 nömrəli valediyənlərin mülkiyyətində olan mənzilə qeydiyyata salması mümkün deyildir. Cavabdehlər onların maraqlarını Azərbaycan Respublikasının ərazisində onları təmsil edərək onların bütüb hüquqlarını qorumaq barədə anasına X7 verilməsi barədə etibarnamə verilmişdir. Eyni zamanda xx.xx.1980-ci təvəllüdlü Cavabdeh1 və xx.xx.1984 təvəllüdlü Cavabdeh2 X7 məxsus ünvan 1 ünvanında yerləşən 60 saylı mənzilə qeydiyyata düşmələrinə notariat qaydada təstiq edilmiş ərizəsini məhkəməyə təqdim edirik. Cavabdehlərin onun mənzilində qeydiyyatı formal xarakter daşıyır. Artıq uzun müddətdir ki, mənzildən çıxıb getməsi istifadə hüququnun itirilməsinə gətirib çıxartmışdır. Cavabdehlərin mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmaması Qanunla mənə verilmiş hüquqlarımdan istifadə etməyimi məhdudlaşdırır. Mülkiyyətində olan mənzildən cavabdehlərin qeydiyyatdan çıxmaması Qanunla mülkiyyətçiyə verilmiş hüquqlarından istifadə etməyini məhdudlaşdırır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir, lakin İddiaçı 29.03.2021-ci il tarixdə məhkəmə dəftərxanası vasitəsilə müraciət edərək, 20.04.2021-ci il tarixli məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə sorğusuna 02.04.2021-ci il tarixli cavab məktubundan görünür ki, Bununla əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri, Nərimanov rayonu, Sarabski küçəsi, ev 56, 31 saylı mənzil 29.01.1998-ci il tarixdə X2 adına ilkin qeydiyyatdan keçmişdir. 3 saylı DNK-nın 4Ə/01-38 reyestr nömrəli 28.01.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X1 adına qeydiyyatdan keçmişdir. 13 saylı DNK-nın 29.11.2019-cu il tarixli 2v-135 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə, 3M-100 reyestr nömrəli vərəsəlik payının bağışlama müqaviləsinə əsasən İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Daşınmaz Əmlakın Alqı-satqısı müqaviləsindən görünür ki, “Satıcı” X6 digər tərəfdən “Alıcı” X4 bu müqaviləni bağladılar ondan ötrü ki, Satıcı Bakı şəhəri, Nərimanov rayonu, Sarabski küçəsi, ev 56, 31 saylı mənzili Alıcının mülkiyyətinə verir. İş materiallarında olan, ASAN 1 tərəfindən verilmiş 27.11.2020-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, Hüseynqulu Sarabski küçəsi, ev 56, mənzil 31 ünvanında qeydiyyatdır. İş materiallarında olan , Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyat haqında Daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 03.12.2019cu il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Sarabski küçəsi, ev 56, 31 saylı mənzil İddiaçı tam mülkiyyətindədir və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 3264 nömrəli reyestr kitabının 304898 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, 13 saylı DNK-nın 29.11.2019-cu il tarixli 2v-135 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə, 3M-100 reyestr nömrəli vərəsəlik payının bağışlama müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Sarabski küçəsi, ev 56, 31 saylı mənzil İddiaçı mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyat haqında Daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 03.12.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Sarabski küçəsi, ev 56, 31 saylı mənzil İddiaçı tam mülkiyyətindədir. Hazırda cavabdehlər mübahisəli mənzildə qeydiyyatdadır. (27.11.2020-ci il tarixli, ******* nömrəli ASAN 1 tərəfindən verilmiş arayış). İddiaçı mülkiyyət hüquqlarının pozulması ilə tələbini əsaslandırır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 4 aprel 1996-cı il Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq vətəndaşların qeydiyyatı ilə müvafiq İcra Hakimiyyəti orqanları, yəni, rayon polis idarələrinin Qeydiyyat və Şəxsiyyət vəsiqələri bölmələri məşğul olurlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 4 aprel 1996-cı il Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən, şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən qeydiyyatdan çıxarılır. Məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlunun Bakı şəhəri, Nərimanov rayonu, Sarabski küçəsi, ev 56, 31 saylı mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 oğlunun Bakı şəhəri, Nərimanov rayonu, Sarabski küçəsi, ev 56, 31 saylı mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-910/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-910/2021
20.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver