Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-936/2021 03.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Ərizəçi nümayəndəsi X12 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs şəxslər Bakı şəhəri Maraqlı şəxs1nə və X4 qarşı “şəhadətnamənin ləğv edilməsi, doğum haqqında şəhadətnamədə dəyişiklik edilməsi tələbinə dair” ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs şəxslər Bakı şəhəri Maraqlı şəxs1nə və X4 qarşı “şəhadətnamənin ləğv edilməsi, doğum haqqında şəhadətnamədə dəyişiklik edilməsi tələbinə dair” ərizə ilə məhkəməyə müraciət edərək xx xxxxxxxx 1995-ci il tarixli atalığın müəyyən edilməsi barədə şəhadətnamənin ləğv edilməsi, doğum haqqında şəhadətnamədə dəyişiklik edilərək ata qrafasında “X7” ifadəsinin “X11” ifadəsinə dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası X14 doğma atası mərhum X5 1993cü ildə faktiki nikaha daxil olaraq ailə qurmuşdur. xx xxxx 1994-cü il tarixdə isə nikahlarını rəsmiləşdirmişlər. O, Ərizəçi xx xxxx 1994-cü il tarixdə anadan olmuşdur. O, doğulduqdan bir müddət sonra valideynləri onu X4 övladlığa vermək fikrinə gəlmişlər. Bunun daha rahat yolu kimi guya ki, o, ərizəçinin atası olduğundan xx xxxxxxxx 1995-ci il tarixdə “atalığın müəyyən edilməsi barədə şəhadətnamə” alınmışdır. Daha sonra aralarında olan razılaşma pozulmuş, lakin həmin şəhadətnamə ləğv edilməmişdir. Dostları, tanışları ona bildirirlər ki, necə olur ki, qardaşı X8 olduğu halda, o, Ərizəçidur. O, bunu açıqlamağa utanır. Onu utandıran bu məsələnin həll olunması üçün Bakı şəhəri Maraqlı şəxs1nə müraciət edərək doğum haqqında şəhadətnamədə dəyişiklik edilərək ata qrafasında yazılmış “X7” ifadəsini “X11” ifadəsinə dəyişdirilməsini xahiş etmişdir. Bakı şəhəri Maraqlı şəxs1 xx xxxxxxxx 2020-ci il tarixli 254 nömrəli məktubu ilə müraciətinin təmin edilməsindən imtina etmiş və bu məsələnin məhkəmə qaydasında baxılmasını məsləhət görmüşdür. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi nümayəndəsi X14 ərizə ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxslər Maraqlı şəxs1nə və X4 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxslərin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçi tərəfin izahatını ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxx 2008ci il tarixdə verilmiş AZ-İ seriyalı 400004 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Müsabəyov Qəzənfər X2 xx xxxx 1994-cü il tarixdə nikaha daxil olmuşlar və bu barədə xx xxxx 1994-cü il tarixdə 143 nömrəli akt qeydi aparılmışdır. Nikaha daxil olduqdan sonra ərə Musabəyov, arvada isə Musabəyova soyadı verilmişdir. İş materiallarında olan xx xxxxxxxx 1995-ci il tarixdə Nərimanov VVAQ şöbəsi tərəfindən verilmiş İ-ЖГ seriyalı 360327 nömrəli Atalığı müəyyən etmək haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Anar Abdulla oğlunun atasıdır. Bu barədə xx xxxxxxx 1994-cü il tarixdə 164 nömrəli akt qeydi aparılmışdır. İş materiallarında olan Nərimanov VVADQ şöbəsi tərəfindən xx xxxxxxx 1997-ci il tarixdə verilmiş XXİ-ЖГ seriyalı 252727 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1994-cü il tarixdə anadan olmuş və bu barədə xx xxxxxxx 1994-cü il tarixdə 1946 nömrəli akt qeydi aparılmışdır. X3, anası isə X13r. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2020ci il tarixli arayışdan görünür ki, X7 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs1 tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə Ərizəçi ünvanlanmış 254 nömrəli Məktubdan görünür ki, Ərizəçi sözügedən məsələ ilə bağlı məhkəməyə müraciət etməsi məsləhər görülmüşdür. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4548/2020 saylı xx xxxxxx 2020-ci il tarixli Qətnaməsinin surətindən görünür ki, Ərizəçi Maraqlı şəxs şəxslər Bakı şəhəri Maraqlı şəxs1nə və X4 qarşı “şəhadətnamənin ləğv edilməsi, doğum haqqında şəhadətnamədə dəyişiklik edilməsi tələbinə dair” ərizəsi təmin edilmiş, Ərizəçi xx xxxx 1994-cü il tarixdə Bakı şəhərindən doğulması, ad, soyad və ata adı qrafasında X11, ana qrafasında X14 yazılması ilə doğum aktı qeydinin bərpa edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Bakı şəhəri Maraqlı şəxs1nə həvalə edilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçi tərəfin izahatı, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Ərizəçi xx xxxx 1994-cü il tarixdə anadan olmuş və bu barədə xx xxxxxxx 1994cü il tarixdə 1946 nömrəli akt qeydi aparılmışdır. X3, anası isə X13r. Ərizəçinin anası X14 ərizəçinin atası olduğunu qeyd etdiyi X5 xx xxxx 1994-cü ildə rəsmi nikaha daxil olmuşlar. İşin hallarından göründüyü kimi Ərizəçi verilmiş atalığın müəyyən edilməsinə dair şəhadətnamə ilə atası X9 olduğu müəyyən edilmiş və bu barədə xx.xx.1995-ci ildə şəhadətnamə verilmişdir. Ərizəçinin anası X14 ərizəçinin atası olduğunu qeyd etdiyi X5 xx xxxx 1994-cü ildə, yəni ərizəçi anadan olduqdan sonra nikaha daxil olmuşdur. Məhkəmə tərəfindən müəyyən edilmiş qeyd edilən hallardan görünür ki, ərizəçinin tələbi işin faktiki halları ilə uzlaşmır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxs şəxslər Bakı şəhəri Maraqlı şəxs1nə və X4 qarşı “şəhadətnamənin ləğv edilməsi, doğum haqqında şəhadətnamədə dəyişiklik edilməsi tələbinə dair” ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-936/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-936/2021
03.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver