Məhkəmə qərarları › İş №2(005)-923/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-923/2024

01.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-923/2024 01.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, Ərizəçi nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs 5 saylı Bakı “Asan xidmət” X10 cəlb edilməklə, “şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda, hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1970-ci ildə X3 ilə X4 arasında bağlanmış nikaha dair nikah haqqında şəhadətnamənin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 16 07.1951-ci ildə Ermənistan, Vardenis rayonunda anadan olmuşdur. xx.xx.1970-ci ildə X3 ilə nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Həyat yoldaşı X3 xx.xx.2023-cü ildə rəhmətə getmişdir. Nikah haqqında şəhadətnamədə Ərizəçi ad, soyad və ata adı yanlışlıqla X4 qeyd edilmişdir. Göründüyü kimi ona məxsus sənədlərdə adı "Sinəvər" olsa da, nikah haqqında şəhadətnamədə "Sineyvər" qeyd olunması hüquqlarının pozulmasına səbəb olur. Belə ki, əri rəhmətə getdikdən sonra vərəsəlik işinin aparılması və ərinin aldığı pensiyanın onun adına rəsmiləşdirilməsi ilə bağlı müvafiq qaydada müraciət etsə də, nikah haqqında şəhadətnamədə adının “Sineyvər” yazılması səbəbindən heç bir hüquqi hərəkətin həyata keçirilməsi mümkün deyildir. Halbuki bütün sənədlərində adı düzgün formada Ərizəçi kimi qeyd olunmuşdur.. Həmçinin bu fakt şəxsiyyət vəsiqəsində də öz əksini tapmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X7 ərizəyə uyğun izahat verərək ərizəsinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs 5 saylı Bakı “Asan xidmət” X9 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmir. Eyni zamanda yazılı ərizə ilə müraciət olunaraq işə nümayəndənin iştirakı olmadan baxılması xahiş olunmuşdur. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları - 5 saylı Bakı “Asan xidmət” X10 tərəfindən 08 dekabr 2023-cü il tarixdə verilmiş 3-16-5/7-M- 270/2023 nömrəli məktubda qeyd olunur ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 №-li Qərarı ilə təsdiq olunmuş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaların 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənəd ər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir, itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Qeyd edir ki, sənədlərin yoxlanılması zamanı Ərizəçi şəxsiyyət vəsiqəsində soyad və adı “Ərizəçi”, nikah haqqında şəhadətnamədə isə “Mamedova Sineyvər” qeyd edildiyi müəyyən edilmişdir. Nikah haqqında şəhadətnamə ilə şəxsiyyət vəsiqəsində məlumatlar ziddiyyətli olduğundan və doğum haqqında şəhadətnaməni təqdim etmədiyindən nikah haqqında akt qeydinin bərpası mümkün olmamışdır. İ-GJ 296170 nömrəli nikah haqqında şəhadətnamənin surətində qeyd olunur ki, 1942-ci il təvəllüdlü X5 və 1951-ci il təvəllüdlü X8 xx.xx.1970-ci il tarixdə nikaha daxil olmuşlar və bu nikah həmin tarixdə 12 nömrəli qeydiyyat aparmaqla rəsmiləşdirilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İİ 389603 nömrəli ölüm haqqında şəhadətnamənin surətində qeyd olunur ki, X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. AZE C03878371 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1951-ci il tarixdə Ermənistanda doğulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş vəsiqədə bu vəsiqənin X2, 009968 nömrəli diplomda bu diplomun X6 verildiyi qeyd olunur. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Ərizəçi 16 07.1951-ci il tarixdə Ermənistanda doğulmuşdur. xx.xx.1970-ci ildə X3 ilə rəsmi nikaha daxil olmuşdur. Buna dair ona nikah haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə onun adı “Sineyvər” qeyd edildiyindən hazırda bir sıra hüquqi məsələlərin həllində çətinliklə qarşılaşmış və bu sənədin ona məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli Plenumunun Qərarının 6 və 6.1-ci bəndlərində qeyd edilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Ərizəçi adı nikah haqqında şəhadətnamədə yanlışlıqla “Sineyvər” kimi qeyd edilmişdir. Belə ki, iş materiallarından Ərizəçi adının “Sineyvər” deyil, “Sinəvər” olması, nikah haqqında şəhadətnamənin Ərizəçi aid olması sübut olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1970-ci il tarixdə X3 ilə X4 arasında bağlanmış nikaha dair İ-GJ 296170 nömrəli nikah haqqında şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1970-ci il tarixdə X3 ilə X4 arasında bağlanmış nikaha dair İ-GJ 296170 nömrəli nikah haqqında şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar