Məhkəmə qərarları › İş №2(005)-925/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-925/2024

08.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-925/2024 08.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı Şəhəri 14 saylı Notariat Ofisi cəlb edilməklə “qohumluq münasibətlərinin müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü ildə Bakı şəhərində vəfat etmiş X8 ilə aralarında qohumluq münasibətlərinin, yəni onun Ərizəçi bibisi olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Ərizəçi xx.xx.1986-cı ildə X13 ilə X9 birgə nikahından, Hamamlı rayonunun Saralı kəndində anadan olmuşdur. X6 xx.xx.2004-cü ildə vəfat etmişdir. X3 xx.xx.1943-cü ildə Hamamlı rayonunda anadan olmuşdur. 1988-ci ildə Ermənistala bağlı məlum hadisələr zamanı deportasiya olunmuşlar. Deportasiya zamanı sənədləri naməlum şəraitdə itmişdir. İlk gəldikləri dövrdə Azərbaycan Respublikası ərazisində şəxsiyyəti müvəqqəti təsdiq edən müvafiq sənədlər də verilmişdir. X1 adına ünvan 1 ünvanında yeşlərən 1 otaqlı, 15.8 kv.m sahəsi olan ev qeyd alınmışdır. Həmin evə dair xx.xx.2003-ci il tarixli seriya ÖM 167119 nömrəli Qeydiyyat Vəsiqəsi verilmişdir. X3 xx.xx.2023-cü ildə vəfat etmişdir. Bibisi heç vaxt evli olmamışdır. Ərizəçi öz doğma anası onun uşaq yaşında rəhmətə getdiyi üçün Ərizəçi və digər bacı-qardaşlarını saxlayaraq böyütmüşdür. Onun yaşlı vaxtında isə Ərizəçi onun qayğısına qalmışdır. O, ölən günə kimi Ərizəçi himayəsində yaşamışdır. Öldükdən sonra isə dəfn xərclərini Ərizəçi qarşılamışdır. Hazırda da bibisindən miras qalmış evdə yaşayır. Onun ölümündən sonra Ərizəçi ondan qalan miras əmlakı qəbul etmək üçün notariat kontoruna müraciət etdi. Notariat kontorunda isə ona izah edildi ki, mərhum bibisi ilə məhkəmə qaydasında qohumluq münasibətlərində olmağı faktı müəyyən edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Nərimanov Rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iclaslarda nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları Məhkəmə iclasına ərizəçi tərəfindən şahid qismində çağırılmış X21 ifadəsində bildirdi ki, o Ərizəçi qardaşıdır. X4 onların bibisidir. X8 daim Ərizəçi ilə birlikdə yaşamışdır və yaşadıqları ünvanda vəfat etmişdir. Məhkəmə iclasına ərizəçi tərəfindən şahid qismində çağırılmış X16 ifadəsində bildirdi ki, Ərizəçi onun qardaşıdır. X2 Məmməd Qurban oğlunun uşaqlıqdan qayğısına qalmışdır. Ərizəçi da X7 himayədarlıq etmişdir. Məhkəmə iclasına ərizəçi tərəfindən şahid qismində çağırılmış X14 ifadəsində bildirdi ki, X4 onun bacısı, Ərizəçi isə onun qardaşı oğludur. X8 və Ərizəçi daima bir ünvanda yaşamış, X2 Məmməd Qurban oğlunun qayğısına qalmış və onu böyütmüş, Ərizəçi da X5 yaşlı vaxtında onun qayğısına qalmışdır. Nərimanov RPİ tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş AZE seriyalı, 01567846 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X8 xx.xx.1943-cü il tarixdə Ermənistan, Spitak rayonunda doğulmuşdur. Yaşayış yeri ünvan 2 ünvanı olmuşdur. AA******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1986-cı il tarixdə Ermənistanda doğulmuşdur. Şamaxı Rayon İcra Hakimiyyətinin Saqiyan kənd ərazi vahidi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2004-cü tarixdə verilmiş AZ 118747 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2004-cü il tarixdə Şamaxı rayonu Saqiyan kəndində ölmüşdür. 1 saylı Bakı “Asan xidmət” X20 tərəfindən 28.10..2023-cü il tarixdə verilmiş AZ-İİ 391152 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. xx.xx.1997-ci il tarixli arayışdan (Respublika ərazisində şəxsiyyəti müvəqqəti təsdiq edən sənəd) görünür ki, X13 04 oktyabr 1946-cı il tarixdə Ermənistan Respublikası, Spitak rayonunda doğulmuşdur. xx.xx.1992-ci il tarixli arayışda qeyd olunur ki, X8 1943-cü il tarixdə Ermənistan Respublikası, Spitak rayonunda doğulmuşdur. 53 saylı MKİS tərəfindən verilmiş xx.xx.2023-cü il traixli, 037288 nömrəli arayışda qeyd olunur ki, Ərizəçi S.Rəhman küçəsi ev 19 ünvanında qeydiyyatdadır. Mərhum X2 Məmməd Qurban oğlunu böyüdüb və ölən günədək Ərizəçi himayəsində olub. İ-CL 370395 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X13 və X11 xx.xx.1977-ci il tarixdə nikaha daxil olmuşlar və bu nikahın bağlanması barədə həmin tarixdə 21 nömrəli qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Yusifov, arvada Yusifova soyadları verilmişdir. V-CL 285813 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1986-cı il tarixdə doğulmuşdur. X6, anası X12r. Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023cü il tarixli məktubda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13-cü bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Hazırki halda yuxarıda adı çəkilən Müddəaların 14-cü bəndinin tələbinə uyğun olaraq aktın qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda. vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Ərizəçi bibinin vəfat etdiyindən və doğum haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etməyi tövsiyə olunur. Bakı Şəhəri 14 saylı Notariat Ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur ki, «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 102-ci bəndinin tələblərinə uyğun olaraq notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə, habelə bu Təlimatın 13-cü hissəsinin altıncı abzasına uyğun miras qoyanın ölümü faktını, mirasın açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. Ölüm faktı vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnaməsi, mirasın açıldığı vaxt isə həmçinin şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq edilir. Mirasın açıldığı yer aşağıdakı sənədlərlə təsdiq olunur: miras qoyanın yaşayış yeri haqqında miivafıq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edilən məlumat, ölənin yaşayış yeri məlum olmadıqda isə miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer haqqında sənəd. Vərəsələrdə həmin sənədlər olmadıqda, notarius mirasın açıldığı yerin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini tələb edir. Vərəsələrin miras qoyanla qohumluq və digər münasibətləri aşağıdakı sənədlərlə sübut edilir: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnamələri, arayışları, eləcə də akt qeydlərindən çıxarışlar, qohumluq münasibətlərinin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri. Qanun üzrə bir və ya bir neçə vərəsə miras qoyanla qohumluq münasibətlərinə dair sübutlar təqdim etmək imkanına malik deyildirsə, onlar miras qoyanla qohumluq münasibətlərinə dair sübutlar təqdim etmiş bütün qalan vərəsələrin notariat qaydasında təsdiq edilmiş razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Ərizəçi müraciəti araşdırılarkən, miras qoyanın və Ərizəçi atasının doğum haqqında şəhadətnamələri təqdim edilmədiyindən Ərizəçi ilə S.Yusifovanın qohumluq faktının müəyyən etmək mümkün olmamışdır, bu səbəbdən də Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi imkan xaricindədir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: X13 və X15 xx.xx.1977-ci il tarixdə nikaha daxil olmuşlar və onların nikahından xx.xx.1986-cı il tarixdə Ərizəçi doğulmuşdur. Daha sonra məlum münaqişələr səbəbindən Ərizəçi ailəsi və digər qohumları yaşadıqları ünvanı tərk edərkən onlara məxsus sənədləri naməlum şəraitdə itirmişlər. Ərizəçi yetkinlik yaşına çatanadək böyüdülməsində X8 iştirak etmiş, Ərizəçi da yetkinlik yaşına çatdıqdan sonra X5 qayğısına qalmış, bir ünvanda yaşamışlar. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərini müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Həmin Qərarın 2.1-ci bəndinə əsasən qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Həmin qərarın 2.3-cü bəndinə əsasən qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Həmin qərarın 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, qohumluq faktının müəyyən edilməsi ərizəçinin vərəsəlik hüququndan irəli gələn məsələlərin həll edilməsi, qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınmasında hüquqi əhəmiyyəti olduğundan, lakin Bakı Şəhəri 14 saylı Notariat Ofisi tərəfindən mərhumla ərizəçinin qohumluq münasibətlərinin müəyyən edilməsinin mümkün olmaması səbəbindən ərizəçinin müraciətinin həll edilməməsi nəticəsində ərizəçi qohumluq münasibətlərini təsdiq edən sənədi başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizəçi hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iş materiallarında olan və məhkəmə tərəfindən araşdırılmış sübutlarla X4nın Ərizəçi bibisi olması öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, xx.xx.2023-cü ildə Bakı şəhərində vəfat etmiş X5 Ərizəçi bibisi olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2023-cü ildə Bakı şəhərində vəfat etmiş X5 Ərizəçi bibisi olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar